Microsoft Word secki mecellesi doc



Yüklə 2,7 Mb.
Pdf görüntüsü
səhifə35/73
tarix29.08.2018
ölçüsü2,7 Mb.
#65261
1   ...   31   32   33   34   35   36   37   38   ...   73

məntəqə üzrə seçicilərin siyahısı (səsvermə vəsiqələri əlavə olunmaqla) əlavə edilməklə dərhal, lakin 24 
saatdan  gec  olmayaraq  məntəqə  seçki  komissiyasının  sədrinin  və  müxtəlif  siyasi  partiyaları  təmsil  edən 
iki  üzvünün  və  müşahidəçilərin  müşayiəti  ilə  dairə  seçki  komissiyasına  göndərilir.  Adları  çəkilən  aktlar 
məntəqə  seçki  komissiyasının  sədri  və  katibləri  tərəfindən  imzalanır.  Şikayətlərin  (ərizələrin),  məntəqə 
seçki komissiyasının qərarlarının, yuxarıda adları çəkilən aktların təsdiq edilmiş surətləri protokolun 2-ci 
nüsxəsinə tikilir.
97
 
106.8. Protokolun 2-ci nüsxəsi həmin bülletenlərin kəsilmiş sol küncləri, sıradan çıxmış bülletenlərin 
kəsikləri  səsverməni  və  səslərin  hesablanmasını  müşahidə  edən,  bu  Məcəllənin  40.2-ci.  və  40.4-cü 
maddələrində göstərilən şəxslərin siyahıları ilə birlikdə komissiyanın fəaliyyətinin sonuna kimi məntəqə 
seçki komissiyasının katibində saxlanılır. 
106.9.  Azərbaycan  Respublikası  ərazisindən  kənarda  yaradılmış  məntəqə  seçki  komissiyaları 
səsvermənin nəticələri haqqında protokolun 1-ci nüsxəsini ona əlavə edilmiş sənədlərlə birlikdə səsvermə 
günündən  başlayaraq  3  gün ərzində  Mərkəzi  Seçki  Komissiyası  tərəfindən  müəyyən  edilmiş  dairə  seçki 
komissiyasına göndərirlər. 
106.10.  Seçkilərin  (referendumun)  keçirilməsi  və  ya  səsvermənin  nəticələrinin  müəyyənləşdirilməsi 
zamanı  yol  verilən  qanun  pozuntuları  seçicilərin  iradəsini  müəyyənləşdirməyə  imkan  vermədikdə  və  ya 
məhkəmənin qərarı olduqda dairə və ya məntəqə seçki komissiyası sәsvermәni baş tutmamış hesab edir. 
106.11.  Məntəqə  seçki  komissiyasının  protokolunun  3-cü  nüsxəsi  protokol  tərtib  edildikdən  sonra 
məlumat lövhəsində asılır və 5 gün saxlanılır. 
 
M a d d ə   1 0 7 .  Dairə seçki komissiyası protokolunun tərtib edilməsi 
107.1.  Bu  Məcəllənin  106.7-ci  maddəsində  göstərilən  sənədlər  dairə  seçki  komissiyasının  sədrinə 
təqdim  edilir.  Dairə  seçki  komissiyası  sədrinin  tapşırığı  ilə  komissiyanın  üzvü  (üzvləri)  təqdim  olunan 
sənədlərin  bu  Məcəllənin  106.7-ci  maddəsinin  tələblərinə  cavab  verməsini,  səsvermənin  nəticələrində 
uyğunsuzluğun  olub-olmamasını  yoxlayır  (yoxlayırlar).  Sonra  səsvermənin  nəticələri  dairə  üzrə 
səsvermənin  nəticələrinin  (seçkilərin  yekunlarının)  yekun  cədvəlinə  daxil  edilir.  Məntəqə  seçki 
komissiyasının  sənədlərinin  qəbul  edilməsi  haqqında  məntəqə  seçki  komissiyasının  sədrinə  dairə  seçki 
komissiyasının sədri tərəfindən imzalanmış və möhürlənmiş qəbz verilir. 
107.2.  Dairə  seçki  komissiyasının  protokolu  məntəqə  seçki  komissiyalarının  protokollarında  olan 
bütün  məlumatların  ümumiləşdirilməsi  əsasında  səsvermə  günündən  2  gün  keçənədək  tərtib  edilir. 
Göstərilən məlumatların ümumiləşdirilməsi fasiləsiz aparılır. 
107.3.  Dairə  seçki  komissiyasının  protokolunda  bu  Məcəllənin  100.2-ci  maddəsində  göstərilənlərlə 
yanaşı,  məntəqə  seçki  komissiyalarının  sayı  və  həmin  komissiyalar  tərəfindən  təqdim  edilmiş 
protokolların  sayı,  dairə  seçki  komissiyasının  protokolunun  tərtib  edilməsi  üçün  əsas  götürülmüş 
protokolların sayı, səsvermə baş tutmayan seçki məntəqələrinin sayı, dairə üzrə səsvermədə iştirak edən 
seçicilərin sayı göstərilməlidir. 
107.4.  Dairə  seçki  komissiyasının  protokolunun  1-ci  nüsxəsi,  səsvermə  günü  dairə  seçki 
komissiyasına bu Məcəllənin pozulması ilə əlaqədar daxil olmuş şikayətlər (ərizələr) və bunlar üzrə dairə 
seçki  komissiyasının  qəbul  etdiyi  qərarlar,  dairə  seçki  komissiyası  tərəfindən  zərflərin  və  seçki 
bülletenlərinin alınması haqqında akt, istifadə edilməmiş zərflərin və seçki bülletenlərinin ləğvi haqqında 
akt  (belə  bülletenlərin  sayı  göstərilməklə),  səsvermə  vəsiqələrinin  verilməsi  və  istifadə  edilməmiş 
səsvermə vəsiqələrinin ləğvi haqqında akt (həmin vəsiqələrin sayı göstərilməklə) əlavə edilməklə, dərhal, 
lakin səsvermə günündən 2 gündən gec olmayaraq dairə seçki komissiyasının sədrinin və müxtəlif siyasi 
partiyaları  təmsil  edən  üzvlərin  müşayiəti  ilə  Mərkəzi  Seçki  Komissiyasına  göndərilir.  Göstərilən  aktlar 
dairə  seçki  komissiyasının  sədri  və  katibləri  tərəfindən  imzalanır.  Şikayətlərin  (ərizələrin),  dairə  seçki 
komissiyasının  qərarlarının,  yuxarıda  adları  çəkilən  aktların  təsdiq  edilmiş  surətləri  protokolun  2-ci 
nüsxəsinə tikilir.
98
 
107.5. Protokolun 2-ci nüsxəsi bağlanıb möhürlənmiş seçki bülletenləri, həmin bülletenlərin kəsilmiş 
sol  küncləri,  habelə  səslərin  hesablanmasını  müşahidə  edən,  bu  Məcəllənin  40.2-ci  və  40.4-cü 
maddələrində  göstərilən  şəxslərin  siyahıları  ilə  birlikdə  komissiyanın  fəaliyyətinin  sonuna  kimi  dairə 
seçki komissiyasının katibində saxlanılır. 
107.6.  Dairə  seçki  komissiyası  məntəqə  seçki  komissiyasının  protokolunda  (prolokola  əlavə  olunan 
digər  sənədlər  də  daxil  olmaqla)  səhvlər,  yolverilməz  düzəlişlər  və  uyğunsuzluqlar  aşkar  etdikdə,  o, 
müvafiq  seçki  məntəqəsində  səslərin  yenidən  hesablanması  haqqında  qərar  qəbul  edə  bilər.  Bu  halda 


səslərin  təkrar  hesablanması  dairə  seçki  komissiyasının  həlledici  səs  hüquqlu  üzvləri  tərəfindən  aparılır. 
Səslərin təkrar hesablanması haqqında müvafiq məntəqə seçki komissiyasına və bu Məcəllənin 40.2-ci və 
40.4-cü maddələrində göstərilən şəxslərə əvvəlcədən məlumat verilir. Səslərin təkrar hesablanmasına dair 
protokol tərtib edilir və həmin protokolda «səslərin təkrar hesablanması» sözləri qeyd edilir. 
107.7.  Dairə  seçki  komissiyasının  protokolunun  3-cü  nüsxəsi  və  müvafiq  məntəqə  seçki 
komissiyalarının protokollarının surətləri məlumat lövhəsində asılır və 10 gün saxlanılır. 
 
M a d d ə   1 0 8 .  Mərkəzi Seçki Komissiyasının protokolunun tərtib edilməsi 
108.1.  Dairə  seçki  komissiyasından  seçki  sənədləri  Mərkəzi  Seçki  Komissiyasına  verilərkən  bu 
Məcəllənin 107.1-ci maddəsinin qaydaları tətbiq olunur. 
108.2. Mərkəzi Seçki Komissiyasının müvafiq protokolu dairə seçki komissiyalarının protokollarında 
olan  bütün  məlumatların  ümumiləşdirilməsi  əsasında  tərtib  edilir.  Göstərilən  məlumatların 
ümumiləşdirilməsi  fasiləsiz  aparılır.  Azərbaycan  Respublikası  Mərkəzi  Seçki  Komissiyası  tərəfindən 
Azərbaycan  Respublikasının  Milli  Məclisinə  və  bələdiyyələrə  seçkilərin  ümumi  yekunları  haqqında 
protokollar tərtib edilir. 
99
 
108.3. Mərkəzi Seçki Komissiyasının müvafiq protokolunun 1-ci nüsxəsinə səsvermə günü Mərkəzi 
Seçki  Komissiyasına  bu  Məcəllənin  pozulması  ilə  əlaqədar  daxil  olmuş  şikayətlər  (ərizələr)  və  bunlar 
üzrə Mərkəzi Seçki Komissiyasının qəbul etdiyi qərarlar, Mərkəzi Seçki Komissiyası tərəfindən zərflərin 
və seçki bülletenlərinin alınması haqqında akt, istifadə edilməmiş zərflərin və seçki bülletenlərinin ləğvi 
haqqında  akt  (belə  bülletenlərin  sayı  göstərilməklə),  səsvermə  vəsiqələrinin  verilməsi  və  istifadə 
edilməmiş səsvermə vəsiqələrinin ləğvi haqqında akt (həmin vəsiqələrin sayı göstərilməklə) əlavə edilir. 
Göstərilən  aktlar  Mərkəzi  Seçki  Komissiyasının  sədri  və  katibləri  tərəfindən  imzalanır.  Şikayətlərin 
(ərizələrin),  Mərkəzi  Seçki  Komissiyasının  qərarlarının,  yuxarıda  adları  çəkilən  aktların  təsdiq  edilmiş 
surətləri protokolun 2-ci nüsxəsinə tikilir.
100
 
108.4. Mərkəzi Seçki Komissiyası dairə seçki komissiyaları tərəfindən təqdim edilmiş protokollarda 
(onlara  əlavə  edilən  digər  sənədlər  də  daxil  olmaqla)  səsvermə  günündən  başlayaraq  ən  geci  4  gün 
müddətində səhvlər, yolverilməz düzəlişlər və uyğunsuzluqlar aşkar etdikdə, o, müvafiq seçki dairəsində 
səslərin  yenidən  hesablanması  haqqında  qərar  qəbul  edə  bilər.  Bu  halda  səslərin  təkrar  hesablanması 
Mərkəzi  Seçki  Komissiyasının  həlledici  səs  hüquqlu  üzvlərinin  iştirakı  ilə  aparılır.  Səslərin  təkrar 
hesablanması  haqqında  bu  Məcəllənin  40.2-ci  və  40.4-cü  maddələrində  göstərilən  şəxslərə  əvvəlcədən 
məlumat verilir. Səslərin təkrar hesablanmasına dair protokol tərtib edilir və həmin protokolda «səslərin 
təkrar hesablanması» sözləri qeyd edilir. 
108.5.  Mərkəzi  Seçki  Komissiyasının  protokolunun  3-cü  nüsxəsi  və  dairə  seçki  komissiyalarının 
protokollarının surətləri məlumat lövhəsində asılır və 15 gün saxlanılır. 
 
M a d d ə   1 0 9 .  Seçkilərin və səsvermənin nəticələrinin dərc edilməsi 
109.1. Seçkilərin (referendumun) ilkin nəticələri dairə seçki komissiyası səsvermənin nəticələrinə dair 
protokolları  Mərkəzi  Seçki  Komissiyasına  təqdim  edildikdən  dərhal  sonra  Mərkəzi  Seçki  Komissiyası 
tərəfindən  seçki  dairələri  üzrə  səsvermənin  nəticələrini  ümumiləşdirən  cədvəl  şəklində  dərc  edilir  və 
həmin məlumatlar Mərkəzi Seçki Komissiyasıının internet səhifəsində yerləşdirilə bilər.
101
 
109.2. Mərkəzi Seçki Komissiyası 45 gün müddətində bu Məcəllənin 77.2-ci maddəsində göstərilən 
kütləvi  informasiya  vasitələrində  dairə  seçki  komissiyalarının  protokollarında  olan  məlumatları  tam 
şəkildə dərc edir və həmin məlumatlar Mərkəzi Seçki Komissiyasının internet saytında yerləşdirilə bilər. 
109.3.  Dairə  üzrə  seçkilərin  (referendumun)  ilkin  nəticələri  seçki  məntəqələri  üzrə  səsvermənin 
nəticələrinə  dair  protokolların  dairə  seçki  komissiyası  tərəfindən  qəbul  edilməsindən  dərhal  sonra 
Mərkəzi  Seçki  Komissiyasına,  kütləvi  informasiya  vasitələrinə  təqdim  edilməlidir  və  ümumiləşdirilən 
cədvəl şəklində dərc edilməlidir.
102
 
109.4. Məntəqə seçki komissiyasının səsvermənin nəticələri haqqında protokolunda olan məlumatlar 
seçkilərin  keçirilməsindən  5  gündən  gec  olmayaraq,  dairə  seçki  komissiyasının  protokolunda  seçkinin 
yekunu  (səsvermənin  nəticələri)  haqqında  məlumatlar  isə  seçki  günündən  10  gündən  gec  olmayaraq 
müvafiq olaraq bu Məcəllənin 77.3 və 77.4-cü maddələrində göstərilən kütləvi informasiya vasitələrində 
rəsmi dərc olunur. 


Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə