Microsoft Word secki mecellesi doc


partiyaların,  siyasi  partiyalar  bloklarının,  referendum  üzrə  təşviqat  qruplarının



Yüklə 2,7 Mb.
Pdf görüntüsü
səhifə23/73
tarix29.08.2018
ölçüsü2,7 Mb.
#65261
1   ...   19   20   21   22   23   24   25   26   ...   73

göstərilməlidir.  Siyasi  partiyaların,  siyasi  partiyalar  bloklarının,  referendum  üzrə  təşviqat  qruplarının 
müvafiq təqdimatlarına bu Məcəllənin 52-ci və 64-cü maddələrində müəyyən edilən qaydalar şamil edilir. 
72.2. Vəkil edilmiş şəxslər müvafiq seçki komissiyasından lövhəcik alırlar.
55
 
72.3.  Vəkil  edilmiş  şəxs  qeydə  alınmış  namizədin  seçilməsi  ilə  və  ya  referendumla  bağlı  təşviqat 
aparır və digər bu cür fəaliyyətlə məşğul olur. Vəkil edilmiş şəxs müşahidəçi hüququna malikdir. 
72.4. Qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyaların bloku, referendum üzrə təşviqat qrupu 
müvafiq  seçki  komissiyasını  xəbərdar  etməklə,  vəkil  etdikləri  şəxsi  istənilən  vaxt  geri  çağıra  bilər  və 
onların  əvəzinə  başqalarını  təyin  edə  bilərlər.  Belə  xəbərdarlıq  olduqda  seçki  komissiyası  geri  çağırılan 
vəkil  edilmiş  şəxsin  vəsiqəsini  ləğv  edir.  Vəkil  edilmiş  şəxs  qeydə  alınmış  namizədi,  habelə  siyasi 
partiyanı,  siyasi  partiyaların  blokunu,  referendum  üzrə  təşviqat  qrupunu  xəbərdar  etməklə,  ona  verilmiş 
vəsiqəni  istənilən  vaxt  öz  təşəbbüsü  ilə  müvafiq  seçki  komissiyasına  qaytararaq  öz  səlahiyyətlərindən 
imtina edə bilər. 
72.5. Vəkil edilmiş şəxslərin səlahiyyətləri müvafiq seçki komissiyasının onları qeydə aldığı gündən 
başlanır və seçkilərin (referendumun) ümumi nəticələrinin rəsmi dərc edilməsi günündən gec olmayaraq, 
habelə  bu  Məcəllənin  pozulması  barədə  şikayət  üzrə  məhkəmə  araşdırması  gedirsə,  məhkəmənin  yekun 
qərarının  qəbul  edilməsi  günündən  gec  olmayaraq,  bu  Məcəllənin  72.4-cü  maddəsində  göstərilən  hallar 
istisna edilməklə, təmsil etdikləri namizədlərin, referendum üzrə təşviqat qruplarının statusunun itirilməsi 
ilə başa çatır. 
 
Maddə 73. Referendum üzrə təşviqat qrupunun öz statusundan imtina etməsi 
73.1. Referendum üzrə təşviqat qrupunun yaradılmasının səlahiyyətli nümayəndələri referendum 
üzrə təşviqat qrupunun yaradılması barədə bildirişi istənilən vaxt geri götürə bilərlər. Bu haqda müvafiq 
vəsatət  referendum  üzrə  təşviqat  qrupunun  yaradılmasının  səlahiyyətli  nümayəndələri  tərəfindən 
imzalanmalıdır. Bu cür vəsatət geri götürülmür. 
73.2. Qeydə alınmış referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndələri istənilən vaxt 
müvafiq  seçki  komissiyasına  referendum  üzrə  təşviqat  qrupunun  qeydiyyatından  imtina  barədə  ərizə  ilə 
müraciət edə bilərlər. Bu cür ərizə referendum üzrə təşviqat qrupunun bütün səlahiyyətli nümayəndələri 
tərəfindən  imzalanmalıdır.  Daxil  olmuş  ərizə  əsasında  müvafiq  seçki  komissiyası  referendum  üzrə 
təşviqat qrupunun qeydiyyatının ləğvi barədə 1 gün müddətində qərar qəbul etməlidir.
56
 
      M a d d ə   7 3 - 1 .  Namizədin namizədlik statusundan imtina etməsi
57
 
73-1.1. İrəli sürülmüş namizəd müvafiq seçki komissiyasını yazılı şəkildə xəbərdar edərək, namizəd 
olmağa razılığı barədə ərizəsini istənilən vaxt geri götürə bilər. Bu cür yazılı xəbərdarlıq geri götürülmür. 
73-1.2.  Qeydə  alınmış  namizəd  səsvermə  gününə  azı  10  gün  qalmış  müvafiq  seçki  komissiyasına 
yazılı  ərizə  verərək  namizədliyini  geri  götürə  bilər.  Belə  ərizə  geri  götürülə  bilməz.  Daxil  olmuş  ərizə 
əsasında müvafiq seçki komissiyası ərizə vermiş namizədin qeydiyyatının ləğvi barədə 1 gün müddətində 
qərar qəbul edir. Qeydə alınmış namizəd öz namizədliyini bu Məcəllənin 73.3-cü maddəsində göstərilən 
məcburedici əsas olmadan geri götürürsə, müvafiq seçki komissiyası büdcədən ona verilmiş vəsaiti geri 
almalıdır və bu halda qeydiyyat depoziti geri qaytarılmır.
58
 
73-1.3. Qeydə alınmış namizədin öz namizədliyini geri götürməsinə məcburedici əsas, habelə siyasi 
partiyanın,  siyasi  partiyalar  blokunun  qeydə  alınmış  namizədini  geri  çağırmasına  məcburedici  əsas 
dedikdə,  qeydə  alınmış  namizədin  məhkəmə  tərəfindən  fəaliyyət  qabiliyyəti  olmayan  hesab  edilərək 
Azərbaycan  Respublikasının  Əmək  Məcəlləsində  nəzərdə  tutulan  müvafiq  tibbi  ekspertiza  orqanı 
tərəfindən  təsdiqlənmiş  ağır  xəstəliyi  və  ya  iştirakını  mümkünsüz  edən  səbəblər  nəticəsində  namizədin 
seçki kampaniyası dövründə sağlamlığının pozulması başa düşülür. 
73-1.4.  Namizədin  öz  namizədliyini  geri  götürməsi  haqqında  məlumat  mərkəzi,  dairə  və  məntəqə 
seçki  komissiyalarının  bu  Məcəllənin  98.3-cü  maddəsində  nəzərdə  tutulan  məlumat  lövhələrində 
yerləşdirilir. 
 
On üçüncü fəsil 
SEÇKİQABAĞI (REFERENDUMQABAĞI) TƏŞVİQAT 
 
M a d d ə   7 4 .  Seçkiqabağı (referendumqabağı) təşviqatın aparılması 


74.1.  Seçkiqabağı  təşviqat  Azərbaycan  Respublikası  Konstitusiyasının  47-ci  maddəsinə  uyğun 
aparılır.  Seçkiqabağı  və  referendumqabağı  təşviqat  (bundan  sonra  —  seçkiqabağı  təşviqatın)  aparmaq 
hüququna aşağıdakılar malikdirlər: 
59
 
74.1.1. referendum üzrə təşviqat qrupları; 
74.1.2. Milli Məclisə deputat seçkilərində iştirak etmək üçün qeydə alınmış namizədlər; 
74.1.3. Prezident seçkilərində iştirak etmək üçün qeydə alınmış namizədlər; 
74.1.4.  Milli  Məclisə  deputat  seçkilərində  iştirak  etmək  üçün  namizədi  qeydə  alınmış  siyasi 
partiyalar, siyasi partiyaların blokları; 
74.1.5. bələdiyyə seçkilərində iştirak etmək üçün qeydə alınmış namizədlər; 
74.1.6.  Prezident  seçkilərində  iştirak  etmәk  üçün  namizədi  qeydə  alınmış  siyasi  partiyalar,  siyasi 
partiyaların blokları; 
74.1.7.  bələdiyyə  seçkilərində  iştirak  etmək  üçün  namizədi  qeydə  alınmış  siyasi  partiyalar,  siyasi 
partiyalar blokları; 
74.2. Seçkiqabağı təşviqat aşağıdakı üsullarla aparıla bilər: 
74.2.1. kütləvi informasiya vasitələri ilə; 
74.2.2. kütləvi tədbirlərin (yığıncaqlar və vətəndaşlarla görüşlər, kütləvi müzakirələr, söhbətlər və s.) 
keçirilməsi yolu ilə; 
74.2.3. çap olunmuş, audiovizual və digər təşviqat materiallarının buraxılması və yayılması yolu ilə; 
74.2.4. qanunla qadağan edilməyən digər üsullarla. 
74.3.  Kütləvi  informasiya  vasitələri  ilə  seçkiqabağı  təşviqat  açıq  müzakirələr,  dəyirmi  masalar, 
mətbuat  konfransları,  müsahibələr,  çıxışlar,  siyasi  reklamlar,  tele  və  radioverilişlər,  videofilmlər 
formasında  və  qanunla  qadağan  edilməyən  digər  formalarda  həyata  keçirilir.  Qeydə  alınmış  namizəd, 
siyasi partiya, siyasi partiyaların bloku, referendum üzrə təşviqat qrupu seçkiqabağı təşviqatın forma və 
üsullarını müstəqil müəyyənləşdirir. 
74.4.  Seçkiqabağı  təşviqatın  aparılması,  seçkiqabağı  hər  hansı  təşviqat  materiallarının  yayılması 
aşağıdakılara qadağan edilir: 
74.4.1.  bu  Məcəllənin  90.2-ci  maddəsində  göstərilən  subyektlərə  (bu  Məcəllənin  12.2-ci  və  12.3-cü 
maddələri nəzərə alınmaqla); 
74.4.2. öz vəzifələrini və ya xidməti vəzifələrini yerinə yetirərkən, həm də vəzifəsindən və ya xidməti 
üstünlüyündən  istifadə  etməklə  dövlət  orqanlarında,  idarələrində,  təşkilatlarında  və  ya  bələdiyyə 
orqanlarında  və  təşkilatlarında  vəzifədə  olan  şəxslərə,  dövlət  və  bələdiyyə  qulluqçularına,  hərbi 
qulluqçulara; 
74.4.3. seçki komissiyalarına, seçki komissiyasının həlledici  səs hüquqlu üzvlərinə və digər  vəzifəli 
şəxslərinə. 
74.5. Bu Məcəllə ilə seçkiqabağı təşviqat üçün müəyyən edilmiş qaydalara riayət edilməsinə nəzarəti 
Mərkəzi  Seçki  Komissiyasının  nəzdində  yaradılmış  və  əsasən  jurnalistlərdən  ibarət  olan  mətbuat  qrupu 
həyata keçirir. 
 
M a d d ə   7 5 .  Seçkiqabağı təşviqatın aparılması müddəti 
75.1. Səsvermə günü və ondan əvvəlki gün hər hansı seçkiqabağı təşviqat aparmaq qadağandır. 
75.2. Seçkiqabağı təşviqat səsvermə gününə 23 gün qalmış başlayır və səsvermənin başlanmasına 24 
saat qalmış dayandırılır.
60
 
75.3. Bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydada seçki məntəqəsi otaqlarının daxilində və xaricində 
yerləşdirilmiş seçkiqabağı təşviqat materialları səsvermə günü yığışdırılır. 
 
M a d d ə   7 6 .  İctimai rəy sorğusu 
76.1.  Kütləvi  informasiya  vasitələri  seçkilərlə  bağlı  ictimai  rəy  sorğusunun  nəticələrini  dərc  etdikdə 
rəy  sorğusu  keçirən  təşkilatları,  onun  keçirilməsi  vaxtını,  dəqiq  ifadə  edilmiş  sualları,  sorğuda  iştirak 
edənlərin sayını bildirməlidir. 


Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə