81
açmaq lazımdır. Ümumi anlayışlar olmadan “fərd”i dərk etmək
olmaz.
1
Tədqiqat metodları milli və xarici təcrübə əsasında
qurulur. Bu sahədə elmi tədqiqatlar- ümumiləşdirilir, qiymət
verilir, nəticələr çıxarılır və praktiki tövsiyələr verilir.
2
Müqayisə predmetlərin, təzahürlərin, institutların, normaların
və s. fərqli və oxşar cəhətlərinin aşkar edilməsini, təhlil
olunmasını əks etdirir. Müqayisə hər hansı bir təzahür və
predmet haqda məlumat və ya bilik almaq üçün tətbiq olunan
universal metoddur.
3
).
Formal və dialektik məntiq əsasında hüquqa tərif verərkən
müəyyən etmək olar ki,
hüquq ümumiləşdiricidir və ümumi
keyfiyyətləri, istedad, qabiliyyət və bacarıqları birləşdirən
universal
və
qəti
kateqoriyadır.
Hüquq
sərhədlər
çərçivəsində bölgü etibarilə genişlənən bir məfhumdur. Hüquq
xaricən (burada insanın vəzifə və səlahiyyətlərinin, ixtiyarının
zahirən
ifadə
olunması
nəzərdə
tutulur)
öz-özünü
şə
rtləndirməklə törəmə xassələrinə malik olan bir dəyərdir.
Hüquq dövlətin insanın haqqını qəbul edən və insanın haqqını
təmin edən bir norma müəyyənedici vasitədir.
Hüquqlar cəmi təbii olan haqqın
realizə kompleksidir və bu
baxımdan da haqqın sistemləşdirici və ümumi dəyər, etalon
kriteriyasıdır.
Hüquq
ə
dalətli
fəaliyyətə
verilən
kompleksləşdirici səlahiyyətdir.
Hüquq
mücərrəddir,
insanın
mənəvi
aləminin
ümumiləşdirilmiş təcəssümüdür, eləcə də insanların maddi-
material aləmlə real əlaqə və münasibətlərini ehtiva edən,
şə
rtləndirən bir kriteriyadır (ədalət kriteriyasıdır). (Qeyd:
mənəviyyat əslində ən kiçik materiyalar aləmindən təşkil
olunandır. Çünki siqnalların yaratdığıdır. Deməli, əslində
1
Ə.H. Rzayev. Dövlət qulluğunun hüquqi əsasları. Bakı, “Elm”, 2011,
480 səh., s. 16.
2
Yenə orada, s. 18.
3
Yenə orada, s. 20-21
.