Microsoft Word ++++Secki huququ\3005. doc



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə18/57
tarix23.11.2017
ölçüsü2,88 Kb.
#11786
1   ...   14   15   16   17   18   19   20   21   ...   57

57 
 
 
Dövlətlər  öz  ərazilərində  yaşayan  insanların  (vətəndaş-
larının  və  qeyri-vətəndaşlarının,  yəni,  digər  dövlətlərə  mənsub 
olan  vətəndaşlarının)  istək  və  arzularını  yerinə  yertirən 
mərkəzi-siyasi mənbə vasitələridirlər, strukturlardırlar.  
Bütün  dünyada  dövlətlərin  (dövlət  hakimiyyətlərinin) 
idarəetmə  funksiyaları,  idarəetmə  obyektləri  ümumi  məzmun 
baxımından  oxşardır.  Ancaq  ayrı-ayrı  regionlarda  təşəkkül 
tapmış  dövlət  quruluşları  forma  baxımından  fərqlidir,  lakin 
dərin  məzmun  etibarilə  eynilikləri  və  oxşarlıqları  (dövlətin 
insanlara  xidmət  üçün  təşkil  olunması  zərurəti)  özlərində  əks 
etdirirlər.  
Son dövrlərdə vətəndaşları öz siyasi sistemlərinə bağlayan 
və öz sosial -siyasi talelərini həll etməyə vadar edən ən əlverişli 
proses 
üsullarından 
biri  seçkidir 
(yerli 
və 
mərkəzi 
idarəetmələrə:  siyasi  və  inzibati  idarəetmə  qollarına  olan 
seçkilər.  Qeyd:  inzibati  ifadə  daha  çox  bürokratik  aparatın 
daxilində  olan  iyerarxik  fəaliyyəti  nəzərdə  tutur).  Dünyada 
mövcud  olan  dövlət  quruluşlarının  əsası  (burada  respublikalar 
və  monarxiyaların  əsasları  nəzərdə  tutulur)  baza  etibarilə 
seçkilər  yolu  ilə  (məsələn,  konstitusiyaların  qəbulu,  referen-
dumların  keçirilməsi)  müəyyən  olunur.  Seçki  demokratiyanın 
(xalq  hakimiyyətinin)  formalaşmasının  əsaslarını  müəyyən 
edən üsul və vasitə kimi əhəmiyyət kəsb edir. Seçki prosesləri 
insanlara  (vətəndaşlara)  hüquqlarına  görə  səlahiyyətlər  və 
vəzifələr  verir.  Seçki  proseslərində  iştirak  etmək  üçün 
vətəndaşların  hüquqları  meydana  gəlir  və  dövlət  bu  hüquqları 
normalar  şəkilinə  salır.  Elmi  izahlara  əsasən,  seçki  hüququ 
dövlət  orqanlarının  seçilməsi  qaydasını  tənzim  edən  hüquq 
normalarının 
məcmusudur. 
Seçki 
hüququ 
konstitusiya 
hüququnun  mühüm  institutlarından  biridir.  Seçki  hüququnun 
ə
sas  prinsipləri  konstitusiyada  və  seçki  qanunvericiliyində 


58 
 
 
müəyyən  olunur.
1
  Seçki  insanları  dövlət  idarəçiliyinin  həm 
formasına, həm də məzmununa bağlayır. Seçki elə bir prosesdir 
ki, bu prosesin həyata keçirilməsi zamanı insanlarda ictimai və 
siyasi  məzmunlu  və  müxtəlif  komponentlərin  məcmusunu 
təşkil  edən  “özünüdərk”  fəlsəfi  düşüncəsi  formalaşır.  Siyasi 
hakimiyyətə  olan  seçkilər  bu  baxımdan  fəlsəfi  (dərin 
məzmunlu)  əhəmiyyət  kəsb  edir.  Seçki  yolu  ilə  insanların 
“özünüdərk” fəlsəfəsi kompleksləşir və dövlətçilik fəlsəfəsi ilə 
ruhi  kompozisiyanı  yaradır.  Dövlətçilik  fəlsəfəsi  isə  “insanlıq 
fəlsəfəsi”nin  (burada  bəşəri  fəlsəfə,  humanizm  fəlsəfəsi) 
mövcudluğuna  xidmət  edir.  Seçki  siyasi  dərketmə  ilə  ictimai 
təfəkkür  arasında  bağlılığı  yaradan  əsas  vasitə  kimi  də  böyük 
önəm kəsb edir. Bu baxımdan da hər iki düşüncə arasında üzvi 
vəhdətin  yaranmasının  əsaslarını  formalaşdırmış  olur.  Seçki 
yolu  ilə  insanların  ali  hüquqlarını  təmin  edən  ali  hakimiyyət 
sistemləri və onların qarşılıqlı asılılıq forması meydana gəlmiş 
olur.  Bu  baxımdan  da  seçki  özündə  həm  fəlsəfi,  həm  də  elmi 
məzmunu  cəmləşdirir.  Ona  görə  elmi  məzmunu  meydana 
gətirir  ki,  seçkilər  maraqların  təsnif  olunmasında  mühüm 
kriteriya və vasitə rolunu oynayır.  
Hamımıza  məlumdur  ki,  insan  həyatı  müəyyən  (universal 
və  ya  da  fərdi  əsaslarla  bəlli  olan,  dərk  olunan)  və  qeyri-
müəyyən  (məzmunu  bir  çox  şəraitlərdə  aşkar  olunmayan,  bir 
çox  hallarda  bəlli  olmayan)  proseslərlə  müşaiyət  olunur. 
Proseslərin  müəyyənliyi  və  qeyri-müəyyən  xassələri  isə  bu 
proseslərin məkan xassələri və tərkib məzmunu ilə əlaqəli olur. 
Proseslər  müəyyənlikdən  qeyri-müəyyənliyə  və  ya  da  əksinə 
keçid üzərində formalaşır. Keçidlər zamanı müəyyən proseslər 
qeyri-müəyyən məzmun və forma alır, yaxud da əksinə olaraq, 
müəyyənliyi  meydana  gətirir.  Məsələn,  bir  məkanda  bir 
                                                 
1
 A.İ. Quliyev. Hüquq ensiklopediyası. Bakı-Qanun -2007. 1108 səh., 
səh. 911.
  


59 
 
 
çoxlarına  məlum  olan  proseslər  digər  məkana  keçdikcə  həmin 
məkanı da  məlum  edir. Burada  məkanda  mövcudluq prinsipi 
xüsusi  önəmə  malik  olur.  (Qeyd:  hər  bir  məkan  elementlərin 
tərkibi,  say  tərkibi,  məzmunu  ilə  xassələnir.  Elementlərin 
həcmi,  qarşılıqlı  təmasları,  bundan  meydana  gələn  sadə  və 
mürəkkəbliyi  həmin  məkanın  xassəsini  yaradır.  Məkanlar 
arasında  keçicilik  var  və  bir  məkan  digər  məkandan  tədrici 
keçicilik  əsasında  fərqlənir.  Bu  keçicilikdə  çoxlu  sayda 
elementlər-bir  xassədən  başqa  xassəyə  keçən  elementlər-yer 
alırlar.  Məkanın  xassələri  və  yeri  elə  elementlərin  özündə 
mövcuddur.  Ümumiyyətlə  isə  boş  məkan  ola  bilməz,  olsa  da 
biz  insanların  dərketməsindən  kənarda  yer  alıbdır.  Bu 
baxımdan mövcudluq, xüsusilə materiya aləmində mövcudluq, 
həmin  mövcudluğun  məkanını  xassələndirir.  Məkan  elə 
elementlərin  mövcudluğunda  meydana  gələn  təzahürdür, 
açkarlıqdır.  Deməli,  məkan  elə  elementlərin  müəyyən 
koordinatlarda  yer  almasıdır.  Elementlərin  beyində  inikası 
məkanın  yerini  müəyyən  etməyə  imkan  verir.  Məkanın  yeri 
onu  müəyyən  edənin  və  məkandakı  elementlərin  vəziyyəti  ilə 
ortaya  çıxır.  Məsələn,  insanlar  hərəkət  edərək  məkanın  yerini 
müəyyən  edirlər.  Eləcə  də  bir  koordinatda  nisbi  olaraq 
hərəkətsiz  vəziyyətdə  dayanan  insan  onun  gözləri  önünüdə 
hərəkət edən  məkanı  görə  bilir.  Deməli,  məkan və mövcudluq 
həm  mütləqdir,  dəyişməzdir,  həm  də  müxtəlif  koordinatlarda 
dəyişkən və keçicidir, nisbidir. Böyük məkanı müəyyən etmək 
istəyində  olan  kiçik  bir  şey  onu  gəzərək  özündən  “xaricdə-
ə
trafda”  axtarmalıdır,  böyük  məkan  isə  kiçik  obyekti  daxildə 
axtarıb  tapmalıdır.  Buradan  da  məkanları  müəyyən  etmək 
müqayisəsi  və  məkanlar  nisbəti  məsələsi  ortaya  çıxır.  Hər  bir 
məkan  elementdir,  elementlər  cəmidir.  Elementlər  isə 
sübutlardır.  Deməli,  məkanlar  sübutlardır,  çünki  faktlardır. 
Sübutlar  istinadlardır.  İstinadlar  da  faktlardır.  Faktlar  da 
mövcudluqdur.  Hər  bir  mövcudluğu  müəyyən  etmək,  tapmaq 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə