78
zamanı yerinə yetirilir. Konkret zamanda və şəraitdə meydana
gəlir. Birinci halda hüquqların tam təbii olması şərtlənir, ikinci
halda da hüquqların təbii halı mövcuddur. Bu baxımdan
da belə
qəbul etmək olar ki, insan öz marağı üçün müsbət hərəkətləri
etməyə vadar olan bir məxluqdur. Müsbət hərəkətlər daxili
məsuliyyət hissindən də meydana gələn hadisələrdir.
Buna görə
də qəbul etmək olar ki, elə müsbət hərəkətlərin özləri elə
ə
xlaqdır. Müsbət hərəkətlər elə insan hüquqlarının əsas
tərkibindən meydana gələn və əsas tərkibini formalaşdıran
hərəkətlərdir. Müsbət hərəkətlər universal və konkret əsaslarla
fayda gətirəndir.
Ə
dalət daxildən gələn mənəvi dəyər olduğundan vəzifənin
yerinə yetirilməsi də mütləq və nisbi bərabərlik prinsipinə
ə
saslanır. Müəyyən obyektə və subyektə (burada obyekt və
tərəf rolunu oynayan subyekt nəzərdə tutulur) münasibətdə
ə
dalətli diqqət bərabərlikdən (mütləq, təqribi və nisbi-şərti)
doğan məsuliyyət və bərabərlikdir. Universal prinsiplərdə, o
cümlədən universal hallarda, məkan və zamanda bütün faydalı
hərəkətlər və faydalı nəticələr verən aktlar (bu aktlar konkret
şə
xslərə də münasibətdə faydalı ola bilər. Elə universal
faydalılıq da fərdi faydalılığın cəmidir) ədalətlidir. O hərəkət
müsbətdir ki, edilərkən müəyyən şərait və zamanda digər
şə
xsin maraqlarına zərbə vurmur, digər şəxsin maraqlarını
zərbə altında qoymur. Əksinə, maraqlı şəxslərin maraqlarını
müəyyən səviyyədə və kəmiyyət və keyfiyyət intervalında
təmin edir. Buradan da belə qənaətə gəlmək olur ki, hüquq
ə
slində müsbət hərəkətlərin normalarla ifadəsidir. Müsbət
hərəkətlər cəmi, rəngarəngliklər cəmi inkişafdır.
Deməli,
hüquq və onun reallaşması (əlaqələrdə şərt kimi istifadə
olunması və hərəkətlərin daxili mənasını ifadə etməsi)
inkişafdır. Hüquq şaxəli trayektoriyaya malikdir və fəaliyyətin
genişlənməsi ilə genişlənəndir.
Əgər pozitiv hüquq təbii
80
(Qeyd: hər bir tədqiqat əsəri yazılarkən ilk növbədə elmin
sahələrinə müvafiq olaraq baş tezis müəyyən olunur. Tezislər
ə
sas və tərkib tezislərə (planlar, bölmələr başlıqları) bölünür.
Tərkib tezislər əsas tezislərdən törəyir. Həm əsas, həm də
törəmə tezislər eynilə sintezlərin tərkib hissələridir. Törəmə
tezislərin analizlərə çevrilməsi üçün sahələr üzrə faktlar
toplanılır. Faktlar tezis birləşmələridir. Burada uyğunluq,
uyğunsuzluq, paralellik, ziddiyyətlilik kateqoriyaları üzrə
tezislər birləşir və vahid bir sintez (tərkib) əmələ gəlir. Sintezin
içərisi-mətn tezis və antitezislərdən ibarətdirsə, deməli, faktlar
ziddiyyətlidir. Faktlar ziddiyyətlidirsə, deməli, zəncirvari
qaydada tərkib kimi birləşərək, cəmləşərək bütövləşmə
xüsusiyyətinə malikdir. Bütövləşmə varsa, enerji də var. Enerji
varsa, güc və inkişaf da var. Deməli, ziddiyyətli mətnlər
(burada tezis və antitezislərin çox olduğu rəngarəngli mətnlər)
daha böyük və dərin mənalı tədqiqat əsəridir. Sintezdən də
analizlər (nəticələr) ortaya çıxır.
Buradan da görünür ki, əslində
istənilən mövzu tezisi elə şərti olaraq başlanğıc tezisi kimi
götürülür. Belə bir nəticədən (dialektik məntiq nəticəsindən)
çıxış etmək olar -hər bir tezis başlanğıc və analiz üçün şərtidir,
həm də mütləqdir. Tezis analizdirsə, deməli, analizlər də
mütləq və nisbidir, şərtidir, həm də qətidir. Tezislər müqayisə
kateqoriyasının
tətbiqi
ilə
həm
də
eyniliklərdən
və
paralelliklərdən ibarətdir. Eyniliklər və paralelliklər fikir
zənginliyini meydana gətirir. Bu müqayisələr əsas etibarilə
dərin tədqiqatın əsasını təşkil edən çoxstrukturlu sistemi
formalaşdırır. Dərin mənalı tədiqiqat əsəri yekun nəticə olaraq
məhsul və obyekt kimi fəlsəfi məzmunludur. Bu baxımdan da
bədii ədəbiyyat və elmi ədəbiyyat üzrə yazılan dəyərli,
çoxmənalı, kompleks əhəmiyyət kəsb edən əsərlər elə fəlsəfi
ə
sərlərdir.
Elmdə-onun
öyrənilməsi,
elmin
yaradılması
metodologiyasında (elmi araşdırma üsullarının cəmi) qəbul
olunur ki, predmetin mahiyyətini aşkar etmək üçün ümumini