Microsoft Word secki mecellesi doc



Yüklə 2,7 Mb.
Pdf görüntüsü
səhifə40/73
tarix29.08.2018
ölçüsü2,7 Mb.
#65261
1   ...   36   37   38   39   40   41   42   43   ...   73

Referenduma  çıxarıla  bilməyən  məsələlər  Azərbaycan  Respublikası  Konstitusiyasının  3-cü 
maddəsinin III hissəsi ilə və 155-ci maddəsi ilə müəyyən edilir. 
 
Maddə  119.  Azərbaycan  Respublikası  Konstitusiyasının  mətnində  dəyişikliklər  edilməsi 
haqqında  referendum  keçirilməsi  ilə  əlaqədar  Azərbaycan  Respublikası  Konstitusiya 
Məhkəməsinin rəyi 
Azərbaycan  Respublikası  Konstitusiyasının  153-cü  maddəsinə  görə,  Azərbaycan  Respublikası 
Konstitusiyasının  mətnində  dəyişiklikləri  Azərbaycan  Respublikasının  Milli  Məclisi  və  ya  Azərbaycan 
Respublikasının  Prezidenti  təklif  etdikdə,  təklif  olunan  dəyişikliklərə  dair  əvvəlcədən  Azərbaycan 
Respublikası  Konstitusiya  Məhkəməsinin  rəyi  alınır.  Həmin  rəyin  alınması  qaydası  «Konstitusiya 
Məhkəməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. 
 
M a d d ə   1 2 0 .  Referendumun keçirilməsinin məcburiliyi 
Azərbaycan  Respublikasının  qanunvericilik  və  icra  hakimiyyəti  orqanları  tərəfindən  bu  və  ya  digər 
məsələyə dair qərarın qəbul edilməsi həmin məsələyə dair referendumun keçirilməsini istisna edə bilməz. 
 
M a d d ə   1 2 1 .  Referendumun keçirilməsini istisna edən hallar 
121.1. (Çıxarılıb) 
126
 
121.2. Eyni bir məsələyə dair təkrar referendum ilkin referendumda qəbul edilən aktın dərc edilməsi 
günündən başlayaraq yalnız 1 il keçdikdən sonra keçirilə bilər. 
 
On səkkizinci fəsil 
REFERENDUMUN TƏYİN EDİLMƏSI 
 
M a d d ə   1 2 2 .  Referendum keçirilməsi haqqında qərarın qəbul edilməsi 
122.1.  Azərbaycan  Respublikası  Konstitusiyasının  95-ci  maddəsinin  I  hissəsinin  18-ci  bəndinə  və 
109-cu  maddəsinin  18-ci  bəndinə  uyğun  olaraq  referendum  keçirilməsinə  dair  qərar  müvafiq  olaraq 
Azərbaycan Respublikasının Milli Məclisi və ya Azərbaycan Respublikasının Prezidenti tərəfindən qəbul 
edilir. 
122.2.  Ən  azı  300  min  aktiv  seçki  hüququna  malik  olan  Azərbaycan  Respublikası  vətəndaşı 
Azərbaycan  Respublikası  Prezidentinə  və  ya  Azərbaycan  Respublikası  Milli  Məclisinə  referendumun 
keçirilməsi haqqında qərarın qəbul edilməsi təklifi ilə müraciət edə bilər. 
 
M a d d ə   1 2 3 .  Referendum keçirilməsi haqqında qərara dair tələblər 
123.1. Referendum keçirilməsinə dair qərarda aşağıdakılar göstərilməlidir: 
123.1.1. referendumun keçirilməsi tarixi; 
123.1.2. referenduma çıxarılan aktın adı; 
123.1.3. referenduma çıxarılan aktın məzmununun qısa təfsiri; 
123.1.4. referendumun maliyyələşdirilməsi qaydası. 
123.2. Referenduma çıxarılan aktın layihəsi referendumun keçirilməsi haqqında qərara əlavə olunur. 
123.3.  Referenduma  çıxarılan  aktın  layihəsi  referendum  elan  edildikdən  sonra  dəyişdirilə  bilməz  və 
ona əlavələr edilə bilməz. 
 
M a d d ə   1 2 4 .  Referenduma çıxarılan məsələlərlə tanışlıq 
124.1.  Referenduma  çıxarılan  aktın  layihəsi  kütləvi  informasiya  vasitələrində  referendumun  təyin 
edilməsi haqqında qərarla birlikdə dərc edilməlidir. Bu, daha çox seçicinin referendum aktının mətni ilə 
tanış olması üçün zəruri şərait yaradır. 


124.2.  Seçici  referendum  aktının  layihəsini  səsvermə  gününə  azı  30  gün  qalmış  məntəqə  seçki 
komissiyasından almaq hüququna malikdir. Referendum aktının layihəsinin çap edilməsi və yayılmasını 
təmin etmək Mərkəzi Seçki Komissiyasının vəzifəsidir. 
 
On doqquzuncu fəsil 
REFERENDUMUN KEÇİRİLMƏSİNƏ HAZIRLIQ 
 
M a d d ə   1 2 5 .  Referendum üzrə təşviqat qruplarının qeydə alınması 
Referendum  üzrə  təşviqat  qruplarının  qeydə  alınması  bu  Məcəllənin  on  birinci  fəslində  nəzərdə 
tutulan qaydada həyata keçirilir. 
 
M a d d ə   1 2 6 .  Referendum üzrə təşviqat qruplarının seçki komissiyasında nümayəndəsinin 
təyin edilməsi 
Mərkəzi və ya dairə seçki komissiyasının məşvərətçi səs hüquqlu üzvünü yalnız həmin komissiyada 
qeydiyyatdan keçən referendum üzrə təşviqat qrupları təyin edə bilərlər. 
 
M a d d ə   1 2 7 .   Kütləvi  informasiya  vasitələrində  referendumqabağı  təşviqatın  aparılması 
üçün xüsusi tələblər 
127.1.  Referendum  üzrə  təşviqat  qruplarının  referendumqabağı  təşviqatda  iştirakı  bu  Məcəllənin  on 
üçüncü fəsli ilə tənzimlənir. 
127.2. Teleradio verilişləri təşkilatlarının ayırdıqları pulsuz efir vaxtının ümumi həcminin 1/3 hissəsi 
üzvlərinin  sayı  20  mindən  çox  olan  referendum  üzrə  təşviqat  qruplarına  birgə  müzakirələrin,  dəyirmi 
masaların,  digər  bu  cür  təşviqat  tədbirlərinin  keçirilməsi  üçün  ayrılır.  Bu  cür  tədbirlərin  keçirilməsi 
qaydaları Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilir.
127
 
127.3.  Bu  Məcəllənin  77.2-ci  və  77.3-cü  maddələrində  göstərilən  hər  bir  teleradio  verilişləri 
təşkilatının  kanallarında  birgə  təşviqat  tədbirlərinin  keçirilməsi  üçün  efir  vaxtı  həmin  maddələrdə 
göstərilən referendum üzrə təşviqat qrupları üçün ayrılır və hesablanır. Bu cür pulsuz efir vaxtından qeydə 
alınmış referendum üzrə təşviqat qrupları bərabər əsasla istifadə etməlidirlər. Bu halda referendum üzrə 
hər bir təşviqat qrupu tərəfindən istifadə edilən efir vaxtının həcmi ayrıca müəyyənləşdirilir.
128
 
127.4. Bu Məcəllənin 77.1-ci maddəsində göstərilən teleradio verilişləri təşkilatlarının efir vaxtından 
ödənişli əsaslarla istifadə norması onun ümumi həcminin bu Məcəllənin 77.2-ci və 77.3-cü maddələrində 
göstərilən referendum üzrə təşviqat qruplarının ümumi sayına bölünməsi yolu ilə müəyyənləşdirilir. 
127.5. Bu Məcəllənin 77.1-ci maddəsində göstərilən dövri nəşr səhifələrində ayrılan, bu Məcəllənin 
77.2-ci və 77.3-cü maddələrində göstərilən referendum üzrə təşviqat qruplarının ümumi sayına bölünmə 
yolu ilə müəyyən edilən yerdən sonuncular müvafiq ödəniş müqabilində istifadə edə bilərlər. 
127.6.  Qeydə  alınmış  referendum  üzrə  təşviqat  qruplarının  bu  Məcəllənin  127.2-ci  maddəsində 
göstərilən  tədbirlərdə  iştirakdan  imtina  etməsi  bu  Məcəllənin  80.6-cı  maddəsinə  uyğun  olaraq  pulsuz 
təqdim edilən efir vaxtı həcminin artırılmasına səbəb olmur. 
 
M a d d ə   1 2 8 .  Referendum üzrə təşviqat qruplarının referendum üzrə maliyyə fondları 
128.1.  Referendum  üzrə  təşviqat  qruplarının  referendum  üzrə  maliyyə  fondlarının  yaradılması  və 
istifadə edilməsi qaydaları bu Məcəllənin on dördüncü fəsli ilə tənzimlənir. 
128.2.  Referendum  üzrə  təşviqat  qruplarının  referendum  üzrə  maliyyə  fondları  aşağıdakı  pul  vəsaiti 
hesabına formalaşa bilər: 
128.2.1.  5000  manatdan  çox  olmamaq  şərti  ilə  referendum  üzrə  təşviqat  qruplarının  xüsusi 
vəsaitləri;
129
 
128.2.2. bu Məcəllənin 69.9-cu maddəsi ilə müəyyənləşdirilmiş qaydada səsvermə gününə azı 25 gün 
qalanadək seçki komissiyası tərəfindən qeydə alınmış referendum üzrə təşviqat qrupuna digər referendum 
üzrə təşviqat qrupları ilə bərabər həcmdə ayrılmış vəsait;
130
 
128.2.3. Vətəndaş üçün 1000 manatdan və hüquqi şəxlər üçün 10 min manatdan çox olmamaq şərti 
ilə könüllü ianələr.
131
 


Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə