Microsoft Word ++++Secki huququ\3005. doc



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə16/57
tarix23.11.2017
ölçüsü2,88 Kb.
#11786
1   ...   12   13   14   15   16   17   18   19   ...   57

51 
 
 
Hər iki zamanda meydana gətirən amil hərəkətdir. Birində 
makrohərəkət,  digərində  isə  nisbətən  kiçik  olan  mikrohərəkət 
mövcuddur. 
Makro 
hərəkət 
dəyişməyən 
(məzmunca 
təkrarlanan,  formasını  tam  bərpa  edən),  mikrohərəkət  isə 
makrohərəkətin təsiri ilə baş verən və formasını və məzmununu 
dəyişəndir, fərdi olaraq sona çatandır.  
Makrohərəkət  əsasən  makro  çevrilmələrlə  xarakterizə 
olunur,  yəni  nəhəng  qüvvə  çevrilmələri  təkrar  olunur. 
Makrohərəkət,  makroqüvvə  çevrilmələri  daima  eyni  olan 
formanı  və  məzmunu  yaradır.  Yəni,  Günəş  planetlərə  enerji 
verir,  enerjini  planetlər  fəzaya  qaytarırlar,  yenidən  Günəşə 
daxil  olur  və  s.  (Buradan  belə  nəticə  əldə  etmək  olur  ki, 
kosmik fəza planetləri və Günəşi təmizləyəndir. Planetlərin 
daxildən zəhərlənməsi,  atmosferin çirklənməsi zamanı fəza 
təmizləyici, 
zəhərləyici 
elementləri 
özünəqəbuledici 
funksiyanı  yerinə  yetirir).  Bu  enerjinin  əsl  kiçik  dəyişən 
fəsadları  isə  daxildə  baş  verir.  Canlı  aləm  bu  prosesdən 
qidalanır.  Makroqüvvə  daxili  dəyişikliyi  ilə  meydana  gələn 
materiyadaxili qüvvələrdən ibarətdir. Bu da özlüyündə zamanı 
meydana  gətirir.  İnsanlar  üçün  əsas  zaman  canlı  aləmin  təbii 
yetişməsində  və  məhv  olmasındadır.  İnsanları  kütləvi  olaraq 
düşündürən zaman da elə budur.  
Bərk  materiya,  məsələn,  torpaq  isə  dəyişməz,  yəni  itməz 
olaraq  qalır.  (Buradan  da  belə  nəticə  hasil  olur  ki,  Yer 
kürəsi  məhvolmazdır,  əbədidir.  Sistem  pozularsa,  əsasən 
Günəş  olmazsa,  məhv  olar).  Deməli,  zaman  təsnif  olunur: 
makrozaman 
öz 
daxilində 
mikrozamanları 
yaradır. 
Makrozaman  təkrar  olunan  makroproseslərdən  ibarətdir.  Bu 
baxımdan  da  hesab  etmək  olar  ki,  makrodəyişiklik  ola  bilməz 
və  bu  məkanın  elementləri,  məsələn,  Günəş  (ulduzlar), 
planetlər  ölməzdirlər.  Lakin,  materiya  üzərində  olan  canlılar 
dəyişərək  məhv  ola  bilirlər.  Mikroçevrilmələr  nəhəng 
makroçevrilmələrin  nisbi  sonluqlarıdır.  Yəni,  son  varlıq 


52 
 
 
olan  canlılar  təkrar  olaraq  dəyişə-dəyişə  makromühitin 
içərisinə daxil olurlar. (Qeyd: belə hesab etmək olar ki, Günəş 
və  ulduzlar  əslində  kosmik  fəzanı  tarazlaşdıran  elementlərdir, 
vahidliklərdir.  Bu  materiyalar  fəzadakı  hissəciklərin  sürətli 
axınlarından  meydana  gəlir.  Bunlara  “yanan  kosmik  fəza 
hissələri”  (geniş  yayılmış  kosmik  fəza  hissəciklərinin 
qarşılaşaraq  alov  effektini  meydana  gətirməsi  bizim 
adlandırdığımız  ulduzları  yaradır.  Ulduzlar  elementlərin 
sürətlə  qarşılaşmasındakı  təzahür  yaradan  qıcıqlardır) 
adını  da  qoymaq  olar.  Ulduzlar  öz  mənbəyini  əslində  kosmik 
fəzadan  götürürlər.  Kosmik  fəza  elementləri  bu  ulduzların 
mənbəyidir.  Mənbə  elə  kosmik  fəza  elementlərinin  özləridir. 
Ulduzlar  həm  də  kosmik  fəzada  mövcud  olan  bərk 
materiyalardan  qidalanırlar.  Məsələn,  planetlərə  ulduzların 
göndərdiyi enerji təkrar həmin ulduzlara qayıdır).  
Kosmik  fəza  Günəşi  (ulduzları)  və  bərk  materiyaları 
(planetləri  və  digər  quru  parçalarını)  bir-birilə  təmasda 
saxlayan əsas müstəvidir. Çünki, bu materiyalar elə müstəvidən 
yaranandırlar.  Müstəvi  (kosmik  fəza)  olmasa  Günəş  və 
planetlər  də  ola  bilməz.  Şərti  olaraq  deyək  ki,  onlar  arasında 
tarazlı  əlaqələr  də  yarana  bilməz.  Planetlər  sistemində  fəza 
tarazlıq  müstəvisi,  qoruyucu  müstəvi  (plazma)  rolunda  çıxış 
edir.  
NƏYİNSƏ  YOXLUĞU  MÜTLƏQ  YOXLUQ  DEYİL. 
TƏBİƏTDƏ  GÖZƏ  GÖRÜNMƏMƏK  TAM  YOXLUQ 
DEYİL. RƏNGSİZLİK TAM YOXLUQDUR. BƏLKƏ BU 
DA 
NİSBİDİR. 
ELEMENTİN 
TAM 
YOXLUĞU 
ÜMUMİYYƏTLƏ  YOXLUQDUR.  BU  DA  MÜTLƏQ 
DEYİL, 
ÇÜNKİ 
İ
NSAN 
HƏR 
Ş
EYİ 
GÖRMƏK 
QABİLİYYƏTİNDƏ  DEYİL.  İŞIQ  VƏ  QARANLIQ 
GÖRÜNÜRSƏ,  DEMƏLİ,  HƏR  İKİSİNDƏ  NƏ  İSƏ  VAR 
Kİ,  ƏLAMƏT  VERİR.  BU  BAXIMDAN  “MÜTLƏQ 
YOXLUQ”  YOXDUR.  MÜTLƏQ  VARLIQ  VAR.  BU 


53 
 
 
PRİNSİPDƏN  KƏNAR,  ƏLAVƏ  HEÇ  NƏ  DEMƏK 
OLMAZ.  ANCAQ  BU,  O  DEMƏK  DEYİL  Kİ,  BÜTÜN 
PRİNSİPLƏR  MÜƏYYƏN  OLUNUB. 
PRİNSİPLƏR 
SONSUZDUR,  ÇÜNKİ  ELEMENTLƏRİN  YAYILMASI 
SONSUZDUR.  
İ
nsan  və  dövlət  fəlsəfəsi  haqqında.  İnsanlar  (burada 
müəyyən  etnik  mənşəli  xalqların  birlikləri  nəzərdə  tutulur)  öz 
yaşadıqları  məkanlar  daxilində  əlaqələrini  və  onların  material 
aləmə olan təmaslarını (həm də kontaktlarını) rasional əsaslarla 
(burada  sivil  dövlətlər  nəzərdə  tutulur)  tənzim  edən,  yəni, 
ə
laqələri  müəyyən  qaydalara  salan  (qaydalara  salmaq 
istiqamətləri  müəyyən  etmək  və  əlaqələrin  tərkibini  ölçüb-
biçməkdən  ibarətdir),  bu  baxımdan  əlaqələrinin  quruluş  və 
məzmununu  meydana  gətirən,  əlaqələri  istiqamətləndirən, 
ümumiyyətlə,  əlaqə  tərkiblərini  yaradan  müəyyən  quruluşa 
malik  olan  siyasi  sistemləri  formalaşdırıblar.  Siyasi  sistemlər 
(siyasi  hakimiyyətlərin  qolları  və  onların  daxilində  bürokratik 
məzmunu  olan  aparatlarının  məcmusu)  dövlət  idarəçiliyinin 
(siyasi sistem mərkəzləri-strukturları- məhz aparatları vasitəsilə 
idarəetməni  təşkil  edirlər)  forma  və  məzmununu  meydana 
gətirirlər.  Dövlətlər  xalqların,  millətlərin  (millətlər  dedikdə, 
burada  təşkilatlanmış  xalqları,  yəni  dövlətləri  olan  xalqları 
nəzərdə  tutmaq  olar.  Hal-hazırda  isə  demək  olar  ki,  dünyanın 
bütün  xalqları  fərdi  və  digərləri  ilə  birləşmiş  formada 
dövlətələrə  mənsubdurlar.  Yəni,  ümumdünya  siyasi  baxımdan 
təşkilatlanmş  siyasi  qurumların  cəmindən  ibarət  olan  bir 
bütövdür) münasibətlərinin və əlaqələrinin yüksək siyasiləşmiş 
sosial  qurumlardır.  Dövlətlər  insanlar  üçün  zəruri  olaraq 
meydana  gələn  sosial  təsisatlar  kimi  çıxış  edirlər.  Yəni 
insanlarda  hakimiyyət  təbiidir  və  onların  əlaqələrinin  və 
qazanclarının taraz və nizamlı qaydada əldə olunmasına xidmət 
edir.  Dövlət  olmadan,  hakimiyyət  olmadan  (güc  tərəfi-
nizamlama  funksiyasını  yerinə  yetirən  tərəf  olmadan) 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə