Microsoft Word secki mecellesi doc



Yüklə 2,7 Mb.
Pdf görüntüsü
səhifə27/73
tarix29.08.2018
ölçüsü2,7 Mb.
#65261
1   ...   23   24   25   26   27   28   29   30   ...   73

verməkdən  imtina  edə  bilməz.  Seçki  komissiyaları  qeydə  alınmış  namizədlərə,  siyasi  partiyalara,  siyasi 
partiyaların  bloklarına,  referendum  üzrə  təşviqat  qruplarına  seçkiqabağı  kütləvi  tədbirlər  keçirmək  üçün 
bərabər şərait yaradırlar. 
86.4.  Qeydə  alınmış  namizədlər,  siyasi  partiyalar,  siyasi  partiyaların  blokları,  referendum  üzrə 
təşviqat  qrupları  seçicilərlə  görüşlər,  yığıncaqlar,  digər  seçkiqabağı  kütləvi  tədbirlər  keçirmək  üçün, 
mülkiyyət  formasından  asılı  olmayaraq,  vətəndaşlara  və  təşkilatlara  məxsus  bina  və  otaqları  müqavilə 
əsasında icarəyə götürmək hüququna malikdirlər. 
86.5. Dövlətin müvafiq reyestrlərinə daxil edilmiş, mədəniyyət obyektləri sayılan bina və avadanlıq 
təşviqat məqsədləri üçün istifadə edilə bilməz. 
86.6.  Hərbi  hissələrin,  hərbi  təşkilatların  və  idarələrin  ərazisində  seçkiqabağı  təşviqat  aparılması 
qadağandır. Qeydə alınmış namizədlər, siyasi partiya, siyasi partiyaların bloku, referendum üzrə təşviqat 
qrupu,  onların  səlahiyyətli  nümayəndələri  və  vəkil  edilmiş  şəxsləri  hərbi  hissələrin  yerləşdiyi  ərazinin 
hüdudlarında  hərbi  qulluqda  sayılan  seçicilərlə  görüşlərini  hərbi  hissə  komandirinin  dairə  seçki 
komissiyası  ilə  birlikdə  belə  görüşün  keçirilməsini  təyin  etdikləri  günə  azı  3  gün  qalmış  müvafiq  seçki 
dairəsi üzrə qeydə alınmış bütün namizədlərin, namizədləri qeydə alınmış bütün siyasi partiyaların, siyasi 
partiyalar  bloklarının,  referendum  üzrə  təşviqat  qruplarının  mütləq  dəvət  edilməsi  və  ya  onlara  xəbər 
verilməsi  şərti  ilə  təşkil  edə  bilərlər.  Bu  görüşlərin  keçirilməsində  yuxarıda  göstərilən  şəxslərə,  siyasi 
partiyalara və siyasi partiyaların bloklarına, referendum üzrə təşviqat qruplarına bərabər şərait və həmin 
görüşlərin müşahidə edilməsi üçün müşahidəçilərə imkan yaradılmalıdır. 
86.7.  Seçkiqabağı  kütləvi  tədbirlərin  keçirilməsində  təhlükəsizliyi  və  ictimai  asayişi  qanunvericiliyə 
uyğun olaraq müvafiq icra hakimiyyəti orqanları təmin edirlər. 
 
M a d d ə   8 7 .   Çap,  audiovizual  və  digər  seçkiqabağı  təşviqat  materiallarının  buraxılışı  və 
yayılması şərtləri 
87.1. Qeydə alınmış namizədlər, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, 
referendum  üzrə  təşviqat  qrupları  qanunla  müəyyənləşdirilmiş  qaydada  çap,  audiovizual  və  digər 
seçkiqabağı təşviqat materiallarını buraxmaq hüququna malikdirlər. 
87.2.  Seçkilərin  (referendumun)  təyin  edilməsi  haqqında  qərarın  dərc  edildiyi  günədək  təsisçiləri 
(həmtəsisçiləri)  dövlət  orqanları  və  ya  bələdiyyə  qurumları,  təşkilatları  və  idarələri  olan,  reklam 
xidmətləri göstərən təşkilatlar dövlət hakimiyyəti orqanlarının, bələdiyyə qurumlarının ayırdıqları vəsait 
hesabına  müvafiq  seçki  dairələri  üzrə  qeydə  alınmış  namizədlərə,  siyasi  partiyalara,  siyasi  partiyaların 
bloklarına, referendum üzrə təşviqat qruplarına seçkiqabağı təşviqat materiallarının yerləşdirilməsi üçün 
bərabər şərait yaratmalıdırlar. 
87.3.  Seçkiqabağı  çap  və  audiovizual  təşviqat  materiallarında  bu  materialları  hazırlayan  və 
hazırlanmasını  sifariş  edən  təşkilatların  adı,  materialların  tirajı  və  buraxılış  tarixi  barədə  məlumat 
olmalıdır. 
87.4. Çap olunan seçkiqabağı təşviqat materialları haqqında tam məlumatları və ya onların surətlərini 
qeydə  alınmış  namizəd,  siyasi  partiya,  siyasi  partiyaların  bloku,  referendum  üzrə  təşviqat  qrupu  seçki 
komissiyasına  təqdim  etməlidir.  Göstərilən  materiallarla  birlikdə  müvafiq  seçki  komissiyasına  bu 
materialları sifariş edən və hazırlayan təşkilatların ünvanları barədə məlumat da təqdim edilməlidir. 
87.5.  Seçkiqabağı  təşviqat  materiallarının  bu  Məcəllənin  87.3-87.4-cü  maddələrinin  tələblərini 
pozmaqla yayılması qadağandır. 
87.6. Müvafiq icra hakimiyyəti orqanları və bələdiyyə qurumları dairə seçki komissiyasının təklifi ilə 
səsvermə  gününə  azı  30  gün  qalmış  hər  bir  seçki  məntəqəsinin  ərazisində  seçkiqabağı  təşviqat 
materiallarının lövhələrdə yerləşdirilməsi üçün yer müəyyənləşdirməlidir. Belə yerlər seçicilərin gəlməsi 
üçün əlverişli olmalı və elə müəyyənləşdirilməlidir ki, orada yerləşdirilən məlumatları oxumaq mümkün 
olsun. Qeydə alınmış namizədlər, siyasi partiyanın, siyasi partiyalar blokunun, referendum üzrə təşviqat 
qrupunun  səlahiyyətli  nümayəndələri  seçkiqabağı  təşviqat  materiallarının  yerləşdirilməsi  üçün  ayrılmış 
yerlərin siyahısını dairə seçki komissiyasından ala bilərlər. 
87.7.  Seçkiqabağı  təşviqat  materiallarının  otaqlardan  başqa  binalarda  və  digər  obyektlərdə 
Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə zidd yerləşdirilməsi qadağandır.
68
 
87.8.  Seçkiqabağı  təşviqat  materialları  dövlətin  müvafiq  reyestrinə  daxil  edilmiş  tarix  və  ya 
mədəniyyət  abidələri  sayılan  binalarda,  qurğularda  və  otaqlarda,  habelə  seçki  komissiyalarının 


otaqlarında,  o  cümlədən  bu  Məcəllənin  98.3-cü  maddəsində  nəzərdə  tutulmuş  məlumat  lövhələrində 
səsvermə üçün ayrılmış otaqlarda və ya onların girişlərində yerləşdirilə bilməz. 
87.9. Saxta seçkiqabağı çap, audiovizual və digər təşviqat materiallarının və ya bu Məcəllənin 87.3-
cü,  87.4-cü,  87.7-ci,  87.8-ci  maddələrinin  tələblərinin  pozulması  ilə  seçkiqabağı  təşviqat  materiallarının 
yayılması barədə məlumat alan seçki komissiyası müvafiq tədbirlər görməli, hüquq mühafizə orqanlarına 
və  digər  orqanlara  qanunazidd  təşviqatın  dayandırılması  və  qanunsuz  yayılan  seçkiqabağı  təşviqat 
materiallarının  götürülməsi  barədə  Azərbaycan  Respublikasının  İnzibati  Xətalar  Məcəlləsinə  və  ya 
Cinayət Məcəlləsinə uyğun olaraq məhkəməyə müraciət etməlidir. 
 
M a d d ə   8 8 .  Seçkiqabağı təşviqat aparılarkən sui-istifadə hallarına yol verilməməsi 
88.1.  Azərbaycan  Respublikasının  Cinayət  Məcəlləsinə,  İnzibati  Xətalar  Məcəlləsinə  və  Mülki 
Məcəlləsinə  uyğun  olaraq,  qeydə  alınmış  namizədlərin,  siyasi  partiyaların,  siyasi  partiya  bloklarının, 
referendum  üzrə  təşviqat  qruplarının  seçkiqabağı  proqramında  (referendumqabağı  çağırışlarında), 
yığıncaqlarda,  kütləvi  informasiya  vasitələrində  yayılan  təşviqat  materiallarında  və  çıxışlarda 
hakimiyyətin  zorla  ələ  keçirilməsinə,  konstitusiya  quruluşunun  zorla  dəyişdirilməsinə  və  dövlətin  ərazi 
bütövlüyünün  pozulmasına  çağırışlar,  vətəndaşların  şərəf  və  ləyaqətini  təhqir  edən  mülahizələr 
olmamalıdır.  Bu  qadağa  Azərbaycan  Respublikası  Konstitusiyasının  47-ci  maddəsinə  uyğun  tətbiq 
edilməlidir. 
69
 
88.2.  Azərbaycan  Respublikasının  Cinayət  Məcəlləsinə  uyğun  olaraq,  seçkiqabağı  təşviqat 
aparılarkən  kütləvi  informasiya  vasitələrindən  sosial,  irqi,  milli,  dini  nifrət  və  düşmənçilik  yaradan 
təşviqat formasında sui-istifadə qadağandır. 
88.3.  Azərbaycan  Respublikasının  Konstitusiyasının  30-cu  maddəsinə  və  Azərbaycan  Respublikası 
Mülki Məcəlləsinə uyğun olaraq, əqli mülkiyyət haqqında qanunvericiliyi pozan təşviqat qadağandır. 
88.4.  Seçkiqabağı  təşviqatda  bilavasitə  yaxud  dolayısı  ilə  iştirak  edən  namizədlərin,  qeydə  alınmış 
namizədlərin,  siyasi  partiyanın,  siyasi  partiyalar  blokunun,  referendum  üzrə  təşviqat  qrupunun,  onların 
səlahiyyətli  nümayəndələrinin,  habelə  digər  şəxslərin  və  təşkilatların  seçiciləri  aşağıdakı  üsullarla  ələ 
alması qadağandır: 
88.4.1. təşkilati işlərin yerinə yetirilməsi məqsədi istisna olmaqla, seçicilərə pul vəsaiti, hədiyyələr və 
digər  qiymətli  materiallar  vermək  (döş  nişanları,  yapışqanlı  nişanlar,  plakatlar  və  nominal  dəyərə  malik 
olan digər təşviqat materialları istisna edilməklə); 
88.4.2.  göstərilən  təşkilati  işi  yerinə  yetirən  seçiciləri  səsvermənin  nəticəsindən  asılı  olaraq 
mükafatlandırmaq və ya belə mükafatlandırmanı vəd etmək; 
88.4.3.  malların  güzəştli  satışını  keçirmək,  hər  hansı  malı  (çap  materialları  istisna  olmaqla)  pulsuz 
vermək; 
88.4.4. əvəzsiz və ya güzəştli şərtlərlə xidmətlər göstərmək; 
88.4.5.  seçkiqabağı  təşviqat  zamanı  seçicilərə  qiymətli  kağızlar,  habelə  maddi  sərvətlər,  pul  vəsaiti 
veriləcəyini vəd etmək yolu ilə, habelə qanunvericiliyə zidd olan digər əsaslarla xidmətlər göstərilməsi ilə 
təsir etmək. 
88.5.  Seçki  (referendum)  kampaniyasının  gedişində  qeydə  alınmış  namizədlərin,  siyasi  partiyaların, 
siyasi  partiyalar  bloklarının  vəkil  edilmiş  şəxsləri,  səlahiyyətli  nümayəndələri,  habelə  təsisçiləri, 
mülkiyyətçiləri, sahibləri və rəhbər orqanlarının üzvləri, referendum üzrə təşviqat qrupları yaradılmasının 
təşəbbüsçüləri  və  ya  həmin  qrupların  səlahiyyətli  nümayəndələri  göstərilən  şəxslər  və  təşkilatlar  olan 
hüquqi  şəxslərin  kommersiya  və  digər  fəaliyyətinin  reklamı  (o  şərtlə  ki,  həmin  reklam  namizədlə  və  ya 
siyasi  partiya  ilə  əlaqələri  aydın  şəkildə  ortaya  çıxarır)  bu  Məcəllənin  81-ci  və  84-cü  maddələri  ilə 
nəzərdə  tutulmuş  əsaslarla  yalnız  müvafiq  seçki  (referendum)  fondu  hesabına  həyata  keçirilə  bilər. 
Səsvermənin başlanmasına 24 saat qalmış belə reklam dayandırılmalıdır. 
88.6.  Bu  Məcəllənin  77.1  və  77.4-cü  maddələrində  göstərilmiş  teleradio  verilişləri  təşkilatlarının 
teleradio  proqramları  və  dövri  nəşrlərin  redaksiyaları  seçki  (referendum)  kampaniyasında  iştirak  edərək 
qeydə alınmış namizədə seçkiqabağı təşviqat başa çatanadək ləyaqətini və şərəfini müdafiə etmək və ya 
qeyri-obyektiv  məlumatları  seçki  kampaniyası  zamanı  təkzib  etmək  imkanını  təmin  etmirsə,  namizədin 
ləyaqətinə,  şərəfinə  zərər  vuran  saxta  məlumatların  yayılmasına  imkan  verməməlidirlər.  Qeydə  alınmış 
namizədə  seçkiqabağı  təşviqatın  müddəti  başa  çatana  kimi  ləyaqətini,  şərəfini  bu  Məcəllənin  77.1  və 
77.4-cü  maddələrində  göstərilən  teleradio  verilişləri  təşkilatlarının  teleradio  proqramlarında  və  dövri 


Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə