Microsoft Word S?f?rli N?rgiz docx



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə24/27
tarix21.10.2017
ölçüsü0,75 Mb.
#6373
1   ...   19   20   21   22   23   24   25   26   27

69 

 

torpaqların    məhsuldarlığı    xeyli    aşağı    düşməklə    onların    ekoloji    vəziyyəti  



kəskin  şəkildə  pisləşir.  

 

Muxtar    Respublikanın    dağlıq    zonasında,  xüsusilə    eroziya    təhlükəsi  



ehtimalı    az    olan    Salvartı,  Ayrıkar,  Ağdaban    dağlarında    və    Batabat    gölü  

ə

trafındakı    torpaqlar    ən    yaxşı    torpaqlar    hesab    edilməklə    relyefin    nisbətən  



hamarlığı  və  eroziya  prosesinin  müşahidə  edilməməsi  ilə  xarakterizə  olunur. 

Ona    görə    də    bu    tip    torpaqların    xüsusi    qorunma    rejimi    altında    kənd  

təsərrüfatı  istifadəsi  böyük  iqtisadi  əhəmiyyətə  malikdir. Torpaqların  yüksək  

keyfiyyətli  olması  onların  relyef  şəraiti  ilə  yanaşı   bitki  örtüyünün  botaniki  

tərkibi  ilə  də  izah  edilməlidir. Batabat  gölü  ətrafında  yayılmış  və  eroziyanın  

təsirinə  az  məruz  qalmış  torpaqlarda  bitki  örtüyünün  43,3%-ni  yüksək  yem  

vahidinə  malik  olan  yağlı  bitkilər, 23,6%-ni  isə  yeyilməyən  zəhərli  bitkilər  

təşkil  edir. Salvartı  dağının  yamaclarında  isə  bu  göstəricilər  nisbətən  çoxdur. 

Ayrı-ayrı    dağ    massivlərində    müxtəlif    bitki    örtüyünə    malik    torpaqların  

eroziyadan    mühafizəsi    üçün    kənd    təsərrüfatı    istifadəsi    zamanı    bu  

xüsusiyyətlər  nəzərə  alınmalıdır. 

 

Fitomeliorativ    tədbirlər    içərisində    ən    səmərəlisi    dik    və    eroziyaya  



uğramış    yamaclarda    meşələrin    və    kolluqların    salınmasıdır    ki,  bu    da    səthi  

axının  zəiflədilməsinə  və  torpaqların  kənd  təsərrüfatında  istifadəsinə  imkan  

verir. 

 

Yay   otlaqlarında  sistemsiz  istifadə  bitki  örtüyünün  keyfiyyətini  aşağı  



salır.  Ot    örtüyünün    seyrəlməsinə,  alaq    otlarının    miqdarının    artmasına    səbəb  

olur.  Sistemsiz    və    həddən    artıq    otarma    ilə    əlaqədar    torpaq    üzərində  

eroziyanın  asanlıqla  yaranması  üçün  çox  əlverişli  olan  cığırlar  əmələ  gəlir. 

Həddən  artıq  tapdalanma  nəticəsində  dağ  yamaclarında  hər  0,8-1 m-dən  bir  

ə

mələ  gələn  bu  cığırlar  çılpaq  zolaqlar  şəklində  torpağı  kəsir. Belə  cığırlar  



demək  olar  ki, Muxtar  Respublikanın  yay  otlaqları  kimi  istifadə  olunan  hər  

yerində    xüsusilə    Dəmirli,  Sağarsu,  Tilyək    yaylalarında    daha    çox    müşahidə  

olunur.  Məhz    sistemsiz    otarma    nəticəsində,  otlaqların    növbəli    şəkildə  

istifadəsini  təşkil  etmədikdə  belə  enli  cığırlar  inkişaf  edir. 




70 

 

 



Dağlıq  zona  torpaqlarında  eroziyanı  inkişaf  etdirən  səbəblərdən  biri  də  

otlaq    ərazilərindən    erkən    və    gec    istifadə    nəticəsində    torpağın    daha    çox  

tapdalanaraq  pozulmasıdır. Xüsusilə  ucqar  dağ  yaşayış  məntəqələrinə  aid  olan  

şə

xsi    təsərrüfatlarda    Sovet    dövründən    fərqli    olaraq    lazımi    qış    tədarükü  



görülmədiyi  üçün  otlaq  ərazilərindən  5-6 ay  istifadə  edilir. Qeyd  edək  ki, yay  

otlaqları    üçün    bu    çox    yüksək    göstəricidir.  Keçmiş    SSR     dövründə    yay  

otlaqlarından    istifadə    3-3,5  aydan    artıq    olmurdu.  Uzun    müddətli    istifadə  

otlaqlar    altındakı    torpaqların    ekoloji    vəziyyətini    pisləşdirməklə,  eroziyanın  

inkişafına  səbəb  olmaqla  yanaşı, onların  sonrakı  istifadəsini  məhdudlaşdırır  və  

istifadə  əmsalının  aşağı  düşməsinə  səbəb  olur.  

 

Dünyada  aparılan  çoxsaylı  tədqiqatların  nəticələri  göstərir  ki, otlaq  və  



biçənək    kimi    istifadə    olunan    torpaqların    ekoloji    vəziyyətini    yaxşılaşdırmaq  

üçün  əldə  olunan  nəticələri   tətbiq  etmək  çox  aktual  məsələlərdəndir. Bəzi  

ölkələrdə    (  Şimali    Qafqazda,  Qırğızıstanda,  Şərqi    Ukraynada  )    iqlimin  

kontinentallığı,  müxtəlif    relyef    formaları,  yamacların    meylliyi,  baxarlığı    və  s. 

nəzərə  alınaraq  otlaqlar  altında  istifadə  olunan  torpaqların  30-dan  artıq  tip  və  

yarımtipi  ayrılmışdır. Qeyd  olunan  amillərin  hər  biri   Naxçıvan  MR-in  dağlıq  

zonasında  kəskin  şəkildə  öz  təsirini  göstərir. Naxçıvanda  bu  amillərin  təsir  

dərəcəsindən  asılı  olaraq  torpaq   tip  və  yarımtiplərinin  hər  birinə  müvafiq  

meliorativ  tədbirlər  sistemi  tələb  olunur. 

 

Qeyd    etmək    lazımdır    ki,  bitki    örtüyü    seyrək,  səthi    daşlı,  eroziyaya  



uğramış    ərazilər    Muxtar    Respublikanın    dağlıq    zonasında    daha    geniş    sahə  

tutur.  Bəzi    sahələrdə,  xüsusilə    dağ    kəndlərinə    yaxın    ərazilərdə    torpaqların  

eroziyası  mədəni  əkinçilik  zamanı  antropogen  amilin  təsirilə  genişlənir. Bəzi  

ə

razilər  heç  biri  təbii-coğrafi  xüsusiyyət  (yamacların  meylliyi, dikliyi, torpaq  



tipi ) nəzərə  alınmadan  mədəni  bitkilərin  (taxıl, kartof, tütün) becərilməsi  üçün  

istifadə    edilmişdir.  Bu    zaman    yüksək    meylli,  şimal-qərb    ekspozisiyalı  

yamaclarda  torpaq  qatının  bütünlüklə  yuyulması  diqqəti  cəlb  edir. Ayrı-ayrı  

ə

razilərdə  yüksək  məhsuldarlıq  əldə  etmək  xatirinə  təbii-ekoloji  şərait  nəzərə  



alınmadan    süni    suvarmanın    tətbiqi    külli    miqdarda    torpaq    kütləsinin  


71 

 

yuyulmasına    səbəb    olmuşdur.  Muxtar    Respublikanın    Tivi,  Biləv,  Bist,  Ələhi, 



Nurgüt    kəndləri    ərazilərində    belə    torpaqlara    tez-tez    rast    gəlinir.  Məsələ  

ondadır  ki, bu  ərazilərdə  heç  bir   meliorativ  tədbir  görmədən  hətta  ərazini  

daş-çınqıldan  təmizləmədən  belə  şumlanaraq  mədəni  bitkilər  altında  istifadə  

torpağın  eroziyaya  qarşı  davamlılığını  azaldır.  

 

Torpaq  eroziyasını  şərtləndirən  antropogen  təsir  formalarından  biri  də  



dağlıq  ərazilərdə  biçənəklərin  düzgün  seçilməməsidir. Səthi  meylli, dik, cənub  

və    cənub-qərb    ekspozisiyalı    yamacların    biçənək    kimi    istifadəsi    ekoloji  

baxımdan   məqsədə  uyğun  deyil. Bu   yamaclarda  ot  örtüyünün  süni  şəkildə  

götürülməsi    torpağın    eroziyaya    qarşı    davamlılığını    azaldır.  Ona    görə    də  

biçənəklər    əsasən    relyefin   hamar,  terrasa    bənzər,  bitki   örtüyü    sıx   və    şimal  

ekspozisiyalı  yamaclarında  olmalıdır.  

 

Dağlıq    zonada    torpaqların    otlaqlar    altında    istifadəsi    zamanı    müvafiq  



normaların  tətbiq  edilməsi  nəticəsində  məhsuldarlıq  24-30%  artır  ki, bu  da  

eyni    zamanda    bitki    örtüyünün    botaniki    tərkibinə    müsbət    təsir    göstərir. 

Botaniki  tərkibi  dəyişmiş  otlaq  sahəsi  isə  növbəti  otarma  zamanı  mal-qaranın  

çox  gəzib  tapdalanması  təsirinə  məruz  qalmır. Belə  olduqda  isə  bitki  örtüyü  

yaxşı  inkişaf  edir  və  torpağın  eroziyaya  qarşı  davamlılığı  artır. 

 

Ölkəmizin    dağlıq    rayonlarında    aparılmış    uzunmüddətli    təcrübələr  



göstərir    ki,  onların    nəticələrinin    Naxçıvan      MR-in    dağlıq    zonasında    tətbiqi  

məqsədə    uyğundur.  Bildiyimiz    kimi,  torpaqların    çox    əsrlik    istifadəsi  

nəticəsində    onların    səthində    eroziyanın    inkişafı    üçün    çox    əlverişli    olan  

cığırlar    yaranmışdır.  Belə    vəziyyət    Muxtar    Respublikanın    Şıxyurdu, 

Hazaraməçid,  Ağdağ,  Soyux,  Keçəldağ    və    başqa    yaylaqlarında    yaranmışdır. 

Yaranmış    vəziyyətin    qarşısını    almaq,  torpaqların    ekoloji    müvazinətini  

saxlamaq   məqsədilə  bu  torpaqların  növbəli  əkin  sisteminin  tətbiq  edilməsi  

vacib  məsələlərdəndir. Bu  qayda  ilə  aparılan  meliorativ  tədbirlər  zamanı  xeyli  

sahədə  dövriyyədən  çıxmış  torpaqlar  yenidən  əkin  dövriyyəsinə  qaytarılmışdır. 

Hələ    Sovet    dövründə    torpaqların    dincə    qoyulma    metodunun    tətbiqi    ilə  




Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə