Microsoft Word S?f?rli N?rgiz docx



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə19/27
tarix21.10.2017
ölçüsü0,75 Mb.
#6373
1   ...   15   16   17   18   19   20   21   22   ...   27

54 

 

Naxçvan  MR-ın  dağlıq  zonası  yamacların  meylliyi  və  bitki  örtüyünün    



sıxlığına  görə  rayonlaşdırılmışdır. Bu  xüsusiyyətlərinə  görə  eroziya  təhlükəsinə  

görə  dağlıq  zona  ərazisi  bir  neçə  hissəyə  ayrılır[10]. 

1)Meylliyi  10

0

-dən  az  bitki  örtüyünün  sıxlığı  isə  30 %-dən  artıq olan  



ə

razilərdə    eroziya    təhlükəsi    praktik    olaraq    gözlənilmir.  Həmin    ərazilərdə  

eroziya   təhlükəsi  gözlənilmir. 

2)  Meylliyi    0-10

0

    olan    ərazilərdə    normal    halda    eroziya    təhlükəsi  



gözlənilmir.  Burada    yalnız    bitki    örtüyünün    sıxlığı    45-50  %-dən    aşağı  

düşdükdə  eroziya  təhlükəsi  ehtimal  olunur. 

3) Meylliyi  10-20

0  


və  ot  örtüyünün  sıxlığı  55-65 %  olan  ərazilər – zəif  

təhlükəli,  bitki    örtüyü    45-55%  olan    ərazilər    orta    təhlükəli,  bitki    örtüyünün  

sıxlığı  25-35%  olan  ərazilər  çox  təhlükəli, bitki  örtüyünün  sıxlığı  25%-dən  

aşağı  olan  ərazilər  isə  ən  çox  təhlükəli  torpaqlar  hesab  olunur. 

4) Meylliyi  20-30

0

 və  bitki  örtüyünün  sıxlığı  55-65%  olan  ərazilər  orta  



təhlükəli, meylliyi  20-30

0

 olan  bitki  örtüyünün  sıxlığı  55-45%  və  daha  aşağı  



olan ərazilər  isə  ən  çox  təhlükəli  torpaqlar  hesab  olunur. 

5) Meylliyi  30

0

-dən  çox  və  bitki  örtüyünün  sıxlığı  55-65%  və  55%-dən  



aşağı  olan  ərazilər  ən  çox  təhlükəli  torpaqlar  hesab  olunur.  

Relyef, iqlim  və  torpağın  özü  bu  və  ya  digər  dərəcədə  eroziya  prosesi  

təhlükəsinin  yarada  bilir. Bitki  örtüyü  isə  əksinə, eroziya  prosesini  qismən  və  

ya  tamamilə  dayandıra  bilər. Belə  ki,  bitki  örtüyü  leysan  yağışları  zamanı  

hətta  çox  meylli  yamaclarda  belə  eroziya  prosesinin  baş  verməsinə  imkan  

vermir.  Lakin  bitki    örtüyü    seyrək    olan,  azacıq    meylli    yamaclarda    və    zəif  

intensivliyə  malik  yağışlar  zamanı  eroziya  prosesi  təhlükəsi  artır. Beləliklə, bu  

və  ya  digər  iqlim, relyef   və  torpaq  örtüyü  şəraitində  bitki  örtüyündən  asılı  

olaraq  eroziya  təhlükəsi  ehtimalı  dəyişilə  bilər. 

Eroziya  prosesinin  inkişafında  meyllilik, baxarlıq, bitki  örtüyünün  sıxlığı, 

hidroloji,  iqlim    və    digər    amillərin    rolu    böyükdür.  Naxçıvan    Muxtar  

Respublikasının    dağlıq    zonası    kimi    mürəkkəb    fiziki-coğrafi    şəraitə    malik  

ə

razidə  bu  müxtəliflik  daha  da  kəskindir. 




55 

 

Naxçıvan    MR-ın    dağlıq    zonasında    eroziya    prosesinin    yamacların  



meylliyi    və      bitki    örtüyünün    sıxlığından    asılı    olaraq    inkişaf    və    ərazi  

torpaqlarının    bu    amillərin    təsiri    ilə    qruplaşdırılaraq    rayonlara    ayrılması  

aşağıdakı  cədvəldə  öz  əksini  tapmışdır. 

Naxçıvan    MR-in    dağlıq    zonasının    eroziya    təhlükəsi    ehtimalına    görə  

rayonlaşması[10]. 

 

Meyllilik  



dərəcə  

ilə 


 

 

 



 

 

Ümumi  



sahə: 

ha-%-lə 


Təhlükəsiz  Zəif  

təhlükəli 

Orta  

təhlükəli 



Çox  

təhlükəli 

Ə

n    çox  



təhlükəli 

<10 

7115,62 


30,00 

7381,28 


31,12 

4959,59 


20,91 

3071,58 


12,95 

1190,68 


5,02 

23718,75 

8,25 

10-20 


11801,44 

26,50 


7762,23 

17,43 


10852,88 

24,37 


5067,94 

11,38 


9049,26 

20,32 


44533,75 

15,49 


20-30 

16651,60 

20,70 

4456,51 


5,54 

12130,73 

15,08 

16474,62 



20,48 

30729,04 

38,20 

80442,50 



27,98 

>30 


4996,98 

3,60 


9397,10 

6,77 


18974,64 

13,67 


34173,79 

24,62 


71262,49 

51,34 


138805,00 

48,28 


Cəmi 

40665,64 

14,11 

28997,12 



10,09 

46917,84 

16,32 

58787,93 



20,45 

112231,47 

39,03 

287500 


100,00 

 

 



Belə  ki,  yağıntının  düşməsi  ilə  əlaqədar  eroziya  prosesi  yüksək  dağlıq  

zonaya  nisbətən  orta  və  aşağı  dağlıq  zonada  aprel  ayında  4-5  dəfə  çox, may  

ayında  isə  əksinə  olur. 

 

Bitki  örtüyünün  torpaq  mühafizəedici  rolu  hədsiz  dərəcədə  müxtəlif  və  



böyükdür. Əraziyə  yağan  yağıntı  bitkinin  səthinə  düşdükdə  sonra  onun  bir  

hissəsi    torpağa    keçir    və    zərbə    qüvvəsi    nisbətən    azalır.  Bitki    örtüyü    səthi  

axının    həcmini    azaltmaqla    eroziya    təhlükəsi    ehtimalı    gözlənilən    sahələrdə  

eroziyanın  qarşısını  alır. 




56 

 

 



Torpaq    eroziyasının    qarşısının    alınmasında    və    eroziya    təhlükəsi  

gözlənilən  sahələrdə  onun  baş  verməsi  ehtimalını  zəiflətmək  və  ya  qarşısını  

almaq    üçün    bitki    kök    sisteminin    rolu    böyükdür.  O    torpağın    yuyulub  

dağılmağa    qarşı    müqavimətini    artırır.  Bundan    əlavə    bitki    qalıqları    və  

çürüntüləri    torpağın    məsaməliliyini    artırır.  Bu    isə    torpağın    sukeçirme  

qabiliyyətini  yüksəldir  və  beləliklə  də  yamaclarda  səthi  axının  həcmini  və  

intensivliyini  zəiflədir. Bundan  başqa  kök  sistemi  torpağın  üzvi   maddələrlə  

zənginləşmə  mənbəyi  olub, onun  münbitliyini  və  eroziyaya  qarşı  davamlılığını  

artırır. 

 

Növ  tərkibindən, sıxlığından, kök  sisteminin  inkişaf  xüsusiyyətlərindən, 



çim  qatının  qalınlığından  asılı  olaraq  leysan  yağışları  dövrü  çoxillik  otların  

eroziyaya  qarşı  səmərəsi  aydın  müşahidə  olunur. Xüsusəndə  çoxillik  bitkilərin  

torpaq  mühafizə edici  rolu  bitki  örtüyünün  sıxlığı  ilə  müəyyən  edilir. 

 

Eroziya    təhlükəsini    müəyyən    edən    başlıca    göstəricilərdən    biri    də  



yamacların  baxarlığıdır. Yamacın  meylliyindən, uzunluğundan  və  formasından  

fərqli  olaraq  mikroiqlim  torpaq  və  bitki  örtüyü  yamaclarda  baxarlıqdan  asılı  

olaraq  müxtəlif  olduğundan  eroziya  prosesinin  baş  verməsi  də  müxtəlifdir. 

Belə  ki, Muxtar  Respublikanın  dağlıq  zonasının  əksər  hissələrində  bu  proses  

cənub  və  şərq  baxarlı  yamaclarda  şimal  və  qərb  baxarlı  yamaclara  nisbətən  

bir  neçə  dəfə  çox  getmişdir. 

 

Qeyd    etmək    lazımdır    ki,  Naxçıvan    Muxtar    Respublikasının    dağlıq  



zonasında    cənub    baxarlı    yamaclar    üstünlük    təşkil    etdiyindən,  ot    örtüyünün  

zəif   inkişaf   etdiyi   sahələrdə    aprel   və   mayın   birinci    ongünlüyündə     leysan  

yağışları  və  intensiv  qar  əriməsi  eyni  vaxtda  təsadüf  etdiyindən  bu  vaxt  belə  

ş

imal-şərq    baxarlı    yamaclarda    eroziya    prosesinin    inkişafı    üçün    daha    çox  



təhlükə    yaranır.  Belə    ki,  eroziyaya    uğramış    torpaqlar    ərazinin    yarıdan    çox  

hissəsini  təşkil  edir. 

 

Eroziya  təhlükəsi  ehtimalını  qiymətləndirərkən  orta  çoxillik  yağıntının, 



xüsusilə  orta  illik  miqdarı  əsas  yer  tutur. Belə  ki, yağışların  intensivliyindən  

və  miqdarından  asılı  olmayaraq eroziya  prosesi  müxtəlif  dərəcədə  gedir. Bəzən  




Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə