Microsoft Word ++++Secki huququ\3005. doc



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə15/57
tarix23.11.2017
ölçüsü2,88 Kb.
#11786
1   ...   11   12   13   14   15   16   17   18   ...   57

48 
 
 
-hər  bir  ulduz  sisteminin  öz  zamanı  var.  Deməli, 
Qalaktikaların öz zamanları var; 
-hər bir planetin öz-zamanı var;  
-Qalaktikalar  sərhədləri  çox  ehtimal  ki,  “məkan-
sızdırlar”, həddən artıq qaranlıqdırlar, bu baxımdan da ola 
bilər  ki,  burada  çoxlu  sayda  bərk  elementlər  var.  Bu  bərk 
elementlər  çevrilməyən  başlanğıcdırlar.  Ya  da  heç  bir 
element  yoxdur  və  hərəkət  və  zaman  da  yoxdur.  Bu  da 
mütləq inandırıcı deyil; 
-enerji  mənbəyindən  uzaqlaşdıqca  sürət  də  zəifdir. 
Sürət  qalaktika  sərhədlərində-zamansız-enerjisiz  sərhəd-
lərdə tam bitəndir; 
-kosmik  fəzada  sürətin  artması  üçün  (mexanika  üçün) 
çoxlu  sayda  işıqlanma  (aparatın  özünün  işıqlanması) 
lazımdır; 
-enerji  mənbəyindən  uzaqlaşan  məsafənin  uzunluğu 
zamanın  uzunluğudur  ki,  bu  da  özlüyündə  hərəkətin 
zəifləməsidir.  
 
Elementlərin  müəyyən  məsafə  ilə  mövcudluqlarında, 
element  birləşmələrində  müəyyən  məkanlar  formalaşır. 
Məkanın özü də ən kiçik hisscikdən, birləşmiş böyük və sonsuz 
məkanlara  bölünür.  Əslində,  ən  kiçik  element  öz-özlüyündə 
məkandır.  Elementlərin  düzülüş  forması,  eninə  və  yuxarıya 
doğru  toplanması  məkanın  səthini  və  məkanın  sıxlığı  amilini 
formalaşdırır. Deməli, məkan elementdir, element məkandır. 
Bu baxımdan da tamamilə boşluq yoxdur. Nisbətən boşluq var. 
Bu  boşluq  –məsələn,  kosmik  fəza  boşluğu,  nisbidir.  Element 
yoxdursa, əvəzində başqa element var. Buna görə də belə qəbul 
etmək olar ki, kainat daxilində tam vahidlik (həddi olmayan 
vahidlik) və tam boşluq yoxdur.  


49 
 
 
Kainatı axtarmaqla bitməz. Elementlərin ən çox toplaşdığı 
“məkan”-hissə-materiyadır.  Deməli,  planetlər  və  ulduzlar 
məkanı müəyyən edən əsas güclü varlıqlardır.  
Zaman  formada,  zaman  məzmunda  və  hər  ikisində 
olur.  Məzmunda  və  formada  olan  (hər  ikisində  olan  zaman) 
zaman  materiyanın  canlı  aləminin  zamanıdır.  Çünki  bu 
aləmdə dəyişmə var. Forma və məzmun dəyişə bilir. Doğulma 
və  ölmə  prosesləri  forma  və  məzmun  dəyişmələri  zamanında 
olur. Bu dəyişmələr elə zamanı meydana gətirir.  
Bizim  hesab  etdiyimiz  zaman  (məzmun  və  forma  əmələ 
gətirən  zaman)  amili  təbiətin  özündədir,  təbiət  elementlərinin 
ardıcıl hərəkətindədir. Məsələn, Yer kürəsinin sutkada hərəkəti, 
ildə Günəş ətrafında hərəkəti bir məsafə dəyişməsi olduğundan, 
bu  dəyişmənin  riyazi  hesablanması  elə  zamandır.  Deməli,  bu 
məsələdə 
zaman 
sadəcə 
olaraq 
eyni 
vəziyyətlərin 
toplanmasıdır,  ölçülməsdir.  Buna  daha  çox  forma  zamanı 
adını  vermək  düzgündür.  Burada  məzmun  dəyişməsi  artıq 
tam  başa  çatıbdır.  Nisbi  sonluq  və  ya  da  mütləq  sonluq  var. 
Günəş  sistemində  yeni  dəyişikliklər  baş  vermir,  yeni 
məzmunlar  ortaya  çıxmır.  Buradan  Günəş  sisteminin  əbədiliyi 
məsələsi  ortaya  çıxır.  Burada  məzmun  və  forma  dəyişmələri 
yeni  dəyişmələrlə,  yəni  yeni  məzmun  əmələ  gətirən 
dəyişmələrlə əvəz olunmur, sadəcə təkrarlanma var.  
Təbiətdə  zaman  ola  da  bilər  ki,  heç  yoxdur.  Sadəcə 
proseslərin 
məhz 
bizim 
hesab 
etdiyimiz 
zamanla 
(dalandırdığımız  zamanla)  davam  etməsi,  ardıcıl  şəkildə 
davam  etməsi  var.  Yəni,  dəyişməyən  hərəkətin  (məzmunca) 
zamanı  var.  Ardıcıl  olaraq  baş  verən  təbiət  hadisəsi,  kainat 
hadisəsi  dəyişməzdir,  sadəcə  formanın  müəyyən  trayektoriya 
üzrə ardıcıl hərəkətidir. Buna əvvəl izah verdik. Təbiətin çevrə 
hərəkətində  (məsələn,  Günəş  ətrafında  dövretmə)  zaman 
dəyişmir.  Çünki  burada  planetlər məhz  bizim hesab etdiyimiz 
kimi zamanla dövr edirlər. Bir nöqtədən bir və ya bir neçə dəfə 


50 
 
 
keçməni  biz  dövrə  (zaman)  adlandırırq.  Deməli,  bizim  hesab 
etdiyimiz  zaman  (təbiətlə  bağlı  olan  zaman)  əslində  müəyyən 
bir  məkanda  hərəkət  edən  və  yerini  dəyişən,  koordinatlarını 
dəyişən elementlərdə əks olunur.  
Ə
sl  zaman  başlanğıc  və  son  arasında  olan  dəyişiklik 
(formanın  dəyişməsi,  məzmunun  dəyişməsi)  intervalındadır. 
Onda belə çıxır ki, canlılar, xüsusilə insanlar təbiətin nisbi son 
məhsullarıdır və zamanın məzmunu (məzmunlu zaman) yalnız 
onlara aiddir. Məsələn, inkişafın baş verməsi forma və məzmun 
dəyişkənliyidir.  Bu  anda əmələgəlmə və  yoxolma hadisəsi baş 
verir.  Məsələn,  insanların  əmələ  gəlməsi,  dəyişməsi  və  sonda 
yox  olması  bu  zamanla  ifadə  olunur.  Burada  da  dövrlük  var. 
Bu  məsələdə  canlı  aləmin  zamanı  ilə  bərk  materiyanın 
zamanı  birləşir,  eyni  məzmun  təşkil  edir.  Fərq  isə  ondan 
ibarətdir  ki,  həmin  insan  təzədən  (ölən  kimi  yenidən 
dünyaya  gəlmə,  yaxud  da  uşaqlıqdan  təzədən  başlama) 
doğulmur.  Deməli,  canlı  aləmə  fərdi  olaraq  tətbiq  olunan 
zaman  müvəqqətidir,  bitəndir.  Makrokosmosun  zamanı  isə 
tükənməzdir. Deməli, kainatın əbədiliyi prinsipi mövcuddur.  
Bir  Günəş  sisteminin  eyniliyi  digər  Günəş  (ulduz) 
sistemində ola bilər. Zaman burada eyni ola bilər. Bunun üçün 
də  planetlər  gərək  Günəş  sistemində  olduğu  kimi  olsunlar. 
Paralel Günəş sistemində eyni zaman olar. Günəşə oxşar ulduz 
sistemində həyatın olması ehtimalı ola bilər.  
Buradan  da  zamanın  özünün  təsnifatı  meydana  gəlmiş 
olur.  Əbədi  zaman  (birxətli,  eyni  məzmun  çevrilmələri  və 
forma 
ilə 
müşahidə 
olunan 
zaman), 
yəni, 
təbiətin, 
fövqəlvarlığın zamanı, insanların, canlı aləmin zamanı (birxətli 
olmaqla  yanaşı,  fərdi  qaydada  bitən  zaman).  Canlı  aləmin 
zamanı  onun  dəyişməsində  özünü  göstərir.  Dəyişən  zaman 
(canlı  aləmin  zamanı)  “makrozaman”  içərisində  tərkib 
zamanıdır.  


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə