Microsoft Word S?f?rli N?rgiz docx



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə2/27
tarix21.10.2017
ölçüsü0,75 Mb.
#6373
1   2   3   4   5   6   7   8   9   ...   27

 

nəticəsində    torpağın    özünün    təbii-ekoloji    mühiti    pisləşməklə    yanaşı    onun  



məhsuldarlığı  da  xeyli  azalır.  

Muxtar    Respublikanın   dağlıq    zonası    Azərbaycanda    eroziya    prosesinin  

kəskin   inkişaf    etdiyi    regionlardan   biri    olmaqla    özünə    məxsus    təbii  coğrafi  

xüsusiyyətləri    və    nəticələri    ilə    xarakterizə    olunur.  Muxtar    Respublikanın  

ə

razisi  respublikamızın  ən  ekoloji  təhlükəli  regionlarındandır. Naxçıvan  MR-də  



eroziyanın  baş  vermə  səbəblərini,  onun  inkişafını, intensivliyini  öyrənmək  və  

buna    müvafiq    qabaqlayıcı    tədbirlərin    işlənib    hazırlanması,  torpaqların  

eroziyadan    mühafizəsi    bu    günün    ən    aktual    məsələlərindəndir.  Muxtar  

Respublika    torpaqlarının    kənd    təsərrüfatında    uzun    müddətli    istifadəsi  

nəticəsində  ərazinin  təbii  bitki  örtüyünə  xeyli  ziyan  dəymişdir. Sutənzimləyici  

və    torpaq    qoruyucu    xüsusiyyətə    malik    bitki    örtüyünün    məhv    edilməsi, 

meşələrin  qırılması, otlaq  ərazilərin  intensiv  və  nizamsız  otarılması  nəticəsində  

torpaqların    eroziyaya      qarşı    davamlılığı    azalmışdır.  Təkcə    onu    qeyd    etmək   

kifayətdir  ki, hal-hazırda  meşə  massivlərinin  ümumi  sahəsi  Muxtar  Respublika  

ə

razisinin  cəmi  0,75%-ni  təşkil  edir. Azərbaycan  ərazisində  bu  göstərici  11%-



dən    artıqdır.  Tarixi    mənbələrdən    aydın    olur    ki,  vaxtilə    Gilançayın, 

Naxçıvançayın    hövzəsinin    yuxarı    hissəsi    başdan-başa    meşələrlə    örtülü  

olmuşdur. Hal-hazırda  həmin  ərazilərdə  fraqmental  şəkildə  meşələrin  və  tək  

ağacların  qalması  bu  faktı  təsdiq  edir. Bitki  örtüyünün, xüsusi  ilə  meşələrin  

məhv  edilməsi  ərazinin  hidroloji  rejiminin  pozulmasına  da  öz  mənfi  təsirini  

göstərmişdir.  Qrunt    sularının    səviyyəsi    aşağı    düşmüş,  bəzi    su    mənbələri  

tamamilə      qurumuş,debiti    azalmış,  çaylarda    su    sərfi    aşağı    düşmüşdür.  Bitki  

örtüyünün  məhv  edilməsi  nəticəsində  sel  və  daşqınların  sayı  artmışdır. Təbii  

bitki   örtüyü    deqredasiyaya    uğramış,  yamaclarda    atmosfer   yağıntıları    zamanı  

torpaq    qatının    yuyulması,  uçması    və    ya    sürüşməsi    halları    çoxalmışdır. 

Yamaclardan    sürüşən    torpaq    kütləsi    bulaq    və      çeşmələrin    gözünün  

tutulmasına, çay  yatağının  dolmasına  və  suyun  lillənməsinə  səbəb  olur. Hər  il  

milyonlarla  ton  münbit  torpaq  qatının  bu  yolla  yuyularaq  sıradan  çixması  bir  



 

tərəfdən    eroziyanın    arealını    genişləndirirsə,  digər    tərəfdən      su    mənbələrinin  



hidroloji  rejimini  pisləşdirir.  

Iqtisadiyyatında    aqrar    sektorun      böyük    payı    olan    Naxçıvan    MR-in  

dağlıq    zona    torpaqlarının    öyrənilməsi,  torpaqların    mühafizəsi,  dağlıq    zona   

torpaqlarının    ekoloji    parametrləri    bizim    işimizin    aktuallığını    təşkil    etməklə  

blokada  vəziyyətində  olan  regionun  gələcək  inkişafı  üçün  böyük  elmi-praktik  

ə

həmiyyətə  malikdir. 



Muxtar  Respublikanın  dağlıq  zonasında  kənd  təsərrüfatının  qeyri-düzgün  

təşkili,  o    cümlədən    sistemsiz    və    uzun    müddətli    otarma,  suvarmanın  

səmərəsizliyi,  meyllik,  baxarlıq    və    başqa    relyef    ünsürlərinin    torpağa    ciddi  

təsiri    vardır.  Muxtar    Respublikanın    təbii-ekoloji    şəraiti    eroziya    ehtimalını  

artıran  əsas  bazadır. Təkcə  yay  otlaqlarını  götürsək  onu  qeyd  etmək  lazımdır  

ki, burada  birinci  kateqoriyaya  aid  yay  otlağı  yoxdur. Otarmanın  miqdarı  isə  

normadan  10-15  dəfə, bəzi  hallarda  isə  daha  çoxdur. Beləliklə, sistemsiz  və  

həddən    artıq    otarma    ilə    əlaqədar    onsuz    da    seyrək    olan    bitki    örtüyü  

seyrəlmiş,  onun    məhsuldarlığı    aşağı    düşmüş,  çim    qatı    pozulmuş,  eroziyanın  

inkişafı  nəticəsində  keyfiyyətli  torpaq  örtüyü  yararsız  hala  düşmüşdür. Dağ  

ə

kinçiliyi  sahələrində  yamacların  meylliyini  nzərə  almadan  suvarmanın  tətbiqi  



torpaq  qatının  yuyulması  üçün  əlverişli  şərait  yaratmışdır.  

Azərbaycan    şəraitində    meylliyi    15

0

-dən    yuxarı    olan    yamaclarda  



ə

kinçiliyin  tətbiqi  məqsədə  uyğun  deyil. Bəzi  yerlərdə  nəinki  əkinçilik, həm  

də  suvarmanın  tətbiqi  bu  torpaqları  real  eroziya  təhlükəsi  qarşısında  qoyur. 

Dağ  yaşayış  məntəqələrinə  gedən  yolların  tikintisi  zamanı  yamacın  kəsilməsi, 

yamacbərkidici  işlərin  görülməsi, dağ  kəndlərində  həyətyanı  torpaq  sahələrində  

meylliyi    aradan    qaldırmaq    üçün    terraslaşdırma    apararkən    yol    verilən  

nöqsanlar  torpaq  örtüyünün  eroziyaya  qarşı  davamlılığını  azaltmaqla  yağıntılar  

zamanı  onun  tamamilə  yuyulmasına  səbəb  olur.  

Qalın    kök    sisteminə    malik    iri  (palıd,  vələs,  toz,  söyüd  və  s.)  ağacların  

kəsilməsi  yamacları  real  təhlükə  qarşısında  qoymuşdur. Dağ  kəndlərində  bu  

ağaclar    yaşayış    məntəqələrini,  o    cümlədən    ayrı-ayrı    evləri    sellərin,  torpaq  



 

sürüşməsinin,  uçqunların    dağıdıcı    təsirindən    qoruyur.  Muxtar    Respublikanın  



dağlıq  zonasında  uzun  müddətli  kənd  təsərrüfatı  istifadəsi  torpaqların  ekoloji  

münbitliyinə    mənfi    təsir    göstərmişdir.  Ordubad    rayonu    ərazisinin    yüksək  

dağlıq    zonasında    Gəmiqaya    adlanan    sahədə  (  Nəsirvaz    kəndi    yaxınlığında  ) 

heyvandarlıqla  məşğul  olan  qədim  əcdadlarımızın  yaratdığı  qayaüstü  rəsmlər  

bu  ərazilərin  erkən  kənd  təsərrüfatı  istifadəsinə  daxil  edildiyini  göstərir. Məhz  

çoxəsrlik    kor-koranə    istifadə    nəticəsində    torpaqlar    az    məhsuldar    torpaqlara  

çevrilib[31]. 

ş

in  məqsədi. Dissertasiya  işinin  əsas  məqsədini  mürəkkəb  təbii-coğrafi  

şə

raitə  malik  olan  Naxçıvan  Muxtar  Respublikasının  dağlıq  zonasının  ekoloji  



vəziyyətini    öyrənmək,  torpaq    əmələgəlmə    şəraitini,  ayrı-ayrı    torpaq  

ə

mələgətirən    amillərin    bu    prosesdə    rolunu    müəyyən    etmək,  ərazinin    əsas  



torpaq    tiplərində    gedən    ekoloji    prosesləri    müəyyənləşdirmək,eroziya  

nəticəsində    bu    torpaqlarda    baş    verən    müəyyən    ekoloji    dəyişiklikləri    və  

mühafizə    tədbirlərini    araşdırmaq  təşkil    edir.  Bu  baxımdan    tədqiqat    zamanı  

aşağıdakı  vəzifələr  qarşıya  qoyulmuşdur: 

-

 

Ə



ksər    dağlıq    ərazilərdə    olduğu    kimi    Naxçıvan    MR-də    də,  torpaqlar  

ş

aquli  zonallıq  üzrə  yayılmışdır. Şaquli  zonallıq  üzrə  relyef, iqlim, ana  süxur  



və  başqa  torpaq  əmələgətirən  amillərin  təsirinin  dəyişməsi  nəticəsində  eko-

coğrafi  xüsusiyyətlərinə  görə  bir-birindən  fərqlənən  torpaq  tipləri  formalaşır. 

Bu    torpaqların    antropogen    təsir    altında    deqradasiyaya    uğraması    və  

davamlılığının  öyrənilməsi  mövzunun  əsas  vəzifələrindəndir. 

-

 

Naxçıvan  MR-in  dağlıq  zonasında  eroziya  prosesinin  səthi  meyllikdən  



asılı  olduğunun  öyrənilməsi, eroziyanın  yayılma  arealının  müəyyən  edilməsi, 

eroziya    təhlükəsi    ehtimalına    görə    ərazinin    rayonlaşmasının    aparılması 

mövzunun  əsas  vəzifələrindəndir. 

Tədqiqat    obyekti.  Tədqiqatın    obyektini    Naxçıvan    Muxtar  

Respublikasını  dağlıq  zonasının  torpaq  örtüyü  təşkil  edir. 



Praktiki    əhəmiyyəti.    Dissertasiya    işində    Naxçıvanın    dağlıq    zona  

torpaqları,  onların    ekoloji    vəziyyəti,  Naxçıvanın    dağlıq    zonasında    eroziyanın  




Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə