Microsoft Word secki mecellesi doc



Yüklə 2,7 Mb.
Pdf görüntüsü
səhifə28/73
tarix29.08.2018
ölçüsü2,7 Mb.
#65261
1   ...   24   25   26   27   28   29   30   31   ...   73

nəşrlərdə  müdafiə  etmək  imkanının  verilməməsi  teleradio  verilişləri  təşkilatlarını,  dövri  nəşrlərin 
redaksiyalarını  və  onların  vəzifəli  şəxslərini  qanunvericiliklə  müəyyənləşdirilmiş  qaydada  məsuliyyətə 
cəlb etmək üçün əsas ola bilər. 
88.7.  Qeydə  alınmış  namizəd,  referendum  üzrə  təşviqat  qrupu  bu  Məcəllənin  88.1-88.3-cü 
maddələrinin  tələblərini  pozduqda,  müvafiq  seçki  komissiyası  hüquq  mühafizə  orqanlarına  və  ya 
məhkəməyə müraciət etməlidir, digər dövlət orqanları da bu hüquqdan istifadə edə bilərlər. Qeydə alınmış 
namizəd,  siyasi  partiya,  siyasi  partiyaların  bloku,  referendum  üzrə  təşviqat  qrupu  seçkiqabağı  təşviqatın 
aparılmasının bu Məcəllə ilə müəyyənləşdirilmiş digər qaydalarını pozduqda müvafiq seçki komissiyası 
təqsirli  şəxslərin  inzibati  məsuliyyətə  cəlb  edilməsi  üçün  müvafiq  tədbirlər  görür.  Seçki  komissiyasının 
müvafiq qərarı kütləvi informasiya vasitələrində dərc olunur.
70
 
88.8.  Bu  Məcəllədə  müəyyənləşdirilmiş  seçkiqabağı  təşviqatın  aparılması  qaydalarını  teleradio 
verilişləri  təşkilatları  və  dövri  nəşrlərin  redaksiyaları  pozduqda,  müvafiq  seçki  komissiyası  nəzdindəki 
Mərkəzi  Seçki  Komissiyasının  müəyyən  etdiyi  qaydada  jurnalistlərdən  ibarət  mətbuat  qrupunun 
təşəbbüsü  ilə  qanunsuz  təşviqat  fəaliyyətinin  qarşısının  alınması  və  teleradio  verilişləri  təşkilatlarının, 
dövri  nəşrlərin  redaksiyalarının,  onların  vəzifəli  şəxslərinin  qanunvericiliklə  müəyyənləşdirilmiş 
məsuliyyətə  cəlb  edilməsi  barədə  təqdimatla  hüquq  mühafizə  orqanlarına,  məhkəməyə  və  müvafiq  icra 
hakimiyyəti orqanlarına müraciət etmək hüququna malikdir. 
 
On dördüncü fəsil 
SEÇKİLƏRİN (REFERENDUMUN) MALİYYƏLƏŞDİRİLMƏSİ 
 
M a d d ə   8 9 .  Seçkilərin (referendumun) hazırlanmasının və keçirilməsinin maliyyə təminatı 
89.1. Seçkilərin (referendumun) (bundan sonra — seçkilərin) hazırlanmasına və keçirilməsinə, seçki 
komissiyalarının  səlahiyyət  müddətində  onların  fəaliyyətinin  təmin  edilməsinə  çəkilən  xərclər  dövlət 
hesabına  ödənilir.  Göstərilən  xərclər  Azərbaycan  Respublikasının  büdcə  bölgüsünə  uyğun  olaraq  dövlət 
büdcəsində nəzərdə tutulur. 
89.2. Dövlət büdcəsindən seçkilərin hazırlanması və keçirilməsi üçün ayrılmış vəsait seçkilərin təyin 
edilməsi  haqqında  qərarın  rəsmi  dərc  edildiyi  gündən  başlayaraq  10  gün  müddətində  müvafiq  icra 
hakimiyyəti orqanı tərəfindən Mərkəzi Seçki Komissiyasının bank hesabına köçürülür. 
89.3. Mərkəzi Seçki Komissiyası seçkilərin keçirilməsi üçün lazım olan vəsaiti səsvermə gününə azı 
35 gün qalmış dairə seçki komissiyalarına köçürür, onlar da alınmış pul vəsaitini səsvermə gününə azı 10 
gün  qalmış  məntəqə  seçki  komissiyaları  arasında  bölüşdürürlər.  Əlavə  seçkilər  keçirilərkən,  seçkilərin 
vaxtında  və  ya  tam  maliyyələşdirilməsi  mümkün  olmadıqda  seçki  komissiyaları  vəsaiti  daxil  olduqca 
bölüşdürür və köçürürlər.
71
 
89.4. Seçki komissiyalarının sədrləri seçkilərin hazırlanmasına və keçirilməsinə ayrılmış vəsaitə dair 
sərəncam  verir  və  maliyyə  sənədlərinin  seçki  komissiyasının  qərarlarına  uyğunluğu,  məsrəflər  haqqında 
maliyyə  hesabatlarının  bu  Məcəllə  ilə  müəyyənləşdirilmiş  qaydada  və  müddətdə  təqdim  edilməsi  üçün 
məsuliyyət daşıyırlar. 
89.5.  Seçki  komissiyaları  tərəfindən  xərclənməmiş  dövlət  vəsaiti  seçkilər  qurtardıqdan  sonra  bu 
Məcəllə ilə nəzərdə tutulmuş məqsədlər üçün istifadə edilməkdən ötrü seçkilər günündən ən geci 60 gün 
keçənədək Mərkəzi Seçki Komissiyasının hesabına köçürülür və onun hesabında qalır. 
 
M a d d ə   9 0 .  Namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar 
bloklarının, referendum üzrə təşəbbüs qruplarının seçki (referendum) fondları 
90.1. Namizədlərin, qeydə alınmış namizədlərin, namizəd irəli sürmüş və ya namizədi qeydə alınmış 
siyasi  partiyaların,  siyasi  partiyalar  bloklarının,  referendum  üzrə  təşviqat  qruplarının  fəaliyyətinin 
maliyyələşdirilməsi üçün seçki (referendum) fondları (bundan sonra — seçki fondu) yaradılır. 
90.2.  Namizədlərin,  qeydə  alınmış  namizədlərin,  siyasi  partiyaların,  siyasi  partiyalar  bloklarının, 
referendum üzrə təşviqat qruplarının seçki fondlarına könüllü ianə ayırmaq yaxud natura şəklində və ya 
xidmət göstərilməsi yolu ilə yardım etmək aşağıdakılara qadağan edilir: 
90.2.1. xarici dövlətlərə və xarici hüquqi şəxslərə; 
90.2.2. xarici vətəndaşlara; 


90.2.3. vətəndaşlığı olmayan şəxslərə; 
90.2.4. 18 yaşına çatmamış vətəndaşlara; 
90.2.5.  seçkilərin  təyin  edilməsi  haqqında  qərarın  rəsmi  dərc  edildiyi  günə  olan  vəziyyətə  görə 
Azərbaycan  Respublikasının  hüquqi  şəxsinin  nizamnamə  kapitalında  bu  Məcəllənin  90.2.1,  90.2.2  və 
90.2.3-cü  maddələrində  göstərilən  şəxslərin  iştirak  (mülkiyyət)  payı  30  faizdən  çox  olarsa,  Azərbaycan 
Respublikasının hüquqi şəxslərinə; 
90.2.6. beynəlxalq təşkilatlara və beynəlxalq ictimai hərəkatlara; 
90.2.7. dövlət hakimiyyəti orqanlarına və bələdiyyə qurumlarına; 
90.2.8. dövlət, bələdiyyə təşkilatlarına və idarələrinə; 
90.2.9.  seçkilərin  təyin  edilməsi  haqqında  qərarın  rəsmi  dərc  edildiyi  günə  olan  vəziyyətə  görə 
nizamnamə kapitalında dövlətin və ya bələdiyyənin iştirak payı 30 faizdən artıq olan hüquqi şəxslərə; 
90.2.10. hərbi hissələrə; 
90.2.11. xeyriyyə təşkilatlarına, dini birliklərə, idarələrə və təşkilatlara
90.2.12.  aşağıdakı  məlumatlardan  hər  hansı  birini  göstərməyən  anonim  ianə  köçürənlərə  (vətəndaş 
üçün  —  soyadını,  adını,  atasının  adını,  şəxsiyyət  vəsiqəsinin  və  ya  onu  əvəz  edən  sənədinin  seriyasını, 
nömrəsini,  verilmə  tarixini,  yaşayış  yerinin  ünvanını,  doğum  tarixini,  hüquqi  şəxs  üçün  —  vergi 
ödəyicisinin eyniləşdirmə nömrəsini, adını, qeydiyyat tarixini, bank rekvizitlərini, nizamnamə kapitalında 
dövlət və ya bələdiyyə payının olmasını, olduğu halda miqdarını, nizamnamə kapitalında xarici kapitalın 
pay miqdarını göstərməyənlərə və ya qeyri-düzgün göstərənlərə). 
90.3.  Seçki  fondunda  olan  vəsaitə  dair  sərəncam  vermək  hüququ  həmin  fondu  yaradan  namizədə, 
qeydə  alınmış  namizədə,  siyasi  partiyaya,  siyasi  partiyaların  blokuna,  referendum  üzrə  təşviqat  qrupuna 
məxsusdur.  Seçki  fondlarında  olan  vəsaitlər  təyinatlı  məqsəd  daşıyır.  Bu  vəsaitdən  yalnız  aşağıdakı 
məqsədlər üçün istifadə edilə bilər: 
90.3.1. namizədlərin irəli sürülməsinin müdafiəsi, referendum üzrə təşviqat qrupunda üzvlüyə razılıq 
verilməsi  üçün  imzaların  toplanmasına  yönəlmiş  təşkilati-texniki  tədbirlərin  maliyyə  təminatı,  habelə 
seçici imzalarının toplanması üçün müvafiq şəxslərin haqqının ödənilməsi; 
90.3.2.  seçkiqabağı  təşviqatla  bağlı  işlərin,  habelə  informasiya  və  məşvərət  xidmətlərinin  dəyərinin 
ödənilməsi; 
90.3.3.  seçki  kampaniyasının  keçirilməsi  ilə  əlaqədar  hüquqi  şəxslərin  və  vətəndaşların  bilavasitə 
yerinə yetirdikləri digər işlərin dəyərinin ödənilməsi ilə bağlı xərclər. 
90.4. Namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, referendum 
üzrə təşviqat qrupları səsvermə gününədək bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydada seçki fondlarının 
hesablarına  köçürülmüş  pul  vəsaitindən  istifadə  edirlər.  Namizədlərə,  qeydə  alınmış  namizədlərə,  siyasi 
partiyalara,  siyasi  partiyaların  bloklarına,  referendum  üzrə  təşviqat  qruplarına  seçkiqabağı  təşviqat 
fəaliyyəti və imzaların yığılması üçün seçki fondlarına daxil olan vəsaitdən başqa, digər pul vəsaitindən 
istifadə etmək qadağandır. Həmin qaydalar, bu Məcəllənin 55.3 və 69.8-ci maddələrində göstərilən hallar 
istisna  olmaqla,  siyasi  partiyaların  öz  hesablarından  seçkiqabağı  təşviqat  sayılmayan  və  öz  seçki 
kampaniyalarının  keçirilməsi  ilə  əlaqədar  olmayan  digər  fəaliyyət  üçün  istifadə  etdikləri  vəsaitlərə  aid 
edilmir. 
90.5.  Müvafiq  seçki  komissiyasında  qeydə  alınmamış  namizəd,  namizədləri  qeydə  alınmamış  siyasi 
partiya, siyasi partiyaların bloku yekun maliyyə hesabatı təqdim edilənədək seçki fondunun xərclənməmiş 
pul vəsaitlərini (göndərilmə xərclərinin çıxılması şərti ilə) köçürülən ianələrin məbləğlərinin proporsional 
nisbətinə  uyğun  olaraq  ianəçi  vətəndaşlara  və  hüquqi  şəxslərə  qaytara  bilər.  Qeydə  alınmamış  namizəd, 
namizədi  qeydə  alınmamış  siyasi  partiya,  siyasi  partiyaların  bloku  bu  hüquqdan  istifadə  etmədikdə, 
xərclənməmiş pul vəsaiti müvafiq olaraq dövlət və ya bələdiyyə büdcəsinə köçürülür. 
90.6.  Qeydə  alınmış  namizədə,  namizədi  qeydə  alınmış  siyasi  partiyaya,  siyasi  partiyaların  blokuna 
müvafiq  seçki  komissiyaları  tərəfindən  verilən  pul  vəsaiti  qaytarılanadək  və  siyasi  partiya,  siyasi 
partiyaların  blokları  teleradio  verilişləri  təşkilatlarına  və  dövri  nəşrlərin  redaksiyalarına  pulsuz  efir 
vaxtının  və  dövri  nəşrdə  ayrılmış  yerin  dəyərini  ödəyənədək  onların  seçki  fonduna  pul  ianəsi  köçürmüş 
vətəndaşlara və hüquqi şəxslərə seçki fondlarının xərclənməmiş pul vəsaitini qaytarmaq qadağandır. Belə 
halda siyasi partiya, siyasi partiyaların bloku ilk növbədə seçki komissiyasının vəsaitini qaytarır.
72
 
90.7. Teleradio verilişləri təşkilatlarına və dövri nəşrlərin redaksiyalarına pulsuz efir vaxtının və dövri 
nəşrdə  ayrılmış  yerin  dəyərini  ödədikdən  sonra,  qeydə  alınmış  namizəd,  namizədi  qeydə  alınmış  siyasi 


Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə