Microsoft Word ++++Secki huququ\3005. doc



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə10/57
tarix23.11.2017
ölçüsü2,88 Kb.
#11786
1   ...   6   7   8   9   10   11   12   13   ...   57

32 
 
 
Həmin  elementlər  də  təkrar  oksigen  olur.  Bu  izah  da 
kainatın  vahid  element  (maksimum  iki  element)  mənşəyini 
ortaya qoyur. Ancaq bu izah mütləq deyil.  
Bu  bərpa  prosesi,  yəni  qeyri-tarazlıqdan  yaranan  tarazlıq, 
dünya  və  kainatın  nizamlama  sisteminin  tərkibidir.  Bu 
baxımdan da kainat müstəvisi qeyri-tarazlıqdan tarazlığa doğru 
və  əksinə  istiqamətdə  baş  verən  nizamlama  proseslərindən 
ibarətdir. Fikirləşək ki, Yer kürəsi fırlanmasa Günəş onu əridib 
məhv  edər,  son  olaraq  alova,  yəni,  Günəşin  özünə  çevirər. 
Fırlanma  yoxdursa,  udulma  sayəsində  Yer  kürəsi  əriyər  və  bir 
kütlə  kimi  yoxa  çıxar,  ya  da  fəzada  Günəşə  (yanan  alova) 
çevrilər.  Buradan  belə  bir  nəticəyə  gəlmək  olur  ki,  hərəkətlər 
həm  qoruyucu,  həm  də  məhvedici  ola  bilər.  Əks  olunmadan, 
kütlə dəyişməsindən, tərkib dəyişməsindən hərəkətlər meydana 
gələ  bilir.  Bərk  materiyanın  fəzada  hərəkəti  onun  tərkibinin 
dəyişməsindən  asılıdır.  Deməli,  Yer  kürəsi  əslində  sutka 
ə
rzində öz həcmini və kütləsini dəyişdirə bilir. Bu, artıb-azalma 
ilə  (ümumi  həcmdə,  kütlədə)  müşahidə  olunur.  Artıb-azalma 
nisbətinin  bərabərliyi  sutkalıq  tarazlığın  əsaslarını  meydana 
gətirmiş olur. Biz insanlar da onu zamana bölürük.  
Yer  kürəsinin  hərəkəti  ona  tətbiq  olunan  qüvvənin 
udulmasından son nəticə olaraq meydana gələn “artıq qüvvə” 
sayəsində  hərəkət  edir.  (Sanki,  böyük  qüvvə  kiçik  qüvvələri 
ağuşuna  alır).  Bu  qüvvə  ardıcıl  qaydada  tətbiq  olunur  və  Yer 
kürəsi də ardıcıl olaraq hərəkət edir.  
İ
ki  materiyanın  bir-birinə  təsiri  dağıdıcı  ola  bilər.  Burada 
qüvvə  üçüncü  tərəf  kimi  motiv  rolunu  oynaya  bilir.  Məsələn, 
iki  ağacın  (taxtanın)  bir-birinə  zərbə  ilə  vurulması  sayəsində 
dağıdıcılıq  yaranır,  forma  dəyişir.  Bu  prinsipdən  irəli  gələrək 
belə  nəticə  əldə  etmək  olar  ki,  Yer  kürəsi,  digər  səbəblərlə 
birlikdə  yalnız  ona  dəyən  ikinci  bərk  formalı  materiyadan 
(bunun  ölçüsü-kütləsi-çəkisi  Yerin  kütləsindən  çox  olduqda 
tamamilə dağıda bilər) dağıla bilər. Materiya  yalnız ona tətbiq 
olunan  kənar  qüvvə  sayəsində  hərəkət  edə  bilir.  Kənar  qüvvə 
enerji  və  mexaniki  vasitə  ola  bilir.  Materiya  qeyri-qüvvə 


33 
 
 
tətbiqində  qüvvəsizdir,  yəni  hərəkətsizdir. Buradan belə nəticə 
ortaya  çıxır  ki,  qüvvələrsiz  planetlər  ümumiyyətlə  yoxdur. 
Materiyanın  qüvvəsi  onun  kütləsidir,  tərkib  elementlərinin 
birləşmiş  çəkisidir.  Nisbi  çəkidən  çox  olma  isə  öz-özünə 
hərəkətdir.  Bu  da  ki,  həmin  materiyanı  hərəkətsiz  saxlayan 
qüvvənin  sərhəddini  keçmə  deməkdir.  Buradan  da  belə  bir 
məntiqi  ortaya  çıxır  ki,  ümumiyyətlə  qüvvəyə  tab  olmayan 
element yoxdur, qüvvəni də elementin tərkibi, çəkisi, kütləsi və 
hərəkəti meydana gətirir. Ümumiyyətlə isə hərəkətsiz materiya 
yoxdur. Deməli, planetlərin hərəkətini və qüvvələrini təmin 
edən  daxili  enerji  var.  Bu,  enerji  materiya  hissələrini 
hərəkətdə  saxlayır.  Deməli,  bütün  elementlər,  –ya  bərk 
birləşmədə olsun, ya da yumşaq,- daima hərəkətdədirlər. Onda 
hərəkətsizlik yoxdur. Sadəcə nisbi vəziyyəti var. Yerin qüvvəsi 
onun  hərəkətində  (daxili  və  xarici)  meydana  gəlir.  Kütlənin 
hərəkəti digər kütlə vasitəsini də hərəkətə gətirə bilir. Məsələn, 
qatarlara  qoşulan  vasitələri  buna  nümunə  gətirmək  olar.  Hər 
hansı  bir  cisim  Yer  üzərində  həmin  cismə  tətbiq  olunan 
qüvvənin 
sərhəddində-bərabərləşməsində-nisbi 
hərəkətsiz 
vəziyyətindədir. Kənar təsir bu nisbəti pozur və cisim hərəkətə 
gəlir. 
 
Nəticələr: 
 
-heç bir element tək halda hərəkətdə ola bilməz
-hərəkət  elementlərin  qarşılıqlı  təsirindən  meydana 
gəlir; 
-qüvvə qarşılıqlı təsirdən ortaya çıxan məzmundur; 
-qüvvə sürətin, hərəkətin məhsuludur
-qüvvə və hərəkətin bir-birilərini şərtləndirici əsas kimi 
olması prinsipi həm mütləq, həm də nisbidir
-elementlərin  birləşməsi  böyük  elementdir,  mürəkkəb 
elementdir; 
-böyük  elementin  sürəti  də  böyükdür,  deməli,  qüvvəsi 
də çoxdur; 


34 
 
 
-böyük elementi hərəkətə gətirmək üçün ona təsir edən 
qüvvə də tarazlı (digər element) olmalıdır; 
-hər  bir  elementin  həm  digər  elementin  təsirinə  məruz 
qalır,  həm  də  ümumi  hərəkətin  (ümumi  qüvvə  və  təsirin) 
təsiri altındadır; 
-bir  elementin  hərəkəti  üçün  həmin  elementin  ümumi 
qüvvə-bütöv  qüvvə,  tarazlığında  yer  aldığı  məkanda 
mövcud  olduğu  qüvvədən  kənar  təsir  lazımdır,  yəni 
element bütöv qüvvənın tarazlığının hüdudlarından kənara 
çıxdıqda hərəkət edir; 
-kainatın  bütöv  qüvvəsi  çox  güclüdür  və  hər  bir 
elementi taraz vəziyyətində saxlayır; 
-kainatın 
tarazlığını 
yaradan 
müstəvi 
üzrə 
hərəkətlərdir; 
-kainatın  tarazlığı  onun  tərkibində  olan qeyri-tarazlıq-
lardan  və  mütləq  və  nisbi  məkan  üzrə  tarazlıqlardan 
yaranır; 
-məkan  düz  olduqda  tarazlıq  da  düz  olur.  Tarazlı, 
bərabər  məkan  üzərində  dayanan  elementi  hərəkətə 
gətimək  üçün  böyük  qüvvə  tələb  olunur.  Məsələn,  düz  bir 
məkanda  qayanı  tərpətmək  üçün  böyük  qüvvə  lazımdır, 
təsir  edən  böyük  element  lazımdır,  çünki  onu  saxlayan 
məkan  üzrə  tarazlıq  qüvvəsi  də  böyükdür,  fərqi  yaratmaq 
üçün böyük təsir edən qüvvə lazımdır; 
-mütləq  hərəkət  fərqli  qüvvədən-qüvvə  tarazlığının 
pozulmasından yaranır; 
-nisbi  hərəkət  üçün  kiçik  qüvvə  lazım  olur.  Bu  qüvvə 
daima olduğuna görə, nisbi hərəkət də daimidir
-sürətin  çoxalması  müstəvinin  nahamarlığında  daha 
çoxdur.  Çünki,  müstəvidə  tarazlıq  pozulubdur.  Bu  halda 
həmin  müstəvi  üzərində  dayanan  element  müstəvinin  az 
qüvvəsi  olan  (yəni,  elementin  nisbətdə  az  toplandığı  hissə) 
hissəyə  sürətlə  hərəkət  edir.  Müstəvinin  çox  qüvvə  olan 
hissəsi  (yəni  diklik,  yoxuşluq)  az  qüvvə  olan  hissəyə,  yəni 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə