Microsoft Word ++++Secki huququ\3005. doc



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə26/57
tarix23.11.2017
ölçüsü2,88 Kb.
#11786
1   ...   22   23   24   25   26   27   28   29   ...   57

81 
 
 
açmaq lazımdır. Ümumi anlayışlar olmadan “fərd”i dərk etmək 
olmaz.
1
  Tədqiqat  metodları  milli  və  xarici  təcrübə  əsasında 
qurulur.  Bu  sahədə  elmi  tədqiqatlar-  ümumiləşdirilir,  qiymət 
verilir,  nəticələr  çıxarılır  və  praktiki  tövsiyələr  verilir.
2
 
Müqayisə  predmetlərin,  təzahürlərin,  institutların,  normaların 
və  s.  fərqli  və  oxşar  cəhətlərinin  aşkar  edilməsini,  təhlil 
olunmasını  əks  etdirir.  Müqayisə  hər  hansı  bir  təzahür  və 
predmet  haqda  məlumat  və  ya  bilik  almaq  üçün  tətbiq  olunan 
universal metoddur.
3
).  
Formal və dialektik məntiq əsasında hüquqa tərif verərkən 
müəyyən etmək olar ki,  hüquq  ümumiləşdiricidir və ümumi 
keyfiyyətləri,  istedad,  qabiliyyət  və  bacarıqları  birləşdirən 
universal 
və 
qəti 
kateqoriyadır. 
Hüquq 
sərhədlər 
çərçivəsində bölgü etibarilə genişlənən bir məfhumdur. Hüquq 
xaricən  (burada  insanın  vəzifə  və  səlahiyyətlərinin,  ixtiyarının 
zahirən 
ifadə 
olunması 
nəzərdə 
tutulur) 
öz-özünü 
şə
rtləndirməklə  törəmə  xassələrinə  malik  olan  bir  dəyərdir. 
Hüquq  dövlətin  insanın haqqını qəbul  edən və insanın haqqını 
təmin edən bir norma müəyyənedici vasitədir. 
Hüquqlar cəmi təbii olan haqqın realizə kompleksidir və bu 
baxımdan  da  haqqın  sistemləşdirici  və  ümumi  dəyər,  etalon 
kriteriyasıdır. 
Hüquq 
ə
dalətli 
fəaliyyətə 
verilən 
kompleksləşdirici səlahiyyətdir.  
Hüquq 
mücərrəddir, 
insanın 
mənəvi 
aləminin 
ümumiləşdirilmiş təcəssümüdür, eləcə də insanların maddi-
material  aləmlə  real  əlaqə  və  münasibətlərini  ehtiva  edən, 
şə
rtləndirən  bir  kriteriyadır  (ədalət  kriteriyasıdır).  (Qeyd: 
mənəviyyat  əslində  ən  kiçik  materiyalar  aləmindən  təşkil 
olunandır.  Çünki  siqnalların  yaratdığıdır.  Deməli,  əslində 
                                                 
1
 Ə.H. Rzayev. Dövlət qulluğunun hüquqi əsasları. Bakı, “Elm”, 2011, 
480 səh., s. 16.
 
2
 Yenə orada, s. 18. 
3
 Yenə orada, s. 20-21
.
 


82 
 
 
materiya  aləminin  ən  yüngül  hissəcikləri  insanın  mənəviyya-
tıdır.  Bu  mənəviyyat  daxili  mürəkkəb  quruluşun  məhsuludur, 
həm  də  kənardan  siqnallarla  qəbul  ediləndir.  Ona  görə  də 
mənəvi-ruhi aləm insan varlığının ən təkmil təzahürüdür, insan 
daxilində  makromahiyyətin  ümumiləşdirilmiş  nəticəsidir). 
Hüquq hər bir müsbət hərəkətdə insanı müşaiyət edən bir vasitə 
və  kriteriyadır.  Hüquqdan  (hüquq  anlayışından)  sillogizmlər 
ə
ldə  etmək  mümkündür  və  insanın  pozitiv  hərəkətlərinin 
məntiqi  nəticələri  onların  hüquqlara  məxsusluğundan  hasil 
olur.  Hüququn  sillogizmisi  onun  sistemli  məfhum  əsaslarında 
öz  əksini  tapır.  Ümumiyyətlə,  anlayışların  maddi-material 
aləmə  tətbiqi,  yəni  insanların  hərəkətlərinin  təfəkkür  əsasında 
maddi-materilal  aləmə  doğru  istiqamətləndirilməsi  bütün 
mümkün  hallarda  mövcuddur.  Ümumiyyətlə,  insan  onun 
potensialının  daxilində  təsirlər  edən  bir  məxluqdur.  İnsan  öz 
ş
üurunu maddi-material aləmə, eləcə də mənəvi aləmə (burada 
ruhi  dünyanın  tərkibi  olan  münasibətlər  aləminə  və 
münasibətlərin,  əlaqələrin  şərtlənməsini  təmin  edən  mənəvi 
aləmə) doğru yönəldən və bu aləmlərdən şüurunu, təfəkkürünü 
formalaşdıran  və  əlaqələrini  şərltəndirici  qaydada  təmin  edən 
bir məxluqdur. İnsanlar üçün ədalət tərkibində bərabərliyi olan 
ümumi  bir  dəyərdir,  etalon  və  kriteriyadır.  Ədalət  eyni 
zamanda  razılaşdırıcı,  sakitləşdirici,  tarazlaşdırıcı  bir  dəyər  və 
kriteriyadır.  
Təsnifat  subyekti  və  obyekti  (predmeti)  nöqteyi-nəzərdən 
belə  qəbul  etmək  olar  ki,  insan  hüquqları  çox  genişdir.  İnsan 
hüquqları ümumiləşdirici (fəlsəfi) məfhumdur və bu baxımdan 
da  insan  fəaliyyətini  tənzim  edən  ümumsistemin  (hüquq 
sisteminin)  çoxlu  sayda  bölgü  komponentləri  vardır.  İnsan 
hüquqlarının 
şə
rtləndiricilik 
xüsusiyyətləri 
maraqların 
kompleksliliyindən 
meydana 
gəlir. 
Seçki 
hüquqlarını 
ümumhüquqlar  meydana  gətirir,  eləcə  də  seçki  hüququ 
bölgü  komponenti  olaraq  siyasi  hüquqların  əsaslarını 


83 
 
 
yaradır.  Buradan  da  seçki  hüquqlarının  törədici  xassələri 
meydana gəlmiş olur. Seçki hüququ ümumhüquqlar sisteminin 
tərkibi  olduğuna  görə  bu  sistemi  formalaşdırmaq  üçün 
özünəxas  məkana  və  mövqeyə  malikdir.  Bu  hüququn 
təşkiledici  xüsusuiyyəti  də  məhz  onun  bölgü  ünüsürü 
olmasından  və  mahiyyət  aşkarlayıcı  funksiya  olmasından 
(məsələn, azad iradənin aşkarlanması və onun digər obyektlərə 
münasibətdə tətbiqində) meydana gəlir.  
İ
nsan  hüquqlarının  bölgü  komponentlərinin  çoxluğu 
insanların  fəaliyyət  sahələrinin  çoxluğu  ilə  əlaqədardır.  İnsan 
hüquqları  ümumi  məfhumdur  və  insanların  bütün  sahələrdə 
fəaliyyətinin  ümumiləşdirici  komponentidir.  Bununla  yanaşı, 
insanların  fəaliyyətinin  tərkib  sistemini  yaradan  əsas  status 
müəyyənedici 
vasitədir. 
Məsələn, 
insanların 
istehsal 
sahələrində,  iqtisadiyyatın  digər  sahələrində,  eləcə  də  siyasət 
sahələrində  fəaliyyəti  insanların  həmin  sahələr  üzrə  fəaliyyə-
tinə  haqq  qazandıran  hüquqlarının  meydana  gəlməsini  təşkil 
edir.   İnsanların  fəaliyyət  xüsusiyyətləri  onların  qazandıqları 
hüquq  xüsususiyyətlərini  yaradır.  Fəaliyyət  nə  qədər  geniş 
olarsa,  hüquq  da  genişlənir.  Buradan  belə  nəticə  çıxır  ki, 
fəaliyyəti  geniş  olan  şəxs  (fiziki  və  hüquqi  subyekt) 
müqayisədə daha  güclüdür. Güclü olduğuna görə hüquqları da 
zəngindir. 
Hüququn 
güclülüyü 
onun 
obyektlər 
üzrə 
kəmiyyətindən  meydana  gəlir.  Nə  qədər  çox  sahəli  fəaliyyət 
olarsa, hüquq da bir o qədər çoxtərkibli olar. Hüquq zənginliyi 
fəaliyyət  zənginliyindən  ortaya  çıxır.  Güclü  tərəfin  potensialı 
böyükdür  və  hüquq  da  burada  genişdir.  Ətraflı  fəaliyyət  geniş 
hüquqları  yaradır.  Deməli,  sistemli  şəkildə  hərəkət  genişliyi, 
hərəkətdən  əldə  edilən  çoxlu  sayda  təsir  vasitələri  (əşyalar), 
subyektin  və  obyektin  (mənbənin)  böyük  təsir  potensialını 
üzərə çıxarır. Böyük təsir potensialı isə hüquqların böyüməsinə 
xidmət  edir.  Əlaqələr  və  münasibətlər  sistemi  əsasən 
hüquqların  normalarla  böyüməsinə  xidmət  göstərir  ki,  bu  da 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə