Microsoft Word secki mecellesi doc



Yüklə 2,7 Mb.
Pdf görüntüsü
səhifə34/73
tarix29.08.2018
ölçüsü2,7 Mb.
#65261
1   ...   30   31   32   33   34   35   36   37   ...   73

imkanı olmayan əlil seçici, məntəqə seçki komissiyasının üzvlərindən və müşahidəçilərdən başqa, istədiyi 
şəxsi  kömək  üçün  otağa  və  ya  kabinəyə  çağıra  bilər.  Bu  şəxsin  soyadı  və  inisialı  seçicilər  siyahısında 
seçki bülleteni alınması barədə seçicinin imzası ilə birgə göstərilir. 
104.10.  Seçici  doldurulmuş  seçki  bülletenini  məntəqə  seçki  komissiyasının  möhürü  ilə  möhürlənən 
zərfə qoyur və səsvermə üçün nəzərdə tutulmuş seçki qutusuna salır.
93
 
104.11.  Seçki  qutuları  məntəqə  seçki  komissiyası  üzvlərinin  və  müşahidəçilərin  maneəsiz  müşahidə 
edə bildikləri yerdə qoyulmalıdır. 
104.12.  Məntəqə  seçki  komissiyasının  sədri  səsvermə  yerində  qayda-qanuna  nəzarət  edir.  Onun 
sərəncamları səsvermə otağında olan şəxslər üçün məcburidir. Məntəqə seçki komissiyasının sədri seçki 
məntəqəsində olmadıqda onu məntəqə seçki komissiyasının katibi və ya komissiyanın bu vəzifələr həvalə 
olunmuş üzvü əvəz edir. 
104.13. Seçicinin öz iradəsini ifadə etməsinə təsir göstərməyə cəhd edən və ya gizli səsverməni pozan 
məntəqə  seçki  komissiyasının  üzvü  müvafiq  akt  tərtib  edilməklə  işindən  kənarlaşdırılır,  bu  Məcəllənin 
40.2-ci  və  40.4-cü  maddələrində  göstərilən  şəxs  isə  təxirə  salınmadan  otaqdan  çıxarılır.  Bu  barədə 
məntəqə  seçki  komissiyası  qərar  qəbul  edir.  Təsirə  məruz  qalan  seçici  səs  verməyibsə,  onun  səs 
verməsinə yol verilmir, seçki bülleteni ondan alınır və etibarsız sayılır. 
104.14.  Seçki  məntəqəsində  səsvermədə  iştirak  edən  seçicilərdən,  məntəqə  seçki  komissiyasının 
üzvlərindən,  bu  Məcəllənin  40.2-ci  və  40.4-cü  maddələrində  nəzərdə  tutulanlardan  başqa  digər  şəxslər 
olmamalıdırlar. Səsvermədə seçici kimi iştiraketmə halları istisna edilməklə, dövlət orqanlarının vəzifəli 
şəxslərinin  olması  qadağandır.  Hüquq  mühafizə  orqanlarının  işçiləri  məntəqədə  asayişin  bərpa  edilməsi 
məqsədi ilə, məntəqə seçki komissiyasının sədri tərəfindən seçki məntəqəsinə dəvət oluna bilərlər və öz 
vəzifələrini  icra  etdikdən  sonra  seçki  məntəqəsini  dərhal  tərk  etməlidirlər.  Hüquq  mühafizə  orqanının 
işçisi səsvermə zamanı səsvermə otağında olduqda səsvermə dayandırılır. Səsvermə zamanı asayişi bərpa 
etmək  6  saatdan  artıq  mümkün  olmazsa,  dairə  seçki  komissiyasının  qərarı  ilə  seçki  məntəqəsi  bağlanır. 
Belə seçki məntəqələrində səsvermə etibarsız sayılır. 
104.15.  Seçici  seçki  bülletenini  doldurarkən  səhv  etdiyini  bildirərsə,  ona  seçki  bülleteni  vermiş 
məntəqə seçki komissiyası üzvündən korlanmış seçki bülleteninin əvəzinə yeni seçki bülleteni verməsini 
xahiş  edə  bilər.  Bu  halda  seçki  komissiyasının  üzvü  korlanmış  bülleteni  ortadan  kəsməklə  ləğv  edir, 
ayrıca  zərfə  qoyur,  seçiciyə  yeni  bülleten  verir  və  seçicilər  siyahısında  seçicinin  soyadından  sağda 
müvafiq qeyd edir. Bu barədə dərhal ayrıca akt tərtib olunur. 
 
M a d d ə   1 0 5 .  Səsvermə otağından kənarda səsvermə 
105.1. Məntəqə seçki komissiyası bütün seçicilərə, o cümlədən səhhətinə görə səsvermə otağına gələ 
bilməyən  seçicilərə  səsvermədə  iştirak  etmək  imkanı  yaratmalıdır.  Bu  məqsədlə  seçki  məntəqəsində  bir 
daşınan seçki qutusu olmalıdır. 
105.2.  Seçicilərin  səsvermə  otağından  kənarda  səs  vermək  haqqında  müraciətlərinin  sayı  səsvermə 
gününə azı 12 saat qalmış dairə seçki komissiyası tərəfindən təsdiq olunur. Seçicinin səsvermə otağından 
kənarda səs vermək istəyi məntəqə seçki komissiyasının hər biri müxtəlif siyasi partiyaları təmsil edən və 
ya bitərəfləri və siyasi partiyanı təmsil edən azı 2 üzvü müşahidəçilərin iştirakı ilə onun yanına gəldikdə 
seçici  tərəfindən  məntəqə  seçki  komissiyasına  göndərilən  yazılı  ərizədə  bir  daha  təsdiq  olunmalıdır. 
Seçici  səsvermə  otağından  kənarda  səs  vermək  istəyini  yazılı  surətdə  bildirməyibsə,  o,  məntəqə  seçki 
komissiyası  üzvlərinin  yanında  ərizə  yazmalıdır.  Seçici  seçki  bülleteni  aldığını  ərizəsində  qeyd  edir  və 
imzası ilə təsdiqləyir. Seçiciyə bülleteni verən şəxs seçicinin seçici vəsiqəsinə səsvermə gününün tarixini 
əks  etdirən  xüsusi  möhür  (ştamp)  vurur.  Bu  zaman  ərizədə  şəxsiyyət  vəsiqəsinin  və  ya  onu  əvəz  edən 
sənədin  seriya  və  nömrəsi  qeyd  olunmalıdır.  Ərizədə  seçici  haqqında  seçicilər  siyahısındakı  məlumatlar 
göstərilməlidir.
94
 
105.3. Daşınan seçki qutusundan yalnız səsvermə günü istifadə edilir. Daşınan seçki qutusu ilə gedən 
məntəqə seçki komissiyasının üzvləri ərizələrin (müraciətlərin) sayına uyğun seçki bülletenləri alırlar (bu 
saya 3 seçki bülleteni əlavə olunur). Seçicilərin ərizələri ilə əlaqədar istifadə olunan və geri qaytarılmış 
seçki  bülletenlərinin  sayı  ayrıca  tərtib  olunan  aktda  göstərilir.  Eyni  zamanda  seçicilər  siyahısında 
seçicinin seçki məntəqəsindən kənarda səs verməsi məntəqə seçki komissiyasının üzvü tərəfindən ayrıca 
qeyd  olunur.  Məntəqə  seçki  komissiyasının  üzvləri  daşınan  seçki  qutusunu  səsvermə  otağına 
qaytardıqdan sonra bu qutu səslərin hesablanmasınadək açılmır və onun yarığı bağlanıb möhürlənir. 


105.4.  Səsvermə  otağından  kənarda  səsvermə  elə  təşkil  edilməlidir  ki,  vətəndaşın  seçki  hüquqları, 
gizli səsvermə və ya seçicinin öz iradəsini ifadə etməsi qaydaları pozulmasın. 
 
M a d d ə   1 0 6 .  Seçki məntəqəsində səslərin hesablanması 
106.1.  Səsvermə  müddəti  başa  çatdıqda  məntəqə  seçki  komissiyasının  sədri  ucadan  elan  edir  ki, 
«yalnız  seçki  bülleteni  almış  və  səsvermə  otağında  olan  seçicilər  səs  verə  bilərlər».  Bu  zaman  təmin 
olunmalıdır  ki,  yalnız  bu  elanadək  səsvermə  otağında  növbəyə  dayanmış  seçicilər  səs  versinlər.  Seçki 
qutuları  açılmamışdan  əvvəl,  istifadə  edilməmiş  seçki  bülletenləri  səsvermə  otağındakı  müşahidəçilərin 
müşahidəsi  ilə  məntəqə  seçki  komissiyasının  üzvləri  tərəfindən  sayılır  və  ləğv  edilir.  Həmin  seçki 
bülletenlərinin  sayı  elan  edilir  və  səsvermənin  yekun  protokolunda  qeyd  olunur.  Seçki  bülleteni  və  zərf 
almış  seçicilərin  imzalarının  sayı  səsvermənin  yekun  protokoluna  daxil  edilir.  Eyni  zamanda,  səsvermə 
vəsiqəsi ilə səs verən və ayrıca seçki məntəqəsindən kənarda, daşınan seçki qutusundan istifadə etməklə 
səs verən seçicilərin sayı yekun protokolunda göstərilir. Bundan sonra məntəqə seçki komissiyasının sədri 
seçki  qutularının  möhür  və  plomblarının  salamatlığını  yoxlayır,  məntəqə  seçki  komissiyasının  üzvlərini 
və müşahidəçiləri bununla əyani surətdə tanış edərək seçki qutularını açır. 
106.2. Seçki qutuları növbə ilə açılır: əvvəlcə daşınan seçki qutusu, sonra isə daşınmaz seçki qutuları. 
İlk  növbədə  daşınan  seçki  qutusundakı  bülletenlər  sayılır.  Onların  sayı  səsvermə  otağından  kənarda  səs 
verilməsi  üçün  seçicilərin  verdikləri  ərizələrin  sayından  çox  olmamalıdır.  Daşınan  seçki  qutusu  üzrə 
səslər  hesablanarkən  bülletenlərin  ümumi  sayı  verilmiş  ərizələrin  sayından  (bülleten  alan  seçicilərin 
ümumi sayından) çox olarsa, daşınan seçki qutusundakı bütün səslər məntəqə seçki komissiyasının qərarı 
ilə  etibarsız  sayılır.  Bu  barədə  akt  səsvermə  otağından  kənarda  səsvermənin  keçirilməsini  təmin  edən 
məntəqə  seçki  komissiyası  üzvlərinin  soyadları  göstərilməklə  səsvermənin  yekun  protokoluna  əlavə 
olunur.  Daşınmaz  seçki  qutularında  səslər  hesablanarkən  bülletenlər  olan  zərflərin  ümumi  sayı  bülleten 
alan  seçicilərin  sayından  çox  olarsa,  daşınmaz  seçki  qutusunda  olan  bütün  səslər  məntəqə  seçki 
komissiyasının  qərarı  ilə  etibarsız  sayılır.  Seçki  məntəqəsi  üzrə  seçicilər  siyahısında  olan  seçicilərin 
sayına bu seçki məntəqəsində səsvermə vəsiqəsi ilə səs verən seçicilərin sayı əlavə olunur.
95
 
106.3. Zərflər açılıb səslər hesablanarkən aşağıdakı hallarda səslər etibarsız sayılır:
96
 
106.3.1. zərfdə aşkar edilən bülleten müəyyənləşdirilmiş formada olmadıqda; 
106.3.2. bir zərfdə bir neçə bülleten olduqda; 
106.3.3. zərfdə bülleten olmadıqda; 
106.3.4. zərfdə heç bir işarə qoyulmayan bülleten olduqda; 
106.3.5. bu Məcəllənin 10-cu və 236.3-cü maddələrində göstərilən hallarda zərfdə olan bülleten üzrə 
seçicinin iradəsini müəyyən etmək mümkün olmadıqda; 
106.3.6. zərfə qoyulmayan bülleten aşkar edildikdə; 
106.3.7. möhürlənməmiş zərf aşkar edildikdə. 
106.4. Səsin etibarlığına şübhə yarandıqda məntəqə seçki komissiyası məsələni səsvermə yolu ilə həll 
edir. Səsin etibarsız sayılması haqqında qərar qəbul edilirsə, bülletenin arxa tərəfində etibarsız sayılmanın 
səbəbləri  göstərilməlidir.  Belə  qeydlər  məntəqə  seçki  komissiyası  sədrinin  və  katiblərinin  imzası  ilə 
təsdiqlənməlidir. Etibarsız səslər ayrıca yığılıb bağlanır. 
106.5. Məntəqə seçki komissiyasının sədri tərəfindən məntəqə seçki komissiyası üzvlərinin iştirakı ilə 
seçicilərin  səslərinin  hesablanması  birbaşa  səsverməyə  yekun  vurulanadək  fasiləsiz  aparılır.  Bu  zaman 
istifadə  edilmiş  hər  bir  seçki  bülleteni  möhürlənir.  Məntəqə  seçki  komissiyasının  bütün  üzvləri  və 
müşahidəçilər səsvermənin nəticələri ilə tanış edilir. 
106.6.  Səsvermənin  nəticələri  haqqında  məntəqə  seçki  komissiyasının  yekun  protokolları  bu 
Məcəllənin 40.2 və 40.4-cü maddələrində göstərilən şəxslərin müşahidəsi ilə tərtib olunur. 
106.7.  Protokolun  1-ci  nüsxəsi,  səsvermə  günü  məntəqə  seçki  komissiyasına  bu  Məcəllənin 
pozulması  ilə  əlaqədar  daxil  olmuş  şikayətlər  (ərizələr)  və  bunlar  üzrə  məntəqə  seçki  komissiyasının 
qəbul  etdiyi  qərarlar,  məntəqə  seçki  komissiyası  tərəfindən  seçki  bülletenlərinin  alınması  haqqında  akt, 
istifadə edilməmiş seçki bülletenlərinin ləğv edilməsi haqqında akt (belə bülletenlərin sayı göstərilməklə), 
səsvermə vəsiqələrinin verilməsi və istifadə edilməyən səsvermə vəsiqələrinin ləğv edilməsi haqqında akt 
(həmin  vəsiqələrin  sayı  göstərilməklə),  seçki  bülletenlərinin  kəsilmiş  sol  künclərinin  sayı  haqqında  akt, 
bu  Məcəllənin  104.15-ci  maddəsində  göstərilən  korlanmış  seçki  bülletenlərinin  sayı  haqqında  akt, 
bağlanıb  möhürlənmiş  zərflər,  bu  Məcəllənin  105.3-cü  maddəsində  göstərilən  akt,  seçki  bülletenləri  və 


Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə