Microsoft Word S?f?rli N?rgiz docx



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə23/27
tarix21.10.2017
ölçüsü0,75 Mb.
#6373
1   ...   19   20   21   22   23   24   25   26   27

66 

 

Naxçıvan    MR-in    yay    otlaqları    altında    istifadə    edilən    torpaqların    eroziyaya  



uğraması    nəticəsində    350  min    başdan    çox      mal-qaranın    yemlə    təmin  

olunmasında  ciddi  problemlər  yaranmışdır. 

 

Nəzərə  alsaq  ki, hal-hazırda  torpaqların  böyük  bir  hissəsi  özəlləşdirilib  



və    şəxsi    maraqlar    xatirinə    torpağın    qorunması    arxa    plana    keçib,  onda    bu  

məsələnin  nə  qədər  aktual  olduğu  diqqəti  cəlb  edir. 

 

Tapdalanmış,  bitki    örtüyü    məhv    edilmiş,  strukturu    pozulmuş    torpaq  



qatını    bərpa    etmək,  onun    əvvəlki    səmərəsini    qaytarmaq    üçün    eroziyanın  

qarşısını  almaq, meliorativ  tədbirlər  sistemini  həyata  keçirmək  lazımdır. Qeyd  

edək  ki, bir  çox  regionlarda  bu  tip  tədbirlərin  həyata  keçirilməsi  nəticəsində  

milyonlarla  hektar  torpaq  sahəsi  öz  əvvəlki  vəziyyətinə  qaytarılaraq  yüksək  

səmərə    əldə    edilmişdir.  Torpaqların    eroziya    uğrama    dərəcəsindən    və    fiziki  

coğrafi    şəraitdən    asılı    olaraq    tətbiq    edilən    meliorativ    tədbirlər    sistemi    də  

müxtəlif  olmalıdır. 

 

Ə



sas    acınacaqlı    hal    ondan    ibarətdir    ki,  Naxçıvan  MR-in    dağlıq  

zonasında  torpaqların  eroziyaya  uğraması  çox  intensiv  gedir.  

Eroziya    prosesinin    inkişafına    təkan    verən    antropogen    amil,  onun  

energetikasını, yəni  şiddətliliyini  təmin  edən  isə  iqlim  və  relyefdir. Eroziyanın  

qarşısını    alan    təbii    amil    bitki    örtüyü    və    torpağın    xassəsidir.  Eroziyanı  

şə

rtləndirən    amillər    kimi    yamacın    meylliyi    və    bitki    örtüyünün    sıxlığının  



öyrənilməsi  böyük  əhəmiyyətə  malikdir. 

 

Eroziyaya  qarşı  mübarizədə  dağlıq  və  dağətəyi  rayonlarda  yamacların  



meylliyini,  torpağın    eroziyaya    uğrama    dərəcəsini,  əkiləcək    bitkinin    torpaq  

mühafizəedici  xüsusiyyəti  nəzərə  alınmalıdır. 

 

Bunun  üçün  torpaqları  müxtəlif  kateqoriyalara  ayırma  zərurəti  meydana  



çıxmışdır. 

 

Eroziyaya  uğramış  torpaqların  ekoloji  vəziyyətini  yaxşılaşdırmaq, onların  



eroziya    prosesinin    qarşısını    almaq    və    meliorativ    tədbirlər    sistemini    həyata  

keçirmək  məqsədilə  Naxçıvan  MR-in  dağlıq  zonasının  torpaqlarını  aşağıdakı  

kateqoriyalara  ayırmaq  olar. 



67 

 

 



Torpağın    yuyulma    dərəcəsini,  yamacların    meylliyini,  bitki    örtüyünün  

vəziyyətini, otlaq  kimi  istifadə  olunan  ərazilərin  məhsuldarlığını  və  bir  çox  

təbii  və  antropogen  amil  və  kriteriyaları  nəzərə  alaraq  MR-in  dağlıq  zona  

torpaqları  aşağıdakı  4  kateqoriyaya  ayrılır. 

 

Birinci  kateqoriyaya  eroziyaya  uğramış  və  meylliyi  10  dərəcəyə  qədər  



olan    ərazilər    daxildir.  Qeyd    edək    ki,  bu    torpaqların    məhsuldarlığı,  alp  

qurşağında    18  sen/ha-dan    çoxdur.  Bu    torpaqların    təbii    və    ekoloji    vəziyyəti  

nisbətən    əlverişli    olduğundan    orada    geniş    meliorasiya    tədbirlərinin    həyata  

keçirilməsi    tələb    olunmur.  Yalnız    otarmanın    vaxtına    və    normasına    riayət  

olunması    lazımdır.  Bu    kateqoriyaya    daxil    olan    torpaqlar    ümumi    zonanın  

7,2%-ni  təşkil  edir. 

 

Ikinci    kateqoriyaya    zəif    dərəcədə    eroziyaya    uğramış    meylliyi    10-20



0

  

olan    ərazilər    daxildir.  Bu    torpaqların    məhsuldarlığı    alp    qurşağında    10-8,4  



sen/ha,  subalp    qurşağında    18-11,3    sen/ha    təşkil    edir.  Dağlıq    zonada    bu  

torpaqların    sahəsi    özündən    əvvəlki    kateqoriyaya    nisbətən    çoxdur.  Bu  

torpaqlarda   meliorativ  tədbirlər  sisteminin  həyata  keçirilməsi  tələb  olunur. Ot  

örtüyü  seyrək  olan  sahələrdə  mineral  və  üzvi  gübrələr  verməklə, yerli  şəraitə  

uyğun    olan    çoxillik    ot    toxumu    səpməli,  ərazi    daşlardan    təmizlənməli,  bitki  

örtüyünün    botaniki    tərkibinin    yaxşılaşdırılmasına    xüsusi    fikir    verilməlidir. 

Burada    tikanlı    və    zəhərli    bitkilər    daha    şirəli,  biokütlə    ehtiyatı    çox    olan  

növlərlə  əvəzlənməlidir. Bu  kateqoriyaya  daxil  olan  torpaqlar  ümumi  zonanın  

13,5%-ni  təşkil  edir. 

 

Üçüncü  kateqoriyaya  orta  dərəcədə  eroziyaya  uğramış, meylliyi  20-30



0

  

arası  olan  ərazilər  daxildir. Alp  qurşağında  bu  torpaqların  məhsuldarlığı  8,4-



6,5 sen/ha, subalp  qurşağında  isə  11,3-8,7 sen/ha  təşkil  edir. Qeyd  edək  ki, bu  

kateqoriyaya  daxil  olan  torpaqlar  ümumi  zona  torpaqlarının  32,4%-ni  təşkil  

edir.  Ekoloji   şəraiti   yaxşılaşdırmaq    üçün    bu   torpaqlarda   kompleks    tədbirlər  

sistemi    tələb    olunur.  Otarmada    dövriyyə    sisteminin    tətbiq    edilməsi,  mineral  

gübrələrin    verilməsi    və    çoxillik    ot    səpininin    aparılması,  ərazinin    daşlardan  

təmizlənməsi  vacibdir. Mövcud  su  mənbələrindən  istifadə  etməklə  ərazilərin  




68 

 

çiləmə  üsulu  ilə  suvarılması  və  ot  örtüyünün  qalınlaşdırılması  təxirə  salınmaz  



tədbirlərdəndir. 

 

Dördüncü  kateqoriyaya  daxil  olan  torpaqlar  şiddətli  dərəcədə  eroziyaya  



məruz  qalır. Burada  yamacların  meylliyi  çox  sərt  olub, 30

0

-dən  yuxarıdadır. 



 

Ə

razi  torpaqlarında  ot  örtüyünün  məhsuldarlığı  alp  qurşağında  6,5-1,3 



sen/ha,  subalp    qurşağında    8,7-1,8  sen/ha    olmaqla    bu    torpaqların    ümumi  

zonanın  təqribən  yarıya  qədərini  təşkil  edir. Ekoloji  vəziyyətin  kəskin  şəkildə  

olması  ilə  əlaqədar  bu  torpaqların  ümumi  zonanın  təqribən  yarıya  qədərini 

(46,9%-ni ) təşkil  edir. Ekoloji  vəziyyətin  kəskin  şəkildə  olması  ilə  əlaqədar  

bu    torpaqlar    üzərində    ciddi    tədbirlər    sistemi    həyata    keçirilməlidir.  Ot  

örtüyünü    bərpa    etmək    üçün    otarma    prosesini    dərhal    dayandırmaq,  dincə  

qoymaq, çoxillik  ot  səpini  aparmaq, ərazini  daşlardan  təmizləmək  və  mövcud  

su    mənbələrindən    istifadə    etməklə    su    çiləmə    işlərini    həyata    keçirmək  

lazımdır. 

 

Göründüyü    kimi    torpaqları    kateqoriyaya    ayırarkən    onların    eroziyaya  



uğrama    dərəcəsi,  yamacların    meylliyi    və    otlaqların    məhsuldarlıqları    əsas  

meyar  kimi  qəbul  edilmişdir.Naxçıvan  Muxtar  Respublikasının  dağlıq  zonası  

təbii- ekoloji  şəraitə, rekreasiya  ehtiyatlarına  malikdir. Hazırda  dağlıq  zonanın  

təbii  ehtiyatlarının    ətraflı    öyrənilməsi    və    onların    istehsal    dövriyyəsinə    cəlb  

edilməsi, nəticədə  istehsal  sahələrinin  genişləndirilməsi, onun  kompleks  inkişaf  

etdirilməsi, həmçinin  təbiətin  mühafizəsi  kimi  mühüm  vəzifələrin  həlli  tələb  

olunur. 

 

Eroziyaya    uğramış    torpaqların    yaxşılaşdırılması    üçün    görülən    önəmli  



tədbirlərdən    biri    də    fitomeliorativ    tədbirlərdir.  Naxçıvan    MR-in    zonasında  

eroziyaya    uğramış    torpaqları    bərpa    etmək    üçün    həyata    keçirilən    kompleks  

tədbirlər  sistemində  fitomeliorativ  tədbirlərin  xüsusi  yeri  var. Eroziya  prosesi  

nəticəsində    orta    dərəcədə    eroziyaya    uğramış    ərazilərdə    torpaqların  

məhsuldarlığı  69%, şiddətli  dərəcədə  eroziyaya  uğramış  növlərdə  isə  torpağın  

məhsuldarlığı  93,6%  aşağı  düşür. Göründüyü  kimi  eroziya  prosesi  nəticəsində  




Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə