93
də insanların ümumi azadlıq hüquqlarının bölgü ünsürləridir.
Burada azadlıq hüququ bağlayıcı və daxili məzmunu ifadə
edən hüquq kimi xüsusi önəmə malik olur. Azadlıq hər bir
halda hüququn daxilindədir. Bununla bərabər, ayrıca olaraq
azadlıq hüququ da mövcuddur. Bu hüquq daha çox insanların
azadlıqlarını məcmu hala salan hüquq rolunu oynayır. Azadlıq
hüququ bütün hüquqlarda tərkib kimi çıxış edir. İnsan
hüquqlarının əsası elə azadlıqda, azad hərəkətlərdə, azad
fəaliyyətdə özünü göstərir. Buradan da belə nəticəyə gəlmək
olur ki, əslində azadlıq hüququ bütün hüquqların məzmununu
birləşdirir. Azadlıq hüququ da təsnif olunur. Belə ki, dövlətin
daxildə və beynəlxalq aləmdə azadlığını və sərbəst fəaliyyətini
(burada təbii ki, normalar hüdudlarında olan azadlıqdan söhbət
gedir) ifadə edən dövlətin azadlıq və suverenlik hüququ,
xalqların azadlıq və suverenlik hüquqları (xalqların azadlıq
hüquqları həm də onların hüquqlarının genişlənməsinə və
nəticə etibarilə dövlət yaratmalarına gətirib çıxarır. Norma
genişləndirir və böyüdür. Yuxarı struktur –forma-
mərhələsinə qaldırır. Qalxma zamanı isə məzmun
universallaşır, mürəkkəbləşir və vahidləşir. Buradan
görünür ki, azadlıq da həm daxildən, həm də xaricdən
normalara salınır və məhdudlaşır. Xalq hüququ böyüyür
və xalqın yaratdığı dövlətin nəzarətinə daxil olur. Bu
baxımdan istənilən halda böyümə pozitiv (müsbət və
qoruyucu) nəticə etibarilə məhdudlaşmağa gətirib çıxarır.
Bu baxımdan da azadlıq da mütləq və nisbidir. Azadlığın
mütləqliyi orta xətlərdə-xəyali orta xətlərdə-daha çox,
sərhədlərdə isə nisbi və dəyişən olur. Yəni, dövlətin
içərisində-xəyali olaraq ortasında – ümumən xalq azaddır,
dövlətin
yuxarı
hissəsi,
son
hədlər
isə
azadlığı
məhdudlaşdırnadır. Çünki buradan o tərəfə artıq sərhədlər
yoxdur. Deməli, azadlıq sərhədlənir və sərhədlərdən kənar
başqa forma
tərəfindən
həyata
keçirilir.
Məsələn,
94
dövlətlərin beynəlxalq əlaqələrində xalq hüquq dövlət
hüququna transfer edir. Dövlətin isə hüquq sərhədlərindən
kənara
çıxması
məhdudlaşdırılmağa
və
öz-özünü
zəiflətməyə və nəticə etibarilə məhv olmağa səbəb olur.
Deməli, azadlığın normalarla ifadə olunması azadlığı olan
tərəfin özünüqorumasıdır, özünümüdafiəsdir, mövcudluğu-
nun əsas şərtidir); vətəndaşların azadlıq və sərbəstlik
hüquqları mövcud olur. Bütün hallarda isə insanlar öz
hüquqlarına sərbəst və maneəsiz olaraq, azad şəkildə
yiyələnirlər, onların hüquqları azad şəkildə qəbul olunur.
Belə qəbul etdik ki, hüququn özünü normalar genişləndirir,
eləcə də normalar məhdudlaşdırır. Normalar azadlığı tərkib
etibarilə ifadə edən üsullar və vasitələr olsa da, həm də
tənizmedici və yer müəyyənedici amillər və kriteriyalar kimi
önəmə malik olur. Yəni, normalar qaydalarla genişləndirən
kriteriyalardır, ölçü vahidləridir. Deməli,
azadlıq da
ölçüləndir. Elə onun dəyəri normalarla ifadə olunmasındadır.
Ölçüdən kənar azadlıq isə məhvolmadır, öz-özünü yoxedəndir,
fəaliyyəti məhdudlaşdırandır. Məsələn, böyük dövlətlərin öz
sərhədlərindən kənarda həddən artıq azad hərəkətləri onların
daxilən boşalmasına gətirib çıxara bilir. Eləcə də xaricdə
məhdudiyyətərsiz hərəkət onların zəifləməsinə səbəb ola bilər.
Hətta makrokosmosda da sərbəstlik (göy cisimlərinin sərbəst
hərkəti) nizamla müəyyən olunur. Hər bi şey vahidin daxilində
olduğundan azadlıq da normalarsız hüquqdan kənara çıxa bilir.
Ə
gər qüvvə varsa, hər bir şey qüvvəyə tabedirsə, deməli,
hərəkətlər
də
ölçüləndir.
Azadlıq
hüququnun
ə
sası
qanedicilikdə müəyyən edilə, təsbit oluna bilər. Yəni, müəyyən
məsələlərdə
və
hədlərdə
qaneedicilik,
kompromislik,
“doymaq” elə azadlıq hüququnun daxili məzmununu ifadə edir.
Deyilənlərdən belə nəticələrə gəlmək olur ki, azadlıq elə
sistemin tərkibində (burada ictimai-siyasi sistemlər nəzərdə
tutulur) mövcud olan məkanlar daxilində və sistemlərarası
95
ə
laqələrdə mövcud olan məkanlarda hərəkət imkanlarının
təcəssüm olunmasıdır.
Hüquq və azadlıq təbii quruluşun daxili məzmun
mahiyyətini aşkarlayan məfhumlardır. İnsan digər canlılar kimi
təbiətən azad olan, azadlığı sevən bir məxluqdur. Azadlığın
sevilməsi də öz növbəsində hərəkət azadlığını (burada mövcud
olan və qazanılan məkanlar daxilində, məkanlar hüdudlarında
olan sərbəstlik nəzərdə tutulur), maraqların sərbəst şəkildə
təmin edilməsini meydana gətirir. Azadlıqdan insanın
hərəkətlərini
müəyyən
edən,
hərəkətlərin
məzmununu
xassələndirən hüquqlar formalaşır. Hüquqlar vəzifə, səlahiyyət
və ixtiyarları, maddi aləmə və material aləmə sahib olmaları
özündə əks etdirir.
Azadlıq və hüququ əxlaq məhdudlaşdırır. Əxlaqla bərabər,
mövcud
imkanlar
və
real
gerçəkliklər
də
azadlığın
məhdudlaşdırılması üçün mühüm vasitə rolunda çıxış edir.
Azadlığın məhdudlaşdırılmasında hüquq subyektlərinin say
çoxluğu da böyük önəmə malik olur. Azadlıq bu baxımdan
həm mütləq, həm də nisbi əsasları özündə cəmləşdirir.
Azadlığın məzmununda, məna tərkibində sərbəstlik, axarlılıq
(düşüncə və əməl), maneələrsiz (nisbi olaraq) axın forma və
məzmunu
vardır.
Azadlıq
həm
də
insanın
mənəvi
keyfiyyətlərinin cəmi ilə özünə tərkib əldə edir. Yəni insanın
azadlığını onun şərəf və ləyaqəti, namus və vicdanı, hörmət və
ş
öhrəti və bu kimi digər mənəviyyat kriteriyaları təşkil edir.
Məsuliyyət və öhdəlik də azadlığın ifadə olunmasında böyük
önəmə malik olur. Məsuliyyət hissi, vəzifə və borc hissi elə
insanlarda həm də azadlğı ifadə edən hisslərdir. Bu kimi hisslər
azadlığın şərtlənməsinə haqq verir. Məsuliyyət və borc
öhdəliyindən də insanın azadlığı meydana gəlir, insana vəzifə
borcunu yerinə yetirmək azadlığını verir. Azad şəkildə
məsuliyyətin yerinə yetirilməsi məsələsi ortaya çıxır.
Məsuliyyət insanın təbii nizamının əsasıdır.
Dostları ilə paylaş: |