Microsoft Word S?f?rli N?rgiz docx



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə21/27
tarix21.10.2017
ölçüsü0,75 Mb.
#6373
1   ...   17   18   19   20   21   22   23   24   ...   27

60 

 

ha-  ı    kənd    təsərrüfatı    üçün    yararlıdır.  Yararlı    torpaqların    74681    ha-ı    təbii  



otlaq  və  biçənəklərin  payına  düşür. Ümumi  torpaq  fondunun  381084  ha- ı  isə  

az  yararlı  və  yararsız  torpaqlardır[5]. 

Heyvandarlığın  intensiv  inkişafı  otlaqlardan  geniş  istifadəyə  səbəb  olur.  

Otlaq  üçün  nəzərdə  tutulmuş  normalara  riayət  olunmaması  nəticəsində  torpaq  

eroziyası  güclənir. Hazırda  yay  otlaqlarının  44 %- dən  artığı  yararsız  vəziyyətə  

düşmüşdür.  Qış    otlaqlarında    da    müəyyən    sahələr    tam    sıradan    çıxmış    və  

eroziya  prosesinin  şiddətlənməsi  üçün  əlverişli  şərait  yaranmışdır. 

 Məlumdur    ki,    yeni    təsərrüfat    sisteminin    tətbiqi    torpaqların    şəxsi  

mülkiyyətə, bələdiyyə  və  dövlət   mülkiyyətinə  bölünməsinə  səbəb  olmuşdur. 

Məhz  yeni  torpaq  mülkiyyətçiləri  də  torpaqların  səmərəli  istifadəsinə, onun  

qorunmasına  nail  olmuşdur. 

 

ntensiv    otarılma    nəticəsində    qış    otlaqları    kimi    istifadə    edilən  



Böyükdüzdə    yem    bitkilərinin    sahəsi    kiçilir,  bəzi    ərazilər    tamamilə  

çılpaqlaşaraq    səhra    landşaftına    çevrilirlər.  Bu    ərazi    daxilində    öldürgən    və  

üzərrik    bitkilərinin   arealı   isə   getdikcə   genişlənir.  “Batabat “  ,  “  Keçəldağ  “  , 

“Qanlı    göl  “    yaylaqlarında    isə    gəvən,  kəklikotu    və  s.    kimi    bitkilər    yem  

otlaqları  sıxışdırır, bəzi  sahələrdə  isə  dağ  yamacları  güclü  eroziyaya  məruz  

qalır. 


 

Naxçıvanın    şəhər    ətrafı    torpaqları    sənaye    və    məişət    zibilxanalarına  

çevrilir. Məsələn:  Naxçıvan  şəhərinin  5- 6  km- yi  tərkibində  metal  tullantıları, 

ş

üşə  qırıqları, plastik  məhsullar  və s.  olan  zibilliyə  çevrilmişdir. Belə  vəziyyət  



rayon  mərkəzlərinin  ətrafında  da  müşahidə  olunur. Nəticədə  10 ha- la  kənd  

təsərrüfatına  yararlı  torpaq  sahələri  zibillənərək  sıradan  çıxır. Bunun  qarşısını  

almaq    üçün    zibilxanalara    xüsusi    ərazilər    ayırmaq    və    onları    emal    etmək  

lazımdır. 

 

Naxçıvan    Muxtar    Respublikasının      dağlıq    zona    torpaqları    müxtəlif  



dərəcədə    eroziyaya    uğramışdır.Eroziya    prosesinin    inkişafında    meyllilik, 

baxarlıq, bitki  örtüyünün  sıxlığı, hidroloji, iqlim  və  digər  amillərin  rolu  böyük  

olduğundan  yuyulma  ehtimalı  ayrı-ayrı  sahələrdə  artıb  azalır. Qeyd  edək  ki, 



61 

 

Naxçıvan    MR-ın    dağlıq    zonası    kimi    mürəkkəb    fiziki-coğrafi    şəraitə    malik  



ə

rzidə  bu  müxtəliflik  daha  da  kəskindir. Muxtar  Respublikanın  dağlıq  zonası  

Azərbaycanda    eroziya    prosesinin    kəskin    inkişaf    etdiyi    regionlardan    biri  

olmaqla  özünə  məxsus  təbii coğrafi  xüsusiyyətləri  və  nəticələri  ilə  xarakterizə  

olunur.  Muxtar    Respublikanın    ərazisi    respublikamızın    ən    ekoloji    təhlükəli  

regionlarındandır.  Naxçıvan    MR-də    eroziyanın    baş    vermə    səbəblərini,    onun  

inkişafını,  intensivliyini    öyrənmək    və    buna    müvafiq    qabaqlayıcı    tədbirlərin  

işlənib  hazırlanması, torpaqların  eroziyadan   mühafizəsi  bu  günün  ən  aktual  

məsələlərindəndir.    Eroziyaya    uğramış    torpaqların    ümumi    sahəsi    152231    ha  

təşkil    edir.  MR-  nın    ərazisində    yerləşən    inzibati    rayonlar    arasında    əkin  

sahələrinin    eroziyaya    uğrama    dərəcəsinə    görə    Babək    rayonu    ümumi    əkin  

sahəsinin   14,0   %-i,  Şərur    rayonu   ümumi    əkin   sahəsinin   11,7  %-i,  Ordubad  

rayonu    ümumi    əkin    sahəsinin    71,9  %-ni,  Şahbuz    rayonu    ümumi    əkin  

sahəsinin  isə  77,8 %-i  bu  və  ya  digər  dərəcədə  eroziyaya  uğramışdır. 

 

Naxçıvan  Muxtar  Respublikasında  yayılmış  torpaqlar  müxtəlif  dərəcədə  



ş

orlaşmaya    məruz    qalmışdır.  Ayrı-ayrı    inzibati    rayonlar    üzrə    torpaqların  

ş

oranlaşmasına  görə  Babək  rayonu  üzrə  ümumi  əkin  sahəsinin  5,9 %- i, Şərur  



rayonu  üzrə  isə  ümumi  əkin  sahəsinin  32,9%-i  bu  və  ya  digər  dərəcədə  

ş

orlaşmışdır. Babək  rayonunun  ümumi  örüş  sahəsinin  23,4 %- i, Şərur  rayonu  



üzrə    ümumi    örüş    sahəsinin    35,2  %-i    müxtəlif    dərəcədə    şorlaşmaya    məruz  

qalmışdır. Ümumiyyətlə, Babək  rayonu  üzrə  5694  ha, Şərur  rayonu  üzrə  isə  

13272    ha    torpaq    sahəsi    müxtəlif    dərəcədə    şorlaşma    prosesinə    məruz  

qalmışdır[24]. 

 

MR – ın  dağlıq  zonasında  vaxtaşırı  baş  verən  sellər  torpaq  eroziyasını  



daha  da  gücləndirir  və  bəzən  dağ  yamaclarının  torpaq  örtüyünü  tamamilə  

yuyub    aparır.  Torpaq    eroziyasının    qarşısını    almaq    üçün    bir    sıra  

aqrotexniki,mühəndis,    fitomeliorativ    və    digər    bu    kimi    kompleks    tədbirlər  

sistemini  həyata  keçirmək  lazımdır.  lk  növbədə  eroziyaya  uğrayan  yamacların  

bərkidilməsi,  həmin    sahələrdə    meşəliklər,    kolluqlar    və    mədəni    bitkilərin  



62 

 

ə



kilməsi    zəruridir.  Bu    tədbirlər    həyata    keçirilərkən    yamaclar    eninə  

ş

umlanmalı, terraslar  yaradılmalıdır. 



 

Naxçıvanın    təsərrüfatına    böyük    zərər    vuran    sellərin    qarşısını    almaq  

üçün  sel  əmələgətirən  hövzənin  maili  yamaclarının  bərkidilməsi, bu  sahədə  

meşə    və    kolluqların    salınması,  terraslaşdırma    aparılması    vacibdir.  Dünya  

təcrübəsi  göstərir  ki,  yamacların  terraslaşdırılması  nəticəsində  axımın  ümumi  

həcmi  83 % , suyun  işlənməsi  40 % , torpağın  ümumi  yuyulması  isə  200  dəfə  

azalır. 

 

Torpaq  eroziyasının   qarşısını  almaq  üçün  subalp  və  alp  çəmənliklərinin  



həddindən  artıq  otarılmasına  yol  verməmək,  dağ  yamacları  boyu  sel  tutan  

sahələrdə    qoruyucu    meşə    zolaqları    salmaq,  yaşayış    məntəqələrini,  əkin  

sahələrini  sellərin  dağıdıcı  təsirindən  qorumaq  üçün  xüsusi  bənd  və  qurğular  

yaratmaq    və    digər    tədbirləri    həyata    keçirməkdə    torpaqların    mühafizəsini  

təmin  etmək  olar. 

 

Torpaqların  şoranlaşmadan,  eroziyadan,  çirklənmədən  mühafizə  etmək,  



onların    səmərəli    istifadəsinə    nail    olmaq    üçün    müvafiq    dövlət    təşkilatları  

hazırda    torpağın    əsil    sahibi    olmuş    kənd    əhalisinə    yaxından    köməklik  

etməlidirlər. 

 

Naxçıvan  iqtisadi  rayonunun  ərazisi  məhdud  su  ehtiyyatlarına  malikdir. 



qtisadi  rayon  ərazisində  axan  Araz  çayı , Arpaçay , Naxçıvançay , Gilançay , 

Ordubadçay , Əlincəçay  və s. çaylar  həm  Muxtar  Respublika  ərazisində , həm  

də  Ermənistan  və  Türkiyə  ərazilərində  ciddi  çirklənməyə  məruz  qalırlar. 

 

Araz  çayı  ekoloji  vəziyyəti  Türkiyə , Naxçıvan  və   ran  ərazisində  axan  



çaylarla    demək    olar    ki,    pozulmuşdur.  Lakin    Ermənistan    ərazisindən    axıb  

Araza  tökülən  çaylar  Arazın  əsas  çirklənmə    mənbəyi   hesab  olunur.  rəvan  

şə

hərindən  keçən  Zəngi  çayı  vasitəsi  ilə  şəhərin  sənaye   və   məişət  çirkab  



suları    həmin    çayla    Araza    axıdılır.  Hazırda    Naxçıvan    ərazisində    olan  

təmizləyici  qurğular  tam  həcmdə  işləmədiyindən  çirkab  suları  təmizlənməmiş  

halda    su    hövzələrinə    axıdılır.  Naxçıvan    şəhərində    fəaliyyət    göstərən  

təmizləyici    qurğunun    sıradan    çıxması    və    köhnəlməsi    nəticəsində    şəhərdən  




Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə