Microsoft Word secki mecellesi doc



Yüklə 2,7 Mb.
Pdf görüntüsü
səhifə32/73
tarix29.08.2018
ölçüsü2,7 Mb.
#65261
1   ...   28   29   30   31   32   33   34   35   ...   73

99.7.  Seçki  bülletenlərinin  verilməsi  və  saxlanması  üçün  seçki  bülletenlərini  verən,  qəbul  edən  və 
mühafizə edən seçki komissiyalarının sədrləri məsuliyyət daşıyırlar. 
99.8. Müstəsna hallarda bu Məcəllənin 35.4 və 35.6-cı maddələrinə uyğun olaraq səsvermə günü üzən 
gəmilərdə,  Azərbaycan  Respublikasının  hüdudlarından  kənarda  yaradılmış  seçki  məntəqələrində  texniki 
imkanlar  olduqda  seçki  sənədlərinin,  o  cümlədən  seçki  bülletenlərinin  məntəqə  seçki  komissiyaları 
tərəfindən  hazırlanmasına  icazə  verilir.  Müvafiq  tirajı  göstərilməklə  seçki  sənədlərinin  hazırlanması 
barədə  qərar  Mərkəzi  Seçki  Komissiyası  ilə  razılaşdırılmaqla,  müvafiq  məntəqə  seçki  komissiyası 
tərəfindən qəbul edilir. 
99.9. Səsvermə günü səsvermə vaxtı başa çatdıqdan sonra dairə seçki komissiyasında qalan istifadə 
edilməmiş  seçki  bülletenləri  ləğv  edilir  və  bu  barədə  dairə  seçki  komissiyası  akt  tərtib  edir.  Seçki 
bülletenləri  ləğv  edildikdə  bu  Məcəllənin  40.2-ci  və  40.4-cü  maddələrində  göstərilən  şəxslər  iştirak  edə 
bilərlər.  Ləğv  edilmiş  seçki  bülletenləri  komissiyanın  digər  sənədləri  ilə  birlikdə  seçki  komissiyasının 
katibində saxlanılır. 
99.10. Seçki bülletenləri hazırlandıqdan sonra bəzi namizədlər çıxdıqda və ya onların qeydiyyatı ləğv 
edildikdə,  Mərkəzi  Seçki  Komissiyasının  qərarı  ilə  dairə  və  ya  məntəqə  seçki  komissiyaları  seçki 
bülletenlərindən  belə  namizədlər  və  ya  siyasi  partiyalar,  siyasi  partiyaların  blokları  barədə  məlumatları, 
çap olunmuş seçki bülletenində qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyaların bloku haqqında 
məlumata  əlavə  və  ya  dəyişikliklər  haqqında    müvafiq  məlumatları  məntəqə  seçki  komissiyasının 
məlumat lövhəsində yerləşdirir. 
 
M a d d ə   1 0 0 .  Seçki komissiyalarının səsvermə protokolları 
100.1.  Bu  Məcəllənin  Xüsusi  hissəsinin  tələbləri  nəzərə  alınmaqla,  seçki  komissiyalarının  səsvermə 
protokollarının  (bundan  sonra  —  protokollar)  hazırlanması  qaydası,  mətni  və  forması,  onların  sayı, 
hazırlanmasına aid tələblər səsvermə gününə ən geci 45 gün qalmış Mərkəzi Seçki Komissiyası tərəfindən 
təsdiq edilir. 
100.2. Hər bir protokola aşağıdakı məlumatlar daxil edilir: 
100.2.1. seçicilər siyahısındakı seçicilərin ümumi sayı; 
100.2.2. səsvermə üçün qeydiyyatdan çıxma vəsiqəsi alınmış seçicilərin sayı (Milli Məclisə seçkilər 
və bələdiyyə seçkiləri istisna olmaqla)
78

100.2.3.  məntəqə  seçki  komissiyasına  dairə  seçki  komissiyasından  (dairə  seçki  komissiyasına 
Mərkəzi Seçki Komissiyasından) verilmiş seçki bülletenlərinin sayı; 
100.2.4. seçki bülleteninin qoyulması üçün zərfləri almış seçicilərin sayı;
79
 
100.2.5. seçki bülletenləri alan seçicilərin sayı; 
100.2.6. səsvermə otağından kənarda səs verən seçicilərə seçki bülleteninin qoyulması üçün zərflərin 
və seçki bülletenlərinin sayı;
80
 
100.2.7.  səsvermə  üçün  qeydiyyatdan  çıxma  vəsiqəsi  ilə  səs  verən  seçicilərin  sayı  (Milli  Məclisə 
seçkilər və bələdiyyə seçkiləri istisna olmaqla);
81
 
100.2.8. istifadə edilməmiş seçki bülletenlərinin sayı; 
100.2.9. ləğv edilmiş seçki bülletenlərinin sayı; 
100.2.10.  daşınmaz  seçki  qutularında  olan  seçki  bülleteninin  qoyulması  üçün  zərflərin  sayı 
(müəyyənləşdirilmiş formada olmayan zərflər istisna edilməklə); 
82
 
100.2.11.  daşınar  seçki  qutularında  olan  seçki  bülleteninin  qoyulması  üçün  zərflərin  sayı 
(müəyyənləşdirilmiş formada olmayan zərflər istisna edilməklə); 
83
 
100.2.12.  daşınar  seçki  qutularında  olan  zərflərdə  aşkar  edilən  seçki  bülleteninin  sayı 
(müəyyənləşdirilmiş formada olmayan bülletenlər istisna edilməklə);
84
 
100.2.13.  daşınmaz  seçki  qutularında  olan  zərflərdə  aşkar  edilən  seçki  bülleteninin  sayı 
(müəyyənləşdirilmiş formada olmayan bülletenlər istisna edilməklə); 
100.2.14. etibarlı sayılan səslərin sayı; 
100.2.15.  etibarsız  sayılmış  səslərin  sayı  (eləcə  də  ayrıca  sətirlərdə  —  müəyyənləşdirilmiş  formada 
olmayan və heç bir qeyd edilməmiş seçki bülletenlərinin sayı); 
100.2.16. korlanmış seçki bülletenlərinin sayı; 


100.2.17. protokolun tərtib edilmə tarixi və vaxtı. 
85
 
100.3. Protokol 3 nüsxədən ibarət olaraq (hər bir nüsxəsi müxtəlif rəngdə olmaqla) karbonlaşdırılmış 
kağızdan buklet formasında hazırlanır. 
100.4.  Hər  bir  protokol  Mərkəzi  Seçki  Komissiyasının  müəyyən  etdiyi  qaydada  bir-bir  və  ardıcıl 
olaraq  nömrələnməlidir  və  seçki  dairələrinin  sayına  uyğun  olaraq  onların  seriyaları  göstərilməlidir 
(Mərkəzi Seçki Komissiyasının protokolları istisna olmaqla). 
100.5. Protokollar dövlət dilində çap edilir. 
100.6.  Protokollar  Mərkəzi  Seçki  Komissiyasının  qərarı  ilə  onun  nümayəndələrinin  müşahidəsi 
altında poliqrafiya müəssisələrində səsvermə gününə ən geci 30 gün qalmış hazırlanır. 
100.7.  Poliqrafiya  müəssisəsi  yararsız  protokolların  seçilib  ayrılmasını  təmin  edir  və  Mərkəzi  Seçki 
Komissiyasının səlahiyyətli üzvünə protokollar onların sayı, buraxılma tarixi və vaxtı göstərilmiş akt üzrə 
təhvil  verir.  Protokollar  sifarişə  uyğun  olaraq  təhvil  verildikdən  sonra  poliqrafiya  müəssisəsinin  işçiləri 
çıxdaş  olunmuş  və  artıq  çap  edilmiş  protokolları  məhv  edir  və  bu  barədə  bütün  iştirakçıların  imzası 
qoyulmaqla  akt  tərtib  edir.  Bu  hərəkətlərin  edilməsini  Mərkəzi  Seçki  Komissiyasının  üzvləri  və  bu 
Məcəllənin  40.2-ci  və  40.4-cü  maddələrində  göstərilən  şəxslər  müşahidə  edə  bilərlər.  Mərkəzi  Seçki 
Komissiyası qeydə alınmış namizədlərə, siyasi partiyaların, siyasi partiyalar bloklarının referendum üzrə 
təşviqat qruplarının səlahiyyətli nümayəndələrinə protokolların buraxılması yeri və vaxtı barədə məlumat 
verməlidir. 
100.8. Mərkəzi Seçki Komissiyası poliqrafiya müəssisəsindən səsvermə protokollarını aldıqdan sonra 
səsvermə  gününə  azı  20  gün  qalmış  müvafiq  dairə  seçki  komissiyası  sədrinin  və  katiblərinin  iştirakı  ilə 
protokolların  sayını,  seriya  və  nömrələrini,  verilmə  tarixini,  vaxtını  göstərməklə  akt  tərtib  edib, 
protokolları  seçki  məntəqələrinin  sayı  nəzərə  alınmaqla  dairə  seçki  komissiyasının  sədrinə  verir.  Dairə 
seçki  komissiyası  səsvermə  gününə  ən  azı  4  gün  qalmış  protokolları  göstərilən  qaydada  məntəqə  seçki 
komissiyalarına verir.
86
 
100.9. Protokolların verilməsi və saxlanması üçün seçki bülletenlərini verən, qəbul edən və mühafizə 
edən seçki komissiyaları sədrləri məsuliyyət daşıyırlar. 
100.10.  Bu  Məcəllənin  35.4-cü  və  35.6-cı  maddələrinə  uyğun  olaraq  müstəsna  hallarda  səsvermə 
günü  üzən  gəmilərdə,  Azərbaycan  Respublikasının  hüdudlarından  kənarda  yaradılmış  seçki 
məntəqələrində  texniki  imkanlar  olduqda  protokolların  məntəqə  seçki  komissiyaları  tərəfindən 
hazırlanmasına icazə verilir. 
100.11.  Seçki  protokolları  ilə  eyni  müddətdə  seçki  protokollarının  surətləri  hazırlanır  və  seçki 
komissiyalarına verilir. Hər bir seçki komissiyasına protokolun 30 surəti verilir. Protokolların surətlərində 
seriya  və  nömrə  poliqrafiya  üsulu  ilə  göstərilmir,  onlar  protokolun  surəti  doldurulduqda  müvafiq 
protokola  uyğun  olaraq  yazı  ilə  qeyd  edilir.  Bu  Məcəllənin  40.2-ci  və  40.4-cü  maddələrində  göstərilən 
şəxslərə  verilən  seçki  komissiyalarının  protokollarının  və  digər  sənədlərinin  surətlərini  onların  tələbi  ilə 
komissiyanın sədri və ya katibi təsdiq edir. Bu halda həmin şəxs təsdiq olunan sənədin surətinə «Əsli ilə 
düzdür»  sözlərini  yazdıqdan  sonra  onu  imzalayır  (protokolun  seriya  və  nömrəsini  yazır),  komissiyanın 
möhürü ilə təsdiqləyir və təsdiqetmə tarixini qoyur. Sənədin təsdiq olunan bir surətini bu Məcəllənin 40.2 
və 40.4-cü maddələrində göstərilən şəxslər haqq ödəmədən, əlavə surətlərini isə bu Məcəllənin 42.2.9-cu 
maddəsi nəzərə alınmaqla Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilən haqqı, ödədikdən sonra 
alırlar. 
100.12. Protokollar seçki komissiyasının həlledici səs hüquqlu üzvləri tərəfindən tərtib edilir və seçki 
komissiyasının  həlledici  səs  hüquqlu  üzvlərinin  ümumi  sayının  ən  azı  2/3-si  tərəfindən  imzalanır. 
Komissiyanın bütövlükdə protokolla və ya onun ayrı-ayrı hissələri ilə razılaşmayan həlledici səs hüquqlu 
üzvü protokola öz xüsusi rəyini əlavə edə bilər və bu barədə protokolda müvafiq qeyd aparılır. Protokolun 
tərtib edilməsini bu Məcəllənin 40.2-ci və 40.4-cü maddələrində göstərilən şəxslər müşahidə edə bilərlər. 
Protokolun karandaşla yazılmasına və ona hər hansı düzəliş edilməsinə icazə verilmir. 
 
M a d d ə   1 0 1 . Səsvermə üçün qeydiyyatdan çıxma vəsiqəsi 
101.1.  Referendum  və  prezident  seçkiləri  zamanı  seçicilərə  vahid  dairə  üzrə  səsvermə  üçün 
qeydiyyatdan çıxma vəsiqəsi verilə bilər. Səsvermə üçün qeydiyyatdan çıxma vəsiqəsinin (bundan sonra 
— səsvermə vəsiqəsi) forması, hazırlanma qaydası, sayı, verilmə reyestrinin forması, hazırlanmasına aid 
tələblər Mərkəzi Seçki Komissiyası tərəfindən səsvermə gününə azı 45 gün qalmış təsdiq edilir. Səsvermə 
vəsiqələri bu Məcəllənin 99.2 — 99.5-ci maddələrində göstərilən qaydada hazırlanır. Səsvermə vəsiqələri 


Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə