Microsoft Word secki mecellesi doc


partiya, siyasi partiyaların bloku seçki fondlarının xərclənməmiş pul vəsaitini ianə köçürən vətəndaşlara



Yüklə 2,7 Mb.
Pdf görüntüsü
səhifə29/73
tarix29.08.2018
ölçüsü2,7 Mb.
#65261
1   ...   25   26   27   28   29   30   31   32   ...   73

partiya, siyasi partiyaların bloku seçki fondlarının xərclənməmiş pul vəsaitini ianə köçürən vətəndaşlara 
və  hüquqi  şəxslərin  hesablaşma  hesabına  bu  Məcəllənin  90.5-ci  maddəsində  göstərilən  qaydada  köçürə 
bilərlər.  Qeydə  alınmış  namizəd,  namizədi  qeydə  alınmamış  siyasi  partiya,  siyasi  partiyaların  bloku  bu 
hüquqdan istifadə etmədikdə xərclənməmiş pul vəsaiti müvafiq olaraq dövlət və ya bələdiyyə büdcəsinə 
köçürülür.
73
 
 
M a d d ə   9 1 .  Xüsusi seçki (referendum) hesabları 
91.1. Seçki fondunu formalaşdırmaq üçün xüsusi seçki (referendum) hesabı (bundan sonra — seçki 
hesabı)  Mərkəzi  Seçki  Komissiyasının  müəyyən  etdiyi  müvafiq  bankda  açılır.  Həmin  hesab  namizədin, 
referendum üzrə təşviqat qrupunun qeydiyyatı üçün zəruri olan seçici imzalarının yığılmasına azı 24 saat 
qalmış  açılmalıdır.  Namizəd,  siyasi  partiya,  siyasi  partiyaların  bloku,  referendum  üzrə  təşviqat  qrupu 
yalnız bir xüsusi hesab aça bilər. 
91.2. Bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydada rəsmiləşdirilmiş sənədlər təqdim edildikdə müvafiq 
bank  namizədə,  siyasi  partiyaya,  siyasi  partiyaların  blokuna,  referendum  üzrə  təşviqat  qrupuna  3  gün 
müddətində xüsusi seçki hesabı açmalıdır. Bütün pul vəsaiti xüsusi seçki hesabına manatla köçürülür. 
91.3.  Qeydə  alınmış  namizədlərin,  namizədi  qeydə  alınmış  siyasi  partiyaların,  siyasi  partiyalar 
bloklarının, referendum üzrə təşviqat qruplarının bütün maliyyə əməliyyatları səsvermə günündən sonra 3 
gün müddətində dayandırılır. 
91.4. Bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydada qeydiyyat üçün zəruri olan sənədlər müvafiq seçki 
komissiyasına  təqdim  edilmədikdə  və  ya  qeydiyyatdan  imtina  edildikdə,  namizəd  olmaq  istəyən  şəxs 
verilmiş razılıq ərizəsini və ya öz namizədliyini geri götürdükdə, siyasi partiya, siyasi partiyaların bloku 
namizədi  geri  çağırdıqda,  referendum  üzrə  təşviqat  qrupu  yaradılmasının  təşəbbüsçüləri  həmin  qrupun 
tərkibindən çıxmaq haqqında müvafiq seçki komissiyasına müraciət etdikdə və bu halda referendum üzrə 
təşviqat  qrupunun  təşəbbüsçülərinin  sayı  bu  Məcəllənin  63-cü  maddəsi  ilə  müəyyən  edilən  saydan  az 
olduqda  yaxud  qeydiyyatın  ləğv  edilməsi  barədə  qərar  qəbul  edildikdə,  müvafiq  seçki  komissiyasının 
göstərişi  ilə  müvafiq  bank  namizədlərin,  qeydə  alınmış  namizədlərin,  siyasi  partiyanın,  siyasi  partiyalar 
blokunun,  referendum  üzrə  təşviqat  qrupunun  xüsusi  seçki  hesablarından  xərclərin  ödənilməsi  ilə  bağlı 
maliyyə əməliyyatlarını dayandırır. 
 
M a d d ə   9 2 .  Maliyyə əməliyyatlarının aparılması müddətinin uzadılmasının əsasları 
92.1. Namizədin, qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun, referendum 
üzrə təşviqat qrupunun vəsatəti əsasında Mərkəzi Seçki Komissiyası maliyyə əməliyyatlarının aparılması 
müddətini aşağıdakı hallarda uzada bilər: 
92.1.1.  qeydiyyatdan  imtina  edilənədək  namizədin,  namizədi  qeydə  alınmış  siyasi  partiyanın,  siyasi 
partiyalar  blokunun,  referendum  üzrə  təşviqat  qrupunun  gördükləri  işlərin  dəyərinin  ödənilməsi  üçün; 
namizədin namizəd kimi çıxış etməyə razılıq verməsi barədə ərizəsini geri götürməsi və ya siyasi partiya, 
siyasi  partiyaların  bloku  tərəfindən  geri  çağırılması;  referendum  üzrə  təşviqat  qrupunun  yaradılmasının 
təşəbbüsçüləri həmin qrupun tərkibindən çıxmaq haqqında müvafiq seçki komissiyasına müraciət etdikdə 
və bu halda referendum üzrə təşviqat qrupunun yaradılmasının təşəbbüsçülərinin sayı bu Məcəllənin 63-
cü  maddəsi  ilə  müəyyən  edilən  saydan  az  olduqda,  bu  Məcəllə  ilə  müəyyənləşdirilmiş  müddətdə  imza 
vərəqələri və digər sənədlər qeydiyyat üçün təqdim edilənədək görülən işlərin dəyərinin ödənilməsi üçün; 
92.1.2.  öz  namizədliyini  geri  götürmüş  qeydə  alınmış  namizədə,  qeydə  alınmış  namizədini  geri 
çağırmış  siyasi  partiyaya,  siyasi  partiyaların  blokuna,  qeydiyyatı  ləğv  edilmiş  qeydə  alınmış  namizədə, 
qeydiyyatı ləğv edilmiş referendum üzrə təşviqat qrupuna referendum üzrə təşviqat qrupunun, namizədin 
qeydiyyatının ləğv edilməsi haqqında qərarın qəbul edilməsinədək görülmüş (keçirilmiş) işlərin dəyərinin 
ödənilməsi ilə əlaqədar; 
92.1.3.  digər  hallarda  —  qeydə  alınmış  namizədə,  siyasi  partiyaya,  siyasi  partiyaların  blokuna, 
referendum  üzrə  təşviqat  qrupuına  səsvermə  gününədək  görülmüş  işlərin  dəyərinin  ödənilməsi  ilə 
əlaqədar. 
 
M a d d ə   9 3 .  Seçki fonduna könüllü ianələr 
93.1. Namizədin, qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun, referendum 
üzrə təşviqat qrupunun seçki fonduna könüllü ianələr rabitə şöbələri və ya bank-kredit təşkilatları vasitəsi 


ilə  ianəçinin  soyadı,  adı,  atasının  adı,  doğum  tarixi  və  yaşayış  yerinin  ünvanı  göstərilməklə  şəxsiyyət 
vəsiqəsi  yaxud  onu  əvəz  edən  sənədin  təqdim  edilməsi  əsasında  yalnız  Azərbaycan  Respublikasının 
vətəndaşlarından qəbul edilir. 
93.2.  Hüquqi  şəxslərin  könüllü  ianələri  müvafiq  hüquqi  şəxsin  nizamnamə  kapitalında  dövlət  və  ya 
bələdiyyə  kapitalının,  xarici  kapitalın  olub-olmaması  və  ya  payı  qeyd  edilməklə,  onun  adı,  qeydiyyat 
tarixi, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi, bank rekvizitləri göstərilməklə, pul vəsaitinin namizədin, 
qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun, referendum üzrə təşviqat qrupunun 
seçki fonduna nağdsız köçürülməsi yolu ilə qəbul edilir. 
93.3.  Vətəndaşların  və  hüquqi  şəxslərin  könüllü  ianələri  xüsusi  seçki  hesabına  rabitə  şöbələri  və  ya 
bank-kredit  təşkilatları  vasitəsi  ilə  müvafiq  ödəniş  sənədi  alındıqdan  sonra  növbəti  bank  günündən  gec 
olmayaraq köçürülür. Bu halda nağdsız ödənişin həyata keçirilməsinin ümumi müddəti 2 gündən artıq ola 
bilməz. 
93.4.  Namizəd,  qeydə  alınmış  namizəd,  siyasi  partiya,  siyasi  partiyaların  bloku,  referendum  üzrə 
təşviqat  qrupu,  anonim  köçürülən  ianələr  istisna  olmaqla,  hər  hansı  ianəni  onu  verən  şəxsə  qaytarmaq 
hüququna malikdir. 
93.5.  Namizədlərin,  qeydə  alınmış  namizədlərin,  siyasi  partiyaların,  siyasi  partiyalar  bloklarının, 
referendum üzrə təşviqat qrupunun seçki fondlarına ianələr buna hüququ olmayan vətəndaşlardan və ya 
hüquqi  şəxslərdən  daxil  olubsa  yaxud  bu  Məcəllədə  nəzərdə  tutulmuş  məbləğdən  artıq  köçürülübsə, 
ianənin xüsusi hesaba daxil olduğu gündən sonrakı 10 gün müddətində namizəd, qeydə alınmış namizəd, 
siyasi  partiya,  siyasi  partiyaların  bloku,  referendum  üzrə  təşviqat  qrupu  ianəni  bütünlüklə  və  ya  onun 
müəyyənləşdirilmiş  yuxarı  həddi  aşan  hissəsini,  geri  qaytarmasının  səbəbini  göstərməklə  və  göndərilmə 
xərclərini çıxmaqla, ianəçiyə qaytarmalıdır. 
93.6.  Namizəd,  qeydə  alınmış  namizəd,  siyasi  partiya,  siyasi  partiyaların  bloku,  referendum  üzrə 
təşviqat  qrupu  ianəçilərin  ianəni  köçürdüyü  halda  bu  Məcəllənin  93.1  və  93.2-ci  maddələrində  nəzərdə 
tutulmuş  göstəricilər  düzgün  göstərilmədiyi  üçün  ianənin  qəbul  edilməməsinə  görə  o  halda  məsuliyyət 
daşımır ki, bu ianələrə dair sənədlərin səhv tərtib edilməsi barədə vaxtında məlumat almasın. 
93.7. Anonim ianələr xüsusi seçki hesabına daxil olduğu gündən sonra 10 gün müddətində namizəd, 
qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyaların bloku, referendum üzrə təşviqat qrupu tərəfindən 
dövlət büdcəsinə köçürülür. 
93.8.  vətəndaşlar  və  hüquqi  şəxslər  namizədin,  qeydə  alınmış  namizədin  irəli  sürülməsinə  və 
seçilməsinə yalnız müvafiq seçki fondlarına ianə köçürmək yolu ilə yardım edə bilərlər. 
93.9.  Namizədin,  qeydə  alınmış  namizədin  və  ya  siyasi  partiyanın,  siyasi  partiyalar  blokunun, 
referendum  üzrə  təşviqat  qrupunun  üzvlərinin  və  ya  maliyyə  məsələləri  üzrə  səlahiyyətli 
nümayəndələrinin  rəsmi  razılığı  yoxdursa,  seçkilərlə  (referendumla)  əlaqədar  pullu  xidmətlərin 
göstərilməsi,  malların  satılması  və  onların  dəyərinin  müvafiq  seçki  fondundan  ödənilməsi  qadağandır. 
Hüquqi  şəxslərin,  onların  filiallarının,  nümayəndəliklərinin  və  digər  qurumlarının  seçkilərlə  və  ya 
referendumla əlaqədar pulsuz və ya əsassız aşağı salınmış qiymətlərlə xidmətlər göstərməsi qadağandır. 
93.10.  Vətəndaş  pulsuz,  könüllü,  şəxsən  yerinə  yetirməklə,  seçki  kampaniyasının  gedişində  üçüncü 
şəxsləri  cəlb  etmədən  namizədə,  qeydə  alınmış  namizədə,  siyasi  partiyaya,  siyasi  partiyaların  blokuna, 
referendum üzrə təşviqat qrupuna xidmətlər göstərə bilər. 
 
M a d d ə   9 4 .  Seçki fondlarının vəsaitlərinə dair hesabat 
94.1.  Xüsusi  seçki  hesablarının  açılmasının  və  aparılmasının  uçotu,  hesabatı  qaydası,  habelə 
namizədlərin,  qeydə  alınmış  namizədlərin,  siyasi  partiyaların,  siyasi  partiyalar  bloklarının,  referendum 
üzrə təşviqat qruplarının seçki fondlarına vəsaitlərin daxil olması və xərclənməsi qaydası Mərkəzi Bankla 
razılaşdırılmaqla,  Mərkəzi  Seçki  Komissiyası  tərəfindən  səsvermə  gününə  azı  55  gün  qalmış 
müəyyənləşdirilir.
74
 
94.2.  Namizəd,  qeydə  alınmış  namizəd,  siyasi  partiya,  siyasi  partiyaların  bloku,  referendum  üzrə 
təşviqat qrupu öz seçki vəsaitlərinin daxil olmasının və xərclənməsinin uçotunu aparmağa borcludur. 
94.3. Namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, referendum 
üzrə  təşviqat  qrupu  müvafiq  seçki  komissiyasına  öz  maliyyə  hesabatlarını  aşağıdakı  növbəliklə  təqdim 
edir: 


Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə