Microsoft Word secki mecellesi doc


partiyanın,  siyasi  partiyalar  bloklarını  bu  Məcəllənin  57-ci  və  58-ci



Yüklə 2,7 Mb.
Pdf görüntüsü
səhifə20/73
tarix29.08.2018
ölçüsü2,7 Mb.
#65261
1   ...   16   17   18   19   20   21   22   23   ...   73

60.2.3.  namizədlərin,  siyasi  partiyanın,  siyasi  partiyalar  bloklarını  bu  Məcəllənin  57-ci  və  58-ci 
maddələrinə uyğun təqdim etdikləri məlumatların düzgün olmaması (siyasi partiyalar, siyasi partiyaların 
blokları  tərəfindən  irəli  sürülən  namizədlərə  bu  əsas  o  vaxt  tətbiq  edilə  bilər  ki,  göstərilən  düzgün 
olmayan məlumatlar namizədin təqsirindən buraxılsın.); 
48
 
60.2.4.  namizədin  müdafiəsi  üçün  təqdim  edilmiş  etibarlı  (düzgün)  seçici  imzalarının  lazımi  saydan 
az olması; 
60.2.5.  namizədin,  siyasi  partiyanın,  siyasi  partiyalar  blokunun  seçki  fondunun  yaradılması 
qaydasının  və  müvafiq  seçki  fondunun  vəsaitinin  xərclənməsi  qaydasının  pozulması  (bu  əsas  yalnız  o 
vaxt tətbiq edilə bilər ki, əvvəllər bu cür pozuntuya görə xəbərdarlıq edilsin və ya cərimə tətbiq olunsun); 
60.2.6.  bu  Məcəllənin  55-ci  maddəsinin  tələblərinin  siyasi  partiyanın,  siyasi  partiyalar  blokunun 
səlahiyyətli  nümayəndəsi,  habelə  siyasi  partiya,  siyasi  partiyaların  bloku  və  ya  namizəd  tərəfindən 
pozulması (bu əsas yalnız o vaxt tətbiq edilə bilər ki, əvvəllər bu cür pozuntuya görə xəbərdarlıq edilsin 
və ya cərimə tətbiq edilsin — bu cür pozuntu digər məsuliyyətə səbəb olmursa). 
60.3.  Bu  Məcəllənin  60.2-ci  maddəsində  göstərilən  hallar  qeydiyyatdan  imtinaya  dair  qərarın 
çıxarılması üçün əsas götürüldükdə, qərar buraxılan səhvə (qüsura, pozuntuya) mütənasib olmalıdır. 
60.4.  Bu  Məcəllənin  60.2.2  və  60.2.4-cü  maddələrində  göstərilən  səbəblər  olduqda,  səhvlər  və 
pozuntular müvafiq sənədlərdə namizəd və ya siyasi partiyaların, siyasi partiyalar blokunun səlahiyyətli 
nümayəndəsi tərəfindən düzəlişlərin edilməsi yolu ilə aradan götürülə bilərsə, müvafiq seçki komissiyası 
namizədi  və  ya  siyasi  partiyanın,  siyasi  partiyalar  blokunun  səlahiyyətli  nümayəndəsini  24  saat 
müddətində  bu  haqda  xəbərdar  edir  və  onun  tərəfindən  müvafiq  düzəlişlər  edildikdən  sonra  namizədi 
qeydə alır. 
60.5. Namizəd qeydə alınmazsa, qeydiyyatdan imtina haqqında qərarın surətini aldıqdan sonra 3 gün 
müddətində  namizəd,  namizədi  irəli  sürmüş  siyasi  partiyanın  (siyasi  partiyalar  blokunun)  rəhbər  orqanı 
qeydiyyat depozitinin geri qaytarılmaması şərti ilə namizədin müvafiq seçki komissiyası tərəfindən qeydə 
alınması  barədə  müraciət  edə  bilər.  Bu  halda  müvafiq  seçki  komissiyası  namizədi  2  gün  müddətində 
qeydiyyata alır. Bütün digər hallarda qeydiyyat depoziti seçki komissiyaları tərəfindən qeydə alınmaq və 
ya  qeydiyyatdan  imtina  etmək  haqqında  müvafiq  qərarın  qəbul  edilməsindən  sonra  3  gün  müddətində 
müvafiq namizədə, namizəd irəli sürmüş siyasi partiyaya, siyasi partiyaların blokuna qaytarılır. Namizəd 
Prezident, Milli Məclisin deputatı və ya bələdiyyəyə üzv seçilərsə və ya etibarlı hesab edilən səslərin azı 3 
faizini toplayarsa, qeydiyyat depoziti seçkilərin yekunları rəsmi dərc edildikdən sonra 3 gün müddətində 
müvafiq seçki komissiyası tərəfindən namizəd olmuş şəxsə qaytarılır. 
49
 
60.6.  Namizədin  hərəkətlərində  cinayət  məsuliyyətinə  və  ya  inzibati  məsuliyyətə  səbəb  olan  hüquq 
pozuntusu  əlamətləri  aşkar  edildikdə  seçki  komissiyası  bu  Məcəllənin  pozulmasında  təqsirli  olan 
şəxslərin  məsuliyyətə  cəlb  edilməsi  məsələsinə  baxılması  üçün  müvafiq  sənəd  və  materialları  hüquq 
mühafizə orqanlarına göndərir. 
60.7. Qeydə alınmış hər bir namizədə qeydiyyat vəsiqəsi verilir. Müvafiq seçki komissiyaları müvafiq 
seçki dairəsi üzrə qeydə alınmış namizədlər barədə məlumatları qeydiyyatdan sonra 24 saat müddətində 
kütləvi  informasiya  vasitələrinə  təqdim  edirlər.  Seçki  komissiyaları  qeydə  alınmış  namizədlər  barədə 
məlumatları səsvermə gününə ən azı 15 gün qalmış seçki komissiyasının otaqlarında, bu Məcəllənin 98.3-
cü  maddəsində  nəzərdə  tutulan  məlumat  lövhələrində  yerləşdirirlər.  Namizədin  qeydiyyatının  ləğv 
edilməsi barədə məlumatlar da həmin qaydada yerləşdirilir.
50
 
 
 
 
On birinci fəsil 
REFERENDUM ÜZRƏ TƏŞVİQAT QRUPLARININ YARADILMASI VƏ QEYDİYYATI 
 
M a d d ə   6 1 .  Referendum üzrə təşviqat qrupu anlayışı 
Referendum üzrə təşviqat qrupları referenduma çıxarılan məsələlərin lehinə və ya əleyhinə təşviqatın 
aparılması  məqsədi  ilə  aktiv  seçki  hüququna  malik  olan  Azərbaycan  Respublikasının  vətəndaşları 
tərəfindən yaradılan qurumlardır. 


 
M a d d ə   6 2 .  Referendum üzrə təşviqat qruplarının fəaliyyət şərtləri 
62.1. Referendum kampaniyasında iştirak edən referendum üzrə təşviqat qrupları bu Məcəllənin 2.6-
cı maddəsində göstərilən şərtlərlə yanaşı aşağıdakı şərtlərə riayət etməlidirlər: 
62.1.1. referendum kampaniyası zamanı referendum üzrə digər təşviqat qrupunun öz baxışlarını azad 
və sərbəst yaymaq hüququna hörmət bəsləmək
62.1.2.  seçicilərlə  azad  ünsiyyətin  yaradılması  üçün  referendum  üzrə  digər  təşviqat  qrupuna  mane 
olmamaq; 
62.1.3.  referendumun  qanuni  təsdiqlənmiş  nəticələrinə  hörmət  bəsləmək,  referendumla  bağlı  hər  bir 
şikayəti səlahiyyətli orqana təqdim etmək və həmin orqanın bu şikayətlə bağlı qərarına riayət etmək. 
 
M a d d ə   6 3 .  Referendum üzrə təşviqat qrupu yaradılmasının təşəbbüsçüləri 
63.1.  Referendum  üzrə  təşviqat  qrupunun  yaradılmasının  2  mindən  az  olmayan  təşəbbüsçüləri 
Mərkəzi Seçki Komissiyasına yazılı bildiriş verir. 
63.2. Referendum üzrə təşviqat qrupu yaradılmasının təşəbbüsçülərinin sayı 500-dən çox və 2 mindən 
azdırsa, bildiriş təşəbbüsçülərin əksəriyyətinin ərazisində yaşadıqları dairə seçki komissiyasına verilir. 
63.3. Bildirişdə hər bir təşəbbüsçünün soyadı, adı, atasının adı, doğum tarixi, yaşayış yerinin ünvanı, 
şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriya və nömrəsi, verilmə tarixi, əsas iş və ya xidmət 
yeri, tutduğu vəzifəsi (bu olmadıqda — fəaliyyət növü) göstərilməlidir. Bildirişə referendum üzrə təşviqat 
qrupunun  yaradılması  təşəbbüsçülərinin  səlahiyyətli  nümayəndələrinin  siyahısı  əlavə  edilir.  Bildiriş 
məlumat  xarakteri  daşıyır  və  onun  barəsində  müvafiq  seçki  komissiyasında  qərar  çıxarılması  tələb 
olunmur. 
63.4.  Müvafiq  seçki  komissiyası  bildirişin  alınması  barədə  təşəbbüsçülərə  5  gün  müddətində  yazılı 
məlumat verməlidir. 
 
M a d d ə   6 4 .   Referendum  üzrə  təşviqat  qrupu  yaradılmasının  təşəbbüsçülərinin  (təşviqat 
qrupunun) səlahiyyətli nümayəndələri 
64.1.  Zəruri  olan  imzaların  toplanmasının  təşkil  edilməsi  məqsədi  ilə  və  referendum  üzrə  təşviqat 
qrupu  yaradılmasının  təşəbbüsçüləri  adından  bu  Məcəllə  ilə  nəzərdə  tutulan  digər  hərəkətlərin  həyata 
keçirilməsi  məqsədi  ilə  referendum  üzrə  təşviqat  qrupu  yaradılmasının  təşəbbüsçüləri  səlahiyyətli 
nümayəndə  (nümayəndələr)  təyin  edə  bilərlər.  Mərkəzi  Seçki  komissiyasında  qeydiyyatdan  keçən 
referendum  üzrə  təşviqat  qruplarının  səlahiyyətli  nümayəndələrinin  sayı  25-dən,  dairə  seçki 
komissiyasında  qeydiyyatdan  keçən  referendum  üzrə  təşviqat  qruplarının  səlahiyyətli  nümayəndələrinin 
sayı isə 5-dən artıq ola bilməz. 
64.2.  Referendum  üzrə  təşviqat  qrupu  qeydə  alındıqdan  sonra  bu  Məcəllənin  64.1-ci  maddəsində 
göstərilən  səlahiyyətli  nümayəndə  referendum  üzrə  təşviqat  qrupunun  qərarına  əsasən  həmin  qrupun 
səlahiyyətli nümayəndəsi kimi öz səlahiyyətlərini saxlaya bilər. 
64.3. Referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsinin təyin edilməsi müvafiq şəxsə 
notariat qaydasında təsdiq edilmiş vəkalətnamənin verilməsi yolu ilə həyata keçirilir. Həmin vəkalətnamə 
referendum üzrə təşviqat qrupunun bütün təşəbbüsçüləri adından verilməlidir. 
64.4.  Referendum  üzrə  təşviqat  qrupunun  səlahiyyətli  nümayəndəsi  öz  səlahiyyətini  soyadını,  adını, 
atasının  adını,  doğum  tarixini,  şəxsiyyət  vəsiqəsinin  və  ya  onu  əvəz  edən  sənədin  seriya  və  nömrəsini, 
yaşayış  yerinin  ünvanını,  iş  yerini,  vəzifəsini  və  ya  xidməti  vəzifəsini  (bunlar  olmadıqda  —  fəaliyyət 
növünü) əks etdirən, maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə isə həm də maliyyə sənədlərinin və 
həmin sənədlər üçün möhürlərin nümunələrini əks etdirən, bu Məcəllənin 64.3-cü maddəsində göstərilən 
vəkalətnamə əsasında həyata keçirir. Həmin vəkalətnamə şəxsiyyət vəsiqəsi və ya onu əvəz edən sənədlə 
birlikdə təqdim edildikdə etibarlı sayılır. 
64.5.  Referendum  üzrə  təşviqat  qrupunun  təyin  etdiyi  səlahiyyətli  nümayəndələrin  siyahıları  həmin 
qrupu qeydiyyata alan seçki komissiyasına təqdim edilir. Referendum üzrə təşviqat qrupunun səlahiyyətli 
nümayəndələrinin  siyahısında  səlahiyyətli  nümayəndələrin  hər  birinin  soyadı,  adı,  atasının  adı,  doğum 
tarixi,  şəxsiyyət  vəsiqəsinin  və  ya  onu  əvəz  edən  sənədinin  seriyası,  nömrəsi  və  verilmə  tarixi,  yaşayış 
yerinin  ünvanı,  əsas  iş  yeri  və  vəzifəsi  (bu  olmadıqda  fəaliyyət  növü),  telefon  nömrəsi  göstərilməlidir. 
Müvafiq  seçki  komissiyasına  təqdim  edilmiş  müvafiq  siyahıya  hər  bir  şəxsin  səlahiyyətli  nümayəndə 
olmağa razılığı barədə yazılı ərizəsi əlavə edilməlidir. 


Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə