Microsoft Word secki mecellesi doc



Yüklə 2,7 Mb.
Pdf görüntüsü
səhifə25/73
tarix29.08.2018
ölçüsü2,7 Mb.
#65261
1   ...   21   22   23   24   25   26   27   28   ...   73

Püşkatmanın  nəticələri  protokolla  rəsmiləşdirilir.  Püşkatma  nəticəsində  efir  vaxtının  bölgüsü  cədvəli  bu 
Məcəllənin 77.2 və 77.3-cü maddələrində nəzərdə tutulan dövri nəşrlərdə dərc edilir. 
80.8.  Teleradio  verilişləri  təşkilatlarının  namizədə,  siyasi  partiyaya,  siyasi  partiyaların  blokuna, 
referendum  üzrə  təşviqat  qrupuna  pulsuz  efir  vaxtı  verilməsi  ilə  əlaqədar  çəkdikləri  xərclər  həmin 
teleradio verilişləri təşkilatlarına dövlət büdcəsindən ödənilir. 
 
M a d d ə   8 1 .   Televiziya  və  radioda  seçkiqabağı  təşviqatın  ödənişli  əsaslarla  aparılması 
məqsədi ilə efir vaxtının verilməsi şərtləri 
81.1.  Bu  Məcəllənin  77.1  və  77.4-cü  maddələrində  nəzərdə  tutulmayan  teleradio  verilişləri 
təşkilatlarının  kanallarında  seçkiqabağı  təşviqat  teleradio  verilişləri  təşkilatı  ilə  bağlanmış  müqaviləyə 
uyğun olaraq başlayır. 
81.2.  Bu  Məcəllənin  77.1-ci  maddəsində  nəzərdə  tutulan  teleradio  verilişləri  təşkilatları  seçkiqabağı 
təşviqatı ödənişli əsaslarla aparmaq üçün ehtiyatda əlavə efir vaxtı saxlamalıdırlar. Bələdiyyə üzvlüyünə 
namizədlər və üzvlərinin sayı 20 mindən az olan referendum üzrə təşviqat qrupları həmin vaxtdan istifadə 
edə bilməzlər. Bütün qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, referendum 
üzrə  təşviqat  qrupları  üçün  ödəniş  həcmi  və  şərtləri  eyni  olmalı  və  seçkilərin  təyin  edilməsi  haqqında 
qərarın  rəsmi  dərc  edildiyi  gündən  başlayaraq  ən  geci  30  gün  ərzində  bu  barədə  müvafiq  məlumat  dərc 
edilməlidir. Hər bir teleradio verilişləri təşkilatının ödənişli istifadəyə təqdim edəcəyi ehtiyatda olan efir 
vaxtının ümumi həcmi bu Məcəllənin 80.5-ci maddəsinə uyğun olaraq ayrılan pulsuz efir vaxtının ümumi 
həcmindən az və həmin həcmdən iki dəfədən artıq ola bilməz.
64
 
81.3.  Qeydə  alınmış  hər  bir  namizəd,  siyasi  partiya,  siyasi  partiyaların  bloku,  referendum  üzrə 
təşviqat qrupları üçün ehtiyatda saxlanmış efir vaxtından ödənişli əsaslarla istifadə norması onun ümumi 
həcminin qeydə alınmış namizədlərin ümumi sayına bölünməsi yolu ilə müəyyənləşdirilir. 
81.4.  Bu  Məcəllənin  81.2-ci  maddəsində  göstərilən  efir  vaxtı  teleradio  verilişləri  təşkilatları 
tərəfindən  bu  Məcəllənin  80.4-cü  maddəsində  göstərilən  müddətdə  təqdim  edilməlidir.  Seçkiqabağı 
təşviqat materiallarının efirə çıxarılması vaxtı və tarixi namizədlərin, siyasi partiyaların, siyasi partiyalar 
bloklarının,  referendum  üzrə  təşviqat  qrupları  səlahiyyətli  nümayəndələrinin  verdikləri  müvafiq  bildiriş 
əsasında  onların  iştirakı  ilə  keçirilən  püşkatma  nəticəsində  teleradio  verilişləri  təşkilatları  tərəfindən 
müəyyənləşdirilir.  Püşkatma  bu  Məcəllənin  80.4-cü  maddəsində  müəyyənləşdirilmiş  müddətdə 
keçirilməlidir. Efir vaxtı püşkatma keçirildikdən sonra bağlanmış müqavilə əsasında təqdim edilir. 
81.5. Qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyaların bloku, referendum üzrə təşviqat qrupu 
püşkatma keçirildikdən sonra efir vaxtından istifadə etməkdən imtina edərsə, efirə çıxmağa 2 gün qalmış 
müvafiq teleradio verilişləri təşkilatlarına bu barədə məlumat verməlidir, teleradio verilişləri təşkilatları, 
seçkiqabağı təşviqat məqsədləri üçün istifadə istisna olmaqla, sərbəstləşmiş efir vaxtından öz mülahizəsi 
üzrə istifadə edir. 
81.6.  Bu  Məcəllənin  77.1  və  77.4-cü  maddələrində  nəzərdə  tutulmayan  teleradio  verilişləri 
təşkilatlarının  qeydə  alınmış  namizədlərə,  siyasi  partiyalara,  siyasi  partiyaların  bloklarına,  referendum 
üzrə təşviqat qruplarına efir vaxtı verməsi və onun dəyərinin ödənilməsi bərabər əsaslarla və şərtlər üzrə 
həyata  keçirilir.  Həmin  tələblərə,  habelə  bu  Məcəllənin  78.2-ci  maddəsinin  tələbinə  əməl  etməyən 
teleradio verilişləri təşkilatları qeydə alınmış namizədlərə, siyasi partiyalara, siyasi partiyaların bloklarına, 
referendum üzrə təşviqat qruplarına seçkiqabağı təşviqat məqsədləri üçün efir vaxtı ayıra bilməz. 
81.7. Ödənişli efir vaxtı verilməsi haqqında müqavilədə aşağıdakılar nəzərdə tutulmalıdır: 
81.7.1. seçkiqabağı təşviqatın forması; 
81.7.2. efirə çıxma vaxtı və tarixi; 
81.7.3. verilən efir vaxtının müddəti, onun ödənilməsi qaydası və ödənişin həcmi; 
81.7.4.  aparıcı  jurnalistin  teleradio  verilişləri  prosesində  iştirakı  forması  və  şərtləri  qeyd  olunmaqla 
müqavilə  şərtləri  yerinə  yetirildikdən  sonra  verilişlərin  proqramı,  verilişin  adı  və  efirə  çıxma  vaxtı 
göstərilməklə, efir vaxtından istifadə edildiyi barədə akt bağlanır. 
81.8. Efir vaxtı dəyərinin ödənilməsi üçün vəsaitin tam həcmdə köçürülməsi barədə ödəmə tapşırığını 
qeydə  alınmış  namizəd,  siyasi  partiya,  siyasi  partiyaların  bloku,  referendum  üzrə  təşviqat  qrupu  efir 
vaxtının verilməsi gününə ən geci 48 saat qalmış müvafiq banka təqdim etməlidir. Müvafiq bank ödəniş 
tapşırığını aldıqdan sonra pul vəsaitini gecikdirmədən köçürməlidir. Nağdsız ödənişin həyata keçirilməsi 
müddəti iki bank günündən çox olmamalıdır. 


81.9.  Efir  vaxtı  dəyərinin  ödənişi  qeydə  alınmış  namizədin,  siyasi  partiyanın,  siyasi  partiyalar 
blokunun seçki fondu və referendum üzrə təşviqat qrupunun seçkiqabağı maliyyə fondu (bundan sonra — 
seçki fondu) vəsaitləri hesabına həyata keçirilməlidir. 
81.10.  Qeydə  alınmış  namizəd,  siyasi  partiya,  siyasi  partiyaların  bloku,  referendum  üzrə  təşviqat 
qrupu  dəyəri  ödənilmiş  efir  vaxtından  istifadə  zamanı  bu  Məcəllə  ilə  müəyyənləşdirilmiş  şərtləri 
pozduqda,  teleradio  verilişləri  təşkilatları  efir  vaxtının  verilməsi  haqqında  müqavilənin  ləğvi  üçün 
məhkəməyə  müraciət  edə  bilərlər.  Müqavilə  ləğv  edildikdə  teleradio  verilişləri  təşkilatlarının 
sərbəstləşmiş efir vaxtından seçkiqabağı təşviqat məqsədləri üçün istifadə etmək hüququ yoxdur. 
81.11. Televiziya və radioda seçkiqabağı təşviqatın ödənişli əsaslarla aparılması məqsədi ilə efir vaxtı 
reklam haqqında qanunvericiliyə uyğun olaraq ayrılır.
65
 
 
M a d d ə   8 2 .   Televiziya  və  radioda  seçkiqabağı  təşviqat  materiallarının  verilməsinə  dair 
tələblər 
82.1. Qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun, referendum üzrə təşviqat 
qrupunun seçkiqabağı təşviqat materiallarının verilməsini malların, işlərin və xidmətlərin reklamları ilə və 
ya digər proqramların verilməsi ilə dayandırmaq qadağan edilir. 
82.2. Qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun, referendum üzrə təşviqat 
qrupunun  seçkiqabağı  təşviqat  materiallarının  bu  Məcəllənin  77.1-ci  maddəsində  göstərilən  teleradio 
verilişləri təşkilatlarının kanallarında verilməsini digər teleradio proqramlarının verilməsi ilə dayandırmaq 
qadağandır. 
82.3.  Qeydə  alınmış  namizədlərin,  siyasi  partiyaların,  siyasi  partiyalar  bloklarının  referendum  üzrə 
təşviqat qruplarının seçkiqabağı tədbirlərinin keçirilməsi haqqında məlumatlar, bir qayda olaraq, teleradio 
proqramlarında  məlumatların  şərhsiz  göstərildiyi  proqramların  başlanğıcında  verilməlidir.  Belə 
məlumatlara  sərf  edilən  efir  vaxtının  dəyərini  qeydə  alınmış  namizədlər,  siyasi  partiyalar,  siyasi 
partiyaların  blokları,  referendum  üzrə  təşviqat  qrupları  ödəmirlər.  Bu  halda  seçkiqabağı  təşviqatın 
işıqlandırılmasında  hər  hansı  bir  qeydə  alınmış  namizədə,  siyasi  partiyaya,  siyasi  partiyaların  blokuna, 
referendum üzrə təşviqat qrupuna üstünlük verilməməlidir. 
82.4. Seçkiqabağı təşviqata aid teleradio proqramlarının video və audio yazısı aparılır, həmin yazılar 
efirə  çıxdığı  gündən  12  ay  müddətində  müvafiq  teleradio  verilişləri  təşkilatları  tərəfindən  qorunub 
saxlanılır.  Teleradio  verilişləri  təşkilatları  pulsuz  və  ödənişli  efir  vaxtının  verilməsinə  aid  hesabat 
sənədlərini səsvermə günündən başlayaraq 5 il müddətində saxlamalıdırlar. 
 
M a d d ə   8 3 .   Dövri  nəşrlər  vasitəsi  ilə  seçkiqabağı  təşviqatın  pulsuz  əsaslarla  aparılması 
şərtləri 
83.1. Prezidentliyə namizədlərin, birmandatlı seçki dairələrinin 60-dan çoxunda və ya bələdiyyələrin 
yarısından çoxunda namizədləri qeydə alınmış siyasi partiyaların, siyasi partiyalar bloklarının, üzvlərinin 
sayı 40 min və daha çox olan referendum üzrə təşviqat qruplarının seçkiqabağı təşviqatı pulsuz aparmaq 
məqsədi  ilə  bu  Məcəllənin  77.2-ci  maddəsində  göstərilən,  həftədə  azı  bir  dəfə  çıxan  dövri  nəşrlərdə 
pulsuz dərc üçün müvafiq yer almaq hüququ vardır. 
83.2. Birmandatlı seçki dairələri üzrə qeydə alınmış namizədlərin, üzvlərinin sayı 20 min və daha çox 
olan  referendum  üzrə  təşviqat  qruplarının,  bələdiyyələrin  1/3-dən  çoxunda  namizədləri  qeydə  alınmış 
siyasi  partiyaların,  siyasi  partiyalar  bloklarının  seçkiqabağı  təşviqatı  pulsuz  aparılmaq  məqsədi  ilə  bu 
Məcəllənin  77.3-cü  maddəsində  göstərilən,  həftədə  azı  bir  dəfə  çıxan  dövri  nəşrlərdə  pulsuz  dərc  üçün 
müvafiq yer almaq hüququ vardır. 
83.3.  Bələdiyyə  üzvlüyünə  namizədlərin,  üzvlərinin  sayı  2  min  və  daha  çox  olan  referendum  üzrə 
vətəndaşların  təşəbbüs  qruplarının  seçkiqabağı  təşviqatı  aparılmaq  məqsədi  ilə  bu  Məcəllənin  77.4-cü 
maddəsində azı həftədə bir dəfə çıxan dövri nəşrlərdə pulsuz dərc üçün müvafiq yer almaq hüququ vardır. 
83.4.  Bu  Məcəllənin  75-ci  maddəsində  göstərilən  müddət  başlandıqdan  sonra,  qeydə  alınmış 
namizədlərin,  siyasi  partiyaların,  siyasi  partiyalar  bloklarının  referendum  üzrə  təşviqat  qruplarının 
verdikləri ərizələr əsasında pulsuz nəşr səhifələrindən istifadə məqsədilə onların arasında Mərkəzi Seçki 
Komissiyasının müəyyənləşdirdiyi qaydada püşkatma bir həftə müddətində keçirilir. 
83.5.  Bu  Məcəllənin  77.1-ci  maddəsində  göstərilən  dövri  nəşrlərin  redaksiyaları  dövri  nəşrlərdə 
pulsuz dərc üçün müvafiq səhifələr ayırırlar. 


Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə