Microsoft Word ++++Secki huququ\3005. doc


enişə  doğru  üzərində  olan  digər  elementi  itələyir.  Sürət



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə11/57
tarix23.11.2017
ölçüsü2,88 Kb.
#11786
1   ...   7   8   9   10   11   12   13   14   ...   57

35 
 
 
enişə  doğru  üzərində  olan  digər  elementi  itələyir.  Sürət 
qeyri-tarazlıqdan yaranır; 
-planetlər  taraz  vəziyyətindədirlər,  təqribən  eyni 
müstəvidə  “dayanıblar”,  hərəkət  edirlər,  bu  baxımdan  da 
bir-birilərinin  üzərlərinə  gələ  bilməzlər.  Həm  də  onlar 
arasında olan kosmik fəza bir “yumşaldıcı, elastiki məkan” 
rolunu  oynayır.  Planetlər  hərəkət  edərkən  fəzada  –elastiki 
müstəvidə- yol açırlar. Ola bilər ki, onların Günəş ətrafında 
dövr  etmələrinə  də  bu  yol  açılması  zamanı  “itələnən  fəza 
məkanı” təsir göstərsin. Açılan fəza həm də planetlərin bir-
birilərinə yaxın gəlmələrinin qarşısını alır. Onları müəyyən 
nizamla  əlaqədə  saxlayır.  Əgər  bu  aralıq  və  sıxlaşan-
genişlənən  müstəvi  olmasa,  Günəş  planetləri  nizamla 
hərəkətə  gətirə  bilməz.  Təsəvvür  edək  ki,  mexaniki  olaraq 
planetlər  bir-birilərinə  dəyib  dağılar.  (Qeyd:  insanların 
hərəkətlərini  də  onların  maraqları  tarazlı  edir  və 
məsafələri  yaradır.  Buna  görə  də  hər  bir  şəxsin  maraq 
sferası meydana gəlmiş olur); 
-hərəkətin 
hədləri 
tarazlıqlar 
üçündür, 
qüvvə 
paylanmaları üçündür; 
-insanların hərəkətləri (fiziki hərəkətləri və düşüncələri 
–  zehni  hərəkətləri)  də  məhdudlaşandır.  Hərəkətin  son 
həddi  də  mövcud  vəziyyətin  yoxluğudur.  İnsanlar  bu 
baxımdan çox hərəkətdə olarlarsa və ətrafdan enerji qəbul 
etməzlərsə,  ümumiyyətlə,  enerji  mübadilələrində  olmaz-
larsa,  zamanı  özləri  üçün  qısalda  bilərlər.  Çox  yatmaq, 
“hərəkətsiz”  olmaq  düzgün  deyil,  siqnalların  qəbulu 
məhdudlaşır,  enerji  qıtlığı  yaranır,  orqanizm  zəifləyir, 
çevrilmə  prosesləri  ləngiyir,  inkişaf  dayanır  və  s. 
Yatmamaq  və  çox  hərəkətdə  olmaq  da  ziyandır.  Həddən 
artq  siqnalların  qəbulu  da  enerjini  artırır,  çevrilmələri 
artırır və zamanı qısaldır, tarazlığı pozur, enerji boşalması 
ləngiyir; 
-tarazlıq  həm  universal,  həm  də  konkret  hallarda  var. 
Lakin  ən  son  nəticə  bütövün  tarazlığını,  tarzlı  hərəkətini, 


36 
 
 
nisbi dayanışını yaradır. Bu prinsipdən çıxış edərək demək 
olar  ki,  Yer  üzərində  hər  bir  element  hərəkətdə  olarkən 
eyni  çəkiyə  malik  ola  bilməz.  Məsələn,  insan  bir  şərti  bir 
məkanda bir çəkiyə, addımlayarkən digər məkana keçəndə 
başqa  çəkiyə  malik  olmalıdır.  Çünki  Yer  küərsinin  bütün 
nöqtələrində  onun  üzəində  olan  cisim  konkret  halda  eyni 
çəki verə bilməz. Yer kürəsinin tam bərabər qüvvəsi-tarazlı 
qüvvəsi onun şərti olaraq bütövündədir. Hərəkət edəndə də 
Günəş  şüalarının  və  Yerin  daxili  enerjisinin  nisbəti  də 
dəyişir.  Bu  baxımdan  bir  şərti  vahidli  çəki  cismi  digər 
məkanda  öz  çəkisini  Yerin  və  Günəşin  paylanmış  enerjisi 
üzrə  dəyişir.  Məsələn,  şəxsən  mən  inana  bilmərəm  ki, 
mənim çəkim gec və gündüz az dəyişən zaman intervalında 
eyni olsun. Göydə üçan təyyarə mütləq eyni çəki ilə hərəkət 
etsin.  Gecə  və  gündüz  mexanika  eyni  sürətlə  və  çəki  ilə 
mövcud  olsun.  Buna  dəyişən  enerji  imkan  verə  bilməz. 
Gecənin  sürəti  başqa,  gündüzün  sürəti  başqadır,  gecənin 
çəkisi başqa, gündüzün çəkisi başqadır, yəni, fərqlidir
-dəyişən məkanda hər bir insan ömrü, digər canlı ömrü 
fərqlidir. Bu, onların enerji almalarından və vermələrindən 
asılı  olur.  Birmənalı  olaraq  demək  olmaz  ki,  ömür  hansı 
halda  qısa,  hansı  halda  uzun  olur.  Bu,  dəyişən  prinsip 
üzrədir.  Lakin  bəzi  fikirlərə  əsasən  hesab  etmək  olar  ki, 
Yer  kürəsinin  şimal  qütbündə  və  ekvatorlarda  ömür digər 
enliklərə  nisbətən  zamana  daha  yaxındırlar.  Şimal 
qütblərdə, əslində soyuqdan Yer kürəsinin zamanı uzundur, 
çünki,  enerji  mərkəzlərə  nisbətən  az  düşür.  Lakin  ömür 
ona  görə  qısalır  ki,  təbiətdən  lazımi  resursları  ala  bilmir. 
Günəşin  azalığı  resurs  azlığına  səbəb  olur.  Az  resurslu 
insanın  enerjisi  də  az  olur.  Ekvatorlarda  isə  Günəş 
enerjisinin çoxluğu da ömrü qısalda bilir. Həm də daha tez 
proses  baş  verir.  Çünki,  Günəş  enerjisinin  çoxluğu 
resursların  tükənməsinə  şərait  yaradır.  Günəş  yaranmanı 
və  ölməni  tezləşdirir,  nəticədə  insanlar  üçün  lazım  olan 
təbii resurslar çatışmır. Ömür qısalır.  


37 
 
 
Nəticə:  
-enerjinin azlığı zamanın uzanması resursların azlığıdır 
ki,  bu  da  ömrü  qısaldır  (canlılara  münasibətdə).  Təsəvvür 
edək  ki,  Mars  planetində  zaman  Yerə  nisbətən  uzundur. 
Lakin  burada  insan  (Yerin  insanı)  yaşaya  bilməz.  Çünki, 
resurs  azlığı  (soyuqdan,  Yerdəki  qədər  olmayan  resurs) 
olmadığına  görə  insan  az  yaşaya  bilər.  Ya  da  az  resurs  və 
az  enerji  orqanizmi  çox  uzun  zamana  dartar.  Bu  fikirlər 
mütləq  olmaya  bilər.  Çünki  hər  bir  yaranış  öz  məkanına 
xasdır  və  onun  nizam  elementidir.  Başqa  quruluşda  tab 
gətirə bilməz. İnsanların başqa planetlərə (uzaq planetlərə) 
getməsi çox təhlükəlidir, bu, məhvdir; 
-enerjinin  çoxluğu  da  resursların  sürətlə  yaranması  və 
tükənməsidir.  Zamanın  qısalmasıdır.  Canlı  ömrünün 
qısalmasıdır.  
 
Proseslərin  də  formaları  dəyişə  bilir.  İnsanların  tətbiq 
etdikləri  bütün  proseslər  forma  dəyişikliyinə  məruz  qala  bilir. 
Hərəkət  olan  yerdə  forma  dəyişikliyi  də  vardır.  Hərəkətlər 
özləri  forma  dəyişmələrini  yaradır.  Hərəkət  həm  də 
çevrilmələrlə məzmun dəyişikliyini ortaya çıxara bilir.  
Maraqların  təmin  olunması  üsullarından  biri  olan  seçki 
prosesləri  də  forma  dəyişmələrini  meydana  gətirə  bilir.  Forma 
dəyişmələri  və  yeni  məzmunlar  hərəkətlərin  hüquqlarını 
(subyektlərin  fəaliyyət  hüquqlarını)  meydana  gətirir.  Deməli, 
seçki  prosesi  həm  məzmun,  həm  forma,  həm  hüquq,  həm  də 
maraqları  təmin  edən  vasitələrdən  biridir.  Proseslərin 
formalarının  təsnifatı  da  mümkündür.  Məsələn,  seçki  bir 
təşkiledici formadır. Seçki bir proses olaraq həm mütləq forma, 
həm  də  düşüncə  obyekti  kimi  mütləqdən  kənar  abstrakt 
formadır, forma obyektidir).  
 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə