Microsoft Word ++++Secki huququ\3005. doc



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə33/57
tarix23.11.2017
ölçüsü2,88 Kb.
#11786
1   ...   29   30   31   32   33   34   35   36   ...   57

102 
 
 
yarada  bilir,  eləcə  də  deduksiyadan  da  tezisləri  əldə  etmək 
mümkündür.  Buradan  da  belə  bir  məntiqi  nəticə  hasil  olur  ki, 
anlayışlar  bir-biri  ilə  vəhdəti  yaradan  mütləq  və  nisbi 
tərkiblərdən  ibarətdir.  Başlanğıc  və  sonu  ifadə  edən  tezislər 
mütləq və nisbidir.  
Təfəkkürün  inkişafı  idraki  proseslərin  dərinləşməsinin 
ə
saslarını təşkil edir. Hər bir məfhum və anlayış həm universal 
xassələrə malikdir, həm də konkret xassələri özündə əks etdirir. 
Çünki  konkret  xassələr  elə  universallığa  xidmət  edir. 
Universallıq  və  partikulyarlıq  xüsusilə  tamın  (bütövün)  və 
tərkibin  yaranmasının  əsaslarını  meydana  gətirir.  Hər  bir 
məfhum  həm  universaldır,  həm  də  fərdi  və  konkretdir.  Bu 
baxımdan  da  məkan  və  zaman  anlayışları  mütləq  olmaqla 
bərabər,  həm  də  nisbi  və  keçici  anlayışlardır.  Burada  qüvvə 
tətbiqi  sayəsində  zaman  və  məkan  dəyişmələri  baş  verir. 
Zaman  və  məkan  dəyişmələri  isə  öz  növbəsində  maddi-
material  aləmdə  özünü  göstərir.  Zaman  və  məkan  hərəkət 
ə
snasında  (burada  elementlərin  yerdəyişmələri  və  tərkib 
dəyişmələri) 
dəyişəndirlər. 
Hərəkət 
və 
elementlərin 
yerdəyişmələri  elə  məkanı  və  zamanı  meydana  gətirir.  Bir 
element  bir  sistem  və  tamın  tərkibində  konkret və tərkib hissə 
ola bilər, digər sistemin tərkibində isə universal xassəyə malik 
ola bilər. Bu baxımdan da sistemlər də mütləq olmaqla bərabər, 
həm  də  dəyişəndirlər.  Burada  dəyişmələr  həm  tərkib 
baxımından həyata keçir, bundan irəli gələrək həm də formada 
özünü  göstərir.  Ümumiyyətlə,  istənilən  məzmun  dəyişikliyi 
forma  dəyişikliyini  meydana  gətirir.  Forma  böyüdükcə 
məzmun  da  dərinləşir  və  yaxud  da  əksinə  proseslər  baş  verir. 
Məhz  elementlərin  bir-birinə  çevrilmələri,  parçalanmaları  və 
birləşmələri  və  bir  məkandan  başqa  bir  məkana  keçmələri 
dəyişmələri  meydana  gətirir  ki,  bu  da  özlüyündə  inkişafın 
ə
saslarını  şərtləndirən  dinamikanı  formalaşdırır.  (Qeyd: 
inkişaf  sistemli  dəyişmənin  əlaməti  olaraq  meydana  gələn 


103 
 
 
bir  vəziyyət  kimi  xarakterizə  olunmalıdır.  Bu  proses 
zamanı  qeyri-müəyyənliklər  müəyyən  olunur.  Müəyyən 
olunanların sayının çoxluğu, birləşmiş tərkibi elə inkişafdır. 
İ
nkişaf  prosesində  sadəcə  olaraq  qeyri-müəyyənliyin 
müəyyənliyə çevrilməsini tənzim etmək, yəni düzgün (nisbi 
və  mütləq  olan  düzgünlük,  yəni,  müəyyən  şəraitlərdə  və 
məkanda,  düzgünlük,  faydalılıq)  riyazi  istiqamətlərə 
yönəltəmək  lazımdır).  Təkmilləşmiş  və  formasını  təkmilləş-
dirmiş  (burada  böyükdən  təkmilləşərək  kiçiyə  keçən  formalar 
nəzərdə  tutulur)  sistem  vahidlikləri  də  məzmunca  böyük 
ə
həmiyyət  kəsb  edir.  Deməli,  məzmun  dərinliyi  əslində  tək 
böyük  formadan  yox,  böyük  funksiyaları  yerinə  yetirən  kiçik 
formadan  da  ortaya  çıxır.  Seçki  prosesləri  müəyyən  müddətə 
nəzərdə  tutulan  proseslərdir  və  əslində  konkret  addım  olaraq 
(burada təkmil formalı proseslər) böyük mənaya malikdir.  
Məfhum  və  anlayış  təbii  ki,  oxşar  məzmunlu  olmaqla, 
təfəkkürdə  ümumiləşməni  və  konkretləşməni  meydana  gətirir. 
Məfhumun  konkretliliyindən  ümumilik,  universallıqdan  isə 
konkretliyə  doğru  təfəkkür  keçidləri,  deduktiv  və  induktiv 
ə
saslı  idrak  prosesləri  baş  verir.  Bunun  sayəsində  həyatda 
elementləri birləşdirmək, tamı parçalamaq prosesləri yaşanır və 
həyat  dəyişiklikləri  meydana  gəlmiş  olur.  (Qeyd:  həyat 
dəyişiklikləri  təbiətin  “üst  hissəsinin”-insanların  yaşadıq-
ları hissənin- dəyişikliyidir. Bu da elə təbiətin özündə qalır 
və sadəcə olaraq bir struktur əmələ gətirir). Deməli, fəlsəfə 
elə  həyatda  dəyişiklikləri  yaratmaq  üçün  ümumiləşdirilmiş 
tezisləri ortaya qoyur və problem olaraq elm məntiqin yolu ilə 
bu  dəyişiklikləri  həyata  keçirir.  Deməli,  düşüncənin  faydalı 
məqsədi  elə  təbiətin  baza quruluşuna  çox ziyan  vurmamaqdan 
ibarətdir.  
Onu da nəzərə almaq lazımdır ki, hər bir məfhumun fəlsəfi 
məzmununun  qabardılması  (önə  çəkilməsi)  nəticəsində  həmin 
məfhum  təfəkkürdə  mərkəzləşdirici  (cəlbedici,  cəzbedici, 


104 
 
 
ə
trafına  toplayıcı)  rolu  oynayır.  Mərkəzləşdirici  məfhum  o 
halda  böyük  önəm  kəsb  edir  və  istənilən  məfhum  o  halda 
böyük əhəmiyyətə malik olur ki, istək baxımından bu məfhum 
böyük  önəm  kəsb  etmiş  olur  və  bu  məhumun  tətbiqindən 
müəyyən böyük dəyişikliklərin olması zərurəti meydana gəlmiş 
olur. 
Mərkəzləşdirici 
məfhum 
mütləq 
qaydada 
digər 
məfhumları da öz ətrafına cəlb etmək məcburiyyətində olur və 
bu  anda  sistemləşdirici  idrak  meydana  gəlmiş  olur.  Bir 
məfhum  zəruri  obyektə  çevrildikdə  təfəkkür  öz  sistemli 
funksiyasını işə salır və digər elementləri bu məfhum ətrafında 
cəmləşdirir.  Bu  anda  yaxın  məfhumlar  (burada  müxtəlif 
məna 
bildirən 
məfhumların 
kontekstdə 
məzmun 
birləşmələri  baş  verir)  meydana  gəlir  və  birləşmələr 
sayəsində  ümumi  bir  vahidlik  ortaya  çıxır.  Məsələn,  hər  hansı 
bir  istiqamət  üzrə  tədqiqat  işləri  həyata  keçirilən  zaman,  eləcə 
də  müəyyən  bir  binanın  layihəsi  tərtib  olunarkən  elmi 
prinsiplər  olaraq  oxşar  təfəkkür  prinsipləri  tətbiq  olunur.  Bu 
anda  bir  və  ya  da  bir  neçə  məfhum  ətrafına  təfəkkür  (burada 
idrak  prosesləri)  digər  məfhumları  cəmləyir  və  sistemləşmə 
meydana  gəlir.  Elmin  də  əsası  elə  sistemləşmə  proseslərindən 
ibarətdir.  Sistemləşmənin  və  mexanizmləşmənin  nəticəsi  və 
təzahürü  olaraq  mərkəz  məfhumları  digər  məfhumları  da 
təfəkkürdə  öz  ətrafında  cəmləşdirməyə  çalışır.  Bunun  üçün 
ehtiyac,  tələbat,  maraq,  istək,  zaman  və  məkan  kateqoriyaları 
zərurəti  ortaya  çıxarır.  Zərurətdən  ortaya  çıxan  məfhumlar  və 
onlar  arasında  birləşmələr  hərəkət  birləşmələrini  meydana 
gətirir.  Hərəkət  birləşmələri  də  öz  növbəsində  enerji 
toplanmasını  yaradır.  Enerji  toplanmaları  təbii  ki,  müəyyən 
istiqamətlərdə  mövcud  olan  məfhumların  cəmləşməsindən 
ortaya çıxır.  
Ə
vvəcə  qeyd  olunduğu  kimi,  “Seçki”  məfhumunu  və 
anlayışını  bir  kriteriya  olaraq  fəlsəfə  və  elmin  obyekti  kimi 
qəbul  etmək  olar.  Belə  ki,  seçki  həm  ümumiləşdirici,  həm  də 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə