113.3. Namizədin qeydiyyatı məhkəmə tərəfindən səsvermə gününə bir gün qalanadək yalnız bu
Məcəllənin 113.2.3, 113.2.4, 113.2.7, 113.2.9, 113.2.11-ci maddələrində göstərilən hallar namizədin
qeydə alınmasından sonra aşkara çıxarıldıqda ləğv edilə bilər.
113.4. Namizədin qeydiyyatı səsvermə gününə 10 gündən az qalmış müddətdə ləğv edildikdə, bu
haqda məlumat seçki komissiyalarının məlumat lövhələrində yerləşdirilir.
M a d d ə 1 1 4 . Səsvermənin nəticələri və seçkilərin (referendumun) yekunları haqqında
seçki komissiyalarının qərarlarının ləğv edilməsi
114.1. Qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun, referendum üzrə
təşviqat qrupunun bu Məcəllənin 88.4-cü maddəsində göstərilən və seçkilərin nəticələrini düzgün
müəyyənləşdirməyə imkan verməyən qanun pozuntuları seçkilərin ilkin nəticələrinin rəsmi dərc
edilməsindən sonra aşkara çıxarıldıqda Mərkəzi Seçki Komissiyası seçkilərin yekunlarının rəsmi dərc
edilməsinədək namizədin seçilməsinin və ya referendumun yekunlarının etibarsız sayılması haqqında
apellyasiya instansiyası məhkəməsinə müraciət edə bilər.
121
114.2. Məhkəmə bu Məcəllənin 113.2.3-cü maddəsində göstərilən pozuntuların olduğunu
müəyyənləşdirərkən həmin pozuntuların seçicilərin iradəsini düzgün müəyyənləşdirməyə imkan
vermədiyini hesab edərsə, seçkilərin (referendumun) yekunları haqqında müvafiq seçki komissiyasının
qərarını ləğv edə bilər. Bu halda seçilmiş namizədin səlahiyyətləri itirilmiş hesab edilir.
114.3. Seçki dairəsində seçicilərin siyahısının tərtib edilməsi, seçki komissiyalarının yaradılması,
səsvermə, səslərin hesablanması və ya seçkilərin (referendumun) yekunlarının müəyyənləşdirilməsi
qaydaları pozulduqda, bu Məcəllə ilə nəzərdə tutulan digər pozuntular olduqda və bu hərəkətlər
(hərəkətsizlik) seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermədikdə müvafiq məhkəmə birmandatlı
və ya vahid seçki dairəsi üzrə səsvermənin nəticələri və ya seçkilərin (referendumun) yekunları haqqında
seçki komissiyasının qərarını ləğv edə bilər.
114.4. Müvafiq məhkəmə və ya Mərkəzi Seçki Komissiyası məntəqə və dairə seçki komissiyalarının
səsvermənin nəticələri və ya seçkilərin yekunları haqqında qərarlarını bu Məcəllə ilə nəzərdə tutulmuş
hallarda ləğv edə bilər.
114.5. Seçilməyən namizədlərə seçilməkdə kömək göstərilməsi ilə əlaqədar baş verən pozuntular
aşkar edildikdə, onlar seçkilərin yekunları barəsində qərarın ləğv edilməsi üçün əsas sayıla bilməz.
M a d d ə 1 1 5 . Vətəndaşların seçki hüquqlarının pozulmasına görə məsuliyyət
115.1. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, Mülki Məcəlləsinə və İnzibati Xətalar
Məcəlləsinə uyğun olaraq cinayət, mülki və ya inzibati məsuliyyətə aşağıdakı şəxslər cəlb edilə bilərlər:
115.1.1. zor tətbiqi ilə, aldatma, hədə ilə vətəndaşın seçmək və seçilmək hüququna mane olanlar;
115.1.2. seçkinin (referendumun) nəticələrinə təsir məqsədi ilə vəzifə səlahiyyətlərindən sui-istifadə
edənlər;
122
115.1.3. namizədin lehinə imza atmağa vətəndaşları məcbur edən və ya namizədin müdafiəsi üçün
imza yığılmasına mane olan və ya bu imzaların saxtalaşdırılmasında iştirak edən şəxslər;
115.1.4. seçiciləri ələ alanlar, yəni bu Məcəllənin 88.6-cı maddəsi ilə qadağan edilmiş hərəkətləri
edənlər;
115.1.5. qeydə alınmış seçicilər barəsində məlumatları vaxtında rəsmiləşdirməyənlər və
dəqiqləşdirməyənlər;
115.1.6. namizədlər barəsində bilərəkdən yalan məlumatlar yayanlar və ya namizədlərin şərəf və
ləyaqətini təhqir edən digər hərəkətləri edənlər (bu müddəa Azərbaycan Respublikası Konstitusiyasında
təsbit edilmiş söz və fikir azadlığının məhdudlaşdırılması üçün əsas ola bilməz);
115.1.7. seçki komissiyaları üzvlərinin, müşahidəçilərin, vəkil edilmiş şəxslərin, namizədlərin, siyasi
partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qrupunun səlahiyyətli
nümayəndələrinin, kütləvi informasiya vasitələri nümayəndələrinin hüquqlarını pozanlar, o cümlədən
seçki sənədlərinin surətlərinin və məlumatların vaxtında alınması və seçki sənədlərinin surətlərinin təsdiqi
ilə bağlı hüquqlarını pozanlar;
115.1.8. seçkiqabağı təşviqatın aparılması qaydalarını pozanlar, o cümlədən səsvermə gününə bir gün
qalmış və ya səsvermə günü təşviqat aparan şəxslər;
115.1.9. bu Məcəllənin müəyyən etdiyi qaydaların pozulmasına səbəb olan kommersiya və digər
reklamları hazırlayanlar və yayanlar yaxud xeyriyyə xidmətləri göstərənlər;
115.1.10. seçki kampaniyasının maliyyələşdirilməsinin bu Məcəllə ilə müəyyənləşdirilmiş
qaydalarını pozanlar;
115.1.11. seçki bülletenlərinin qalıqlarını gizlədənlər və ya seçki komissiyasının qeydə almadığı seçki
bülletenlərinin, səsvermə vəsiqələrinin əlavə tirajını hazırlayanlar;
115.1.12. seçki komissiyasının işinə mane olanlar və ya seçki komissiyası üzvlərinin öz vəzifələrini
yerinə yetirməsi ilə bağlı fəaliyyətlərinə qeyri-qanuni müdaxilə edənlər;
115.1.13. seçki məntəqələrində səsverməyə mane olanlar;
115.1.14. səsvermənin gizliliyini pozanlar;
115.1.15. seçiciləri öz iradələrinə zidd səs verməyə məcbur edənlər;
115.1.16. seçki sənədlərini saxtalaşdıranlar, saxta sənədlər tərtib və təqdim edənlər (seçki qutularına
bir şəxs tərəfindən birdən çox seçki bülleteni salmaq halları da daxil olmaqla), səsləri bilərəkdən qeyri-
düzgün hesablayanlar və ya seçkinin yekunlarını bilərəkdən təqdim və ya dərc etməyənlər;
115.1.17. vətəndaşların seçici siyahıları ilə tanış olmaq hüququnu pozanlar;
115.1.18. vətəndaşlara başqa şəxslərin əvəzinə səs vermək imkanı yaratmaq məqsədi ilə seçki
bülletenləri verənlər, vətəndaşa doldurulmuş seçki bülleteni verənlər və ya birdən artıq seçki bülleteni
alınmasına imkan yaradanlar;
115.1.19. seçkilərin hazırlanmasına və keçirilməsinə ayrılmış vəsaitin xərclənməsi hesabatlarını,
namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum
üzrə təşviqat qruplarının maliyyə hesabatlarını təqdim və dərc etməyənlər;
115.1.20. bu Məcəllədə nəzərdə tutulmuş hallarda seçkilərdə iştirak etmək üçün məzuniyyət
verməyən işəgötürənlər;
115.1.21. seçki komissiyalarının bu Məcəllənin pozulması ilə bağlı verdiyi məlumatları yoxlamayan
dövlət orqanlarının vəzifəli şəxsləri;
115.1.22. seçkilərdə iştirak etdiyi müddətdə xidməti vəzifələrinin icrasını dayandırmayan dövlət və
ya bələdiyyə xidmətində olan qeydə alınmış namizədlər;
115.1.23. seçici imzalarının toplanmasında iştirak edən hüquqi şəxslər, dövlət və bələdiyyə
orqanlarının, qurumların və təşkilatların vəzifəli şəxsləri.
123
M a d d ə 1 1 6 . Cərimələrin tətbiq edilməsi
124
Məntəqə və dairə seçki komissiyaları, Mərkəzi Seçki Komissiyası namizəd, qeydə alınmış namizəd,
habelə onların və siyasi partiya, siyasi partiyalar blokunun, referendum üzrə təşviqat qrupunun
səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri barəsində bu Məcəllədə nəzərdə tutulmuş hallarda
qanun pozuntularına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən inzibati xəta
protokolu tərtib etmək və cərimənin tətbiqi üçün məhkəməyə müraciət etmək hüququna malikdirlər.
125
XÜSUSI HİSSƏ
IV bölmə
REFERENDUM
On yeddinci fəsil
REFERENDUMA AİD ÜMUMİ MÜDDƏALAR
M a d d ə 1 1 7 . Referendum yolu ilə həll edilən məsələlər
Referenduma çıxarılan məsələlər Azərbaycan Respublikası Konstitusiyasının 3-cü maddəsinin I və II
hissələri ilə, 11-ci maddəsinin III hissəsi ilə və 152-ci maddəsi ilə müəyyən edilir.
M a d d ə 1 1 8 . Referendum yolu ilə həll edilə bilməyən məsələlər
Dostları ilə paylaş: |