Microsoft Word ++++Secki huququ\3005. doc



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə17/57
tarix23.11.2017
ölçüsü2,88 Kb.
#11786
1   ...   13   14   15   16   17   18   19   20   ...   57

54 
 
 
nizamlama 
və 
iyerarxik 
quruluş 
ola 
bilməz. 
Məhz 
cəmiyyətdəki əlaqələrin subyektlərə (fərdlərə) görə iyerarxiyası 
insanların 
nizamlı 
qaydada 
potensiallarının 
artmasının 
ə
saslarını  meydana  gətirir.  (Qeyd:  siyasətşünaslıqda  bəzən 
siyasət  idarəetmədən  ayrılır.  Belə  hesab  olunur  ki,  siyasət 
siyasi  elitanı  hazırlayır,  idarəetmə  isə  dövlət  qulluqçusunu. 
Siyasi  elita  siyasətə,  peşəkar  dövlət  qulluğu  idarəetməyə  aid 
edlir.
1
  Burada  əslində  kəskin  fərqləri  aparmaq  düzgün 
deyil.  Sadəcə  olaraq  iyerarxik  formanın  içərisində  pillə 
fərqi  (yəni,  siyasət  anlayışının  yuxarıda,  idarətmə  və 
inizbati funksiyaların isə aşağıda qərarlaşması mümkün ola 
bilər)  axtarıla  bilər.  Dövlət  idarəetməsi  əslində  kompleks 
halda siyasətdir. Dövlət idarəetməsinin digər adı siyasətdir. 
İ
darəetmə  maraqlara  xidmət  etdiyindən,  siyasət  də  elə 
maraqların  təmin  olunmasına  xidmətə  yönələn  anlayışdır. 
Siyasətə  bir  çox  hallarda  dövlət  hakimiyyətinin  yuxarı 
pilləsində  qərarların  qəbul  edilməsi  və  idarəetmənin 
istiqamətlərinin müəyyən olunması kimi baxılır. Qərarların 
qəbul  edilməsi  və  fəaliyyətin  istiqamətləndirilməsi  də  elə 
siyasətdir.  Siyasət  elə  idarəetmədə  özünü  göstərir  və  bu 
zaman  idarəetmənin  tənzimləmə  mahiyyəti  üzə  çıxır. 
Siyasət  də  elə  ali  peşəkar  fəaliyyətdir  və  idarəetmə 
sahələrini  özündə  cəmləşdirir.  Burada  siyasət  ümumiləş-
dirilmiş  termin  kimi  qəbul  edilməlidir  və  idarəetmə  məhz 
siyasətin  içərisində  axtarılmalıdır.  Siyasətlə  idarəetmə 
arasında  fərq  qoyulursa,  onda,  belə  bir  sual  ortaya  çıxa 
bilir.  İdarəetmə  bir  fəaliyyətdirsə,  bəs  onda  siyasət  nədir. 
Elita  (siyasi  elita)  özü  elə  siyasətdə-dövlət  idarəetməsində 
iştirak  edən  qrupdur.  Bununla  yanaşı,  əks  elita  da  vardır. 
Deməli,  siyasət  çox  genişdir  və  dövlətin  idarəetməsində 
                                                 
1
 Ə.H. Rzayev. Dövlət qulluğunun hüquqi əsasları. Bakı, “Elm”, 2011, 
480 səh., s. 30.
 


55 
 
 
iştirak  edən  siyasi  elitanı  və  hakimiyyət  qrupuna  müxalif 
olan 
ə
ks-elitanı 
özündə 
cəmləşdirir. 
Siyasət 
elə 
idarəetmədən  və  tənzimləmdən  ibarət  olan  ümumiləşdirici 
bir  anlayışdır  və  dövlətin  fəaliyyətinin  əsasıdır.  Dövlətin 
fəaliyyəti  də  elə  dövlət  hakimiyyətinin  iradəyə  müvafiq 
olaraq  idarəetməsidir.  Siyasət  idarəetmə  mexanizminin 
yekunlaşdırılmış ali təcəssümüdür. İdarəetmə (tənzimləmə-
təşkilati 
funksiya-qurma, 
normayaratma, 
icraetmə, 
normaların  icrasına  nəzarət,  o  cümlədən  müşahidə  və  s. 
kimi  aktlar-subyektin  obyektə  təsirini  əks  etdirən 
hərəkətlər)  siyasətin  mexanizmisidir  və  sistemli  mahiyyə-
tidir.  İdarəetmə  siyasətin  tərkib  strukturdur.  Məsələn, 
qərarların  qəbul  edilməsini  və  icrasını  siyasətin  tərkibi 
müəyyən  edir.  Bu  kimi  idarəetmə  aktlarını  siyasətdən 
kənarda  düşünmək  olmaz.  Dövlətin  idarəetmə  funksiyası 
onun  strukturlarının  inzibati  funksiyasına  parçalanır.  Bu 
baxımdan  da  siyasətin  tərkibini  və  mahiyyətini  inzibati 
funksiya  müəyyən  edir.  İdarəetmənin  tərkibi  olaraq 
inzibati  idarəetmə  meydana  gəlir.  İnzibati  idarəetmə 
siyasətin  icrası  mexanizmisinin  əsasını  təşkil  edir.  İnziabti 
idarəetmə  siyasi  idarəetmənin  tərkibi  olaraq  çıxış  edir. 
Buradan  belə  bir  məntiqi  nəticə  ortaya  çıxır  ki,  siyasət 
(burada  dövlət  hakimiyyətinin  həyata  keçirdiyi  siyasət-
dövlət  hakimiyyətinin  fəaliyyəti)  əslində  siyasi  və  onun 
tərkib  hissələri  olan  inzibati  idarəetmədən  ibarətdir. 
İ
darəetməni  yuxarı  və  aşağı  mərhələdə  dövlət  aparatının 
mərkəzi  və  onun  tərkibi  olan  yerli  strukturları  (bunlara 
idarəetmə sistemləri adını vermək olar) həyata keçirir). Bu 
baxımdan  da  dövlət  və  onun  hakimiyyəti  (idarəetməsi)  məhz 
xeyirlidir,  vacibdir,  öz-özünü  tənzimləyərək  qorumaq  üçün 
zəruridir.  Dövlətin  mövcudluğu  təbiidir,  çünki,  bu  sosial 
qurumlar 
insanların 
daxili 
(immanent) 
təbiətlərindən 
(xarakterlərindən)  formalaşırlar.  Yəni,  müxtəlif  xarakterli 


56 
 
 
insanların  bir  araya  gəlməsində,  cəmləşməsində  və  mərkəz-
ləşməsində  dövlətlər  böyük  rola  malik  olurlar.  Dövlətlərsiz 
rasionalizm  ola  bilməz.  Dövlətin  normalarında  rasionalizm  öz 
ə
ksini 
tapır. 
Dövlət 
insanların 
maraqlarını 
müxtəlif 
müstəvilərdə  və  müxtəlif  tərkiblərdə  təmin  edən  təsisatlar 
olaraq  faydalıdır.  İnsanlar  onlar  üçün  lazım  olan  vasitələri-
resursları-dövlətlərindən əldə edirlər. Bu vasitələrin, resursların 
mübadiləsini  təmin  edən əsas  tərəf  hakimiyyətdir. Vətəndaşlar 
(burada  sosial  qrup)  isə  hakimiyyətin  mənbəyini  təşkil 
edəndirlər.  Deməli,  dövlət  əlaqələr  və  münasibətlərdə 
yaxınlaşmanı  və  birləşməni  təmin  edən,  güc  və  enerjini 
yaradan  əsas  strukturlardır.  Qədim  yunan  alimi  Aristotelin 
qeyd  etdiyi  kimi,  hökmranlıq  və  itaətkarlıq  nəinki  zəruridir, 
hətta  xeyirlidir,  sanki  anadangəlmə  məxluqların  bəziləri 
itaətkarlıq,  bəziləri  isə  hökmranlıq  üçün  yaranmışdır. 
İ
taətkarlıqda  olanlar  nə  qədər  uca  olsalar,  bir  o  qədər 
mükəmməldir;  belə  ki,  məsələn,  insan  üzərində  hakimiyyət 
heyvan üzərində hakimiyyətə nisbətən daha mükəmməldir. 
1
  
Dövlətin  sosial  məzmunu  cəmiyyətlə  vəhdətindən  və  ona 
xidmət etməsi borcundan irəli gəlir. Siyasi məzmun isə onların 
ali fəaliyyətinin nəticələri hesab olunur. 
Dövlət  insanların  hərəkətlərini  tənzim  edən,  onları  vahid 
mərkəzlərdə  cəmləşdirən  və  fəaliyyətləri  birləşdirən,  payları 
bölən əsas təsisatlardır. Bununla da dövlətlər faydalı funksiyanı 
təmin  edən  həm  substrukturlardır  (cəmiyyətlərdən  meydana 
gələn  subsosiostruktur-burada  xidmətinə  görə üst məzmunlu, 
törəmə struktur), həm də üststrukturlardır (xidmətlərinə görə 
cəmiyyətlərin  üzərlərində  dayanırlar.  Burada  formalar  nəzərdə 
tutulur).  
                                                 
1
 Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutu. 
Qədim yunan fəlsəfəsi antologiyası. “Yeni Nəsil” AJB, Bakı, 2002, 180 
səh., səh.
 160. 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə