Microsoft Word secki mecellesi doc



Yüklə 2,7 Mb.
Pdf görüntüsü
səhifə37/73
tarix29.08.2018
ölçüsü2,7 Mb.
#65261
1   ...   33   34   35   36   37   38   39   40   ...   73

        112.5.6. əgər bu hərəkətsizlikdirsə, şikayətçi cavabsız qalmış tələbi və tələbi cavabsız qoyan orqanın 
və ya şəxsin adını göstərməlidir; 
        112.5.7. şikayət üçün əsas Seçki Məcəlləsinin, digər qanunvericilik aktlarının pozulmasının güman 
edilməsi ola bilər; 
        112.5.8. güman edilən pozuntunun dəlilləri və ya pozuntunun nədən ibarət olduğunun izahı; 
        112.5.9. şikayətçinin tələbi; 
        112.5.10.  aşağı  seçki  komissiyasının  qərarından  yuxarı  seçki  komissiyasına  şikayət  edildikdə, 
şikayətə müvafiq seçki komissiyasının qərarı əlavə edilməlidir. 
  112.5.11. Şikayətçi həmin şikayəti imzalamalıdır. Əgər şikayət seçkilərdə iştirak edən siyasi partiya 
və  ya  siyasi  partiyalar  blokları  tərəfindən  verilibsə,  onda  şikayət  səlahiyyətli  nümayəndənin 
səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməklə səlahiyyətli nümayəndə tərəfindən imzalanmalıdır.
106
 
112.6.  Seçki  komissiyasının  qərarı  məhkəmə  tərəfindən  ləğv  edildikdə,  qərarı  ləğv  edilmiş  seçki 
komissiyası  məsələnin  mahiyyəti  üzrə  yeni  qərar  qəbul  etməlidir  və  ya  məhkəmənin  qərarı  əsasında 
yuxarı  seçki  komissiyası  müvafiq  qərar  qəbul  etməlidir.  Mәhkәmә  qərarlarının  icra  edilməməsi 
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq cinayət məsuliyyətinə səbəb olur. 
112.7. Səsvermənin nəticələri, seçkilərin yekunları barədə qərardan şikayətə baxılması, bu Məcəllənin 
pozulmasına  aid  faktlar  üzrə  keçirilmiş  yoxlamalar  bu  Məcəllə  ilə  seçilmiş  sayılan  namizədin 
toxunulmazlığının  pozulması  sayılmır.  Seçilmiş  sayılan  namizəd  onun  seçilməsi  zamanı  vətəndaşların 
seçki  hüquqlarının  pozulmasına  dair  verilmiş  şikayətlərlə  bağlı  inzibati,  mülki  və  ya  cinayət  işləri  üzrə 
şahid ifadələri verməkdən imtina edə bilməz (Azərbaycan Respublikasının Mülki Prosessual və Cinayət-
Prosessual Məcəllələrində göstərilən hallar istisna olmaqla). 
112.8.  Qeydə  alınmış  namizədin,  referendum  üzrə  təşviqat  qrupunun  qeydiyyatının  ləğv  edilməsi 
barədə və namizədi, referendum üzrə təşviqat qrupunu qeydə almaqdan imtina edilməsi barədə işlərə və 
ya  qeydə  alınmış  namizədin  seçilməsinin  etibarsız  sayılması  barədə  müraciətə  baxılarkən  seçki 
komissiyası  vətəndaşların  və  vəzifəli  şəxslərin  məlumatını  dinləmək,  zəruri  sənəd  və  materialları  tələb 
etmək və almaq hüququna malikdir. 
112.9. Yuxarı seçki komissiyası aşağı seçki komissiyasının qərarını ləğv etmək, məsələnin mahiyyəti 
üzrə  qərar  qəbul  etmək  və  ya  məsələyə  yenidən  baxılması  haqqında  göstəriş  vermək  hüququna 
malikdir.
107
 
112.10.  Seçki  komissiyasına  seçkilərin  gedişi  zamanı  daxil  olan  hər  bir  şikayət  üzrə  qərar  3  gün 
müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa, 2 gün müddətində (lakin səsvermə günündən 
gec olmayaraq), səsvermə günü və yaxud növbəti gün isə dərhal qəbul edilir və şikayətçiyə çatdırılır.
108
 
112.11.  Seçki  komissiyalarının  qərarlarından  şikayətlərə  məhkəmələr  (bu  Məcəllə  ilə  daha  qısa 
müddət müəyyən edilməyibsə) 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa, 2 gün 
müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra isə dərhal 
baxmalıdırlar.  Məhkəmə  qərarından  yuxarı  instansiya  məhkəməsinə  şikayət  3  gün  müddətində  verilə 
bilər.
109
 
 
Maddə  112-1.  Vətəndaşların  seçki  hüquqlarının  pozulması  haqqında  şikayətlərin 
araşdırılması
110
 
112-1.1.  Vətəndaşların  seçki  hüququnu  pozan  hərəkətlərdən  (hərəkətsizlikdən)  və  qərarlardan 
şikayətlərin  araşdırılması  məqsədi  ilə  Mərkəzi  Seçki  Komissiyasının  nəzdində  9  nəfərdən,  dairə  seçki 
komissiyasının  nəzdində  isə  3  nəfərdən  ibarət  müvafiq  ekspert  qrupları  yaradılır.  Həmin  qrupların 
tərkibinə hüquq təhsili olan komissiya üzvləri daxil edilə bilərlər. Ekspert qruplarının yaradılma qaydası 
Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilir. 
112-1.2.  Vətəndaşların  şikayətlərinə  baxılması  qaydaları  Mərkəzi  Seçki  Komissiyası  tərəfindən 
müəyyən edilir. 
112-1.3.  Seçki  komissiyası  tərəfindən  qəbul  edilən  şikayətlərin  qeydiyyat  kitabçasında  qəbul 
etmə tarixi və ardıcıl qeydiyyat nömrəsi göstərilməklə qeydiyyat aparmalıdır. 
112-1.4.  Şikayət  qeydə  alındıqdan  sonra  ekspert  qrupunun  üzvünün  aşağıdakı  səlahiyyətləri 
vardır: 
112-1.4.1. şikayət üzrə araşdırma materialları ilə birlikdə müvafiq seçki komissiyasına rəy təqdim 
etmək; 
112-1.4.2. şikayət üzrə əlavə məlumat tələb etmək


112-1.4.3.  əlavə  məlumat  almaq  üçün  Mərkəzi  Seçki  Komissiyası  vasitəsilə  müvafiq  dövlət 
orqanlarına müraciət etmək; 
112-1.4.4. zəruri hallarda əlavə dəlillər əldə etmək (video yazılar, yazılı materiallar və s.); 
112-1.4.5. Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyənləşdirilən digər tədbirlər görmək. 
112-1.5. Vətəndaşlar tərəfindən şikayətlər  təqdim edilərkən dairə seçki komissiyalarının ekspert 
qrupları aşağıdakı tələblərə riayət etməlidir: 
112-1.5.1.  şikayət  şəxsən  təqdim  edilibsə,  yazılı  şikayəti  qəbul  etməli  və  onun  qeydiyyatını 
aparmalıdır; 
112-1.5.2. şikayət edən şəxsə həmin şikayətə dair qəbz verilməlidir; 
112-1.5.3.  şikayət  bu  Məcəllə  ilə  müəyyən  edilmiş  qaydaların  pozulması  ilə  daxil  olmuşdursa, 
şikayətin onu təqdim edən şəxsə geri göndərilməsinə dair rəy verməlidir; 
112-1.5.4.  şikayət  həm  şikayəti  qəbul  etmiş  komissiyanın,  həm  də  başqa  orqanın  səlahiyyətinə 
aiddirsə,  onda  ekspert  dairə  seçki  komissiyasına  həmin  şikayətə  mahiyyəti  üzrə  baxmağı,  komissiyanın 
səlahiyyətlərinə aid olan məsələləri həll etməklə yanaşı digər orqanın səlahiyyətinə aid olan məsələlərin 
həll edilməsi üçün həmin orqana göndərilməsini təklif etməlidir; 
112-1.5.5. dairə seçki komissiyasına seçki subyektləri tərəfindən və seçki ilə əlaqəsi olan cinayət 
xarakterli  şikayət  daxil  olduqda  bu  Məcəllənin  112-1.4-cü  və  112-1.11-ci  maddələrinə  uyğun  olaraq 
araşdırma aparıb komissiya tərəfindən öz səlahiyyətlərinə aid olan hissədə tədbirlər görülməsi, şikayətdə 
göstərilən  qanun  pozuntularında  Cinayət  Məcəlləsi  ilə  nəzərdə  tutulmuş  əməllərin  əlamətlərinin  olduğu 
qənaətinə  gəldikdə,  həmin  əməllər  barədə  müvafiq  prokurorluq  orqanına  məlumat  verilməsinə  dair 
əsaslandırılmış  qərar  qəbul  edilməsi  üçün  dairə  seçki  komissiyasına  rəy  verməlidir  (məlumata  şikayətin 
surəti əlavə edilməlidir); 
112-1.5.6.  ekspert  şikayəti  araşdırarkən  Cinayət  Məcəlləsində  nəzərdə  tutulmuş  əməllərin  və  ya 
ehtimalın  olmasını  müəyyən  etməkdə  çətinlik  çəkərsə,  dairə  seçki  komissiyası  öz  səlahiyyətlərinə  aid 
olan  hissədə  bu  Məcəllə  ilə  müəyyən  edilmiş  hərəkətlərin  edilməsini  tövsiyə  etməklə  yanaşı,  həmin 
məsələ  ilə  əlaqədar  rəy  verilməsi  üçün  şikayətin  Mərkəzi  Seçki  Komissiyasına  göndərilməsinə  dair  rəy 
verməlidir; 
112-1.5.7. dairə seçki komissiyasına seçki subyektləri tərəfindən və seçki ilə əlaqəsi olan cinayət 
xarakterli  şikayət  daxil  olarsa,  ekspert  şikayətdə  göstərilən  qanun  pozuntularında  Cinayət  Məcəlləsi  ilə 
nəzərdə  tutulmuş  əməllərin  əlamətlərinin  olduğu  qənaətinə  gələrsə,  həmin  əməllər  barədə  müvafiq 
prokurorluq  orqanına  dairə  seçki  komissiyası  tərəfindən  məlumat  verilməsinə  dair  rəy  verir.  Məlumata 
şikayətin surəti əlavə edilir. 
112-1.6.  Mərkəzi  Seçki  Komissiyasının  ekspert  qrupu  bu  Məcəllənin  112-1.5-ci  maddəsində 
göstərilənlərlə yanaşı, aşağıdakı tələblərə riayət etməlidir: 
112-1.6.1. seçki komissiyalarının hərəkətləri (hərəkətsizlikləri) və qərarları ilə əlaqədar olmayan 
seçkilərlə  bağlı  digər  orqanların  və  ya  vəzifəli  şəxslərin  qeyri-qanuni  hərəkətlərinə  aid  şikayətlərlə 
əlaqədar bu Məcəllənin 60.6-cı, 68.5-ci, 87.9-cu, 88.7-ci, 88.8-ci, 113-cü, 115-ci və 116-cı maddələrinə 
uyğun olaraq Mərkəzi Seçki Komissiyası tərəfindən müvafiq qərar qəbul etməsi üçün rəy verməlidir; 
112-1.6.2.  müvafiq  ekspert  qrupunun  üzvü  şikayəti  verən  vətəndaşı  qane  edə  biləcək  tədbirlər 
görmürsə,  qrupun  üzvünün  hərəkətindən  (hərəkətsizliyindən)  bu  Məcəlləyə  uyğun  olaraq  şikayət  edilə 
bilər; 
112-1.6.3. seçki ilə əlaqəsi olmayan cinayət xarakterli yazılı şikayət daxil olursa, həmin şikayət 
Mərkəzi Seçki Komissiyası tərəfindən dərhal müvafiq prokurorluq orqanına göndərilir; 
112-1.6.4.  dairə  seçki  komissiyasından  daxil  olmuş  şikayətə  baxılarkən  şikayətdə  göstərilmiş 
qanun pozuntusunun Cinayət Məcəlləsinə uyğun olaraq cinayət hesab olunub-olunmaması, habelə cinayət 
əməlinin ehtimal olunmasının müəyyən edilməsi üçün ekspert tərəfindən rəy hazırlanır; 
112-1.6.5.  ekspert  bu  Məcəllənin  112-1.6.4-cü  maddəsində  göstərilən  halları  müəyyən  edərsə, 
Mərkəzi Seçki Komissiyası tərəfindən şikayətin müvafiq prokurorluq orqanına göndərilməsi haqqında rəy 
tərtib edir; 
112-1.6.6. daxil olmuş şikayətdə bu Məcəllənin 112-1.6.4-cü maddəsində göstərilən əlamətlər və 
digər qanun pozuntuları aşkar edilmədikdə, şikayətin işə alınması haqqında rəy tərtib olunur; 
112-1.6.7.  112.5-ci  maddədə  nəzərdə  tutulmuş  şikayətlərə  baxmaqdan  əsassız  olaraq  imtina 
edilərsə,  Mərkəzi  Seçki  Komissiyası  dairə  seçki  komissiyasının  və  onun  ekspert  qrupunun  müvafiq 
vəzifəli  şəxsinin  (şəxslərinin)  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  məsuliyyətə  cəlb  edilməsi  ilə 
əlaqədar öz səlahiyyətləri daxilində tədbirlər görür. 
112-1.7.  Seçki  komissiyasının  şikayətlərin  araşdırılması  ilə  bağlı  iclaslarının  aparılması  qaydası 
Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilir. Şikayətçi ərizəsində iclasda iştirak etmək barədə 


Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə