Microsoft Word secki mecellesi doc



Yüklə 2,7 Mb.
Pdf görüntüsü
səhifə21/73
tarix29.08.2018
ölçüsü2,7 Mb.
#65261
1   ...   17   18   19   20   21   22   23   24   ...   73

64.6. Referendum üzrə təşviqat qrupunun qərarı ilə yazılı formada xəbərdar etməklə, nümayəndənin 
səlahiyyətlərinə  xitam  verilə  bilər;  bu  barədə  qəbul  edilmiş  qərarın  surəti  qrupu  qeydiyyata  alan  seçki 
komissiyasına  və  dairə  seçki  komissiyalarına  göndərilməlidir.  Bu  qərar  referendum  üzrə  təşviqat  qrupu 
üzvlərinin  səs  çoxluğu  ilə  qəbul  edilir  və  onu  qəbul  edənlər  tərəfindən  imzalanır.  Bu  halda  referendum 
üzrə təşviqat qrupu başqa səlahiyyətli nümayəndə təyin edə bilər. 
64.7.  Referendum  üzrə  təşviqat  qrupunun  səlahiyyətli  nümayəndələrinin  səlahiyyət  müddəti  onların 
təyin edildiyi vaxtdan başlanır və referendumun nəticələrinin rəsmi dərc edildiyi gündən gec olmayaraq 
başa çatır. 
 
M a d d ə   6 5 .   Referendum  üzrə  təşviqat  qrupunun  yaradılması  üçün  seçici  imzalarının 
toplanması qaydası 
65.1.  Referendum  üzrə  təşviqat  qrupunun  yaradılması  üçün  imzalar  bu  Məcəllənin  57-ci  maddəsinə 
uyğun olaraq toplanır və rəsmiləşdirilir. İmza vərəqələri bu Məcəlləyə 4 saylı əlavəyə uyğun hazırlanır. 
65.2.  Referendum  üzrə  təşviqat  qrupu  yaradılmasının  təşəbbüsçüləri  Azərbaycan  Respublikasının 
bütün  ərazisində  referendumqabağı  təşviqatın  aparılması  niyyətində  olduqda,  onlar  referendum  üzrə 
təşviqat  qrupunda  üzvlüyə  razılığa  dair  azı  40  min  seçicinin  imzasını  azı  60  seçki  dairəsinin  ərazisində 
toplamalıdırlar.  Bu  halda  bir  seçki  dairəsindən  olan  referendum  üzrə  təşviqat  qrupunun  potensial 
üzvlərinin sayı 100-dən az ola bilməz. 
65.3.  Referendum  üzrə  təşviqat  qrupu  yaradılmasının  təşəbbüsçüləri  Azərbaycan  Respublikası 
ərazisinin  bir  hissəsində  referendumqabağı  təşviqatın  aparılması  niyyətində  olduqda,  onlar 
referendumqabağı  təşviqatın  aparılması  nəzərdə  tutulan  hər  bir  seçki  dairəsinin  ərazisində  referendum 
üzrə təşviqat qrupunda üzvlüyə dair azı 100 seçici imzası toplamalıdırlar. 
65.4. Seçici öz iradəsinə uyğun olaraq referendum üzrə təşviqat qrupunda üzvlük haqqında yalnız bir 
dəfə imza etmək hüququna malikdir. 
65.5.  İmza  toplandıqdan  sonra  imza  vərəqəsi  imza  toplayan  şəxs  və  referendum  üzrə  təşviqat 
qrupunun  təşəbbüsçülərinin  səlahiyyətli  nümayəndəsi  tərəfindən  imzalanır.  İmza  toplayan  şəxs  imza 
vərəqəsinə  imza  qoymazdan  əvvəl  soyadını,  adını,  atasının  adını,  yaşayış  yerinin  ünvanını,  şəxsiyyət 
vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyasını və nömrəsini, verilmə tarixini göstərir. 
 
M a d d ə   6 6 .   Referendum  üzrə  təşviqat  qrupunun  qeydə  alınması  üçün  sənədlərin  təqdim 
edilməsi 
66.1.  Referendum  üzrə  təşviqat  qrupunun  qeydə  alınması  üçün  zəruri  olan  imzalar  bu  Məcəllənin 
65.3-cü maddəsinə uyğun olaraq bir və ya bir neçə seçki dairəsinin ərazisində toplanıbsa, bu Məcəllənin 
66.2-ci  maddəsində  göstərilən  sənədlər  ərazisində  imzaların  əksəriyyəti  toplanmış  müvafiq  dairə  seçki 
komissiyasına  təqdim  edilir;  bu  Məcəllənin  65.2-ci  maddəsində  göstərilən  qaydada  seçici  imzalarını 
toplayan  referendum  üzrə  təşviqat  qrupları  yaradılmasının  təşəbbüsçüləri  bu  Məcəllənin  66.2-ci 
maddəsində göstərilən sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim edirlər. 
66.2.  Referendum  üzrə  təşviqat  qrupunun  qeydə  alınması  üçün  onun  səlahiyyətli  nümayəndəsi 
səsvermə  gününə  azı  35  gün  qalmış  saat  18.00-dək  müvafiq  seçki  komissiyasına  aşağıdakı  sənədləri 
təqdim etməlidir:
51
 
66.2.1. toplanmış seçici imzaları olan imza vərəqələri; 
66.2.2.  seçici  imzaları  toplanmasının  yekunu  haqqında  Mərkəzi  Seçki  Komissiyasının 
müəyyənləşdirdiyi formada tərtib edilmiş protokolun 2 nüsxəsi; 
66.2.3.  referendum  üzrə  təşviqat  qrupunun  yaradılması  təşəbbüsçülərinin  ilkin  maliyyə  hesabatı 
(seçici imzaları toplanmasının təşkilinə sərf edilən vəsait haqqında məlumatlar göstərilməklə). 
66.3.  Müvafiq  seçki  komissiyası  sənədləri  qəbul  edərkən  imza  vərəqələri  olan  hər  bir  qovluğu 
möhürü  ilə  təsdiqləyir,  təqdim  olunmuş  imza  vərəqələri  sayının  seçici  imzaları  toplanmasının  yekunu 
haqqında protokola uyğunluğunu yoxlayır, sonra isə onların qəbul edilmə tarixini və vaxtını qeyd edərək, 
referendum üzrə təşviqat qrupu yaradılması təşəbbüsçülərinin səlahiyyətli nümayəndəsinə, qəbul edilmiş 
imza  vərəqələrinin  sayını  və  onlardakı  imzaların  sayını  göstərməklə,  sənədlərin  qəbulu  barədə  yazılı 
arayış verir. Həmin şəxslər tərəfindən müvafiq seçki komissiyasına müvafiq sənədlər bu Məcəllənin 66.2-
ci  maddəsində  göstərilmiş  müddət  başa  çatanadək  təqdim  edildikdə,  onların  qəbul  edilməsindən  imtina 


edilə  bilməz,  referendum  üzrə  təşviqat  qrupunun  səlahiyyətli  nümayəndəsinin  müvafiq  binaya  (otağa) 
daxil olmasına məhdudiyyət qoyula bilməz. 
66.4.  Referendum  üzrə  təşviqat  qrupunun  qeydiyyatı  müvafiq  seçki  komissiyasına  seçici  imzaları 
təqdim olunduqdan sonra aparılır. 
 
M a d d ə   6 7 .   Referendum  üzrə  təşviqat  qruplarının  qeydə  alınması  üçün  zəruri  olan  seçici 
imzalarının yoxlanılması 
Referendum üzrə təşviqat qruplarının qeydə alınması üçün zəruri olan seçici imzalarının yoxlanılması 
bu Məcəllənin 59-cu maddəsində göstərilən qaydada həyata keçirilir. 
 
M a d d ə   6 8 .  Referendum üzrə təşviqat qrupunun qeydə alınması 
68.1.  Müvafiq  seçki  komissiyası  imza  vərəqələrini  və  referendum  üzrə  təşviqat  qrupunun  qeydə 
alınması üçün lazım olan digər sənədləri qəbul etdikdən sonra 7 gün müddətində referendum üzrə təşviqat 
qrupunun qeydə alınması barədə qərar və ya onun qeydə alınmasından imtina edilməsi barədə qərar qəbul 
etməlidir.  Qeydə  alma  və  ya  qeydə  almaqdan  imtina  barədə  qərarda  onun  qəbul  olunduğu  tarix  və  vaxt 
göstərilir.
52
 
68.2.  Referendum  üzrə  təşviqat  qrupunun  qeydə  alınması  barədə  qərarın  surəti  müvafiq  seçki 
komissiyası tərəfindən həmin qərarın qəbul edildiyi gündən etibarən bir gün müddətində referendum üzrə 
təşviqat  qrupu  yaradılması  təşəbbüsçülərinin  səlahiyyətli  nümayəndələrinə  verilməli,  həm  də  qeydə 
almaqdan imtina olunubsa, bunun əsasları göstərilməlidir. İmtina üçün aşağıdakılar əsas ola bilər: 
68.2.1. bu Məcəllə ilə müəyyənləşdirilmiş imzaların toplanması qaydasının pozulması; 
68.2.2.  bu  Məcəllənin  63,  65,  66.2  və  66.3-cü  maddələrində  göstərilən  sənədlərin  düzgün 
rəsmiləşdirilməməsi və ya olmaması; 
68.2.3.  referendum  üzrə  təşviqat  qrupunun  qeydə  alınması  üçün  təqdim  edilmiş  etibarlı  seçici 
imzalarının lazımi saydan az olması; 
68.2.4.  referendum  üzrə  təşviqat  qrupunun  maliyyə  fondunun  yaradılması  qaydasının  və  ya  onun 
vəsaitinin xərclənməsi qaydasının pozulması (bu əsas yalnız o vaxt tətbiq edilə bilər ki, əvvəllər bu cür 
pozuntuya görə xəbərdarlıq edilsin və ya cərimə tətbiq edilsin); 
68.2.5. bu Məcəllənin 55-ci maddəsinin tələblərinin referendum üzrə təşviqat qrupu təşəbbüsçülərinin 
səlahiyyətli nümayəndəsi tərəfindən pozulması (bu əsas yalnız o vaxt tətbiq edilə bilər ki, əvvəllər bu cür 
pozuntuya görə xəbərdarlıq edilsin və ya cərimə tətbiq edilsin — bü cür pozuntu digər məsuliyyətə səbəb 
olmursa). 
68.3.  Bu  Məcəllənin  68.2-ci  maddəsində  göstərilən  hallar  qeydiyyatdan  imtina  barədə  qərarın 
çıxarılması üçün əsas götürüldükdə, qərar buraxılan səhvə (qüsura, pozuntuya) mütənasib olmalıdır. 
68.4.  Bu  Məcəllənin  68.2.2-ci  və  68.2.4-cü  maddələrində  göstərilən  səbəblər  olduqda,  səhvlər  və 
pozuntular  müvafiq  sənədlərdə  referendum  üzrə  təşviqat  qrupunun  səlahiyyətli  nümayəndəsi  tərəfindən 
düzəlişlərin  edilməsi  yolu  ilə  aradan  götürülə  bilərsə,  müvafiq  seçki  komissiyası  səlahiyyətli 
nümayəndəni bu haqda 2 gün müddətində xəbərdar edir və onun tərəfindən müvafiq düzəlişlər edildikdən 
sonra referendum üzrə təşviqat qrupunu qeydə alır. 
68.5. Cinayət məsuliyyətinə və ya inzibati məsuliyyətə səbəb ola biləcək hüquq pozuntusu əlamətləri 
aşkar  edildikdə  seçki  komissiyası  bu  Məcəllənin  pozulmasında  təqsirli  olan  şəxslərin  məsuliyyətə  cəlb 
edilməsi məsələsinə baxılması üçün müvafiq sənəd və materialları hüquq mühafizə orqanlarına göndərir. 
68.6. Qeydə alınmış referendum üzrə təşviqat qrupunun hər bir səlahiyyətli nümayəndəsinə qeydiyyat 
vəsiqəsi  verilir.  Mərkəzi  Seçki  Komissiyası  qeydə  alınmış  referendum  üzrə  təşviqat  qrupları  barədə 
məlumatları  qeydiyyatdan  sonra  24  saat  müddətində  kütləvi  informasiya  vasitələrinə  təqdim  edir.  Dairə 
seçki  komissiyaları  referendum  üzrə  təşviqat  qrupları  barədə  məlumatları  səsvermə  gününə  azı  15  gün 
qalmış  seçki  komissiyasının  otaqlarında,  bu  Məcəllənin  98.3-cü  maddəsində  nəzərdə  tutulan  məlumat 
lövhələrində yerləşdirirlər.
53
 
 
On ikinci fəsil 


Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə