Microsoft Word ++++Secki huququ\3005. doc



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə23/57
tarix23.11.2017
ölçüsü2,88 Kb.
#11786
1   ...   19   20   21   22   23   24   25   26   ...   57

72 
 
 
başlanğıc  və  nəticədir.  Nisbi  yoxluqdan  mütləq  varlığın  əldə 
edilməsi proseslərinin tərkibidir.  
Qeyd  olunduğu  kimi,  süni  yaranan  vasitələri-əşyaları- 
insanlar  meydana  gətirirlər.  Bu,  əqli  fəaliyyətin  məhsuludur. 
Burada süni məhsullar anlayışı da konkret məsələlərdə mütləq, 
universal  məsələlərdə  (düşüncə  obyekti  olaraq)  isə  mütləq-
nisbi  əsaslara  söykənir.  Əslində,  əqli  fəaliyyətin  məhsulu  da 
təbii  olaraq  qəbul  olunmalıdır.  Sadəcə  biz  insanın  iradəsindən 
kənar  təbiətdə  mövcud  olan  vasitələrə  təbii  vasitələr  adlarını 
veririk.  Sünilik  əslində  insanın  əqli  fəaliyyəti  ilə  davam  edən 
təbiilikdir.  Deməli,  sünilik  həm  də  şərti  bir  ifadədir.  Dərin 
mahiyyət  etibarilə  təbiiliyə  tabedir.  Təbii  nizam  istənilən  süni 
nizamı  pozmaq  gücünə  malikdir.  Sünilik  insana  verilən  təbii 
nemətlərin  (burada  insan  maraqlarını  ödəmək  üçün  insana  xas 
olan  nemətlər,  dəyərlər)  məhsulu  olduğuna  görə  subtəbii 
mahiyyətə  malikdir.  İnkişaf  həm  də  sünilikdirsə,  onda  o  da 
subtəbii  məhsuldur.  Həm  birbaşa  təbii  (yəni,  dəyişməz  halda 
təbiətdən  əldə  edilən),  həm  də  süni  əşyalarda  (təbiətdən 
götürülənlərin  dəyişdirilməsi)  qəbulediləndir.  Lakin  insanlar 
təbii quruluşa çox təsir göstərib hər şeyi süni edə bilməzlər. Bu, 
həm  imkanlar  xaricindədir,  yəni  insanların  iradələrindən  və 
güclərindən asılı deyil, həm də bir əxlaq normasıdır ki, insanlar 
təbiətin  onlara  verdiyi  nizamlı  sistemi  hər  zaman  istədikləri 
kimi  dəyişə  bilməzlər.  Təbii  quruluş  qüvvə  iyerarxiyasının 
aşağı  mərhələlərində  dayanan  canlılar,  o  cümlədən  insanlar 
üçündür.  Onun  kəskin  şəkildə  pozulması  canlıların  özünün 
məhvinə  gətirib  çıxara  bilər.  Bu  həm  də  təbii  və  fövqəltəbii 
qüvvənin  ziddinə  getməni  meydana  gətirər).  Bir  mexanizm 
olaraq, sistem (tarazlı məzmunlu sistem) və vahidlik ən böyük 
ə
dalət  kateqoriyasıdır.  Sistemin  içərisində  isə  rəngarənglikdən 
irəli  gələrək  ədalətsizliklər  və  mənfiliklər  mövcuddur.  Ədalət 
böyük  enerjidir,  ədalətdən  meydana  gələn  böyük  enerjini 
sistem  yaradırsa,  belə  nəticəyə  gəlmək  olar  ki,  sistemin  bütöv 


73 
 
 
halda  məhsulu  ədalətdir.  Buradan  da  belə  nəticəyə  gəlmək 
olur  ki,  dövlət  sistem  olduğundan  ədalətdir.  Bu  baxımdan  da 
insanlar  üçün  mütləq  lazımdır.  Ədalətsizlik  isə  xaosdur, 
nizamsızlıqdır,  sistemsizlikdir.  Bu  baxımdan  da  əxlaqsızlıqdır 
və  enerjisizlikdir.  “Mənfi  hüquq”  ədalətsizlikdir,  məhz 
birtərəfli  və  ya  bir  neçə  tərəfli  qaydada  təminedici  vasitədir. 
Deməli,  hüquq  ədaləti  mütləq  və  nisbi  əsaslarla  müəyyən 
etmək  vasitəsidir.  Ədalətsizlik  elementlərin  (subyektlərin) 
qeyri-normal,  qeyri-uyğun  münasibət  formasıdır.  Ədalətsizlik 
konkret  hallarda  və  tərəflərdə  bir  çoxları  üçün  ədalətdir  və  bu 
baxımdan  da  ədalətli  tərəflər  üçün  hüquqdur.  (Qeyd:  eradan 
ə
vvəl  beşinci  əsrdə  yaşamış  və  yunan  sofistlər  (“müdriklər) 
məktəbinin nümayəndəi olan Protoqor hamı üçün məcburi olan 
həqiqətlərin,  davranış  normalarının  olmadığını  və  ola 
bilmədiyini  əsaslandırmağa  çalışmışdır.
1
  B.e.ə.  469-399-cu 
illərdə  yaşamış  yunan  filosofu  Sokrat  isə  göstərirdi  ki,  vahid 
şə
kildə  hamı  üçün  məcbur  olan  həqiqətlər,  etik  normalar 
mümkündür.
2
)  Deməli, fəlsəfi kateqoriyalar ümumən qarşılıqlı 
münasibətlərdə  və  tətbiqi  məsələlərdə  həm  universal,  həm  də 
fərdi  olaraq  mütləq  və  nisbi  vəziyyətləri  müəyyən  etmək 
vasitələri  kimi  mühüm  əhəmiyyətə  malikdir.  Ədalət  həm 
şə
rtləndirici,  yəni,  təkanverici,  həm  də  şərtlənən,  meydana 
gələn  kateqoriyadır.  Digər  kateqoriyaların  qarşılıqlı  şəkildə 
vəhdəti  ədaləti  meydana  gətirir. Ədalət  elə bir meyardır ki,  bu 
hər  bir  insanın  daxilindən  gəlir  və  bütün  kateqoriyaların 
dialektik  vəhdətində  bunun  reallaşması  mümkündür.  Ədalət, 
deməli,  universal  şəraitlərdə  tətbiq  olunan  kateqoriyadır. 
Ə
dalət  özü  bir  vəziyyəti  dəyərləndirən,  şəraiti  əlamətləndirən 
və  hərəkətlərin  məzmununu  müəyyən  edən  universal 
                                                 
1
 Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutu. 
Qədim yunan fəlsəfəsi antologiyası. “Yeni Nəsil” AJB, Bakı, 2002, 180 
səh., səh.7.
 
2
 Yenə orada. 


74 
 
 
kateqoriya  olmaqla  bərabər,  həm  də  digər  məfhumları 
birləşdirici qəti və imperativ kateqoriyadır.  
Seçki  ədaləti  üzərə  çıxarma  (ədaləti  şərtləndirən) 
vasitələrindən,  kateqoriyalarından  biridir.  Çünki  bu  proses 
ümumiləşdirici  və  konkretləşdirici  məfhum  olaraq,  dialektik 
məzmunun  tərkibi  olaraq,  ümumi  və  xüsusi  hallarda  çoxluğun 
(hamının  və  müəyyən  bir  qrupun)  iradəsini  ifadə  etmə 
vasitəsidir.  Seçki  zamanı  universal  və  fərdi  təfəkkürün 
gerçəkləşməsi  (burada  həyata  keçməsi,  praktiki  əməllə 
birləşməsi) prosesləri meydana gəlir. Çoxluğun iradəsinin ifadə 
olunması  şərtləri  nəzəri-ideal  və  real-praktiki  ədalət 
vəziyyətidir. Bu baxımdan da hüquq və onun bölgü ünsürü olan 
seçki hüququ nizamlama vasitəsidir və nizamlama səlahiyyətini 
verən üsuldur. Seçki hüququ nizamlama vasitəsi olduğuna görə 
sistemə  (sistem  yaratmağa)  xasdır.  Seçki  zamanı  universal  və 
məxsusi  məkanlarda  və  şəraitlərdə  maraqların  təqribi  və 
mütləq  əsaslarla  bərabərləşməsi  prosesləri  baş  verir.  Seçki  bir 
mərkəzləşdirici  kateqoriya  olaraq  məkan,  zaman,  şərait 
kateqoriyalarının  müəyyən  qarşılıqlı  vəhdətini  yaradır.  Seçki 
burada  tənzimedici  bir  normaya  çevrilir.  Buradan  belə  bir 
nəticə  əldə  olunur  ki,  seçki  universallaşdırıcı,  bir  mərkəzəgə-
tirici nizamlama  vasitəsidir və  kriteriyasıdır.  Buradan da seçki 
hüququnun geniş məzmunlu tərifi meydana gəlir.  
Seçkinin  digər  əhəmiyyətini  aşağıdakı  şəkildə  əsaslan-
dırmaq  olar.  Burada  tərifləri  qarşılıqlı  proseslərdə  genişlən-
dirmək  mümkündür.  Yəni,  seçkinin  digər  prosesləri  tənzim 
etməsi 
funksiyası 
onun 
tərifinin 
tərkib 
elementlərini 
genişləndirir, daha çox elementləri daxil edir: 
-seçki  cəmiyyətdə,  dövlətin  siyasi  həyatında  müəyyən 
yetişmə  proseslərini  tamamlayan  və  yeni  axara  salan  bir 
vasitədir.  Məsələn,  cəmiyyətdə  baş  verən  hadisələrin  və 
siyasi  hadisələrin  gedişində  seçki  yeni  hərəkətlərə  impuls 
verən, yeni hərəkətlərin meydana gəlməsini təmin edən bir 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə