Microsoft Word S?f?rli N?rgiz docx



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə6/27
tarix21.10.2017
ölçüsü0,75 Mb.
#6373
1   2   3   4   5   6   7   8   9   ...   27

16 

 

müşahidə  edilir. Göstərdiyimizdən  fərqli  olaraq, öyrənilən   ərazinin  şimal-qərb 



qurtaracağında    eroziyaya    davamlı    olan   devon    dövrü    çöküntülərindən    ibarət 

monoklinal    relyefin    ətəklərində    şərqdəki    qədər    qalın    dellüvial    çöküntülər 

yoxdur. Lakin  burada  da  monoklinal  relyefin  ətəklərində  az  da  olsa  aşınma 

materialları  vardır. Bu  materiallar  şərqdəkinə  nisbətən  kiçik  çınqıllıdır. Şərqdə 

isə dellüvial  çöküntülər  daha çox  gillicə  və  iri  kəsəklərdən  ibarətdir. Təsvir 

etdiyimiz  monoklinal  bir-birinə  paralel  şəkildə  uzanmış  bir  neçə  tirədən  təşkil  

olunmuşdur. Onun  üzəri  eroziyaya  davamlı  yuxarı  təbaşir  və  aşağı  paleosenin 

qumdaşı  gilli  qatlarından  təşkil  olunduğundan,  özündən  altda  olan  gilli  qatları 

ekzogen    proseslərinin    dağıdıcı    fəaliyyətindən    nisbətən    mühafizə    edir. 

Monoklinal    relyefin    uçurumlu    yamaclarında    uçqun    materialları,  səpinti 

konusları    az,  maili    yamaclarında    isə    erozian    relyef    formaları    geniş   

yayılmışdır.  

Göstərmək  lazımdır  ki,  təsvir  etdiyimiz  sahədə  “səhra  qaysağına”  rast  

gəlinir.  Bu    aşınma    növünə    respublikanın    şərq    yarısında    daha    çox    təsaduf  

edilir. Göstərilən  aşınmalar  üçün  alçaq  dağlıq  qurşaqda  iri  qayaların  olması 

səciyyəvidir. Bu  aşınma  nəticəsində  yamaclarda  və  onların  ətəklərində  xırda 

səpinti  materiallarına  rast  gəlmirik. Deməli, ”səhraqaysağı”  bir  növ  süxurları  

daha  kəskin  parçalanmadan  mühafizə  edir.  stər Arazboyu  və  istərsə  də  alçaq  

dağlıq  sahələrdə  gilli  süxurlar  geniş  yayılmışdır. Bildiyimiz  kimi,  bu  süxurlar  

eroziya   proseslərinin  dağıdıcı  təsirinə   məruz  qalır  və  alçaq  dağlıq  zonada  

meylli    yamaclarda    eroziya  nəticəsində    əmələ    gələn    novalar    onun  (yamacın) 

ş

iddətli    parçalanmasına    səbəb  olur.  Nəticədə    bedlend    relyef    forması    əmələ 



gəlir.  Bu    relief    forması    alçaq  dağlıq    zonanın    yamacları    üçün    xarakterikdir. 

Duzdağ, Ağqaya  sahəsini, Badamlı  rayonunu  və s.  buna  missal  göstərmək  olar. 

Respublikanın    mərkəzi hissəsində    (Naxçıvan    çayının    orta   axınında)   bedlend  

tipli  parçalanma yamacların  mürəkkəbliyinə  səbəb  olur. 

Alçaq    dağlıq    zonada    relyefin    formalaşmasında    başlıca    rol    oynayan  

denudasiya  prosesləri  müxtəlif  ekspozisiyalarda  müxtəlif  intensivlikdə  gedir. 




17 

 

Bu    intensivlik    müəyyən    dərəcədə    yamacların    meylindən,  tektonik 



quruluşundan, onları  təşkil  edən  süxurların  litoloji  tərkibindən  asılıdır. 

Alçaq  dağlıq  zonadan  şimalda, 1500-2400  metr  mütləq  yüksəklikdə  orta 

dağlıq  qurşaq  yerləşmişdir. Bu  qurşaq  şimal-qərbdən  başlayaraq  çox  da  geniş 

olmayan    sahə    şəklində    cənub-şərqə    doğru    uzanıb    tədricən    genişlənir.  O, 

respublikanın  şərq  yarısında  daha  geniş  sahə  tutur. 

Bu  qurşaqda  iqlimin  kontinentallığı  qismən azalır, atmosfer  yağıntılarının 

miqdarı  bir  qədər  artır. Odur  ki,  yuxarıda  qeyd  etdiyimiz  qurşaqlara  nisbətən 

orta  dağlıq  qurşaqda  eroziya  proseslərinin  fəaliyyəti  daha  da  artır. 

Ə

razinin    geoloji    quruluşundan    danışarkən    süxurların    litoloji  



tərkibininmüxtəlif  olmasını  qeyd  etmişdik. Orta  dağlıq  qurşaqda  vulkanogen 

çöküntülərin,  həmçinin    çökmə    süxurların    mövcud    olduğu    sahələrdə    aşınma 

prosesi    şiddətli    gedir.  Onu    qeyd    etmək    lazımdır    ki,  vulkanogen    süxurlar 

yayılan    sahədə    yamaclar    qalın    dellüvial    çöküntüləri    ilə    örtülmüşdur.  Orta 

dağlıq    qurşaq    əsasən    erozion-denudasion    və    qismən    arid-denudasion 

mənşəlidir. 

Orta  dağlıq  qurşağın  bitki  örtüyü  yoxsuldur. Yamaclar  çox  dik  vəbəzən  

də  uçurumludur. Odur  ki, denudasion  proseslər   burada  intensiv  gedir. Nəticədə  

burada    ç  ılpaq,  şiddətli  parçalanmış    zirvə    və    yamaclar    yaranır.  Yamacların  

ə

təkləri    zəngin    dellüvial    çöküntüləri    ilə    örtülmüşdür.  Səpinti  konuslarına, 



çınqıllıqlara,  aşınmış    süxur    qatlarına  və  s.  Qaraquş,  Gəlinqaya,  Mehri  və  s. 

zirvələrdə  rast  gəlmək  olar. 

Respublikanın    qərb    hissəsində    orta    dağlıq    qurşağın    bəzi    sahələrini  

təşkil    edən    süxurlar    dislokasiyaya    uğramış    devon    və    karbon  

çöküntülərindənibarətdir.  Denudasiya    prosesləri    nəticəsində    burada    relyef  

formaları    morfoloji  cəhətdən    bir-birindən    fərqlənir.  Devon    çöküntülərinin   

yayıldığı    yerdə    isə  əksinə,  şiddətli    parçalanmışdır.  Buna    mütləq    yüksəkliyi 

1700-1800    metrə    çatan  Təndirli,  Xırmancıq,  Mehridağ,  Qaraqala    və    başqa  

dağların  yamaclarında  rast gəlinir. Göstərilən  dağların  ərazisi  üçün  dar  dərələr  



18 

 

və    təngilər    çox  səciyyəvidir.  Buna    misal    olaraq    Cağazir,  Qabaqlıçay    və  s. 



dərələri  göstərə bilərik. 

Orta    dağlıq    qurşağın    başlıca    hissəsi    respublikanın    şərq  

yarısındadır.Burada (Naxçıvançay  və  Vənəndçay  arasında) şiddətli  parçalanmış  

orta  dağlıq qurşaq  monoklinal  quruluşa  malikdir. Respublikanın  şimal-qərbində  

isə    belə  relyef    dar    zolaqla    Şərqi    Arpaçayın    sol    sahilində    Ardıc    dağı  

rayonunda    inkişaf    etmişdir.  Sinklinal    quruluşlu    bu    dağ      karbon  dövrünün  

ə

həng daşlarından  ibarətdir. Monoklinal  relyefin  səthi  çox  maili  olub, əhəng  



daşları  ilə    örtülmüşdür.  Onun    uçurumlu    yamaclarının    ətəklərində    uçqun    və  

dellüvial mənşəli  materiallar  toplanmışdır. 

Orta    dağlıq    qurşaqda    Şada,  Badamlı,  Paradaş    və    başqa    dağarası  

çökəkliklər    yerləşir.  Bu    qurşaq    bir    sıra    çayların    (Naxçıvançay,  Əlincəcay, 

Gilancay, Vənəndcay, Əyliscay, Ordubadcay və b.) fəaliyyəti  nəticəsində  şiddətli  

parçalanmışdır. 

Bu    qurşaqda    düzəlmə    səthləri    də    geniş    yer    tutur.  Burada    ən    çox  

yayılan  1700-1800 m  səviyyəli  orta  pliosen  yaşlı  hamarlanma  səthləridir  ki, 

onlar    da    B.A.Antonov  (1953),    M.Ə.Abbasov  (1966)    tərəfindən  “Naxçıvan  

hamarlanma    səthi”  adlandırılmışdır.  Bu    qurşaqda    geniş    yayılmış    düzəlmə 

səthlərindən   biri  də  2000-2200 m  yüksəklikdə  yerləşən  düzəlmə  səthləridir. 

Onlar  da  başlıca  olaraq  Gilançay   hövzəsində  yerləşdiyi  üçün  M.Ə.Abbasov 

tərəfindən  “Gilan  hamarlanma  səthləri”  adlandırılmışdır. Bu  düzəlmə  səthlərinə 

Keçili, Məzrəsuyal  və  başqa  fluvioqlyasial  çöküntülərindən  təşkil  olunmuş  iri 

maili  düzənliklər  də  daxildir. Düzəlmə  səthi  aşağı  pliosen  yaşlıdır. 

Orta  dağlıq  qurşaqda  müşahidə  olunan  maraqlı  relyef  formalarındanbiri  

də  karlar, moren  və  fluvioqlyasial  çöküntüləridir. Bu  relief  formaları Dərələyəz  

və    Zəngəzur    silsilələrində    müşahidə    olunur.  Onlar    qədim    dağ-dərə 

buzlaşmasına  aiddir. 

Muxtar  Respublikanın  şimal  və  şərq  hissələrini  yüksək  dağlıq  qurşaq  

təşkil    edir.  Bu    qurşaq  1400-3900    metr    mütləq    yüksəklikdə    başlıca    olaraq  

Zəngəzur  və  Dərələyəz  silsilələrinin  suayrıcı  hissələrini  tutur. Morfologiyasına 




Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə