Microsoft Word S?f?rli N?rgiz docx



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə9/27
tarix21.10.2017
ölçüsü0,75 Mb.
#6373
1   ...   5   6   7   8   9   10   11   12   ...   27

25 

 

         2.  Qışı  quraq  keçən  yarımsəhra  və  quru  çöl  iqlimi  –  alçaq  dağlıq  qurşağın 



yuxarı,  orta  dağlıq  qurşağın  aşağı  hissəsini  (1100-1600  m)  əhatə  edir.  Orta  illik 

temperatur  8-10

o

C, orta  illik  yağıntı  300-350 mm, mümkün  buxarlanma  800-



1100 mm-dir.  

        3. Yayı  quraq keçən  soyuq  yarımsəhra və quru  çöl  iqlimi – orta  dağlıq 

qurşağın    yuxarı,  yüksək   dağlıq   qurşağın   aşağı   hissəsini  (1600-2600  m)  əhatə 

edir. Orta  illik  temperatur  6-10

o

C, orta illik yağıntı 400-800 mm arasında dəyişir.  



         4.  Yayı    quraq  və  sərin  keçən  soyuq  iqlim  –  yalnız  Zəngəzur  silsiləsinin 

cənub-qərb  yamacında,  yüksək  dağlıq  qurşağın  mərkəz  zolağında,  2600-3200  m 

yüksəklikdə yayilmışdır. Orta illik temperatur 1-3

o

C-dir. 



         5.  Dağlıq    tundra    iqlimi  –  ərazinin  yüksək  dağ  zirvələrini  (3200  m-dən 

yuxarı) əhatə edir. Orta illik temperatur 3-8

o

C-dir.  


        Ərazidə  mütləq  minimum  temperatur -31

o

C (Dərvişlər), mütləq  maksimum 



temperatur    44

o

C-dir    (Culfa);  bu    eyni    zamanda    Azərbaycan    Respublikası  



ə

razisində  ən  alçaq  və  ən  yüksək  temperaturlardır. Küləyin  orta  illik  sürəti 2-

4  m/san-dir.  llik  yağıntı  Arazboyu  düzənliklərdə  200-300 mm,  yüksək  dağlıq  

yerlərdə  500-800  mm-dir. 

Ə

razidə  ümumi  radiasiyanın  illik  gedişi  dövründə  bir  maksimum (iyun, 



iyul  )  ilə    bir    minimum  (dekabr)  müşahidə    edilir.  Radiasiyanın    maksimuma  

çatdığı    dövr    yay    fəsli    sayılır    və    onun    miqdarı    respublikanın    qalan  

rayonlarından  artıqdır.  

Havanın  temperaturu  iqlimdə  istilik  htiyatlarının  əsas  göstəricisi  hesab  

olunur. Orta  sutkalıq  temperaturun  0

0

-dək  müşahidə  edilən  keçid  vaxtı  kənd  



təsərrüfatı  bitkilərində  sutkalıq  dövranın  başlanma  və  qurtarma  ilə  eyni  vaxta  

düşür. 


Temperaturun    5

0

-dən    keçid    vaxtı    bir    sıra    bitkilərin    inkişafını    təmin  



etməklə    yazda    vegetasiya    dövrünün    başlanması,  payızda    isə    bu    dövrün  

qurtarmasını,  10

0

-dən    keçid    vaxtı    yazda    istilik    sevən    bitkilərin    əkilməsini, 



payızda  isə  vegetasiya  dövrünün  qurtarmasını, 15

0

-dən  keçid  dövrü  isə  istilik  




26 

 

sevən    bitkilərin    aktiv    vegetasiya    dövrünün    başlanması    və    qurtarmasını  



göstərir. 

Düzənliklə  yüksək  dağlıq  rayon  arasında  keçid  vaxtlarının  fərqli 170-

180  san  təşkil  edir. Arazboyu  düzənlik  rayonu  uzun  keçid  dövrünə   malik  

olması    bu    sahədə    istilik    sevən    və    uzun    vegetasiya    dövrünə    malik    olan  

bitkilərin  yetişdirilməsi  effektini  yaradır. Bundan  başqa  bu  rayonda  bir  sıra  

bitkilərdən  ildə  iki  dəfə  məhsul  yetişdirilməsi  üçün  şəraitin  olduğunu  göstərir. 

Arazboyu    düzənlik    rayonunda    müşahidə    edilən    temperaturun    cəmi  

Azərbaycan  üzrə  maksimum  hesab  olunur. Burada  müşahidə  edilən  5000-4200  

temperatur  cəmi  daha  çox  istilik  sevən  bitkilərin  tələbatından  xeyli  artıqdır. 

Orta    dağlıq    zonada    bu    4000-4200

olmaqla    3400-3500  m  hündürlüyə    qədər  



müsbət  temperatur  cəmi  müşahidə  olunur. 

Dağlıq    rayonlarda    gözlənilən    mütləq    minimum    temperatur    Arazboyu  

düzənliklə    müşahidə    olunur    ki,  bu    da    ərazidə    gedən    şiddətli    radiasiya  

soyuması  və  soyuq  havanın  dağ  yamacından  düzənliklərə  çıxması  ilə  izah  

olunur. 

Mürəkkəb    relyef    quruluşuna    malik    olan    Naxçıvan    MR    ərazisində  

yağıntıların  paylanması  müxtəlifdir. Bir  qayda  olaraq  ilin  bütün  dövrlərində  

yağıntıların  yüksəkliyə  doğru  artması  müşahidə  olunur.  lin  soyuq  dövründə  

az  yağıntı  Arazboyu  düzənlikdə  müşahidə  olunur.  l  ərzində  yay  dövründə  

qeydə  alınır. Bu  dövrdə  düzənlik  sahədə  20-25  mm, orta  dağlıqda  60-80  mm, 

2600-2800 m  yüksəklikdə  isə  100-10  mm-ə  çatır. Maksimum  yağıntı  bütün  

ə

razi  üzrə  yaz  aylarında  (may)  düşür. Soyuq  dövrdə  yağıntılar  qar  şəklində  



düşür.  Vegetasiya    dövrünün    ayrı-ayrı    mərhələlərində    yağıntıların    miqdarının  

təyini    və    bu    yağıntıların    bitkinin    rütubətə    olan    tələbatını    nə    dərəcədə  

olduğunun  müəyyənləşdirilməsinin  böyük  təsərrüfat  əhəmiyyəti  vardır.  

Düzənlik    zona    ilə    dağlıq    zona    qarşı    olan    su    ehtiyyatına    görə    bir-

birindən  kəskin  fərqlənir. Bitkilərin  vegetasiya  dövrünün  başladığı  mart-aprel  

aylarında    torpaqda    kifayət    qədər    rütubət    ehtiyatı    olur    ki,  bu    da    bitkilərin  

rütubətlə  təmin  edilməsində  mühüm  rol  oynayır. Ərazinin  nəmlənmə  şəraitinin  



27 

 

tədqiqi    aqronometeoroloji    və    meliorativ    tədbirlərin    həyata    keçirilməsi, 



aqroiqlim rayonlaşdırma  məsələlərinin  həllində  əhəmiyyətə  malikdir. Vegetasiya  

dövründə  müşahidə    edilən    nisbi    nəmlənmə    bütün    Naxçıvan    MR-da    kifayət  

deyildir.  

Arazboyu  düzənlik  zonada  şaxtasız  dövrün  Kür-Araz  ovalığına  nisbətən  

bir    qədər    qısa    olmasına    baxmayaraq    buranın    yüksək    termik    göstəricilərə  

malik  olması  istənilən  istilik  sevən  bitkilərin  yetişdirilməsi  üçün  yararlıdır  və  

vegetasiya  dövrü  kifayət  qədərdir. 

Quraqlıq    və    ağ    yel    kənd    təsərrüfatına    xeyli    zərər    vuran    təbiət  

hadisələrindən    biridir.  Bu    ilin    isti    dövründə    müşahidə    edilməklə,  aşağı  

rütubətliliyə  malik  olan  isti  və  quru  havalarla  səciyyələnir.  

Muxtar  Respublikanın  Arazboyu  düzənlik  zonasına  iyun-iyul  aylarında  

cəmi  20-25  mm  yağıntı  düşür  ki, bu  da  tətbiq  etmədən  heç  bir  məhsul  əldə  

etmək  mümkün  deyildir. 

Naxçıvan    Muxtar    Respublikasının    iqlimi    Azırbaycanın    digər  

bölgələrindən    öz    kontinentallığı    ilə    fərqlənir.Ərazinin    aşağı    hissəsində  

yağıntıların  azlığı  və  orta  temperaturun  nisbətən   yüksək  olması  səciyyəvidir. 

 

 Orta  və  yüksək  dağlıq  zonalarda  tədricən  illik  yağıntıların  miqdarının  



artması  və  orta  illik  temperaturun  yüksəkliyə  qalxdıqca  aşağı  düşməsi  nəzərə  

çarpır.Yüksək  dağlıq  zonada  yağıntıların  miqdarı  artır. 

 

  Naxçıvan    Muxtar    Respublikasının    Arazkənarı    düzən    və    dağətəyi  



zonaları  günəş  radiasiyasının  miqdarı  ilə  fərqlənir. Burada  xüsusi  yeri  Araz  

sahili  zolaq  tutur. 

 

 Naxçıvan    Muxtar    Respublikasında    dəniz    səviyyəsindən    500-600    m  



hündürlükdə    yerləşən    ərazidə    100  m-dən    başlayaraq    radiasiya    qradiyentinin  

cəmi  orta  hesabla  ildə  0,8  kkal/sm

2

-ə  çatır.  Naxçıvan  Muxtar  Respublikasının  



Araz    sahili    zonasında    günəş    radiasiyasının    cəmi    150  kkal/sm

2

    olub,yuxarı  



qalxdıqca  radiasiya  azalır,orta  hesabla  dağlıq  zonada  bunların  cəmi  müvafiq  

olaraq  130 -150 kkal/sm

2

  olur. Dediklərimizdən  belə  nəticəyə  gəlmək  olar  ki,  



Naxçıvan  Muxtar  Respublikası  radiasiya  balansının  cəminə  görə  Orta  Asiya  


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə