Microsoft Word secki mecellesi doc



Yüklə 2,7 Mb.
Pdf görüntüsü
səhifə18/73
tarix29.08.2018
ölçüsü2,7 Mb.
#65261
1   ...   14   15   16   17   18   19   20   21   ...   73

55.2.4. namizəd irəli sürülməyə və ya seçilməyə kömək üçün dövlət və ya bələdiyyə mülkiyyətində 
olan  nəqliyyat  vasitələrindən  pulsuz  və  ya  güzəştli  şərtlərlə  istifadə  etmək  (yuxarıda  göstərilən  hallar 
dövlət  mühafizəsi  barədə  Azərbaycan  Respublikası  qanunvericiliyinə  uyğun  olaraq  nəqliyyat 
vasitələrindən istifadə edən şəxslərə aid edilmir); 
55.2.5.  dövlət  və  ya  bələdiyyə  qulluqçularını  xidməti  ezamiyyət  zamanı  imza  yığılmasına  və  ya 
seçkiqabağı təşviqata cəlb etmək; 
55.2.6.  bu  Məcəllənin  77.1-ci  maddəsində  göstərilən  kütləvi  informasiya  vasitələrindən  güzəştli 
şərtlərlə imza toplanması və ya seçkiqabağı təşviqat məqsədi ilə istifadə etmək. 
55.3.  Namizədlər,  namizədi  irəli  sürmüş  siyasi  partiyalar,  siyasi  partiyaların  blokları  və  onların 
səlahiyyətli  nümayəndələri,  habelə  təsisçiləri,  mülkiyyətçiləri,  sahibləri  göstərilən  şəxslər  və  təşkilatlar 
olan hüquqi şəxslər və onların xahişi və ya tapşırığı ilə hərəkət edən digər fiziki və hüquqi şəxslər seçki 
kampaniyasının  gedişində  xeyriyyə  fəaliyyəti  ilə  məşğul  ola  bilməzlər.  Göstərilən  şəxslərin  və 
təşkilatların digər fiziki və hüquqi şəxslərə maddi və maliyyə yardımı etmək, seçicilərə və ya təşkilatlara 
maliyyə yardımı, maddi yardım və ya xidmət göstərmək təklifi ilə müraciət etməsi qadağandır. Fiziki və 
hüquqi  şəxslərin  siyasi  partiyalar,  siyasi  partiyaların  blokları,  onların  səlahiyyətli  nümayəndələri  və  ya 
namizədlər  adından  yaxud  onların  müdafiəsi  məqsədi  ilə  xeyriyyə  fəaliyyəti  ilə  məşğul  olması 
qadağandır. 
 
M a d d ə   5 6 .  Namizədlərin müdafiəsi üçün seçici imzalarının toplanması şərtləri 
56.1.  Seçicilərin  təşəbbüs  qruplarının  irəli  sürdükləri  və  ya  öz  təşəbbüsləri  ilə  irəli  sürülən 
namizədlərin müdafiəsi məqsədi ilə seçicilərin imzalarının toplanması bu Məcəllənin 53.6-cı maddəsində 
göstərilən qərarın qəbul edildiyi gündən başlanır. Siyasi partiyalar, siyasi partiyaların blokları tərəfindən 
irəli sürülmüş namizədlərin müdafiəsi məqsədi ilə seçicilərin imzalarının toplanması bu Məcəllənin 54.9-
cu maddəsində göstərilən qərarın qəbul edilməsi günündən başlanır. 
56.2. Namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin imzaları 
toplanmalıdır. 
56.3. Hər bir imza vərəqəsində namizədin soyadı, adı, atasının adı, doğum tarixi, əsas iş və ya xidmət 
yeri və ya tutduğu vəzifə (bu olmadıqda — fəaliyyət növü), yaşadığı yerin ünvanı, irəli sürüldüyü seçki 
dairəsinin  adı  (sıra  nömrəsi)  göstərilməlidir.  Namizədin  ödənilməmiş  və  ya  üzərindən  götürülməmiş 
məhkumluğu  olduqda,  imza  vərəqəsində  onun  Azərbaycan  Respublikası  Cinayət  Məcəlləsinin  hansı 
maddəsi  ilə  məhkum  olunduğu,  həmin  maddənin  adı  və  nömrəsi,  namizədin  xarici  ölkədə  cinayət 
məsuliyyəti  yaradan  əməli  olmuşdursa  və  bu  əməl  Azərbaycan  Respublikasının  Cinayət  Məcəlləsində 
nəzərdə  tutulan  cinayət  məsuliyyəti  yaradırsa  və  bu  haqda  qanuni  qüvvəyə  minmiş  məhkəmə  hökmü 
çıxarılmışdırsa, xarici ölkənin müvafiq qanununun adı göstərilməlidir. 
56.4. İmza vərəqəsində namizədin namizədliyinin irəli sürülməsinə razılıq ərizəsində göstərdiyi siyasi 
partiyanın adı göstərilə bilər. 
56.5. Namizədin müdafiəsi üçün imza toplanmasını müvafiq seçki dairəsi üzrə namizədi irəli sürmüş 
siyasi  partiya,  siyasi  partiyaların  bloku  həyata  keçirirsə,  imza  vərəqəsində  namizədə  aid  məlumatlarla 
yanaşı,  bu  namizədi  irəli  sürmüş  siyasi  partiyanın,  siyasi  partiyalar  blokunun  adı  göstərilir,  namizədin 
ərizəsində  belə  məlumat  olarsa,  onun  mənsub  olduğu  siyasi  partiyanın  adı  və  siyasi  partiyada  onun 
müvafiq statusu göstərilə bilər. 
 
M a d d ə   5 7 .  Namizədin müdafiəsi üçün seçici imzalarının toplanması qaydası 
57.1.  Dövlət  orqanlarının,  bələdiyyə  qurumlarının,  mülkiyyət  formasından  asılı  olmayaraq  hüquqi 
şəxslərin  imza  toplanmasında  iştirakına  yol  verilmir.  İmza  toplanması  prosesində  seçiciləri  imzalamağa 
məcbur  etmək,  imza  atmağa  imkan  verməmək  və  ya  buna  görə  onları  hər  hansı  formada 
mükafatlandırmaq  qadağandır.  Həmin  qadağana  əməl  olunmaması  müvafiq  məhkəmə  tərəfindən 
təsdiqlənərsə,  bu,  toplanmış  imzaların  etibarsız  sayılması  və  namizədin  qeydiyyatından,  qeydə  alınmış 
namizədlərin qeydiyyatından imtina üçün əsas ola bilər. 
57.2.  Seçici  imzalarını  Azərbaycan  Respublikasının  18  yaşına  çatmış  aktiv  seçki  hüququ  olan 
vətəndaşı toplaya bilər. Namizəd, siyasi partiya, siyasi partiyaların bloku seçici imzalarını toplayan şəxslə 
imza toplanması barədə müqavilə bağlaya bilər. Belə işin haqqı yalnız namizədin, siyasi partiyanın, siyasi 
partiyalar blokunun seçki fondu hesabına ödənilə bilər. 


57.3.  Namizədin  müdafiəsi  üçün  seçici  imzaları  tədris  müəssisələrində,  yaşayış  yerlərində,  eləcə  də 
qanunla seçkiqabağı təşviqat aparılmasının qadağan edilmədiyi digər yerlərdə toplana bilər. 
57.4.  Seçici  imza  vərəqəsində  imza  edərkən  soyadını,  adını,  atasının  adını,  doğum  tarixini,  yaşayış 
yerinin  ünvanını,  şəxsiyyət  vəsiqəsinin  və  ya  onu  əvəz  edən  sənədin  seriyasını  və  nömrəsini,  verilmə 
tarixini,  imza  etdiyi  tarixi  göstərir.  İmza  edən  seçicilər  barəsində  qeyd  edilməsi  zəruri  hesab  olunan 
məlumatlar imza toplayan şəxs tərəfindən imza vərəqələrinə daxil edilə bilər. Göstərilən məlumatlar əllə 
yazılır və onların yayılmamasına təminat verilir. 
57.5. İmza vərəqələri bu Məcəllənin 1,2,3 saylı əlavələrinə uyğun hazırlanır. 
57.6. Namizədin müdafiəsi üçün seçici imzaları toplanarkən imzalar imza vərəqəsinin üz və ya arxa 
tərəfində  qoyulur.  Belə  olduqda,  arxa  tərəf  vərəqənin  üz  tərəfinin  davamı  hesab  edilir  və  təsdiqedici 
imzalar vərəqənin arxa tərəfində qoyulur. 
57.7.  İmza  toplandıqdan  sonra  imza  vərəqəsi  imza  toplayan  şəxs  və  namizəd  tərəfindən  imzalanır. 
İmza toplayan şəxs imza vərəqəsinə imza qoymazdan əvvəl soyadını, adını, atasının adını, yaşayış yerinin 
ünvanını,  şəxsiyyət  vəsiqəsinin  və  ya  onu  əvəz  edən  sənədin  seriyasını  və  nömrəsini,  verilmə  tarixini 
göstərir. 
57.8.  Namizəd  siyasi  partiya,  siyasi  partiyaların  bloku  tərəfindən  irəli  sürülübsə,  imza  toplandıqdan 
sonra  imza  vərəqəsi  imzaları  toplayan  şəxs  və  siyasi  partiyanın,  siyasi  partiyalar  blokunun  səlahiyyətli 
nümayəndəsi  tərəfindən  imzalanır.  İmzaları  toplayan  şəxs  imza  vərəqəsində  imza  qoymazdan  əvvəl 
soyadını,  adını,  atasının  adını,  yaşayış  yerinin  ünvanını,  şəxsiyyət  vəsiqəsinin  və  ya  onu  əvəz  edən 
sənədin  seriyasını  və  nömrəsini,  verilmə  tarixini  göstərir,  müvafiq  səlahiyyətli  nümayəndə  isə  soyadını, 
adını, atasının adını və imza qoyulması tarixini göstərir. 
57.9.  Namizəd  irəli  sürmüş  siyasi  partiya,  siyasi  partiyaların  bloku,  seçicilərin  təşəbbüs  qrupu 
müvafiq  seçki  komissiyasına  eyni  şəxsin  namizəd  irəli  sürülməsi  haqqında  yazılı  məlumat  verdikdən 
sonra namizədin müdafiəsi üçün seçicilərin lazım olan sayda imzalarını birgə toplaya bilərlər. Bu halda 
namizədin  irəli  sürülməsinin  müdafiəsi  üçün  müxtəlif  şəxslərin  topladığı  seçici  imzalarının 
cəmləşdirilməsinə icazə verilir. 
57.10.  Namizədin  irəli  sürülməsinin  təşəbbüsçüləri,  namizədin  və  ya  siyasi  partiyanın,  siyasi 
partiyalar blokunun səlahiyyətli nümayəndələri irəli sürülmüş namizədin müdafiəsi üçün toplanmış seçici 
imzalarının  sayını  hesablayır,  seçici  imzalarının  toplanması  nəticələri  haqqında  protokolu  tərtib  edir  və 
imzalayırlar. 
57.11.  Müvafiq  seçki  komissiyalarına  təqdim  edilən  imza  vərəqələri  nömrələnməli  və  qovluq 
formasında səhifələnməlidir. 
 
M a d d ə   5 8 .  Namizədin qeydə alınması üçün seçki sənədlərinin təqdim edilməsi 
58.1.  İrəli  sürülmüş  namizədlərin  qeydə  alınması  üçün  namizəd  və  ya  siyasi  partiyanın,  siyasi 
partiyalar blokunun səlahiyyətli nümayəndəsi səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış saat 
18.00-dək müvafiq seçki komissiyasına aşağıdakı seçki sənədlərini təqdim etməlidir:
42
 
58.1.1. irəli sürülmüş namizədin müdafiəsi üçün toplanmış seçici imzaları olan imza vərəqələri; 
58.1.2.  seçici  imzaları  toplanmasının  yekunu  haqqında  Mərkəzi  Seçki  Komissiyasının 
müəyyənləşdirdiyi formada tərtib edilmiş protokolun 2 nüsxəsi; 
58.1.3. bu Məcəllənin 53.3-cü və 54.8-ci maddələrinə uyğun olaraq namizəd haqqında təqdim edilmiş 
məlumatlarda dəyişikliklər barədə bildiriş; 
58.1.4. namizədin gəlirlərinin miqdarı və mənbələri barədə məlumat; 
58.1.5. mülkiyyət hüququ əsasında namizədə məxsus əmlak barədə məlumat; 
58.1.6.  namizədin  ilkin  maliyyə  hesabatı  (seçici  imzaları  toplanmasının  təşkilinə  sərf  edilən  vəsait 
haqqında məlumatlar göstərilməklə). 
58.2.  Bu  Məcəllənin  58.1.2  —  58.1.6-cı  maddələrində  göstərilən  sənədlərdə  qəsdən  buraxılmayan 
səhvlər  aşkar  edilərsə,  müvafiq  seçki  komissiyası  namizədi  48  saat  müddətində  məlumatlandırmalı  və 
buraxılan səhvlərin düzəldilməsini təklif etməlidir. 
58.3.  Namizədin  gəlirlərinin  miqdarı  və  mənbələri  barədə  məlumat  Mərkəzi  Seçki  Komissiyasının 
müəyyənləşdirdiyi  bəyannamə  formasında,  seçkilərin  təyin  edildiyi  gündən  əvvəlki  bir  illik  dövr  üçün 
təqdim  olunur.  Eyni  zamanda,  gəlirlərin  alındığı  təşkilatlardan  həmin  gəlirlərin  illik  cəmi  barədə  arayış 


Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə