Microsoft Word secki mecellesi doc



Yüklə 2,7 Mb.
Pdf görüntüsü
səhifə33/73
tarix29.08.2018
ölçüsü2,7 Mb.
#65261
1   ...   29   30   31   32   33   34   35   36   ...   73

yuxarı  seçki  komissiyasından  aşağı  seçki  komissiyasına  bu  Məcəllənin  99.6-cı  maddəsi  ilə 
müəyyənləşdirilmiş qaydada təhvil verilir. Səsvermə vəsiqələrinin verilməsi və saxlanması üçün müvafiq 
seçki komissiyalarının sədrləri məsuliyyət daşıyırlar.
87
 
101.2.  Səsvermə  günü  seçicilər  siyahısına  daxil  edilmiş,  seçki  məntəqəsində  səs  vermək  imkanı 
olmayan seçici müvafiq dairə seçki komissiyasında (səsvermə gününə 45-25 gün qalmış) və ya məntəqə 
seçki komissiyasında (səsvermə gününə 24-3 gün qalmış) səsvermə vəsiqəsini ala bilər və həmin vəsiqə 
əsasında  səsvermə  günü  olduğu  ərazidəki  seçki  məntəqəsində  səs  verə  bilər  Bu  qayda  Milli  Məclisə 
seçkilər  zamanı  müvafiq  seçki  dairəsinin  ərazisində,  prezident  seçkiləri  və  referendum  zamanı 
respublikanın bütün ərazisində, bələdiyyə seçkilərində isə müvafiq bələdiyyənin ərazisində tətbiq edilir.
88
 
101.3. Səsvermə vəsiqəsi müvafiq seçki komissiyası tərəfindən seçicinin ərizəsi əsasında seçiciyə və 
ya  notariat  qaydasında  təsdiq  edilmiş  vəkalətnamə  əsasında  onun  nümayəndəsinə  verilir.  Ərizədə 
seçicinin səsvermə vəsiqəsi almasının səbəbləri göstərilməlidir. Ərizə verildiyi gündən başlayaraq iki gün 
müddətində  məntəqə  seçki  komissiyası  dairə  seçki  komissiyasına  müraciət  edərək,  seçicinin  əvvəl 
səsvermə  vəsiqəsini  alıb-almaması  faktını  araşdırmalıdır.  Bir  seçiciyə  bir  neçə  səsvermə  vəsiqəsinin 
verilməsi qadağandır. 
101.4.  Dairə  seçki  komissiyası  səsvermə  vəsiqələrinin  reyestrini  tərtib  edir.  Həmin  reyestrdə 
səsvermə  vəsiqəsi  alan  seçicilərin  soyadı,  adı,  atasının  adı,  doğum  tarixi,  yaşayış  yerinin  ünvanı 
göstərilməlidir.  Səsvermə  gününə  25  gün  qalmış  dairə  seçki  komissiyası  məntəqə  seçki  komissiyalarına 
seçicilərin  siyahıları  ilə  birlikdə  göstərilən  reyestrdən  təsdiq  edilmiş  çıxarışları  göndərir.  Məntəqə  seçki 
komissiyası seçicilər siyahısında həmin çıxarışlara əsasən müvafiq qeydlər apara bilər. 
101.5. Səsvermə vəsiqəsinin alınması haqqında seçici və ya onun nümayəndəsi reyestrdə (dairə seçki 
komissiyasında)  və  ya  seçicilər  siyahısında  (məntəqə  seçki  komissiyasında)  şəxsiyyət  vəsiqəsini  və  ya 
onu  əvəz  edən  sənədin  seriyasını  və  nömrəsini  göstərməklə  imza  atır.  Bu  zaman  səsvermə  vəsiqəsinin 
kəsilən  küncü  reyestrə  və  ya  seçicilər  siyahısına  əlavə  edilir.  Bunun  əsasında  seçici  qeydə  alınmış 
seçicilərin hesablanması zamanı nəzərə alınmır və müvafiq protokola daxil edilmir. 
101.6. Məntəqə seçki komissiyası verilən səsvermə vəsiqələri haqqında məlumatı vəsiqə verildikdən 
sonra  dərhal  dairə  seçki  komissiyasına  təqdim  edir.  Dairə  seçki  komissiyası  həmin  məlumatları  hər  2 
gündən bir Mərkəzi Seçki Komissiyasına təqdim edir. 
101.7. Səsvermə vəsiqəsi bu vəsiqəni verən seçki komissiyasının möhürü ilə təsdiq edilməlidir, onun 
üzərində müvafiq dairə və ya məntəqə seçki komissiyası üzvünün imzası olmalıdır. 
101.8. Səsvermə vəsiqəsi seçici tərəfindən seçki bülleteninin alınması üçün təqdim edildikdə vəsiqə 
seçicilər siyahısına əlavə edilir. 
101.9.  Seçici  seçkilər  günü  səsvermə  bülletenini  alarkən  səsvermə  vəsiqəsində  öz  yaşayış  yerinin 
ünvanını göstərməlidir və onu imzalamalıdır. 
101.10. Səsvermə günü səsvermə başlananadək istifadə edilməmiş səsvermə vəsiqələri yarı kəsilir, bu 
barədə dairə və ya məntəqə seçki komissiyası tərəfindən müvafiq akt tərtib edilir və həmin akt əsasında 
səsvermə vəsiqəsi alan seçicilərin sayı və səsvermə vəsiqəsi ilə səs verən seçicilərin sayı məntəqə seçki 
komissiyasının protokolunda göstərilir. 
 
      Maddə 102. Seçicilərin barmaqlarının gözə görünməyən mürəkkəblə işarələnməsi 
      102.1.  Məntəqə  seçki  komissiyası  səsvermə  günü  seçki  bülletenlərini  alarkən  seçicinin  barmağının 
işarələnməsini zərərsiz, gözə görünməyən mayedən istifadə etməklə həyata keçirir. 
      102.2. Seçicinin sol əlinin baş barmağı çiləmə üsulu ilə işarələnir. 
      102.3.  Seçicinin  barmağının  əvvəl  seçki  bülletenini  alarkən  işarələnməsini  müəyyən  etmək  üçün 
ultrabənövşəyi lampadan istifadə edilir.
89
 
 
M a d d ə   1 0 3 .  Seçki qutuları 
103.1.  Seçki  qutularının  ölçüləri  (daşınan  seçki  qutuları  üçün  ayrıca    daşınmaz  seçki  qutuları  üçün 
ayrıca ) Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq edilir. 
103.2.  Seçki  qutuları  şəffaf  olmalıdır.  Onların  şəffaflığının  dərəcəsi  onların  dolu  olub-olmamasını 
müəyyən etməyə imkan verməlidir. 
103.3.  Seçki  qutusuna  seçki  bülleteninin  salınması  üçün  yarıq  eyni  zamanda  birdən  artıq  seçki 
bülleteni qoyulan zərfin salınmasına imkan verməməlidir.
90
 


103.4.  Səsvermə  günü  seçki  qutuları  məntəqə  seçki  komissiyasının  sədri  tərəfindən  Mərkəzi  Seçki 
Komissiyasının  müəyyən  etdiyi  qaydada  möhürlənir.  Möhürlər  plastikdən  hazırlanmalıdır  və  hər  birinin 
öz nömrəsi olmalıdır. 
 
M a d d ə   1 0 4 .  Səsvermə qaydası 
104.1. Seçkilər günü səsvermə saat 8-dən 19-a kimi keçirilir. Məntəqə seçki komissiyaları səsvermə 
gününə  azı  25  gün  qalmış  səsvermənin  yeri  və  vaxtı  haqqında  kütləvi  informasiya  vasitələri  ilə  və  ya 
məlumat lövhələri vasitəsi ilə seçiciləri xəbərdar etməlidirlər. 
104.2.  Yaşayış  məntəqəsində  seçicilərin  ümumi  sayı  50-dən  azdırsa  və  həmin  yaşayış 
məntəqələrindən ən yaxın seçki məntəqəsinə çatmaq üçün 1 saatdan çox vaxt tələb olunursa, dairə seçki 
komissiyası  həmin  seçicilərin  seçicilər  siyahısına  daxil  edildikləri  seçki  məntəqəsinə  çatdırılması  üçün 
ictimai  nəqliyyat  vasitəsindən  istifadə  edə  bilər.  Bu  cür  istifadənin  xərcləri  dairə  seçki  komissiyasına 
Mərkəzi Seçki Komissiyası tərəfindən ayrılan vəsait hesabına ödənilir. 
104.3.  Bu  Məcəllənin  35.4-cü-35.6-cı  maddələrinə  uyğun  yaradılmış  seçki  məntəqələrinin  məntəqə 
seçki  komissiyaları,  seçici  siyahılarına  daxil  edilmiş  bütün  seçicilər  səsvermədə  iştirak  ediblərsə, 
səsvermənin vaxtından qabaq qurtarması haqqında məlumat verə bilərlər. 
104.4.  Seçkilər  günü  seçici  səhhətinə  görə  və  ya  digər  üzrlü  səbəblərdən  seçki  məntəqəsinə  gələ 
bilməyəcəyini yəqin edərsə, o, seçkilər gününə azı 24 saat qalmış səsvermə otağından kənarda səs vermək 
istəyini məntəqə seçki komissiyasına yazılı və ya şifahi şəkildə, bilavasitə özü və ya digər şəxs vasitəsi ilə 
bildirməlidir. Bu istək şifahi şəkildə bildirilibsə, səsvermə zamanı müvafiq ərizə ilə rəsmiləşdirilməlidir. 
Dairə  seçki  komissiyaları  seçkilər  günü  Azərbaycan  Respublikasının  Dövlət  bayrağı  altında  üzən 
gəmilərdə,  uzaq  və  yolu  çətin  yerlərdə  səsvermə  gününə  ən  çoxu  10  gün  qalmış  səsverməni  keçirməyə 
icazə verə bilərlər. 
104.5.  Seçkilər  günü  saat  7.50-də  məntəqə  seçki  komissiyasının  sədri  seçki  məntəqəsini  açıq  elan 
edir,  seçki  komissiyasının  üzvlərinə,  orada  olan  seçicilərə,  müşahidəçilərə  boş  seçki  qutularını  göstərib 
möhürləyir, saat 8.00-da səsvermənin başlandığını elan edir. 
104.6.  Məntəqə  seçki  komissiyasının  bir  üzvü  seçki  məntəqəsinin  girişində  dayanaraq  məntəqəyə 
daxil  olan  vətəndaşların  seçici  vəsiqələrini,  şəxsiyyət  vəsiqələrini  və  ya  şəxsiyyəti  təsdiq  edən  digər 
sənədləri,  onun  sol  əlinin  baş  barmağının  dırnaq  və  dərisinin  bir  hissəsinin  bu  Məcəllənin  102-ci 
maddəsində nəzərdə tutulan maye ilə əvvəl işarələndiyini yoxlayır və içəri daxil olmağa icazə verir. Bu 
cür  işarələnmə  müəyyən  edilərsə,  seçiciyə  seçki  bülleteni  verilmir.  Məntəqə  seçki  komissiyasının  digər 
üzvü seçicinin adının seçici siyahısında olduğunu yoxlayır və ona seçki bülleteni verir. Barmağının maye 
ilə işarələnməsindən imtina edən seçiciyə seçki bülleteni verilməyəcəyi izah edilir. Seçici razılaşmadıqda 
ondan seçki məntəqəsini tərk etmək tələb edilməlidir. Bu barədə seçici siyahısında "işarələnmədən imtina 
etdi" qeydi aparılır. Seçici razılaşarsa, seçicinin sol əlinin baş barmağı işarələnir.
91
 
104.7.  Seçiciyə  seçki  bülleteni  seçici  vəsiqəsi  ilə  birlikdə  şəxsiyyət  vəsiqəsi  və  ya  onu  əvəz  edən 
sənəd  təqdim  edildikdə  verilir.  Seçici  seçki  bülletenini  aldıqdan  sonra  seçicilər  siyahısına  şəxsiyyət 
vəsiqəsinin  və  ya  onu  əvəz  edən  sənədin  seriyası  və  nömrəsi  yazılır.  Təqdim  olunmuş  şəxsiyyət 
vəsiqəsinin  və  ya  onu  əvəz  edən  sənədin  seriyası  və  nömrəsi  seçicilər  siyahısına  məntəqə  seçki 
komissiyasının  üzvü  tərəfindən  qeyd  edilir.  Seçici  yazıların  düzgünlüyünü  yoxlayır  və  bülleteni  alarkən 
imza edir. Seçiciyə bülleteni verən şəxs seçicinin seçici vəsiqəsinə səsvermə gününün tarixini əks etdirən 
xüsusi  möhür  (ştamp)  vurur.  Seçki  bülleteni  ilə  birlikdə  seçiciyə  zərf  verilir  və  ona  möhür  vurulur. 
Seçicinin  seçki  bülletenini  sərbəst  almaq  imkanı  olmadıqda  o,  məntəqə  seçki  komissiyasının  üzvləri  və 
müşahidəçilər istisna olmaqla, başqa şəxslərin köməyindən istifadə edə bilər. Seçiciyə kömək edən şəxs 
öz  soyadını  və  inisialını  göstərməklə  seçici  siyahısında  «seçicinin  seçki  bülletenini  alması  haqqında 
imza» qrafasında imza etməlidir.
92
 
104.7.  Məntəqə  seçki  komissiyasının  bir  üzvü  seçki  məntəqəsinin  girişində  dayanaraq  məntəqəyə 
daxil  olan  vətəndaşların  seçici  vəsiqələrini,  şəxsiyyət  vəsiqələrini  və  ya  şəxsiyyəti  təsdiq  edən  digər 
sənədləri yoxlamalıdır. 
104.8. Seçki bülleteni seçiciyə verilərkən onun nömrələnmiş sol küncü məntəqə seçki komissiyasının 
üzvü tərəfindən kəsilmə xətti boyunca kəsilir və özündə saxlanılır. 
104.9. Hər bir seçici şəxsən və təklikdə səs verir. Başqa şəxslərin əvəzinə səs verməyə icazə verilmir. 
Seçki  bülleteni  seçicidən  başqa  heç  kəsin  daxil  olmasına  icazə  verilməyən,  gizli  səsvermə  üçün  xüsusi 
avadanlıqla təchiz edilmiş otaqda və ya kabinədə doldurulur. Seçki bülletenini müstəqil yazıb doldurmaq 


Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə