Microsoft Word S?f?rli N?rgiz docx



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə11/27
tarix21.10.2017
ölçüsü0,75 Mb.
#6373
1   ...   7   8   9   10   11   12   13   14   ...   27

31 

 

fəsillər    üzrə    paylanmasıdır.  Belə    ki,  bitki    örüyü    tam    inkişaf    edə    bilmədiyi  



üçün    yağıntılar    asanlıqla    torpağın    dağılmasına    səbəb    olur,  eyni    zamanda  

torpağın  yuyulması  prosesi  baş  verir. Ərazidə  düşən  illik  yağıntının  30- 40 %- 

i  yazın  axırı, yayın  əvvəllərində  düşməklə  leysan  səciyyəlidir. 

 

Ayrı- ayrı  illərdə  yağıntının  intensivliyi  dəqiqədə  1- 2 mm-ə  çatır  ki, bu 



da  meylli   yamaclarda  səthi  axını  sürətləndirməklə  torpaqların  yuyulmasına, 

onların  münbit  üst  qatının  dağılmasına  və  ərazidə  müxtəlif  dərəcədə  eroziya  

prosesinin  baş  verməsinə  səbəb  olur. 

 

Muxtar  Respublikanın  ərazisində  iqlimə  təsir  edən  mühüm  amillərdən  



biri  də  ərazidə  dolu  hadisələrinin  baş  verməsidir. Belə  ki, burada  tez- tez  baş  

verən  dolu  hadisələri  respublikanın  kənd  təsərrüfatına  küllü  miqdarda  ziyan  

vurur. Dolu  hadisələri  burada  may  ayından  sentyabr  ayına  kimi  olub, ən  çox  

isə  Şahbuz  yaylasında  baş  verir. 

 

Göstərilən  məlumatlara  əsasən, Naxçıvan  Muxtar  Respublikasının  iqlimi  



haqqında    belə    bir    nəticəyə    gəlmək    olar    ki,  ərazinin    iqliminin    müxtəlifliyi, 

meylli    yamaclardan    istifadə,  torpaq    ekoloji    şəraiti,  dağlıq    sahələrdə    eroziya  

prosesinin  inkişafı  nəticəsində  səthi  və  qobu  eroziyasının  intensiv  inkişafına, 

düzən  sahələrdə  isə  irriqasiya  eroziyasının  geniş  yayılmasına  səbəb  olur. 

 

Su  və  hidroenerji  ehtiyatları  Naxçıvan  MR  iqtisadiyyatı  üçün  böyük  



ə

həmiyyətə  malikdir. Belə  ki, Naxçıvanın  su  ehtiyatları  məhduddur  və  bununla  

bərabər  ərazidə  qeyri-bərabər  yerləşmişdir. 

 

Su    ehtiyatlarının    miqdarının    və    onun    ərazi    üzrə    bölgüsünün    düzgün  



müəyyən    edilməsi    üçün    su    ehtiyatlarının    əsas    mənbələrinin    uçotu    diqqət  

mərkəzində  olmalıdır. Onlara  aşağıdakılar  aiddir:[ 13] 

-

  Çayların  yuxarı  axar  suyu 



-

  Kəhriz  və  bulaqların  suyu 

-

  Süni  yaradılmış  su  obyektləri, su  anbarları  və  suvarma  sistemləri.  



Naxçıvan  MR-da  bütün  çaylar  Araz  çayı  hövzəsinə  aid  olub, ümumi  sayı  

400-ə  çatır. Çayların  ümumi  uzunluğu  1750  km  olub, çay  şəbəkəsinin  orta  




32 

 

sıxlığı  0,33 km



2

  təşkil  edir. Çayların  orta  illik  su  ehtiyatı  1  mlyrd  m

3

-dən  


artıqdır. 

Su  tutumuna  görə  Arpaçay, Naxçıvançay, Gilançay, Əlincəçay  ərazinin  əsas  

çayları  sayılır. 

Naxçıvan  MR-nın  su  ehtiyatlarının  formalaşmasına  ərazinin  relyefinin  və  

təbii-iqlim  şəraitinin  spesifikliyi  təsir  edir. Azərbaycan  su  problemləri  ET -nin  

hesablamalarından    görünür    ki,  Naxçıvan    MR-nin    su    ehtiyatları    təbii    tranzit  

ortasulu  illər  üzrə  626  mln.m

3

/il, azsulu  illər  üzrə  515  mln.m



3

/il  daxili  su  

ehtiyatları,  ortasulu    illər    üzrə  626  mln.m

3

/il  ,  azsulu    illər    üzrə  515  mln.m



3

/il  


daxili  su  ehtiyatları  təşkil  edir. Ümumi  halda, çayların  orta  illik  axın  həcmi  

1140 mln.m

3

, azsulu  illərdə   isə  870  mln.m



3

  təşkil  edir.  

Naxçıvan    MR-ın    su    ehtiyatlarında    kəhriz    sularının    xüsusi    əhəmiyyəti  

vardır.  MR    ərazisində    1500-ə    qədər    kəhriz    qeydə    alınıb    və    onun    400-ə  

qədərindən    istifadə    edilir.  Istifadə    olunan    kəhrizlərin    yerləşməsi    rayonlar  

arasında  aşağıdakı  kimidir: 

Şə

rur,  Sədərək-200,  Babək-100,  Ordubad-60,  Culfa,  Şahbuz-40.  Naxçıvanda  



olan    kəhrizlərdən    istifadə    etmək    üçün    3800  -  ə    yaxın    hidrotexniki    qurğu  

işlədilməklə  142400 m-dən  artıq  yeraltı  kanal  çəkilmişdir. 

Geologiya  komitəsinin  məlumatlarına  görə, Naxçıvan  MR  su  resurslarının  

ümumi  istifadə  ehtiyatları  182  mln.m

3

  qiymətləndirilir  ki, bunun  da  35%-i  



yeraltı  və  21,4%-i  yerüstü  resurslardan  təşkil  olunur. Yeraltı  sulardan  əhalinin  

yeyinti, məişət, təsərrüfat  tələbatlarının  ödənilməsi  və  suvarma  üçün  istifadə  

olunur(163 mln.m

3

). Bu  isə  istifadə  edilən  ehtiyatlarının  89,6%-nə  bərabərdir. 



Su  resursu  balansının  təşkilindən  görünür  ki, hər  il  suya  olan  tələbat  artaraq  

mövcud  resurslardan  üstünlük  təşkil  edir. 

 

§1.4. Naxçıvan  MR-in  əsas  torpaq  tipləri. 



Naxçıvan   MR-ın   torpaq   və   bitki   örtüyü    olduqca  müxtəlifdir.Ərazinin torpaq 

örtüyü B.Şəkuri [ 1, 2] və  C.Məhərrəmov  tərəfindən  öyrənilmiş, buranın  torpaq, 




33 

 

torpaq  eroziyası  və  qida  maddələrini  müxtəlif  illərdə  tədqiq  edərək  bir  neçə  



elementlər,  o    cümlədən    manqan,  mis,  sink,  bor,  kobalt,  molibden,  xrom, 

vanadium, stronsium  elementləri  üzrə  xəritələr  tərtib  etmişlər. Bu  tədqiqatlarda  

respublikanın  torpaq  örtüyünün  tərkib  və  yayılma  relyefin  mürəkkəbliyi  və  

bitki    assosiyalarının,  kontinental    iqlim    və    insan    fəaliyyətinin    təsiri    əks  

etdirilir. 

Naxçıvan  MR  ərazisində  aşağıdakı  torpaq  tipləri  yayılmışdır: 

-  Arazboyu    düzənliklərdə    və    aşağı    dağlıq    sahələrində  (1200  m-dək)  

boz, ibtidai-boz, boz-çəmən, boz-qonur, şoran, şabalıdı  və  s.  torpaqlar  

yayılmışdır. 

-   Orta    və    yüksək    dağlıq    (1300-2400  m)  sahədə    şabalıdı,  dağ-açıq  

ş

abalıdı, dağ-qəhvəyi, dağ-çəmən  və  s. torpaq  növləri  iştirak  etmişdir. 



-  Yüksək  dağlıq  sahənin  (2400 m-dən  yuxarı) çimli  dağ-çəmən, qəhvəyi  

torpaqlar, yuyulmuş  sahələr, çılpaq  qayalıqlar  və  dağlıqlar  örtmüşdür. 

Yüksək    dağ    zonası    torpaqlarının    səmərəli    istifadəsi    burada    mal-

qaranın, əsasən  qoyunçuluğun  inkişafı  üçün  münasibdir. 

Naxçıvan  MR-də  ən  məhsuldar  hesab  edilən  qara  torpaqlar  orta  dağ  

zonasının  cənub  hissələrində  yayılmışdır. Əsasən taxıl  bitkiləri  və  üzümlüklər  

altında  istifadə  edilir. Bundan  aşağıda  yerləşən  dağ  şabalıdı  torpaqlardan  dənli  

bitkilər  əkinində  və  otlaq  kimi  istifadə  olunur. 

Bunlardan  aşağıda, ayrı-ayrı  kiçik  sahələrdə  iştirak  etmiş  açıq-şabalıdı  

torpaqlarda  taxıl  və  üzüm  yetişdirilir. 

Dağətəyi    meylliyi    düzənliyi    örtmüş    şabalıdı    torpaqlar    suvarma  

şə

raitində    taxılçılığın    və    üzümçülüyün    inkişafında    istifadə    edilir.  Boz-qonur  



torpaqlardan  da  taxıl  və  üzüm  yetişdirilməsində  istifadə  edilir. 

Naxçıvan  Muxtar  Respublikasının  torpaqlarının  şaquli  zonallıq  əsasında  

formalaşması  V.V.Dokuçayev  1898-ci  ildə  torpaqların  şaquli zonllıq  qanunu  

kəşfi  əsasında  yazılmışdır. O  ilk  dəfə  olaraq  müəyyən  etmişdir  ki,  Qafqazda  




Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə