Microsoft Word secki mecellesi doc


Seçki komissiyalarında nəzarət-təftiş xidməti



Yüklə 2,7 Mb.
Pdf görüntüsü
səhifə31/73
tarix29.08.2018
ölçüsü2,7 Mb.
#65261
1   ...   27   28   29   30   31   32   33   34   ...   73

 
M a d d ə   9 7 .  Seçki komissiyalarında nəzarət-təftiş xidməti 
97.1. Seçki komissiyalarına ayrılmış pul vəsaitinin təyinatı üzrə istifadəsinə, seçki fondları vəsaitinin 
düzgün  qeydə  alınmasına  və  istifadəsinə,  pul  vəsaitinin  daxil  olma  mənbələrinə  nəzarəti  təmin  etmək 
məqsədi  ilə  Mərkəzi  Seçki  Komissiyasında  və  dairə  seçki  komissiyasında  nəzarət-təftiş  xidmətləri 
yaradılır. 
97.2. Nəzarət-təftiş xidmətinə aşağıdakılar daxildir: 
97.2.1. nəzarət-təftiş xidmətinin rəhbəri; 
97.2.2.  həmin  xidmətə  təyin  edilmiş  seçki  komissiyasının  üzvləri,  dövlət  orqanlarından,  Mərkəzi 
Bankdan,  digər  təşkilat  və  idarələrdən  cəlb  edilmiş  mütəxəssislər.  Göstərilən  orqanlar  və  təşkilatlar 
müvafiq  seçki  komissiyasının  sorğusu  ilə  seçkilərin  təyin  edilməsi  haqqında  qərarın  rəsmi  dərc  edildiyi 
gündən başlayaraq Mərkəzi Seçki Komissiyasının sərəncamına seçkilər müddətinə müvafiq mütəxəssislər 
göndərməlidirlər. 
97.3.  Nəzarət-təftiş  xidmətinə  cəlb  edilən  mütəxəssislər  dövlət  və  ya  bələdiyyə  orqanlarının  işçiləri 
olduqda,  əsas  işdən  müvəqqəti  azad  edildikdə  əsas  iş  yeri  üzrə  orta  aylıq  əmək  haqqı  saxlanılır  və 
Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi qaydada və həcmdə müvafiq seçki komissiyası tərəfindən 
əlavə vəsait ödənilir. 
97.4.  Nəzarət-təftiş  xidməti  haqqında  əsasnamə  Mərkəzi  Seçki  Komissiyası  tərəfindən  seçkilər 
gününə  azı  50  gün  qalmış  təsdiq  edilir.  Nəzarət-təftiş  xidmətinin  fəaliyyətinin  təşkilati,  hüquqi,  maddi-
texniki təminatı müvafiq seçki komissiyaları tərəfindən həyata keçirilir.
77
 
97.5.  Nəzarət-təftiş  xidməti  namizədlərin,  qeydə  alınmış  namizədlərin,  siyasi  partiyaların,  siyasi 
partiyalar  bloklarının,  referendum  üzrə  təşviqat  qruplarının  seçki  fondlarına  vəsaitin  daxil  olmasına,  bu 
vəsaitin  uçotuna  və  təyinatı  üzrə  xərclənməsinə,  habelə  aşağı  seçki  komissiyalarına  ayrılmış  vəsaitin 
təyinatı  üzrə  xərclənməsinə  nəzarət  etmək  hüququna  malikdir.  Bu  məqsədlər  üçün  müvafiq  seçki 
komissiyasının tapşırığı ilə nəzarət-təftiş xidməti: 
97.5.1.  namizədlərin,  qeydə  alınmış  namizədlərin,  siyasi  partiyaların,  siyasi  partiyalar  bloklarının, 
referendum üzrə təşviqat qruplarının, aşağı seçki komissiyalarının maliyyə hesabatlarını yoxlayır; 
97.5.2.  namizədlərdən,  qeydə  alınmış  namizədlərdən,  siyasi  partiyalardan,  siyasi  partiyaların 
bloklarından, referendum üzrə təşviqat qruplarından, seçki komissiyalarından öz səlahiyyətinə aid bütün 
məsələlər üzrə məlumat alır; 
97.5.3.  icra  hakimiyyəti  orqanlarından,  bələdiyyə  qurumlarından,  mülkiyyət  formasından  asılı 
olmayaraq  təşkilatlardan,  vətəndaşlardan  nəzarət-təftiş  xidmətinə  aid  məsələlər  barəsində,  seçkilərin 
maliyyə  təminatı  ilə  əlaqədar  zəruri  məlumatları  alır;  nəzarət-təftiş  xidmətinin  müraciətlərinə  10  gün 
müddətində, səsvermə gününə 5 gün qalmış və səsvermə günü dərhal cavab verilir; 
97.5.4.  seçkilərin  maliyyələşdirilməsində  yol  verilmiş  maliyyə  pozuntuları  barədə  müvafiq  sənədlər 
tərtib edir; 
97.5.5.  seçkilərin  maliyyələşdirilməsində  buraxdıqları  pozuntulara  görə  vətəndaşlara  və  hüquqi 
şəxslərə,  namizədlərə,  qeydə  alınmış  namizədlərə,  siyasi  partiyalara,  siyasi  partiyaların  bloklarına, 
referendum  üzrə  təşviqat  qruplarına  qarşı  müvafiq  məsuliyyət  tədbirlərinin  tətbiq  edilməsi  haqqında 
müvafiq seçki komissiyaları qarşısında məsələ qaldırır; 
97.5.6. yoxlamaların keçirilməsi və ekspert rəylərinin hazırlanması üçün ekspertləri cəlb edir. 
 
III bölmə
  
SEÇKİLƏRİN (REFERENDUMUN) KEÇİRİLMƏSİ 
On beşinci fəsil 
SƏSVERMƏNİN TƏŞKİLİ 
 
M a d d ə   9 8 .  Səsvermə otağı 
98.1. Müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə qurumu məntəqə seçki komissiyasına əvəzsiz 
olaraq səsvermə otağı ayırır. 


98.2. Səsvermə otağına səsvermə qutuları, kabinəsi, stol, yazı ləvazimatı və gizli səsvermə üçün lazım 
olan  digər  zəruri  əşyalar  qoyulmalıdır  (qurulmalıdır).  Səsvermə  qutuları,  kabinəsi  və  digər  xüsusi 
avadanlıq elə yerləşdirilməlidir ki, seçicilərin səs verərkən rahat hərəkət etmələrinə mane olmasın. 
98.3.  Səsvermə  otağında  namizədlər  haqqında,  bülletenlərin  doldurulması  qaydası  haqqında 
məlumatları  göstərilməsi  məqsədi  ilə  Mərkəzi  Seçki  Komissiyasının  müəyyən  etdiyi  formada  məlumat 
lövhələri yerləşdirilməlidir. Göstərilən lövhə elə yerləşdirilməlidir ki, seçicilər lövhədə olan materialları 
sərbəst  oxuya  bilsinlər.  Seçki  bülletenlərinin  nümunələrində  qeydə  alınmış  namizədlərin  (siyasi 
partiyaların,  siyasi  partiyalar  bloklarının)  adlarından  istifadə  edilə  bilməz,  referendum  üzrə  səsvermə 
bülletenlərində  isə  heç  bir  işarə  qoyula  bilməz.  Lövhədə  cinayət  və  inzibati  qanunvericilikdən 
vətəndaşların  seçki  hüquqlarının  pozulmasına  görə  məsuliyyət  müəyyənləşdirən  məlumatlar 
yerləşdirilməlidir.  Qeydə  alınmış  namizədin  ödənilməmiş  və  ya  üzərindən  götürülməmiş  məhkumluğu 
olduqda  məlumatda  qeydə  alınmış  namizədin  məsuliyyətə  alındığı  Cinayət  Məcəlləsinin  müvafiq 
maddəsinin adı, nömrəsi, namizədin yaşadığı başqa dövlətdə Cinayət Məcəlləsində cinayət sayılan əməli 
olmuş  və  bu  haqda  qanuni  qüvvəyə  minmiş  məhkəmə  hökmü  çıxarılmışsa,  xarici  dövlətin  müvafiq 
qanununun adı göstərilməlidir. 
98.4.  Səsvermə  başlandığı  andan  səsvermə  otağında  səsvermənin  yekunları  barədə  məlumatları 
göstərmək məqsədi ilə, səsvermənin yekununa aid böyüdülmüş protokol nümunələri asılmalıdır. 
98.5. Səsvermə otağı elə təşkil edilməlidir ki, seçki bülletenlərinin verildiyi yer, kabinələr, səsvermə 
üçün  digər  yerlər,  səsvermə  qutuları  məntəqə  seçki  komissiyasının  üzvləri  və  müşahidəçilər  tərəfindən 
sərbəst görünə bilsin. 
 
M a d d ə   9 9 .  Seçki bülletenləri 
99.1. Seçki bülletenlərinin (bundan sonra — seçki bülleteni) hazırlanması qaydası, mətni və forması, 
onların sayı, hazırlanmasına aid tələblər səsvermə gününə azı 35 gün qalmış Mərkəzi Seçki Komissiyası 
tərəfindən təsdiq edilir. 
99.2. Seçki bülletenlərində namizədlərin soyadları əlifba sırası ilə yerləşdirilir. 
99.3. Hər bir seçki bülleteni Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi qaydada bir-bir və ardıcıl 
olaraq  nömrələnməlidir  və  onun  doldurulması  qaydası  haqqında  izahat  verilməlidir.  Nömrə  seçki 
bülleteninin kəsilən küncündə yerləşdirilir. 
99.4. Seçki bülletenləri Mərkəzi Seçki Komissiyasının qərarı ilə onun nümayəndələrinin müşahidəsi 
altında poliqrafiya müəssisələrində səsvermə gününə ən azı 10 gün qalmış hazırlanır. Hazırlanmış seçki 
bülletenlərinin sayı müvafiq seçki dairəsində qeydə alınmış seçicilərin sayından ən çoxu 3 faiz artıq ola 
bilər. 
99.5.  Poliqrafiya  müəssisəsi  yararsız  seçki  bülletenlərinin  seçilib  ayrılmasını  təmin  edir  və  Mərkəzi 
Seçki  Komissiyasının  səlahiyyətli  üzvünə  bülletenləri  onların  sayı,  buraxılma  tarixi,  nömrələri  və  vaxtı 
göstərilmiş  akt  üzrə  təhvil  verir.  Seçki  bülletenlərini  sifarişə  uyğun  olaraq  təhvil  verdikdən  sonra 
poliqrafiya müəssisəsinin işçiləri çıxdaş olunmuş və artıq çap edilmiş bülletenləri məhv edir və bu barədə 
bütün  iştirakçıların  imzası  qoyulmaqla  akt  tərtib  edir.  Həmin  hərəkətlərin  edilməsini  Mərkəzi  Seçki 
Komissiyasının  üzvləri  və  bu  Məcəllənin  40.2-cı  və  40.4-cü  maddələrində  göstərilən  şəxslər  müşahidə 
edə  bilərlər.  Mərkəzi  Seçki  Komissiyası  qeydə  alınmış  namizədlərə,  siyasi  partiyaların,  siyasi  partiyalar 
bloklarının,  referendum  üzrə  təşviqat  qruplarının  səlahiyyətli  nümayəndələrinə  seçki  bülletenlərinin 
buraxılması yeri və vaxtı barədə məlumat verməlidir. 
99.6.  Mərkəzi  Seçki  Komissiyası  poliqrafiya  müəssisəsindən  seçki  bülletenlərini  aldıqdan  sonra 
səsvermə gününə azı 5 gün qalmış müvafiq dairə seçki komissiyasının sədrinin və katiblərinin iştirakı ilə 
bülletenlərin  sayını,  verilmə  tarixini,  vaxtını  göstərməklə  akt  tərtib  edib,  seçki  bülletenlərini  dairə  seçki 
komissiyasının sədrinə verir. Hər bir məntəqə seçki komissiyasına verilən seçki bülletenlərinin sayı dairə 
seçki  komissiyasının  qərarı  ilə  müəyyənləşdirilir.  Dairə  seçki  komissiyası  səsvermə  gününə  azı  3  gün 
qalmış  seçki  bülletenlərini  göstərilən  qaydada  məntəqə  seçki  komissiyalarına  verir.  Məntəqə  seçki 
komissiyalarına verilmiş seçki bülletenlərinin sayı seçki bülletenlərinin verildiyi günədək seçki məntəqəsi 
üzrə  siyahıya  daxil  edilmiş  seçicilərin  sayının  90  faizindən  az,  0,5  faizindən  isə  artıq  ola  bilməz.  Seçki 
bülletenləri  məntəqə  seçki  komissiyası  tərəfindən  sayılır  və  alınmış  seçki  bülletenlərinin  sayı  məntəqə 
seçki komissiyasının qərarı ilə təsdiq edilir. Əgər verilməli olan və alınan seçki bülletenlərinin sayı düz 
gəlməzsə,  dairə  seçki  komissiyası  bu  uyğunsuzluq  haqqında  dərhal  məlumatlandırılır.  Seçki 
bülletenlərinin üz tərəfinin yuxarı sağ küncü məntəqə seçki komissiyasının möhürü ilə təsdiq edilir. 


Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə