Microsoft Word secki mecellesi doc



Yüklə 2,7 Mb.
Pdf görüntüsü
səhifə26/73
tarix29.08.2018
ölçüsü2,7 Mb.
#65261
1   ...   22   23   24   25   26   27   28   29   ...   73

83.6. Bu Məcəllənin 77.1-ci maddəsində göstərilən dövri nəşrlərin redaksiyalarının hər birinin qeydə 
alınmış namizədlərə, siyasi partiyalara, siyasi partiyaların bloklarına, referendum üzrə təşviqat qruplarına 
pulsuz  ayırdığı  nəşr  səhifələrinin  həftəlik  ümumi  həcmi  bu  Məcəllənin  75-ci  maddəsi  ilə 
müəyyənləşdirilmiş  dövrdə  həftəlik  nəşr  səhifələrinin  ümumi  həcminin  azı  10  faizini  təşkil  etməlidir. 
Həmin dövrdə seçkiqabağı təşviqat məqsədləri üçün dövri nəşrin pulsuz təqdim etdiyi səhifələrin ümumi 
həcmini bu nəşrin redaksiyası seçkilərin təyin edilməsi barədə qərarın rəsmi dərcindən sonra ən geci 30 
gün  keçənədək  elan  edir.  Göstərilən  dövri  nəşrlərin  redaksiyaları  qeydə  alınmış  namizədlərə,  siyasi 
partiyalara,  siyasi  partiyaların  bloklarına,  referendum  üzrə  təşviqat  qruplarına  dövri  nəşrlərin 
səhifələrində bərabər həcmdə yer ayırırlar.
66
 
83.7.  Bu  Məcəllənin  77.2  və  77.3-cü  maddələrində  nəzərdə  tutulan  dövri  nəşrlərin  pulsuz  nəşr 
səhifələrindəki  yerin  ümumi  həcminin  bölgüsü  həmin  həcmin  müvafiq  olaraq  bu  dövri  nəşrlərdə 
seçkiqabağı  materialları  pulsuz  dərc  etdirmək  hüququ  olan  qeydə  alınmış  namizədlərin,  siyasi 
partiyaların,  siyasi  partiyalar  bloklarının,  referendum  üzrə  təşviqat  qruplarının  ümumi  sayına  bölünməsi 
yolu ilə müəyyənləşdirilir. 
83.8.  Qeydə  alınmış  namizədlərin,  siyasi  partiyaların,  siyasi  partiyalar  bloklarının,  referendum  üzrə 
təşviqat qruplarının seçkiqabağı təşviqat materiallarının pulsuz dərcinin tarixi maraqlı şəxslərin iştirakı ilə 
dövri  nəşrlərin  redaksiyalarında  keçirilən  püşkatma  yolu  ilə  müəyyənləşdirilir.  Püşkatma  bu  Məcəllənin 
75-ci maddəsində göstərilən müddət başlandığı gün keçirilir. Püşkatmanın keçirilməsində müvafiq seçki 
komissiyasının üzvləri, habelə bu Məcəllənin 40.2 və 40.4-cü maddələrində göstərilən şəxslər iştirak edə 
bilərlər. Püşkatmanın nəticələri protokolla rəsmiləşdirilir. 
83.9. Qeydə alınmış namizədə, siyasi partiyaya, siyasi partiyaların blokuna, referendum üzrə təşviqat 
qrupuna  dövri  nəşrlərin  səhifələrində  pulsuz  yer  ayrılmasına  dövri  nəşrlərin  redaksiyalarının  çəkdikləri 
xərclər dövri nəşrlərin redaksiyalarına dövlət büdcəsindən maliyyələşdirmə hesabına ödənilir. 
 
M a d d ə   8 4 .   Dövri  nəşrlər  vasitəsi  ilə  seçkiqabağı  təşviqatın  ödənişli  əsaslarla  aparılması 
şərtləri 
84.1.  Bu  Məcəllənin  77.1-ci  maddəsində  göstərilən  dövri  nəşrlərin  redaksiyaları  qeydə  alınmış 
namizədlərə,  siyasi  partiyalara,  siyasi  partiyaların  bloklarına,  referendum  üzrə  təşviqat  qruplarına 
seçkiqabağı təşviqat aparılması məqsədi ilə öz səhifələrində ödənişli əsaslarla yer ayırmağa borcludurlar. 
Nəşr  səhifələrində  ayrılmış  yerin  dəyərinin  ödənilməsi  əsasları,  şərtləri  və  məbləği  qeydə  alınmış  bütün 
namizədlər,  siyasi  partiyalar,  siyasi  partiyaların  blokları,  referendum  üzrə  təşviqat  qrupları  üçün  eyni 
olmalıdır  və  seçkilərin  təyin  edilməsi  barədə  qərarın  rəsmi  dərcindən  ən  geci  30  gün  keçənədək  dövri 
nəşrlərin  redaksiyaları  tərəfindən  dərc  edilməlidir.  Nəşrlərin  səhifələrində  ödənişli  dərc  üçün  ayrılmış 
yerin ümumi həcmi bu Məcəllənin 83.6-cı maddəsinə əsasən ayrılan pulsuz nəşr səhifələrinin həcmindən 
az olmamalıdır.
67
 
84.2.  Qeydə  alınmış  hər  bir  namizəd,  siyasi  partiya,  siyasi  partiyaların  bloku,  referendum  üzrə 
təşviqat qrupu müvafiq ödəniş müqabilində ehtiyat üçün nəşr səhifəsində ayrılan yerin ümumi həcminin 
müvafiq  olaraq  qeydə  alınmış  namizədlərin,  referendum  üzrə  təşviqat  qruplarının  ümumi  sayına 
bölünməsi yolu ilə müəyyənləşdirilən hissəsi qədər yer ala bilər. 
84.3. Bu Məcəllənin 77.1 və 77.4-cü maddələrində nəzərdə tutulmayan dövri nəşrlərin redaksiyaları 
qeydə  alınmış  namizəd,  siyasi  partiya,  siyasi  partiyaların  bloku,  referendum  üzrə  təşviqat  qrupu  ilə 
bağlanmış müqaviləyə uyğun olaraq təşviqat materiallarını dərc edə bilərlər. 
84.4.  Bu  Məcəllənin  77.1  və  77.4-cü  maddələrində  nəzərdə  tutulmayan  dövri  nəşrlərin 
redaksiyalarının qeydə alınmış namizədlərə, siyasi partiyalara, siyasi partiyaların bloklarına, referendum 
üzrə  təşviqat  qruplarına  təqdim  etdikləri  nəşr  yerinin  dəyərinin  ödənilməsi  bərabər  əsaslar  və  şərtlərlə 
həyata  keçirilir.  Həmin  tələblərə  və  bu  Məcəllənin  78.2-ci  maddəsinin  tələblərinə  əməl  etməyən  dövri 
nəşrlərin  redaksiyaları  namizədə,  siyasi  partiyaya,  siyasi  partiyaların  blokuna,  referendum  üzrə  təşviqat 
qrupuna seçkiqabağı təşviqat məqsədləri üçün öz səhifələrində yer ayıra bilməzlər. 
84.5.  Qeydə  alınmış  namizədlər,  siyasi  partiyalar,  siyasi  partiyaların  blokları,  referendum  üzrə 
təşviqat  qrupları  dövri  nəşrlərin  səhifələrində  ayrılmış  yerin  dəyərini  püşkatmadan  sonra  dövri  nəşrlərin 
redaksiyaları  ilə  bağladıqları  müqavilə  əsasında  ödəyirlər.  Dövri  nəşr  səhifələrində  ayrılmış  yerin 
dəyərinin  tam  həcmdə  ödənilməsi  barədə  ödəniş  tapşırığı  qeydə  alınmış  namizəd,  siyasi  partiya,  siyasi 
partiyaların  bloku,  referendum  üzrə  təşviqat  qrupu  tərəfindən  dərc  edilmə  gününə  ən  geci  2  gün  qalmış 
müvafiq  banka  təqdim  edilməlidir.  Bu  şərtlər  pozulduqda  dövri  nəşr  səhifələrində  yer  ayrıla  bilməz. 


Müvafiq bank ödəniş tapşırığını aldığı gündən sonra ən geci növbəti əməliyyat günü icra etməlidir. Belə 
halda nağdsız ödəniş əməliyyatının müddəti iki bank günündən çox ola bilməz. 
84.6. Dövri nəşr səhifələrində ayrılmış yerin dəyəri qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi 
partiyalar blokunun, referendum üzrə təşviqat qrupunun seçki fondu hesabına ödənilir. 
84.7.  Bu  Məcəllənin  84.2-ci  maddəsində  göstərilən  dövri  nəşrlərin  səhifələrində  ayrılan  yer  bu 
Məcəllənin 75-ci maddəsində göstərilmiş dövrdə təqdim edilməlidir. 
84.8. Qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun, referendum üzrə təşviqat 
qrupunun  ödənişli  əsaslarla  seçkiqabağı  təşviqat  materiallarının  dərc  edilməsi  tarixi  onların  səlahiyyətli 
nümayəndələrinin  yazılı  ərizələri  əsasında  maraqlı  şəxslərin  iştirakı  ilə  dövri  nəşrlərin  redaksiyalarının 
keçirdikləri püşkatma yolu ilə müəyyənləşdirilir. Püşkatma bu Məcəllənin 75-ci maddəsində göstərilmiş 
müddətin  başlandığı  gün  keçirilir.  Püşkatma  keçirilməsində  müvafiq  seçki  komissiyaları  üzvlərinin, 
habelə  bu  Məcəllənin  40-cı  və  40.4-cü  maddələrində  göstərilən  şəxslərin  iştirak  etmək  hüququ  vardır. 
Püşkatmanın nəticələri protokolla rəsmiləşdirilir. 
 
M a d d ə   8 5 .  Dövri nəşrlər vasitəsi ilə seçkiqabağı təşviqatın aparılmasına dair tələblər 
85.1. Qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyaların bloku, referendum üzrə təşviqat qrupu 
püşkatma  keçirildikdən  sonra  dövri  nəşrin  səhifəsində  ayrılmış  yerdən  imtina  edərlərsə,  onlar  dərcetmə 
gününə  azı  5  gün  qalmış  bu  barədə  müvafiq  dövri  nəşrin  redaksiyasına  məlumat  verməlidirlər.  Dövri 
nəşrin redaksiyası sərbəstləşmiş yerdən seçkiqabağı təşviqat məqsədləri üçün istifadə edə bilməz. 
85.2.  Bu  maddəyə  uyğun  olaraq  seçkiqabağı  təşviqat  materialları  dərc  edilərkən  namizədlər,  siyasi 
partiya,  siyasi  partiyaların  bloku,  referendum  üzrə  təşviqat  qrupu  ilə  razılaşdırmadan  heç  bir  redaksiya 
şərhi verilə bilməz. 
85.3.  Qanunvericilik,  icra  və  məhkəmə  hakimiyyəti  orqanlarının  və  bələdiyyə  qurumlarının  təsis 
etdikləri  dövri  nəşrlər  təsisçilərin  rəsmi  materiallarının,  məlumatlarının,  normativ  və  digər  aktlarının 
rəsmi  dərc  edilməsi  məqsədi  daşıyırsa,  onların  redaksiyaları  seçkiqabağı  təşviqat  materiallarını  və  digər 
materialları dərc edə bilməzlər. 
85.4. Dövri nəşrlər qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları və ya siyasi 
partiyaların  blokuna  daxil  olan  siyasi  partiyalar  tərəfindən  təsis  edilmişdirsə,  nəşr  səhifələrində  bərabər 
şərtlərlə yer ayrılması barədə tələblər və bu Məcəllənin 78.1 — 78.3-cü maddələri həmin dövri nəşrlərin 
redaksiyalarına şamil edilmir. 
85.5. Namizədin, qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun, referendum 
üzrə  təşviqat  qrupunun  dövri  nəşrlərdə  yerləşdirilən  materiallarında  həmin  materialların  dərc  edilməsi 
dəyərinin  hansı  qeydə  alınmış  namizədin,  siyasi  partiyanın,  siyasi  partiyalar  blokunun,  referendum  üzrə 
təşviqat  qrupunun  seçki  fondu  hesabına  ödənilməsi  barədə  məlumat  verilməlidir.  Seçkiqabağı  təşviqat 
materialları pulsuz dərc edildikdə, dərcin qeydə alınmış hansı namizədə, siyasi partiyaya, siyasi partiyalar 
blokuna, referendum üzrə təşviqat qrupuna aid olduğu göstərilməlidir. 
 
M a d d ə   8 6 .  Kütləvi tədbirlər yolu ilə seçkiqabağı təşviqatın aparılması şərtləri 
86.1.  Dövlət  orqanları,  bələdiyyə  qurumları  qeydə  alınmış  namizədə,  siyasi  partiyaya,  siyasi 
partiyaların  blokuna,  referendum  üzrə  təşviqat  qrupuna  vətəndaşlarla  görüşlər,  açıq  müzakirələr  təşkil 
edilməsində və keçirilməsində kömək etməlidirlər. 
86.2. Qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun, referendum üzrə təşviqat 
qrupunun  səlahiyyətli  nümayəndələrinin,  onların  vəkil  edilmiş  şəxslərinin  seçicilərlə  görüşlərinin 
keçirilməsi  üçün  yer  ayrılması  barədə  verdikləri  ərizələrə  müvafiq  icra  hakimiyyəti  orqanları  tərəfindən 
Azərbaycan Respublikası qanunlarına uyğun olaraq baxılır. 
86.3.  Seçki  komissiyalarının  sifarişi  ilə  dövlət  və  ya  bələdiyyə  mülkiyyətində  olan,  seçkiqabağı 
tədbirlərin keçirilməsi üçün yararlı yer (bina, otaq) qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi 
partiyalar  bloklarının,  referendum  üzrə  təşviqat  qruplarının  səlahiyyətli  nümayəndələrinin,  onların  vəkil 
edilmiş  şəxslərinin  seçki  komissiyası  ilə  razılaşdırdıqları  vaxtda  seçicilərlə  görüşlər  üçün  istifadəyə 
mülkiyyətçilər tərəfindən pulsuz verilir. Göstərilən yer (otaq, bina) qeydə alınmış namizədlərdən birinə, 
siyasi  partiyaya,  siyasi  partiyaların  blokuna,  referendum  üzrə  təşviqat  qrupuna  seçkiqabağı  təşviqatın 
aparılması  üçün  verilmişsə,  mülkiyyətçi  qeydə  alınmış  digər  namizədə,  siyasi  partiyaya,  siyasi 
partiyaların blokuna, referendum üzrə təşviqat qrupuna eyni istifadə şərtləri ilə həmin yeri (otağı, binanı) 


Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə