Microsoft Word ++++Secki huququ\3005. doc



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə19/57
tarix23.11.2017
ölçüsü2,88 Kb.
#11786
1   ...   15   16   17   18   19   20   21   22   ...   57

60 
 
 
üçün  onun  yanına  getmək  lazımdır.  Deməli,  məkanların 
axtarışı  sübutların  axtarışı  deməkdir.  Məsələn,  kainatın  çoxlu 
axtarışı məkanları –elementləri, çoxlu sayda tapmaq deməkdir. 
Məkanların  axtarışı  vahid  sistemin  tərkibini  axtarmaq 
demıəkdir.  Kainat  vahid  sistemdir,  həm  də  sistemlər  cəmidir. 
Fəzada  hər  bir  tapılan  element  kainat  sistemini  öyrənməyə 
imkan  verir  və  sübutları,  faktları  daha  çox  ortaya  çıxar. 
İ
nsanlar  dövlətləri  məkanlarında  yaşayırlar.  Əslində  insanların 
yaşaıdıqları bütün dünya vahiddir, tam sistemdir. Dövlətlər isə 
deduktiv  və  induktiv  metodlarla  tərkib  hissələrdən  ibarətdir. 
Dünyada  dövlətlərin  sayının  çoxluğu  vahidin  böyüklüyüdür. 
Dövlətlər  xalqlardan  təşkil  olunubdur.  Bu  baxımdan  da 
xalqların  öyrənilməsi  elə  münasibətlərin  və  əlaqələrin 
xassələrinin öyrənilməsi demək olur). Müəyyənlik dərketmənin 
obyektə  münasibətdə  yaxınlığından  və  uzaqlığından  meydana 
gəlir.  Deməli,  hər  bir  prosesi  dərk  etmək  üçün  onun  yaxınına 
getmək  lazım  gəlir.  Bu  zaman  aşkarlama  prinsipi  ortaya  çıxır. 
(Qeyd:  qeyri-müəyyənlik  isə  nisbi  yoxluqdur.  Əslində  isə 
müəyyənliyin  üzə  çıxmamasıdır.  Qeyri-müəyyənlikdən  belə 
nəticəyə  gəlmək  olar  ki,  dünyada-kainatda,  hər  bir  şey 
vardır.  Sadəcə  onu  müəyyən  etmək  lazımdır.  Deməli,  belə 
nəticə hasil olur ki, insanlar üçün  yaxına görünməyən element 
ə
slində  vardır.  Sadəcə  onun  yaxınına  getmək  lazımdır.  Bunun 
üçün  isə  birbaşa  və  vasitəli  yaxınlaşdırıcılardan  istifadə  oluna 
bilir.  Deməli,  varlıq  mütləqdir,  yoxluq  nisbidir.  Yəni, 
yoxluq  varlığa  çevrilə  bilir.  Varlığın  nisbiliyi  isə  ondan 
uzaqlaşmaq  və  onun  məkanını  gözdən  itrimək  deməkdir. 
Gözdən itirilsə də hafizələrdə qalır. Deməli, varlıq yaddaşın 
elementidir).  Dərketmənin  obyektlərə  yaxınlığının  çoxalması 
və diqqətin  artması  təbii  ki,  müəyyənlik dərəcəsini artıra bilir. 
Düşüncə  kəmiyyətinin  çoxluğu  məhz  müəyyənliyin  dərəcəsini 
də  artıra  bilir.  Müəyyənliyin  artması  sistemin  tərkib 
ünsürlərinin,  vahidin  tərkib  hissələrinin  artması  deməkdir. 


61 
 
 
Deməli,  əslində  çoxluğun  (mövcud  olan  təbii  çoxluğun) 
aşkarlanmasının  davamediciliyi  müəyyənliyin  dərəcəsinin 
artması  ilə  meydana  gəlir.  Yəni,  varlıq  müəyyənlikdən  ortaya 
çıxan  bir  mahiyyətdir.  Müəyyənliyin  dərəcəsinin  artması 
ə
slində,  sistemin  tərkibinin  daha  çox  aşakrlanmasıdır.  Yəni, 
sübut  və  faktların  çoxaldılmasıdır.  Deməli,  çoxlu  sayda  aşkar 
edilən  məlumatların  əldə  olunması  yeni-yeni  faktları  üzərə 
çıxara  bilər.  Çoxlu  sayda  aşkar  olunan  (burada  dərk  edilmək 
üçün  obyektə  çevrilən  və  qavranılan,  qəbuledilən  şey,  vasitə, 
varlıq,  mövcudluq)  məlumatlar  elmin  inkişafının  əsasıdır. 
Çünki  faktlar  tərkibdir  və  bunları  öyrənmək  sistemin  daxilini 
daha  çox  aşkara  çıxarmaq  deməkdir.  (Qeyd:  məlumdur  ki, 
kainat  sonsuz  sistemdir,  vahiddir,  insanlar  sadəcə  olaraq  öz 
imkanları  daxilində  onun  tərkibini  aşkarlaya  bilirlər.  İnsanlar 
sadəcə olaraq onlara məxsus olan qabiliyyətlərdən irəli gələrək, 
mövcudluğu  xassələndirə  bilirlər.  Əsl  mahiyyət  başqa  da  ola 
bilər.  Bu  isə  insanın  dərk  edə  bilmədiyidir,  yəni  insan 
qabiliyyətindən kənar xassədir, forma və məzmundur).  
Seçki də məhz hüquqları, maraqları, hərəkətləri aşkarlama, 
müəyyənetmə vasitələrindən biri kimi xüsusi önəmə malik olan 
kriteriya  (vasitə,  üsul,  istiqamətə  təkan  verən  proseslərin 
deduktiv başlanğıcı) rolunu oynayır. Seçki vahid dövlət sistemi 
daxilində  mövcud  olan  prosesləri  (lazımi  və  zəruri  olan 
prosesləri) müəyyən etmək vasitəsidir.  
Seçki  universal  və  fərdi  kateqorik  əsaslarla  bu  kimi 
müəyyənedici funksiyanı yerinə yetirir: 
Seçki proseslərinin tənzimləmə obyektləri (burada prosesin 
özünün obyekt kimi müəyyən olunması) baxımından,  
-insan  azadlıqlarının  və  azad  iradənin  ifadə  olunmasının 
ə
saslarını,  sərbəst  hərəkət  edərək  seçim  variantlarını  və 
müxtəlifliyi-məsələn, 
Azərbaycan 
Respublikasının 
Seçki 
qanunvericiliyi  ümumi  seçki  hüququnu,  bərabər  seçki 
hüququnu və birbaşa seçki hüququnu qəbul və təsdiq edir; 


62 
 
 
-müxtəliflikdən irəli gələrək, maraqların rəngarəngliyini və 
bu  zəngin  maraqların  nisbi  olaraq  universallaşmasını, bərabər-
ləşməsini,  müəyyən  xətlər  üzrə  eyni  səviyyədə  istiqamət-
lənməsini, müəyyən səviyyələr üzrə bərabərləşməsini; 
-azadlıqları  normalarla  təcüssüm  etdirən  insan  hüquq-
larının  bölgü  ünsürü  olaraq  siyasi  hüquqların  və  ictimai 
hüquqların  əsasını-burada  seçki  hüquqların  məzmununu  da 
aça bilir və hüquqları təsnifat baxımından formalara ayırır; 
-şəxsin (fərdin) vətəndaşa çevrilməsinin əsaslarını; 
-vətəndaşın ictimai-siyasi məzmunda “özünüdərk”ini; 
-fərdin şüuru (həm də qavrayışı, dərketməsi) ilə hərəkətləri 
arasında ictimai-siyasi məzmunun yaradılmasını; 
-tərkib  komponenti  olaraq  şəxsin  (fərdin)  vətəndaşlıq 
statusunu;  
-vətəndaşın dövlət siyasətində iştirak statusunu; 
-vətəndaşın ictimai mövqeyini
-vətəndaşın dövlətdə iştirak mövqeyini
-ümumcəmiyyətin dövlət siyasətində iştirak əsaslarını;  
-dövlətin fəaliyyətinin və strukturunun tərkibini
-dövlətin vətəndaşla münasibətlərinin əsasını; 
-dövlət-vətəndaş 
birliyinin 
(əlaqə 
və 
münasibətlər) 
ə
saslarını; 
-dövlət fəaliyyətinin zamanla keyfiyyət əmsalını; 
-xalqın siyasi “özünüdərk”ini; 
-xalqın öz hakimiyyətinə məxsusluğunu
-hakimiyyətin xalqa xidmətini
-insanların hüquq bərabərliyinin əsaslarını və s.  
Seçki 
universallaşdırıcı, 
bərabərləşdirici, 
maraqları 
təxminən  eyni  səviyyələrə  gətirən  vasitə-istiqamətləndirici 
ünsür-rolunu oynayır.  
Seçki  ümumiyyətlə,  proseslər  (məsələn,  ictimai-siyasi 
proseslər)  və  strukturlar  (dövlət  strukturları)  arasında  körpü 
rolunu oynayır. Seçki subyektin obyektə olan təsir imkanlarını, 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə