Microsoft Word secki mecellesi doc



Yüklə 2,7 Mb.
Pdf görüntüsü
səhifə30/73
tarix29.08.2018
ölçüsü2,7 Mb.
#65261
1   ...   26   27   28   29   30   31   32   33   ...   73

94.3.1.  birinci  ilkin  maliyyə  hesabatı  bu  Məcəllə  ilə  müəyyənləşdirilmiş  qaydada  müvafiq  seçki 
komissiyasına  qeydiyyat  üçün  zəruri  sənədlərlə  eyni  zamanda  təqdim  edilir;  bu  hesabata  hesabatda 
göstərilmiş tarixə 2 gün qalmışdan əvvəlki dövr üçün məlumatlar daxil edilir; 
94.3.2. ikinci ilkin maliyyə hesabatı səsvermə gününə ən tezi 20 gün qalmış və səsvermə gününə ən 
geci 10 gün qalmış təqdim edilir; bu hesabata orada göstərilmiş tarixə 7 gün qalmışdan əvvəlki dövr üçün 
məlumatlar daxil edilir; 
94.3.3. yekun maliyyə hesabatı seçkilərin (referendumun) nəticələrinin rəsmi dərc edildiyi gündən ən 
geci  10  gün  sonra  təqdim  edilir;  yekun  maliyyə  hesabatına  seçki  fonduna  vəsaitlərin  daxil  olmasını  və 
xərclənməsini təsdiq edən ilkin maliyyə sənədləri qoşulur. 
94.4. Namizəd, qeydə alınmış namizəd öz statusunu itirdikdə, maliyyə hesabatının verilməsi vəzifəsi 
namizəd, qeydə alınmış namizəd olmuş vətəndaşların üzərinə qoyulur. Siyasi partiya, siyasi partiyaların 
bloku, referendum üzrə təşviqat qrupu tərəfindən maliyyə hesabatının verilməsi vəzifəsi onların maliyyə 
məsələləri  üzrə  səlahiyyətli  nümayəndəsinin  üzərinə  qoyulur,  belə  səlahiyyətli  nümayəndə  olmadıqda, 
siyasi  partiyanın  və  yaxud  siyasi  partiyalar  blokunun  tərkibində  seçki  (referendum)  kampaniyasında 
iştirak etmiş siyasi partiyanı, referendum üzrə təşviqat qrupunu təmsil etmək səlahiyyəti olan digər şəxs 
hesabat verə bilər. 
 
M a d d ə   9 5 .  Seçki fondlarının vəsaitlərinin istifadəsində aşkarlıq 
95.1.  Qeydə  alınmış  namizədlərin,  namizədi  qeydə  alınmış  siyasi  partiyaların  və  siyasi  partiyalar 
bloklarının,  referendum  üzrə  təşviqat  qruplarının  maliyyə  hesabatlarının  surətləri  müvafiq  seçki 
komissiyası tərəfindən onların alındığı gündən sonra 5 gün müddətində dərc edilir. 
95.2. Müvafiq bank həftədə bir dəfədən az olmamaq şərti ilə, səsvermə gününə 10 gündən az müddət 
qaldıqda isə 3 bank günündə bir dəfədən az olmamaq şərti ilə Mərkəzi Seçki Komissiyasına namizədlərin, 
qeydə  alınmış  namizədlərin,  siyasi  partiyalar,  siyasi  partiyalar  bloklarının,  referendum  üzrə  təşviqat 
qruplarının  seçki  fondlarına  daxil  olan  və  xərclənən  vəsaitlər  barədə  Mərkəzi  Seçki  Komissiyasının 
müəyyənləşdirdiyi  formada  məlumatlar  verir.  Bu  halda  avtomatlaşdırılmış  dövlət  informasiya 
sistemindən  istifadə  edilə  bilər  və  bu  cür  məlumatların  yayılmasına  yol  verilmir.  Müvafiq  olaraq  dairə 
seçki  komissiyası  və  ya  Mərkəzi  Seçki  Komissiyası  səsvermə  gününədək  iki  həftədə  bir  dəfədən  az 
olmayaraq müntəzəm surətdə seçki fondlarına vəsaitlərin daxil olması və xərclənməsi barədə məlumatları 
dərc edilmək üçün kütləvi informasiya vasitələrinə təqdim edir. Müvafiq seçki komissiyası qeydə alınmış 
namizədləri,  siyasi  partiyaları,  siyasi  partiyaların  bloklarını,  referendum  üzrə  təşviqat  qruplarını  onların 
rəsmi sorğusu əsasında öz seçki fondlarına vəsaitlərin daxil olması və xərclənməsi barədə müvafiq bankın 
məlumatları ilə tanış edir. 
95.3. Bu Məcəllənin 77.2-ci, 77.3-cü və 77.4-cü maddələrində göstərilən dövri nəşrlər müvafiq seçki 
komissiyaları tərəfindən onlara verilmiş seçki fondları vəsaitlərinin daxil olması və xərclənməsi haqqında 
məlumatları dərc etməyə borcludur. 
95.4.  Müvafiq  icra  hakimiyyəti  orqanları  müvafiq  seçki  komissiyalarından  namizədlərin,  qeydə 
alınmış  namizədlərin,  siyasi  partiyaların,  siyasi  partiyalar  bloklarının,  referendum  üzrə  təşviqat 
qruplarının seçki fondlarına könüllü ianə verən hüquqi şəxslərin siyahısının daxil olduğu gündən sonrakı 
5  gün  müddətində  hüquqi  şəxslərin  təsisçiləri  barədə,  hüquqi  şəxslərin  nizamnamə  kapitalında  dövlət, 
bələdiyyə  və  xarici  kapital  payının  olması  barədə  və  yaxud  belə  payın  olmaması  barədə,  habelə  hüquqi 
şəxsin adı və qeydiyyat tarixi barədə məlumat təqdim edirlər. Məlumatlar Mərkəzi Seçki Komissiyasının 
müəyyənləşdirdiyi  formada  təqdim  edilir.  Bu  halda  dövlət  avtomatlaşdırılmış  informasiya  sistemindən 
istifadə etmək olar və bu cür məlumatların yayılmasına yol verilmir. 
95.5.  Müvafiq  seçki  komissiyası  namizədləri,  qeydə  alınmış  namizədləri,  siyasi  partiyaları,  siyasi 
partiyaların  bloklarını,  referendum  üzrə  təşviqat  qruplarını  onların  sorğusu  əsasında  komissiyaya  daxil 
olmuş məlumatlarla təxirə salmadan tanış edir. 
95.6. Müvafiq seçki komissiyasına bu Məcəllənin 90-cı və 93-cü maddələrinin tələblərinin pozulması 
ilə ianə köçürüldüyü barədə məlumat daxil olduqda, dərhal müvafiq namizədə, qeydə alınmış namizədə, 
siyasi partiyaya, siyasi partiyaların blokuna, referendum üzrə təşviqat qrupuna məlumat verilir. 
 
M a d d ə   9 6 .  Seçki komissiyalarının fəaliyyətinin maliyyə təminatı 


96.1.  Seçkilərin  hazırlanmasına  və  keçirilməsinə,  seçki  komissiyalarının  işinin  təmin  edilməsinə 
ayrılan  vəsaiti  seçki  komissiyaları  bu  Məcəllənin  müəyyənləşdirdiyi  məqsədlər  üçün  müstəqil  istifadə 
edirlər. 
96.2.  Əvvəlki  seçkilərdən  qalıq  vəsait  də  daxil  olmaqla,  dövlət  büdcəsinin  vəsaiti  hesabına  seçki 
komissiyalarının aşağıdakı fəaliyyət istiqamətləri maliyyələşdirilir: 
96.2.1.  bu  Məcəllə  ilə  müəyyənləşdirilmiş  qaydada  və  həcmdə  qeydə  alınmış  namizədlərin,  vahid 
namizədlər siyahısı qeydə alınmış siyasi partiyanın, siyasi partiyalar blokunun, referendum üzrə təşviqat 
qrupunun seçki fondlarının formalaşdırılmasında iştirak; 
96.2.2.  bu  Məcəllənin  70-ci  maddəsi  ilə  müəyyənləşdirilmiş  qaydada  və  həcmdə  seçki  dairəsi 
(dairələri)  üzrə  qeydə  alınmış  namizədlərin  nəqliyyat  xərcləri  və  kompensasiya  qaydasında  verilən 
ödənişlər; 
96.2.3.  seçki  komissiyasının  həlledici  səs  hüquqlu  üzvünün  və  komissiya  aparatı  işçilərinin,  mülki 
müqavilə üzrə komissiyada işləməyə cəlb edilmiş ştatdankənar işçilərin əmək haqlarının ödənilməsi; 
96.2.4.  möhürlərin  hazırlanması  və  nəşriyyat  fəaliyyətinin  həyata  keçirilməsi,  texnoloji  avadanlığın 
əldə edilməsi və qurulması; 
96.2.5. nəqliyyat xərcləri, o cümlədən ucqar və yolu çətin yerlərdə nəqliyyat xərcləri; 
96.2.6. seçki sənədlərinin çatdırılması və mühafizəsi; 
96.2.7.  seçki  sisteminin  inkişafı,  seçicilərin  və  seçkilərin  təşkilatçılarının  hüquqi  maarifləndirilməsi 
bu sahədə məqsədli proqramların həyata keçirilməsi; 
96.2.8.  seçkilərin  keçirilməsi  ilə  bağlı  ezamiyyət  xərclərinin  və  digər  xərclərin,  habelə  seçki 
komissiyalarının səlahiyyətləri və fəaliyyəti ilə bağlı digər xərclərin ödənilməsi. 
96.3.  Mərkəzi  Seçki  Komissiyasının  üzvləri  müvafiq  icra  hakimiyyəti  orqanının  müəyyən  etdiyi 
məbləğdə əmək haqqı alırlar. Seçkilərin hazırlanması və keçirilməsi dövründə, habelə seçici siyahılarının 
hazırlanması dövründə bu Məcəllənin 33.1-ci və 38.1-ci maddələrinə uyğun olaraq seçki komissiyasının 
həlledici  səs  hüquqlu  üzvünün  işlədiyi  yerdə  orta  aylıq  əmək  haqqı  saxlanılır  və  Mərkəzi  Seçki 
Komissiyasının  müəyyənləşdirdiyi  qaydada  və  həcmdə  müvafiq  seçki  komissiyası  tərəfindən  ona  əlavə 
vəsait ödənilir. 
96.4. Mərkəzi Seçki Komissiyasının digər seçki komissiyalarına ayırdığı pul vəsaitinin köçürülməsi, 
hesabatı,  qeydiyyatı,  hesabların  açılması  və  bağlanması  qaydasını  Mərkəzi  Seçki  Komissiyası  Mərkəzi 
Bankla razılaşdırmaqla səsvermə gününə azı 50 gün qalmış müəyyənləşdirir. Seçki komissiyaları dövlət 
büdcəsindən ayrılmış vəsaitin xərclənməsinin maliyyə uçotunu aparırlar.
75
 
96.5.  Seçkilərin  hazırlanmasına  və  keçirilməsinə  ayrılmış  vəsaitin  daxil  olması  və  xərclənməsi 
haqqında  seçki  komissiyalarının  maliyyə  hesabatlarının  nümunələri  və  namizədlərin,  qeydə  alınmış 
namizədlərin,  siyasi  partiyaların,  siyasi  partiyalar  bloklarının  seçki  fondlarına  vəsaitin  daxil  olması  və 
xərclənməsi haqqında sənədlərin nümunələri Mərkəzi Seçki Komissiyası Mərkəzi Bankla razılaşdırmaqla 
səsvermə gününə azı 55 gün qalmış müəyyənləşdirirlər.
76
 
96.6.  Məntəqə  seçki  komissiyası  dövlət  büdcəsindən  ayrılmış  vəsaitin  daxil  olması  və  xərclənməsi 
barədə  dairə  seçki  komissiyasına  səsvermə  günündən  sonra  5  gün  müddətində  maliyyə  hesabatı  təqdim 
edir. 
96.7.  Dairə  seçki  komissiyası  dövlət  büdcəsindən  ayrılmış  vəsaitin  daxil  olması  və  xərclənməsi 
haqqında  Mərkəzi  Seçki  Komissiyasına  səsvermə  günündən  sonra  10  gün  müddətində  maliyyə  hesabatı 
təqdim edir. 
96.8.  Dairə  seçki  komissiyası  seçkilərin  nəticələrinin  rəsmi  dərci  günündən  başlayaraq  10  gün 
müddətində  namizədlərin,  qeydə  alınmış  namizədlərin  seçki  fondlarına  vəsaitin  daxil  olması  və 
xərclənməsi haqqında məlumatları Mərkəzi Seçki Komissiyasına təqdim edir. 
96.9. Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikasının Prezidentinə, Milli Məclisə və kütləvi 
informasiya  vasitələrinə  büdcə  vəsaitlərinin  istifadəsi,  namizədlərin,  qeydə  alınmış  namizədlərin  seçki 
fondlarının  vəsaitinin  xərclənməsi  və  siyasi  partiyaların,  siyasi  partiyalar  bloklarının  vəsaitinin 
xərclənməsi  barədə  seçkilərin  ümumi  nəticələrinin  rəsmi  dərci  günündən  sonra  üç  ay  müddətində 
məlumat  təqdim  edir.  Göstərilən  maliyyə  hesabatı  və  məlumatlar  Azərbaycan  Respublikasının 
Prezidentinə,  Milli  Məclisə  təqdim  edildiyi  gündən  başlayaraq  bir  ay  müddətində  Mərkəzi  Seçki 
Komissiyasının rəsmi mətbuat orqanında dərc edilməlidir. 


Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə