Microsoft Word secki mecellesi doc



Yüklə 2,7 Mb.
Pdf görüntüsü
səhifə36/73
tarix29.08.2018
ölçüsü2,7 Mb.
#65261
1   ...   32   33   34   35   36   37   38   39   ...   73

109.5.  Seçki  günündən  sonra  6  ay  müddətində  Mərkəzi  Seçki  Komissiyası  məntəqə  və  dairə  seçki 
komissiyalarının protokollarında olan məlumatları öz rəsmi nəşrində tam şəkildə dərc etməlidir. 
 
M a d d ə  
1 1 0 .  
Dövlət 
avtomatlaşdırılmış 
informasiya 
sistemindən 
seçkilərdə 
(referendumda) istifadə edilməsi 
110.1.  Seçkilər  (referendum)  keçirilərkən  (bundan  sonra  —  seçkilər),  o  cümlədən  seçicilər  qeydə 
alınarkən,  seçicilərin  siyahıları  tərtib  edilərkən,  səsvermənin  nəticələri  və  seçkilərin  yekunları 
müəyyənləşdirilərkən  məlumatların  vaxtında  alınması,  verilməsi  və  yenidən  işlənib  hazırlanmasında 
bütövlükdə  dövlət  avtomatlaşdırılmış  informasiya  sistemindən  və  ya  onun  ayrıca  texniki  vasitələrindən 
istifadə edilə bilər. Dövlət avtomatlaşdırılmış informasiya sisteminə aid tələblər və ondan istifadə qaydası 
Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyənləşdirilir. 
110.2.  Dövlət  avtomatlaşdırılmış  informasiya  sistemindən  və  ya  onun  ayrıca  texniki  vasitələrindən 
istifadə  edilməsinə  nəzarət  məqsədi  ilə  müvafiq  seçki  komissiyası  öz  qərarı  ilə  seçki  komissiyasının 
həlledici  səs  hüquqlu  və  məşvərətçi  səs  hüquqlu  üzvlərindən  ibarət  xüsusi  qrup  yaradır.  Nəzarət  qrupu 
avtomatlaşdırılmış  vasitələr  kompleksinin  işə  hazır  olmasını,  seçki  komissiyalarının  protokollarından 
çıxarılan  və  sistemə  salınan  məlumatların  düzgünlüyünü,  protokola  əlavə  edilmiş  məlumatların 
düzgünlüyünü  yoxlayır,  bu  Məcəllənin  tələblərinə,  dövlət  avtomatlaşdırılmış  informasiya  sistemindən 
istifadəyə  aid  Mərkəzi  Seçki  Komissiyasının  təlimatlarına  və  başqa  sənədlərinə  əməl  olunmasına, 
müvafiq  seçki  komissiyasının  reqlamenti  və  planları  ilə  informasiya  sistemindən  istifadə  üçün  nəzərdə 
tutulmuş  hərəkətlərin  sənədləşdirilməsinə  nəzarət  edir.  Nəzarət  qrupu  avtomatlaşdırılmış  informasiya 
sistemləri sahəsində mütəxəssisləri öz işinə cəlb edə bilər. 
110.3.  Seçki  komissiyasının  bütün  üzvlərinin,  müşahidəçilərin,  kütləvi  informasiya  vasitələri 
nümayəndələrinin  dövlət  avtomatlaşdırılmış  informasiya  sisteminə  daxil  edilən  və  oradan  çıxarılan  hər 
hansı  məlumatla  tanış  olmaq  hüququ  vardır  (Azərbaycan  Respublikası  Konstitusiyasının  32-ci 
maddəsinin III hissəsinin tələbləri nəzərə alınmaqla). 
110.4.  Seçki  komissiyalarının  nəzarət  qrupuna  daxil  olan  həlledici  səs  hüquqlu  və  məşvərətçi  səs 
hüquqlu üzvlərinin bərabər hüquqları vardır və onlar texniki rabitə kanalı ilə seçki komissiyasına verilən 
hər  hansı  məlumatla  tanış  ola,  o  cümlədən  dövlət  avtomatlaşdırılmış  informasiya  sisteminin  texniki 
sənədləşdirilməsi ilə əlaqədar və sistemin bütün texniki heyətinin hərəkətlərinə aid izahat tələb edə, əllə 
və texniki vasitələrlə işlənmiş məlumatları müqayisə edə bilərlər. Həmin sistemin işçi heyətinin hər hansı 
birinin  və  ya  müşahidəçilərin  hərəkətləri  qanuna  zidd  olduqda,  nəzarət  qrupu  bu  barədə  seçki 
komissiyasının  sədrinə  məlumat  verir  və  pozuntuların  aradan  qaldırılması  yaxud  bunlara  yol  verən 
şəxslərin  kənarlaşdırılması  barədə  təklif  verir.  Nəzarət  qrupunun  keçirdiyi  yoxlamaların  nəticələri 
müvafiq seçki komissiyalarının cari sənədlərində əks olunmalıdır. 
110.5. Səsvermə başlandıqdan sonra seçkilərin yekunları və səsvermənin nəticələri barədə protokollar 
imzalananadək  aşağı  seçki  komissiyalarının  yuxarı  seçki  komissiyalarına  məlumatlar  verməsi  əsasında 
müvafiq  seçki  komissiyaları  tərəfindən  dövlət  avtomatlaşdırılmış  informasiya  sistemindən  səsvermənin 
gedişini  və  nəticələri  müşahidə  etmək  üçün  istifadə  olunur.  Bu  müddətdə  yuxarı  seçki  komissiyalarının 
informasiya xidmətlərindən aşağı seçki komissiyalarının informasiya xidmətlərinə məlumatların qəbulunu 
təsdiq edən siqnallardan başqa hər hansı məlumatın verilməsi qadağan edilir. 
110.6. Dövlət avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə səsvermənin gedişi və onun nəticələri 
barədə alınan məlumatlar hüquqi əhəmiyyət daşımayan ilkin məlumatlar hesab edilir. 
110.7.  Seçki  komissiyasının  katibində  saxlanılan  seçki  komissiyasının  protokoluna  dövlət 
avtomatlaşdırılmış  informasiya  sisteminə  daxil  edilmiş  məlumatların  kompüter  vasitəsi  ilə  çap  olunmuş 
mətni  də  əlavə  edilir.  Kompüter  çapında  olan  məlumatların  həqiqiliyi  məlumatların  verilməsinə  məsul 
olan şəxsin və nəzarət qrupu üzvlərinin imzaları ilə təsdiq edilir. 
110.8.  Dövlət  avtomatlaşdırılmış  informasiya  sisteminə  daxil  edilmiş  seçicilərin  seçkilərdə  iştirakı, 
səsvermənin  ilkin  və  yekun  nəticələri,  seçkilərin  yekunları  haqqında  məlumatlar  Mərkəzi  Seçki 
Komissiyasının müəyyənləşdirdiyi qaydada məlumat almaq niyyətində olanların çevik məlumat almaları 
məqsədi ilə ümumi istifadədə olan informasiya-kommunikasiya xətlərinə daxil edilməlidir. 
110.9. Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinin III hissəsinə uyğun olaraq dövlət 
avtomatlaşdırılmış  informasiya  sisteminə  daxil  edilmiş  seçicilər  haqqında  məlumatların  yayılmamasına 
dövlət təminat verir. 


 
M a d d ə   1 1 1 .  Seçki sənədlərinin mühafizəsi 
111.1.  Məntəqə  və  dairə  seçki  komissiyalarının  seçkilərin  (referendumun)  keçirilməsi  ilə  bağlı 
sənədləri mühafizə edilən yerlərdə saxlanılır. 
111.2.  Seçki  bülletenləri  və  səsvermə  vəsiqələri  seçkilərin  yekunlarının  rəsmi  dərci  günündən 
başlayaraq  azı  6  ay  müddətində  dairə  seçki  komissiyalarında  saxlanılır.  Seçki  komissiyalarının 
səsvermənin nəticələri barədə protokolları növbəti seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərci 
günündən  başlayaraq  azı  bir  il  müddətində  Mərkəzi  Seçki  Komissiyasında  saxlanılır.  Seçki 
komissiyalarının  maliyyə  hesabatları,  qeydə  alınmış  namizədlərin,  siyasi  partiyaların,  siyasi  partiyalar 
bloklarının,  referendum  üzrə  təşviqat  qruplarının  yekun  maliyyə  sənədləri  növbəti  seçkilərin 
(referendumun)  təyin  edilməsi  haqqında  qərarın  rəsmi  dərci  günündən  sonra  azı  bir  il  müddətində 
Mərkəzi  Seçki  Komissiyasında  saxlanılır.  Seçici  siyahıları  5  il  müddətində  Mərkəzi  Seçki 
Komissiyasında saxlanılır. 
111.3. Seçki bülletenləri, səsvermə vəsiqələri, seçicilərin siyahıları, səsvermənin nəticələri haqqında 
seçki  komissiyalarının  protokolları  və  onlara  əlavə  edilmiş  sənədlər,  seçki  komissiyalarının  maliyyə 
hesabatları,  qeydə  alınmış  namizədlərin,  qeydə  alınmış  siyasi  partiyaların,  siyasi  partiyalar  bloklarının, 
referendum üzrə təşviqat qruplarının yekun maliyyə hesabatları rəsmi sənədlər sayılır. Seçki sənədlərinin 
mühafizəsinə  və  saxlanmasına  görə  müvafiq  seçki  komissiyasının  sədri  bu  sənədlər  yuxarı  seçki 
komissiyasına və ya dövlət arxivinə təhvil verilənədək məsuliyyət daşıyırlar. 
 
On altıncı fəsil 
VƏTƏNDAŞLARIN SEÇKİ HÜQUQLARININ POZULMASINDAN ŞİKAYƏT VƏ 
VƏTƏNDAŞLARIN SEÇKİ HÜQUQLARININ POZULMASINA GÖRƏ MƏSULİYYƏT 
 
M a d d ə   1 1 2 .  Vətəndaşların  seçki  hüququnu  pozan  hərəkətlərdən  (hərəkətsizlikdən)  və 
qərarlardan şikayət edilməsi 
112.1. Seçicilər, namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, 
referendum  üzrə  təşviqat  qrupları  qeydə  alınmış  namizədlərin,  siyasi  partiyaların,  siyasi  partiyalar 
bloklarının,  referendum  üzrə  təşviqat  qruplarının  vəkil  edilmiş  şəxsləri,  müşahidəçilər,  habelə  seçki 
komissiyaları  vətəndaşların  seçki  hüquqlarını  pozan  qərar  və  hərəkətlərdən  (hərəkətsizlikdən)  həmin 
qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu 
haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilərlər. 
112.2.  Bu  Məcəllənin  112.1-ci  maddəsində  göstərilən  şəxslər  şikayəti  müvafiq  yuxarı  seçki 
komissiyasına təqdim edə bilərlər. 
103
 
112.3.  Şikayət  ilkin  olaraq  yuxarı  seçki  komissiyası  tərəfindən  təmin  edilməzsə,  dairə  seçki 
komissiyasının  qərarından  və  ya  hərəkətindən  (hərəkətsizliyindən)  Mərkəzi  Seçki  Komissiyasına, 
Mərkəzi  Seçki  Komissiyasının  qərarından  və  ya  hərəkətindən  (hərəkətsizliyindən)  isə  bu  Məcəllənin 
112.1-ci maddəsində göstərilən şəxslər apellyasiya instansiyası məhkəməsin şikayət edə bilərlər. 
104
 
112.4.  Şikayətdə  göstərilmiş  qanun  pozuntusu  Azərbaycan  Respublikasının  Cinayət  Məcəlləsinə 
uyğun olaraq cinayət hesab oluna bilərsə, müvafiq seçki komissiyası şikayətdə göstərilən çatışmazlıqların 
və qanun pozuntularının aradan götürülməsinə dair qərar qəbul etməklə yanaşı cinayət işinin başlanması 
məqsədi ilə müvafiq prokurorluq orqanına müraciət edir. Hər bir şikayətə dair Mərkəzi Seçki Komissiyası 
əsaslandırılmış  qərar  qəbul  etməlidir.  Şikayətin  araşdırılması  zamanı  cinayət  əməlinin  olması  ehtimal 
edilərsə, bu barədə prokurorluq orqanına məlumat verilir. Müvafiq prokurorluq orqanı həmin məlumata 3 
gün müddətində baxmalıdır.
105
 
      112.5. Vətəndaşlar tərəfindən təqdim edilən şikayətlər aşağıdakıları əks etdirməlidir: 
      112.5.1. şikayətin ünvanlandığı vətəndaşların şikayətlərinə baxılması üzrə komissiyanın adı; 
      112.5.2.  şikayəti  edən  subyektə  şikayətin  baxılmasının  vaxtı  haqqında  bildirişin  göndərilməsi  üçün 
ünvan; 
      112.5.3. şikayətin obyekti olan qərar, hərəkət və ya hərəkətsizlik; 
      112.5.4.  əgər  bu  qərardırsa,  qərar  şikayətə  əlavə  edilməli,  mübahisə  obyekti  olan  qərarı  qəbul  etmiş 
seçki komissiyasının və ya dövlət orqanının adı qeyd olunmalı, vəzifəli şəxs göstərilməlidir
       112.5.5. əgər bu hərəkətdirsə, qeyri-qanuni hərəkəti edən şəxsin adı (vəzifəsi), hərəkətin mahiyyəti, 
onun törədildiyi yer və ya vaxt aydın şəkildə göstərilməlidir; 


Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə