Microsoft Word S?f?rli N?rgiz docx



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə22/27
tarix21.10.2017
ölçüsü0,75 Mb.
#6373
1   ...   19   20   21   22   23   24   25   26   27

63 

 

işlənib  çıxan  çirkab  suları  Naxçıvançaya  axıdılır. Bu  çay  hövzəsində  15– 20 



ha  torpaq  sahəsi  çirkab  bataqlığına, qamışlığına  çevirmişdir. 

 

Qeyd  etmək  lazımdır  ki,  Naxçıvanda  olan  yaşayış  məntəqələrinin  95%-i  



çay  kənarlarında  salınmışdır. Ona  görə  də  bütün  bu  yaşayış  məntəqələrində  

yaranan  çirkab  suları  axaraq  çay  sularına  qovuşur  və  onların  əsas  çirklənmə  

mənbəyi    hesab    olunur.  Çaylarda    maşınların    yuyulması    nəticəsində    də    çay  

sularına  xeyli  miqdarda  neft  və  neft  məhsulları  axıdılır. Neft  təbəqəsi  suyun  

üzərində  qalaraq  su  ilə  atmosfer  arasındakı  qaz  mübadiləsini, buxarlanmanın  

təbii  gedişini  pozur  və  sudakı  canlıların  inkişafına  mənfi  təsir  göstərir. 

 

Naxçıvan    Muxtar    Respublikasının    iqlim,  torpaq,  relyef,  hidrogeoloji  



xüsusiyyətlərini  nəzərə  alaraq  çayların  və  su  anbarlarının  mühafizəsi, onlardan  

səmərəli    istifadə    edilməsi    üçün    bir    sıra    təxirəsalınmaz    təbiəti    mühafizə  

tədbirlərinin  həyata  keçirilməsi  zəruridir.  

 

Naxçıvan    Muxtar    Respublikasının    dağlıq    zonası    təbii-  ekoloji    şəraitə, 



rekreasiya    ehtiyatlarına    malikdir.  Hazırda    dağlıq    zonanın    təbii  ehtiyatlarının  

ə

traflı    öyrənilməsi    və    onların    istehsal    dövriyyəsinə    cəlb    edilməsi,  nəticədə  



istehsal    sahələrinin    genişləndirilməsi,  onun    kompleks    inkişaf    etdirilməsi, 

həmçinin  təbiətin  mühafizəsi  kimi  mühüm  vəzifələrin  həlli  tələb  olunur. 

 

Naxçıvan    Muxtar    Respublikasının    dağlıq    zona    ərazisi    qədim    və  



mürəkkəb    geoloji    quruluşa    malik    olması    burada    bir    sıra    metal    və    qeyri- 

metal    faydalı    qazıntı    yataqlarının    yaranmasına    səbəb    olmuşdur.  Faydalı  

qazıntılardan    sink,  qurğuşun,  gümüş,  mis,  qızıl,  polimetallar    iqtisadi    cəhətdən  

mühüm    əhəmiyyətə    malikdir.  Gəc,  əhəngdaşı,  dolomit,  gil,  mərmər,    tuf    daşı  

kimi  tikinti  materialları  geniş  yayılmışdır. 

 

Qeyd    etdiyimiz,  hələlik    istifadə    edilməyən    bir    sıra    təbii    sərvətlərin  



xüsusilə    mineral   xammal    ehtiyatlarının   istehsal   dövriyyəsinə    cəlb   olunması  

istehsalın    kompleks    inkişafına    təsir    edən    amillərdən    biri    kimi  

qiymətləndirilməlidir.    stehsal    prosesində    təbiəti    mühafizə    məsələləri    ön  

planda    saxlanılmalıdır.  lk      növbədə    təbii    sərvətlərin    emalı    və    istifadəsi  

iqtisadi- ekoloji  baxımdan  səmərəli  təşkil  olunmalıdır. Ətraf  mühiti  mühafizə  



64 

 

tədbirlərinə    zəruri    olan    xərclər    ayrılmalıdır.  Tullantıların    azaldılmasına    və  



onların    təkrar    emalına    dair    tədbirlər    sistemi    hazırlanmalı    və    həyata  

keçirilməlidir. Təbii  sərvətlərin  səmərəli  istifadəsi  və  ətraf  mühitin  mühafizəsi  

bir- biri  ilə  sıx  bağlı  olan  sosial- iqtisadi,  ekoloji  sistemi  təşkil  edir. 

 

Naxçıvan    Muxtar    Respublikasının    dağlıq    zona    ərazisində    fəaliyyət  



göstərən  dağ- mədən, tikinti  və s.  sahələrin  ətraf  mühitə  göstərdikləri  mənfi  

təsirlər,  torpaq    fondunun    azalmasında,  keyfiyyətinin    pozulmasında,  bitki    və  

heyvanat    aləminə    dəyən    ziyanlarda,  su    ehtiyatlarının    çirkləndirilməsində  

torpaqların    məhsuldarlığının    aşağı    düşməsində,  əhalinin    səhhətinin  

pozulmasında  özünü  göstərir. 

 

Dağ-  mədən    tullantıları,  tikinti    sənayesi,  və    digər    sənaye    müəssələri  



altında  torpaqların  qalmasından  yaranan  zərər  ətraf  mühitə  vurulan  zərərin  bir  

hisssəsidir.  Mədənlər    altında   qalan    torpaqlarda    aparılan    istismar      və    qazma  

işləri, emal  prosesləri  də  ətraf  mühitə  texnogen  və  antropogen  təsir  edir. Belə  

təsirlərə    məruz    qalan    torpaqların    verdiyi    ziyanların    miqdarının    azaldılması  

rekultivasiya  tədbirlərinin  aparılmasını  tələb  edir. Azərbaycan  Respublikasının  

Torpaq  Məcəlləsinə  əsasən  faydalı  qazıntı  mədənlərində  istismar  işləri  başa  

çatdıqdan    sonra,  müvafiq    idarə    və    müəssisələr    aşınmış,  qazılmış,  korlanmış  

torpaqları    kənd    təsərrüfatına    yararlı    hala    salmalıdırlar.  Ümumiyyətlə,  belə  

nəticəyə    gəlmək    olar    ki,    dağ-  mədən,  tikinti    materialları    və    digər  

müəssisələrin    korladıqları    torpaqların    zərəri    kənd    təsərrüfatı    məhsullarının  

itirilməsində,  ekoloji    mühitin    nizami    inkişafının    pozulmasında,  təbiəti    bərpa  

xərclərində  özünü  göstərir. Korlanmış  torpaqların  bərpası, ona  çəkilən  xərclər  

məhsulun    maya    dəyərinə    daxil    edilməklə,  iki    mənbədən    müəssisələrin    və  

dövlət  büdcəsinin  hesabına  maliyyələşdirilməlidir.  

Naxçıvan    Muxtar    Respublikasında    ətraf    mühitin    vəziyyəti,  onun    saf  

saxlanılması,  atmosferin,    su    mənbələrinin,    torpağın,    bitki    və    heyvanat  

aləminin,    faydalı    qazıntıların,    meşələrin    səmərəli    istifadəsi,    texnogen    və  

antropogen    təsirlərin    aradan    qaldırılmasından    asılıdır.  Bunun    üçün    Muxtar  

Respublika    qarşısında    duran    əsas    vəzifə    əhalinin    ekoloji    savada,    bacarığa  



65 

 

malik  olmasını  təmin  etməkdir  ki,  onlar  təbiət  qarşısında  öz  borclarını  dərk  



etsinlər  və  faydalı  işləri  ilə  təbiətin  qorunmasına  nail  olsunlar. 

 

§3.2. Naxçıvan  MR-ın  dağlıq  zonasında  eroziya  prosesinin  qarşısının  



alınması  və  ekoloji  şəraitin  yaxşılaşdırılması. 

 

Torpaqların  eroziyadan  mühafizəsini  təmin  etmək  və  bununla  da  bitki  



örtüyünün  məhsuldarlığını  yüksəltməyə  nail  olmaq  üçün  təsərrüfat  sahələrinin  

eroziyaya  qarşı  düzgün  təşkili  əsas  məsələdir.  

 

Torpaq  eroziya  tədqiqatları  nəticəsində  müəyyən  edilmişdir  ki, Muxtar  



Respublikanın    dağlıq    zonasının    torpaqları    acınacaqlı    vəziyyətə    düşmüşdür. 

Iqtisadiyyatının  böyük  hissəsi  kənd  təsərrüfatı  ilə  əlaqədar  olan  region  üçün  

bu    çox    təhlükəlidir.  Belə    bir    şəraitdə    torpaq    eroziyası    prosesinin    qarşısını  

almaq    kimi    aktual    məsələ    günümüzün    tələbidir.  Naxçıvan    MR-in    dağlıq  

zonasında  eroziyanın  müxtəlif  dərəcədə  inkişafı  müşahidə  edilir. Yerli  fiziki-

coğrafi,  relyef-iqlim    şəraitindən    asılı    olaraq    eroziyanın    bütün    formalarının  

ə

razi    üzrə    yayılması    müxtəlifdir.  Eroziyanın    müxtəlif    formalarının    inkişaf  



etdiyi    bu    ərazilərin    əsas    hissəsini    yay    otlaqları    altında    istifadə    olunan  

torpaqlar  təşkil  edir. Bu  torpaqlarda  eroziya  prosesi  daha  intensiv  gedir. Belə  

ki,  dağ-çəmənlərinin    həddindən    artıq    otarılması,  tapdalanması    nəticəsində  

eroziyanın    inkişafı    üçün    əlverişli    şərait    yaranır.  Məhz    bu    amilin    təsiri    ilə  

Naxçıvan    MR-in    dağlıq    zonasında    yay    otlaqlarının    47%-ə    qədəri    yararsız  

hala  düşmüşdür. Qeyd  etmək  lazımdır  ki, Naxçıvan  MR-də  yay  otlaqları  kimi  

istifadə    olunan    ərazilər    heyvandarlıq    təsərrüfatlarını    yemlə    təmin    etmə  

göstəricisinə    görə    Azərbaycanda    ən    aşağı    yeri    tutur.  Belə    ki,    bu    otlaqlar  

heyvandarlığın  yemə  olan  tələbatının  cəmi  57,3%-ni  ödəyə  bilir. Torpaqların  

məhsuldarlığının  belə  aşağı  göstəriciyə  malik  olması  ilk  növbədə  Naxçıvan  

MR-in    təbii-coğrafi    şəraiti    ilə    izah    edilməlidir.  Onu    qeyd    edək    ki,  eroziya  

nəticəsində  torpaqların  onsuz  da  aşağı  olan  məhsuldarlığı  xeyli  aşağı  düşür  

və  Muxtar  Respublika  iqtisadiyyatına  ciddi  ziyan  vurulur. Hesablamalara  görə  



Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə