Microsoft Word secki mecellesi doc



Yüklə 2,7 Mb.
Pdf görüntüsü
səhifə38/73
tarix29.08.2018
ölçüsü2,7 Mb.
#65261
1   ...   34   35   36   37   38   39   40   41   ...   73

öz arzusunu bildirmişsə, iclasdan bir gün əvvəl şikayətçi şəxsən, telefon və ya poçt vasitəsilə iclasın yeri 
və vaxtı barədə xəbərdar edilir. 
112-1.8.  İclas  zamanı  ekspert  şikayətlə  bağlı  məlumat  verir.  Əgər  şikayətçi  və  ya  onun 
səlahiyyətli  nümayəndəsi  iclasda  iştirak  edirsə,  o,  öz  şikayətini  izah  edə  bilər.  Qərarı  müzakirə  olunan 
dairə seçki komissiyasının nümayəndəsi də Mərkəzi Seçki Komissiyasının iclasına dəvət oluna bilər və o, 
verilən qərarı əsaslandırmaq hüququna malikdir. 
112-1.9. Şikayətçinin sənədlər və ekspert vasitəsilə yeni dəlillər təqdim etmək hüququ vardır. 
112-1.10. Şikayəti araşdıran ekspert Seçki Məcəlləsinin 112.10-cu maddəsində nəzərdə tutulmuş 
müddətdə rəy qəbul etməlidir. Əgər əlavə araşdırma tələb olunarsa, müvafiq seçki komissiyası bu barədə 
qərar qəbul edə bilər. Belə qərar şikayət daxil olduğu gündən 3 gün müddətində, 
səsvermə gününə 30 
gündən  az  müddət  qalırsa,  2  gün  müddətində  (lakin  səsvermə  günündən  gec  olmayaraq),
 
səsvermə günü isə dərhal qəbul edilməlidir. 
Əlavə araşdırma müddəti 3 gündən artıq olmamalıdır.
111
 
112-1.11. Şikayətlərə baxan ekspert qruplarının üzvləri aşağıdakı rəyləri verə bilərlər: 
112-1.11.1. aşağı seçki komissiyasının qərarının ləğv edilməsi barədə
112-1.11.2. Seçki Məcəlləsinin 113.1-ci maddəsinə əsasən seçki subyektinə xəbərdarlıq edilməsi 
barədə; 
112-1.11.3. Seçki Məcəlləsinin 113.2-ci maddəsində nəzərdə tutulmuş hallarda namizədin qeydə 
alınmasından imtina edilməsi barədə; 
112-1.11.4.  Seçki  Məcəlləsinin  113.2-ci  maddəsində  nəzərdə  tutulmuş  hallarda  qeydə  alınmış 
namizədin qeydiyyatının ləğv olunması üçün məhkəməyə müraciət edilməsi barədə; 
112-1.11.5.  şikayətçinin  qaldırdığı  məsələnin  müvafiq  seçki  komissiyasında  yenidən  baxılması 
haqqında. 
112-1.12.  Əgər  şikayət  ona  baxan  ekspert  qrupunun  səlahiyyətlərinə  aid  deyilsə,  şikayətin 
aidiyyəti üzrə göndərilməsi barədə müvafiq seçki komissiyası qərar qəbul edir. 
112-1.13.  Ekspert  rəyi  verildikdən  dərhal  sonra  elan  olunur  və  ya  növbəti  18  saatdan  gec 
olmayaraq 
müvafiq  seçki  komissiyasının  qərarı  ilə  birlikdə
  dərc  olunur  (internet  səhifəsində 
yerləşdirilir) və şikayətçiyə çatdırılır və ya göndərilir.
112
 
112-1.14. Ekspert qrupunun üzvü rəy çıxararkən aşağıdakıları rəhbər tutmalıdır: 
112-1.14.1.  şikayət  qanunla  müəyyən  olunmuş  qaydada  və  müddətdə,  yəni  qərardan,  hərəkətin 
(hərəkətsizliyin)  baş  verməsindən  və  ya  maraqlı  tərəfin  xəbərdar  olmasından  sonra  3  gün  ərzində  daxil 
olmalıdır; 
112-1.14.2.  şikayətlər  buna  hüququ  olan  şəxs  tərəfindən  (Seçki  Məcəlləsinin  112.1-ci  maddəsinə 
əsasən  seçicilər,  namizədlər,  qeydə  alınmış  namizədlər,  siyasi  partiyalar,  siyasi  partiyaların  blokları, 
referendum  üzrə  təşviqat  qrupları,  qeydə  alınmış  namizədlərin,  siyasi  partiyaların,  siyasi  partiyaların 
bloklarının,  referendum  üzrə  təşviqat  qruplarının  vəkil  edilmiş  şəxsləri,  müşahidəçilər,  habelə  seçki 
komissiyaları) verilməlidir. 
 
M a d d ə   1 1 3 .  Qeydə alınmış namizədin, referendum üzrə təşviqat qrupunun qeydiyyatının 
ləğv edilməsi, namizədləri qeydə almaqdan imtina edilməsi 
113.1.  Namizəd,  qeydə  alınmış  namizəd,  siyasi  partiya,  siyasi  partiyaların  bloku,  referendum  üzrə 
təşviqat qrupu bu Məcəllənin tələblərini pozduğu hallarda müvafiq seçki komissiyası seçicilərə məlumat 
vermək  şərti  ilə  həmin  namizədə,  qeydə  alınmış  namizədə,  siyasi  partiyaya,  siyasi  partiyaların  blokuna, 
referendum  üzrə  təşviqat  qrupuna  kütləvi  informasiya  vasitələri  ilə  xəbərdarlıq  edir.  Seçki  komissiyası 
namizədi, referendum üzrə təşviqat qrupunu qeydə almaqdan imtina edilməsi, qeydə alınmış namizədin, 
referendum  üzrə  təşviqat  qrupunun  bu  Məcəllənin  73-cü  və  73-1-ci  maddələrində  nəzərdə  tutulmuş 
hallarda  qeydiyyatın  ləğv  edilməsi  barədə,  namizədin  seçilməsinin  etibarsız  sayılması  barədə, 
səsvermənin  nəticələri  və  seçkilərin  yekunları  haqqında  qərarın  ləğv  edilməsi  barədə,  bu  Məcəllənin 
112.2-ci maddəsi nəzərə alınmaqla belə xəbərdarlığın edilib-edilməməsindən asılı olmayaraq, qərar qəbul 
etmək hüququna malikdir.
113
 
113-1.1.  Seçki  komissiyası  namizədin,  referendum  üzrə  təşviqat  qrupunun  qeydiyyata  alınmasından 
onlar  tərəfindən  bu  Məcəlləyə  uyğun  təqdim  etdikləri  məlumatlar  həqiqi  olmadıqda  və  ya  onların 
etibarsızlığı  əhəmiyyətli  xarakter  daşıdıqda  (bu  Məcəllənin  60.3-cü  maddəsində  göstərilən  hallar  istisna 
olmaqla) imtina edə bilər.
114
 


113.2.  Namizədin,  referendum  üzrə  təşviqat  qrupunun  qeydiyyatı  aşağıda  göstərilən  hallarda 
qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmənin qanuni qüvvəyə minmiş cinayət işi üzrə hökmü 
və ya inzibati xəta üzrə qərarı əsasında ləğv olunur.
115
 
113.2.1. namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun, referendum üzrə təşviqat qrupunun 
bu  Məcəlləyə  uyğun  təqdim  etdiyi  məlumatlar  həqiqi  olmadıqda  və  onların  etibarsızlığı  əhəmiyyətli 
xarakter daşıdıqda (bu Məcəllənin 60.3-cü maddəsində göstərilən hallar istisna olmaqla);
 
116
 
113.2.2. namizəd, referendum üzrə təşviqat qrupu qeydə alınanadək, bu Məcəllənin 75-ci maddəsində 
göstərilən müddətdən əvvəl seçkiqabağı təşviqat aparılması faktı müəyyənləşdirildikdə və bu haqda əvvəl 
edilmiş  xəbərdarlıq  nəzərə  alınmadıqda  (bu  müddəa  Azərbaycan  Respublikası  Konstitusiyasında  təsbit 
edilmiş söz və fikir azadlığının məhdudlaşdırılması üçün əsas ola bilməz);
117
 
113.2.3.  seçicilərin  ələ  alınması  faktı,  yəni  namizəd,  siyasi  partiya,  siyasi  partiyaların  bloku, 
referendum  üzrə  təşviqat  qrupu  və  ya  onların  səlahiyyətli  nümayəndələri  və  ya  vəkil  edilmiş  şəxsləri 
tərəfindən  bu  Məcəllənin  88.4-cü  maddəsi  ilə  qadağan  olunmuş  hərəkətlərin  edilməsi 
müəyyənləşdirildikdə; 
113.2.4.  mülkiyyət  formasından  asılı  olmayaraq  hüquqi  şəxslərin,  dövlət  və  bələdiyyə  orqanlarının, 
qurumların  və  təşkilatların  seçici  imzalarının  toplanmasında  iştirak  etməsi,  imzaların  toplanması 
prosesində  seçicilərin  məcbur  edilməsi  faktlarının  aşkara  çıxarılması,  imza  qoymaq  müqabilində 
seçicilərin mükafatlandırılması; 
113.2.5.  müvafiq  seçki  dairəsi  üzrə  irəli  sürülmüş  namizəd  öz  seçki  kampaniyasının 
maliyyələşdirilməsi  üçün  bu  Məcəllə  ilə  namizədin  seçki  fondunun  xərclərinin  müəyyən  edilmiş  yuxarı 
həddindən  5  faizdən  artıq  olan  digər  pul  vəsaitindən  istifadə  etdikdə  və  bu  haqda  əvvəl  edilmiş 
xəbərdarlıq nəzərə alınmadıqda; 
113.2.6.  siyasi  partiya,  siyasi  partiyaların  bloku,  referendum  üzrə  təşviqat  qrupu  öz  seçki 
(referendum)  kampaniyasının  maliyyələşdirilməsi  üçün  bu  Məcəllə  ilə  onlar  üçün  müəyyənləşdirilmiş 
seçki  fondlarının  məsrəflərinin  yuxarı  həddindən  5  faizdən  artıq  olan  digər  pul  vəsaitindən  istifadə 
etdikdə və bu haqda əvvəl edilmiş xəbərdarlıq nəzərə alınmadıqda; 
113.2.7.  namizəd,  siyasi  partiya,  siyasi  partiyaların  bloku,  referendum  üzrə  təşviqat  qrupu,  habelə 
siyasi  partiyalar  blokunun  tərkibinə  daxil  olan  siyasi  partiyalar,  siyasi  partiyaların,  siyasi  partiyalar 
blokunun, referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsi və ya üzvləri, vəkil edilmiş şəxsi 
müvafiq təşkilatın mülkiyyətçisi, təsisçisi, sahibi olduqda və ya rəhbər orqanlarında iştirak etdikdə, seçki 
(referendum)  kampaniyasının  gedişində  xeyriyyə  fəaliyyəti  ilə  məşğul  olduqda,  fiziki  və  ya  hüquqi 
şəxslərə  maddi  və  maliyyə  yardımı  yaxud  seçicilərə  xidmət  göstərdikdə,  fiziki  və  hüquqi  şəxslərə  belə 
yardım  göstərilməsində  kömək  etdikdə  və  ya  bu  haqda  təklif  verdikdə  yaxud  göstərilən  şəxslər  onların 
adından  xidmətlər  göstərilməsinə  razılıq  verdikdə  və  bu  haqda  əvvəl  edilmiş  xəbərdarlıq  nəzərə 
alınmadıqda; 
113.2.8.  namizəd,  siyasi  partiyalar,  siyasi  partiyaların  bloku,  referendum  üzrə  təşviqat  qrupu  ilkin 
maliyyə hesabatını təqdim etmədikdə və bu haqda əvvəl edilmiş xəbərdarlıq nəzərə alınmadıqda; 
113.2.9.  namizəd,  siyasi  partiyanın,  siyasi  partiyalar  blokunun,  təşviqat  qrupunun  səlahiyyətli 
nümayəndəsi vəzifə və ya xidməti mövqelərindən seçki kampaniyası zamanı istifadə etdikdə və bu haqda 
əvvəl edilmiş xəbərdarlıq nəzərə alınmadıqda; 
113.2.10.  namizəd,  siyasi  partiya,  siyasi  partiyaların  bloku,  onların  vəkil  edilmiş  şəxsləri  tərəfindən 
bu  Məcəllənin  88.2-88.4-cü  maddələrinin  tələblərini  pozmaqla  seçkiqabağı  çap,  audiovizual  seçki 
materiallarının buraxılması, yayılması və bu haqda əvvəl edilmiş xəbərdarlıq nəzərə alınmadıqda;
118
 
113.2.11.  qeydə  alınmış  namizəd,  siyasi  partiya,  siyasi  partiyaların  bloku,  qeydə  alınmış  namizədin 
vəkil  edilmiş  şəxsi,  siyasi  partiyanın,  siyasi  partiyalar  blokunun  səlahiyyətli  nümayəndəsi  və  ya  vəkil 
edilmiş  şəxsi  hərbi  hissələrin  yerləşdiyi  ərazidə,  hərbi  təşkilatlarda  və  ya  hərbi  idarələrdə  təşviqat 
apardıqda; 
113.2.12.  dövlət  və  ya  bələdiyyə  xidmətində  olan  qeydə  alınmış  namizəd  seçkilərdə  iştirak  etdiyi 
müddətdə  xidməti  vəzifələrinin  icrasını  dayandırmadıqda  və  bu  haqda  əvvəl  edilmiş  xəbərdarlıq  nəzərə 
alınmadıqda;
119
 
113.2.13. qeydə alınmış namizəd, namizədləri qeydə alınmış siyasi partiya, siyasi partiyaların bloku 
onların  fonduna  daxil  olan  qanunsuz  ianələrdən  istifadə  etdikdə  və  bu  haqda  əvvəl  edilmiş  xəbərdarlıq 
nəzərə alınmadıqda.
120
 


Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə