Microsoft Word secki mecellesi doc



Yüklə 2,7 Mb.
Pdf görüntüsü
səhifə24/73
tarix29.08.2018
ölçüsü2,7 Mb.
#65261
1   ...   20   21   22   23   24   25   26   27   ...   73

76.2.  Səsvermə  gününə  24  saat  qalmış  ictimai  rəy  sorğusu  nəticələrinin,  seçkilərin  nəticələri  barədə 
proqnozların kütləvi informasiya vasitələrində dərc edilməsinə yol verilmir. 
 
M a d d ə   7 7 .  Seçkiqabağı təşviqat zamanı kütləvi informasiya vasitələrinin əsas vəzifələri 
77.1.  İctimai  teleradio  təşkilatları  və  ya  dövri  nəşrlərin  redaksiyalarının  təsisçiləri  dövlət  orqanları, 
təşkilatları,  idarələri  olduqda  və  ya  onlar  dövlət  büdcəsindən  maliyyələşdirilərsə,  ictimai  teleradio 
təşkilatları  və  dövri  nəşrlərin  redaksiyaları  qeydə  alınmış  namizədlərə,  siyasi  partiyalara  və  siyasi 
partiyaların  bloklarına  seçkiqabağı  proqramlarını  təbliğ  etməkdən  ötrü,  üzvlərinin  sayı  20  min  və  daha 
çox  olan  referendum  üzrə  təşviqat  qruplarına  referenduma  çıxarılan  məsələlərin  lehinə  və  əleyhinə 
təşviqat  aparmaqdan  ötrü  dövlət  hakimiyyəti  orqanlarının  ayırdığı  vəsait  hesabına  bərabər  şərait 
yaradırlar.  Göstərilən  təşkilatlar  qeydə  alınmış  namizədlərin,  siyasi  partiyaların,  siyasi  partiyalar 
bloklarının,  referenduma  çıxarılan  məsələlərin  lehinə  və  ya  əleyhinə  öz  təşəbbüsləri  ilə  seçkiqabağı 
təşviqat  apara  bilməzlər.  Dövlətə  məxsus  olan  teleradio  verilişləri  təşkilatları  vasitəsilə  seçkiqabağı 
təşviqat aparılmır.
61
 
77.2.  Bu  Məcəllənin  77.1-ci  maddəsində  nəzərdə  tutulan  və  verilişləri  Azərbaycan  Respublikası 
ərazisinin  yarısına  yaxud  yarısından  çoxuna  yayımlanan  teleradio  verilişləri  təşkilatları,  habelə  dövri 
nəşrlərin  redaksiyaları  prezidentliyə  qeydə  alınan  namizədlərə,  birmandatlı  seçki  dairələrinin  60-dan 
çoxunda  və  ya  bələdiyyələrin  yarısından  çoxunda  namizədləri  qeydə  alınmış  siyasi  partiyalara,  siyasi 
partiyaların  bloklarına,  üzvlərinin  sayı  40  min  və  daha  çox  olan  referendum  üzrə  təşviqat  qruplarına 
seçkiqabağı təşviqat aparmaq üçün şərait yaratmağa borcludurlar. Mərkəzi Seçki Komissiyası göstərilən 
teleradio  verilişləri  təşkilatlarının  və  dövri  nəşrlər  redaksiyalarının  siyahısını  seçkilərin  təyin  edilməsi 
haqqında  qərarın  rəsmi  dərc  edilməsi  günündən  20  gün  gec  olmayaraq  müvafiq  icra  hakimiyyəti 
orqanının təqdimatına əsasən dərc edir. 
77.3.  Azərbaycan  Respublikası  ərazisinin  yarısından  az  hissəsində  verilişləri  yayımlanan  teleradio 
verilişləri  təşkilatları,  habelə  bu  Məcəllənin  77.2-ci  maddəsində  göstərilən  teleradio  verilişləri 
təşkilatlarının  müvafiq  bölmələri  və  bu  Məcəllənin  77.1-ci  maddəsində  nəzərdə  tutulan,  Azərbaycan 
Respublikası ərazisinin yarıdan az hissəsində yayımlanan dövri nəşrlərin redaksiyaları birmandatlı seçki 
dairəsində  qeydə  alınmış  namizədə,  bu  Məcəllə  ilə  müəyyənləşdirilmiş  qaydada  seçicilərin  zəruri  sayda 
imzaları  yığılmış  müvafiq  seçki  dairəsinin  əhatə  etdiyi  və  üzvlərinin  sayı  20  min  və  daha  çox  olan 
referendum  üzrə  təşviqat  qruplarına,  bələdiyyələrin  1/3-dən  çoxunda  namizədləri  qeydə  alınmış  siyasi 
partiyalara,  siyasi  partiyaların  bloklarına  müvafiq  inzibati  ərazi  vahidində  seçkiqabağı  təşviqat  aparmaq 
imkanı  yarada  bilərlər.  Teleradio  verilişləri  təşkilatlarının  və  dövri  nəşrlər  redaksiyalarının  siyahısı 
seçkilərin  təyin  edilməsi  haqqında  qərar  rəsmi  dərc  edildikdən  ən  geci  30  gün  ərzində  müvafiq  icra 
hakimiyyəti orqanının təqdimatı ilə müvafiq dairə seçki komissiyaları tərəfindən dərc edilir.
62
 
77.4. Bu Məcəllənin 77.1-ci maddəsində nəzərdə tutulmayan teleradio verilişləri təşkilatları və dövri 
nəşrlərin  redaksiyaları,  əgər  onların  təsisçiləri  bələdiyyə  qurumları  hesab  edilirsə,  imzaların  yığıldığı 
müvafiq seçki dairəsinin əhatə etdiyi və üzvlərinin sayı 2 min və daha çox olan referendum üzrə təşviqat 
qrupları,  müvafiq  bələdiyyənin  üzvlüyünə  qeydə  alınmış  namizədlər  üçün  seçkiqabağı  təşviqatın 
aparılmasına  şərait  yaratmağa  və  qeydə  alınmış  namizəd,  siyasi  partiya,  siyasi  partiyaların  bloku, 
referendum üzrə təşviqat qrupu üçün seçkiqabağı təşviqatın aparılması məqsədi ilə müvafiq bələdiyyənin 
ərazisində  bərabər  imkan  yaratmağa  borcludurlar.  Teleradio  verilişləri  təşkilatları  və  dövri  nəşrlərin 
redaksiyaları  təşviqat  fəaliyyətində  tamamilə  iştirak  etmədikdə,  formasından  asılı  olmayaraq  hər  hansı 
materialın nəşrindən və ya efir vaxtının verilməsindən imtina edə bilərlər. 
 
M a d d ə   7 8 .   Kütləvi  informasiya  vasitələrində  seçkiqabağı  təşviqatın  ödənişli  əsaslarla 
aparılmasının ümumi şərtləri 
78.1. Bu Məcəllənin 77.1 və 77.4-cü maddələrində göstərilən teleradio verilişləri təşkilatları və dövri 
nəşrlərin  redaksiyaları  qeydə  alınmış  namizədlərə,  namizədi  qeydə  alınmış  siyasi  partiyalara,  siyasi 
partiyaların bloklarına, referendum üzrə təşviqat qruplarına müqavilə əsasında dəyəri ödənilən efir vaxtı 
və dövri nəşrlərdə yer ayırmaq hüququna malikdirlər. 
78.2. Ödənişin məbləği və şərtləri müvafiq olaraq qeydə alınmış bütün namizədlər, siyasi partiyalar, 
siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupları üçün eyni olmalıdır. 
78.3.  Müvafiq  teleradio  verilişləri  təşkilatları  və  dövri  nəşrlərin  redaksiyaları  efir  vaxtı  verilməsinin 
və  dövri  nəşrlərdə  yer  ayrılmasının  mümkünlüyü  barədə  qeydə  alınmış  namizədlərə,  siyasi  partiyalara, 


siyasi  partiyaların  bloklarına,  referendum  üzrə  təşviqat  qruplarına,  Mərkəzi  Seçki  Komissiyasına,  dairə 
seçki  komissiyasına  göndərilən  bildirişlə  yanaşı,  ödənişin  məbləği  barədə  məlumatı  da  seçkilərin  təyin 
edilməsi haqqında qərarın rəsmi dərcindən ən geci 30 gün ərzində dərc etməlidirlər.
63
 
78.4.  Özəl  teleradio  verilişləri  təşkilatları  və  dövri  nəşrlər  seçkiqabağı  təşviqat  materiallarını  dərc 
etməkdən imtina edə bilərlər. Özəl teleradio verilişləri təşkilatları və dövri nəşrlər seçkiqabağı təbliğatla 
bağlı materialların dərc edilməsinə məcbur edilə bilməzlər. Bu cür materiallar dərc edilirsə, dərc edilmə 
şərtləri bütün namizədlər, siyasi partiyalar və referendum üzrə təşviqat qrupları üçün eyni olmalıdır (bu 
Məcəllənin 85.4-cü maddəsində göstərilən dövri nəşrlər istisna olmaqla). 
 
M a d d ə   7 9 .  Kütləvi informasiya vasitələrində seçkiqabağı təşviqata ayrılan efir vaxtının və 
ya dövri nəşrlərdə yerin həcminin və dəyərinin qeydiyyatı 
79.1. Qeydə alınmış namizədlərə, siyasi partiyalara və siyasi partiyaların bloklarına, referendum üzrə 
təşviqat qruplarına müvafiq olaraq pulsuz və ya pullu efir vaxtı və ya dövri nəşrlərdə yer ayıran teleradio 
verilişləri  təşkilatları  və  dövri  nəşrlərin  redaksiyaları  Mərkəzi  Seçki  Komissiyasının  müəyyənləşdirdiyi 
formada ayrılmış efir vaxtının və ya dövri nəşrlərdə yerin həcminin və dəyərinin qeydiyyatını aparmalı və 
bu qeydiyyat barədə səsvermə gününə azı 5 gün qalmış və səsvermə günündən ən tezi 5 gün sonra onların 
qeydiyyatını həyata keçirən seçki komissiyasına məlumat verməlidirlər. 
79.2.  Müvafiq  seçki  komissiyasının  sorğusu  əsasında  qeydə  alınmış  namizədlər,  siyasi  partiyalar, 
siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupları ödənişli efir vaxtının və dövri nəşrdə yerin 
dəyərinin ödənilməsinə razılığı təsdiq edən sənədləri təqdim etməyə borcludurlar. 
 
M a d d ə   8 0 .   Televiziya və radioda seçkiqabağı təşviqatın aparılması məqsədi ilə pulsuz efir 
vaxtının verilməsi şərtləri 
80.1. Prezidentliyə namizədlərin, birmandatlı seçki dairələrinin 60-dan çoxunda və ya bələdiyyələrin 
yarısından çoxunda namizədləri qeydə alınmış siyasi partiyaların, siyasi partiyalar bloklarının, üzvlərinin 
sayı 40 min və daha çox olan referendum üzrə təşviqat qruplarının seçkiqabağı təşviqatı pulsuz aparmaq 
məqsədi  ilə  bu  Məcəllənin  77.2-ci  maddəsində  göstərilən  teleradio  verilişləri  təşkilatının  kanallarında 
pulsuz efir vaxtı almaq hüququ vardır. 
80.2. Birmandatlı seçki dairələri üzrə qeydə alınmış namizədlərin, üzvlərinin sayı 20 min və daha çox 
olan  referendum  üzrə  təşviqat  qruplarının,  bələdiyyələrin  1/3-dən  çoxunda  namizədləri  qeydə  alınmış 
siyasi  partiyaların,  siyasi  partiyalar  bloklarının  seçkiqabağı  təşviqatı  pulsuz  aparmaq  məqsədi  ilə  bu 
Məcəllənin 77.3-cü maddəsində göstərilən teleradio verilişləri təşkilatlarının kanallarında pulsuz efir vaxtı 
almaq hüququ vardır. 
80.3.  Bələdiyyə  üzvlüyünə  namizədlərin,  üzvlərinin  sayı  2  min  və  daha  çox  olan  referendum  üzrə 
təşviqat qruplarının seçkiqabağı təşviqat aparmaq məqsədi ilə bu Məcəllənin 77.4-cü maddəsində nəzərdə 
tutulan teleradio verilişləri təşkilatlarının kanallarında pulsuz efir vaxtı almaq hüququ vardır. 
80.4.  Bu  Məcəllənin  75-ci  maddəsində  göstərilən  müddət  başlandıqdan  sonra  bir  həftə  müddətində, 
qeydə alınmış namizədlər siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupları 
arasında, onların verdikləri ərizə əsasında, bu Məcəllənin 80.7-ci maddəsinə uyğun olaraq ayrılmış pulsuz 
efir vaxtının bölgüsü məqsədi ilə püşkatma keçirilir. 
80.5.  Bu  Məcəllənin  77.2-ci  maddəsində  nəzərdə  tutulan  teleradio  verilişləri  təşkilatlarının 
seçkiqabağı təşviqat üçün ayırdıqları pulsuz efir vaxtının ümumi həcmi həftədə 3 saatdan az olmamalıdır; 
bu Məcəllənin 77.3-cü maddəsində nəzərdə tutulan teleradio verilişləri təşkilatlarının seçkiqabağı təşviqat 
üçün ayırdıqları pulsuz efir vaxtının ümumi həcmi isə həftədə 1 saat 30 dəqiqədən az ola bilməz, həmin 
təşkilatların  verilişlərinin  ümumi  vaxtı  gün  ərzində  2  saatdan  az  olarsa,  göstərilən  efir  vaxtı  verilişlərin 
ümumi  həcminin  1/4  hissəsindən  az  olmamalıdır.  Pulsuz  efir  vaxtı  daha  geniş  auditoriyanın  baxması 
mümkün olan vaxtda ayrılmalıdır. 
80.6. Teleradio verilişləri təşkilatlarının təqdim etdikləri pulsuz efir vaxtı qeydə alınmış namizədlər, 
siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupları arasında bərabər şərtlərlə 
və bərabər həcmdə bölünür. 
80.7.  Seçkiqabağı  materialların  efirə  çıxma  vaxtı  və  tarixi  müvafiq  seçki  komissiyasının  teleradio 
verilişləri təşkilatları nümayəndələrinin iştirakı ilə keçirilən püşkatma ilə müəyyənləşdirilir. Püşkatmanın 
keçirilməsinin  yeri  və  vaxtı  haqqında  məlumat  rəsmi  dərc  edilir.  Püşkatmanın  keçirilməsində  bu 
Məcəllənin  40.2-ci  və  40.4-cü  maddələrində  göstərilən  şəxslərin  iştirak  etmək  hüququ  vardır. 


Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə