Microsoft Word ++++Secki huququ\3005. doc



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə25/57
tarix23.11.2017
ölçüsü2,88 Kb.
#11786
1   ...   21   22   23   24   25   26   27   28   ...   57

78 
 
 
zamanı  yerinə  yetirilir.  Konkret  zamanda və şəraitdə meydana 
gəlir. Birinci halda hüquqların tam təbii olması şərtlənir, ikinci 
halda da hüquqların təbii halı mövcuddur. Bu baxımdan da belə 
qəbul  etmək  olar  ki,  insan  öz  marağı  üçün  müsbət  hərəkətləri 
etməyə  vadar  olan  bir  məxluqdur.  Müsbət  hərəkətlər  daxili 
məsuliyyət hissindən də meydana gələn hadisələrdir. Buna görə 
də  qəbul  etmək  olar  ki,  elə  müsbət  hərəkətlərin  özləri  elə 
ə
xlaqdır.  Müsbət  hərəkətlər  elə  insan  hüquqlarının  əsas 
tərkibindən  meydana  gələn  və  əsas  tərkibini  formalaşdıran 
hərəkətlərdir.  Müsbət  hərəkətlər  universal  və konkret  əsaslarla 
fayda gətirəndir.  
Ə
dalət daxildən gələn mənəvi dəyər olduğundan vəzifənin 
yerinə  yetirilməsi  də  mütləq  və  nisbi  bərabərlik  prinsipinə 
ə
saslanır.  Müəyyən  obyektə  və  subyektə  (burada  obyekt  və 
tərəf  rolunu  oynayan  subyekt  nəzərdə  tutulur)  münasibətdə 
ə
dalətli  diqqət  bərabərlikdən  (mütləq,  təqribi  və  nisbi-şərti) 
doğan  məsuliyyət  və  bərabərlikdir.  Universal  prinsiplərdə,  o 
cümlədən universal hallarda, məkan və zamanda bütün faydalı 
hərəkətlər  və  faydalı  nəticələr  verən  aktlar  (bu  aktlar  konkret 
şə
xslərə  də  münasibətdə  faydalı  ola  bilər.  Elə  universal 
faydalılıq  da  fərdi  faydalılığın  cəmidir)  ədalətlidir.  O  hərəkət 
müsbətdir  ki,  edilərkən  müəyyən  şərait  və  zamanda  digər 
şə
xsin  maraqlarına  zərbə  vurmur,  digər  şəxsin  maraqlarını 
zərbə  altında  qoymur.  Əksinə,  maraqlı  şəxslərin  maraqlarını 
müəyyən  səviyyədə  və  kəmiyyət  və  keyfiyyət  intervalında 
təmin  edir.  Buradan  da  belə  qənaətə  gəlmək  olur  ki,  hüquq 
ə
slində  müsbət  hərəkətlərin  normalarla  ifadəsidir.  Müsbət 
hərəkətlər  cəmi,  rəngarəngliklər  cəmi  inkişafdır.  Deməli, 
hüquq  və  onun  reallaşması  (əlaqələrdə  şərt  kimi  istifadə 
olunması  və  hərəkətlərin  daxili  mənasını  ifadə  etməsi) 
inkişafdır. Hüquq şaxəli trayektoriyaya malikdir və fəaliyyətin 
genişlənməsi  ilə  genişlənəndir.  Əgər  pozitiv  hüquq  təbii 


79 
 
 
hüquq  trayektoriyasındadırsa,  onda,  belə  nəticəyə  gəlmək 
olar ki, elə pozitiv hüquq inkişafdır.  
Seçki  hüququ  təbii  hüquqların  trayektoriyasında  forma-
laşan  bir  hüquqdur.  Bu  baxımdan  həm  də  pozitiv  hüquqlar 
sisteminin  tərkib  komponentidir.  Pozitiv  hüquqları  dövlət 
təmin  edirsə  və  öz  potensialını  buna  istiqamətləndirirsə, 
deməli,  dövlətin  mövcudluğu  və  sistemli  fəaliyyəti 
inkişafdır.  Dövlətin  mövcudluğu  sistemdir.  Pozitiv  hüquqları 
dövlət  təmin  edrisə,  deməli,  dövlət  sistemdir,  sistem  pozitiv 
hüquqları  təmin  etmək  üçündür.  İnkişafdan  da  pozitiv 
hüquqlar meydana gələndir. Pozitiv hüquqlar (təbii hüquqların 
ş
axələnməsi və davamı) da inkişafı meydana gətirəndir. Hüquq 
ə
dalətdirsə, onda, onun normalarla tənzimlənməsi inkişafdır və 
sabitlikdir.  Hüquq  inkişafdırsa,  dövlət  də  inkişafı  təmin 
edəndir.  İnkişafı  hərəkətlər  müəyyən  edirsə,  onda  sadalanan 
tezislərdən  və  tezis  birləşmələrinin  meydana  gətirdiyi 
sintezlərdən  (təfəkkürdə)  belə  qənaətə  gəlmək  olar  ki,  həm  də 
nəticə  etibarilə  (anliz  olaraq,  həm  də  tezis  olaraq)  tezis  kimi 
qeyd  etsək,  deyə  bilərik  ki,  hüquq  (haqq)  müsbət  hərəkətin 
təzahürüdür.  Müsbət  hərəkətlərə  təkan  verəndir.  Müsbət 
hərəkət  enerjidirsə  və  enerji  mənbəyini  formalaşdırırsa,  onda 
belə  nəticəyə  gəlmək  olar  ki,  hüquq  enerji  vasitəsidir  və 
enerjinin  yaranması  üçün  şərtləndirici  amildir.  Hüquq 
insanların  daxilindən  gələn  bütün  müsbət  meyarların 
məcmusudur. 
Ə
dalət  maraqları  tarazlı  əsaslarla  mərkəzləşdirmə 
vasitəsidir, kriteriyasıdır. Ədalət universal və xüsusi (fərdi və 
tək)  hallarda  hüququn  məzmunudursa,  hüququn  daxili 
məfhumlarının  məna  zənginliyidirsə  və  hüququ  şərtləndirirsə, 
hüquqla  şərtlənirsə,  onda,  belə  qərara  gəlmək  olar  ki,  hüquq 
tarazlaşdırma  və  bərabər  prinsiplər  əsasında  paylaşdırma 
kriteriyasıdır.  


80 
 
 
 (Qeyd: hər bir tədqiqat əsəri yazılarkən ilk növbədə elmin 
sahələrinə  müvafiq  olaraq  baş  tezis  müəyyən  olunur.  Tezislər 
ə
sas  və  tərkib  tezislərə  (planlar,  bölmələr  başlıqları)  bölünür. 
Tərkib  tezislər  əsas  tezislərdən  törəyir.  Həm  əsas,  həm  də 
törəmə  tezislər  eynilə  sintezlərin  tərkib  hissələridir.  Törəmə 
tezislərin  analizlərə  çevrilməsi  üçün  sahələr  üzrə  faktlar 
toplanılır.  Faktlar  tezis  birləşmələridir.  Burada  uyğunluq, 
uyğunsuzluq,  paralellik,  ziddiyyətlilik  kateqoriyaları  üzrə 
tezislər birləşir və vahid bir sintez (tərkib) əmələ gəlir. Sintezin 
içərisi-mətn  tezis  və  antitezislərdən  ibarətdirsə,  deməli,  faktlar 
ziddiyyətlidir.  Faktlar  ziddiyyətlidirsə,  deməli,  zəncirvari 
qaydada  tərkib  kimi  birləşərək,  cəmləşərək  bütövləşmə 
xüsusiyyətinə malikdir. Bütövləşmə varsa, enerji də var. Enerji 
varsa,  güc  və  inkişaf  da  var.  Deməli,  ziddiyyətli  mətnlər 
(burada  tezis  və  antitezislərin  çox  olduğu rəngarəngli mətnlər) 
daha  böyük  və  dərin  mənalı  tədqiqat  əsəridir.  Sintezdən  də 
analizlər (nəticələr) ortaya çıxır. Buradan da görünür ki, əslində 
istənilən  mövzu  tezisi  elə  şərti  olaraq  başlanğıc  tezisi  kimi 
götürülür.  Belə  bir  nəticədən  (dialektik  məntiq  nəticəsindən) 
çıxış etmək olar -hər bir tezis başlanğıc və analiz üçün şərtidir, 
həm  də  mütləqdir.  Tezis  analizdirsə,  deməli,  analizlər  də 
mütləq  və  nisbidir,  şərtidir,  həm  də  qətidir.  Tezislər  müqayisə 
kateqoriyasının 
tətbiqi 
ilə 
həm 
də 
eyniliklərdən 
və 
paralelliklərdən  ibarətdir.  Eyniliklər  və  paralelliklər  fikir 
zənginliyini  meydana  gətirir.  Bu  müqayisələr  əsas  etibarilə 
dərin  tədqiqatın  əsasını  təşkil  edən  çoxstrukturlu  sistemi 
formalaşdırır.  Dərin mənalı tədiqiqat əsəri  yekun nəticə olaraq 
məhsul  və  obyekt  kimi  fəlsəfi  məzmunludur.  Bu  baxımdan  da 
bədii  ədəbiyyat  və  elmi  ədəbiyyat  üzrə  yazılan  dəyərli, 
çoxmənalı,  kompleks  əhəmiyyət  kəsb  edən  əsərlər  elə  fəlsəfi 
ə
sərlərdir. 
Elmdə-onun 
öyrənilməsi, 
elmin 
yaradılması 
metodologiyasında  (elmi  araşdırma  üsullarının  cəmi)  qəbul 
olunur  ki,  predmetin  mahiyyətini  aşkar  etmək  üçün  ümumini 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə