Microsoft Word S?f?rli N?rgiz docx



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə26/27
tarix21.10.2017
ölçüsü0,75 Mb.
#6373
1   ...   19   20   21   22   23   24   25   26   27

75 

 

sahələrinə,  yaşayış    məntəqələrinə,    yollara,  körpülərə,  kommunikasiya  



qurğularına  külli  miqdarda  ziyan  vuran  sel  daşqınlarının  əmələ  gəlməsinin  

qarşısını  almaq  və   onun  gücünü  zəiflətmək  və   başqa   məsələlərin  həllində  

xüsusi  əhəmiyyət  kəsb  edir. 

 

Dağlıq    zonalarda    bitki    örtüyünün    sıxlığını    artırmaq,  torpağın    ekoloji  



vəziyyətini    yaxşılaşdırmaq    üçün    dünyanın    bəzi    ölkələrində    süni    suvarma  

tətbiq  edilir. Hələ  keçmiş  SSR   dövründə  Qırğızıstanın  dəniz  səviyyəsindən  

2800-3200  metr  yüksəklikdə  yerləşən  ərazilərində  suvarma  tətbiq  edilmiş  və  

yaxşı    nəticələr    əldə    olunmuşdur.  Naxçıvanın    dağlıq    zonasında    kontinental  

iqlim  şəraitində  bu  metodun  tətbiqi  məqsədə  uyğundur. Muxtar  Respublikanın  

dağlıq  zonasında  mövcud  su  mənbələrinin  istifadə  etməklə  dağ  yamaclarının, 

xüsusilə  cənub  və  cənub-şərq  yamacların  süni  suvarılması  böyük  səmərə  verə  

bilər.    Sistemsiz    və    uzun    müddətli    otarmalar    nəticəsində    bu    yamaclar  

tamamilə  bitki  örtüyündən  məhrum  olaraq  çılpaqlaşır. Məhz  belə  ərazilərdə  

süni    suvarmanın    tətbiqi    bitki    örtüyünün    vegetasiyasını    sürətləndirməklə  

torpağın    nəmliyini    artırır,  bitkilərin    yeraltı    və    yerüstü    inkişafı    torpaq-bitki  

kompleksinin  birgə  inkişafı  eroziyaya  qarşı  davamlılığı  artırır. Yalnız  burada  

çiləmə  üsulu  ilə  və  ya  zəif  axın  yaratmaqla  suvarma  tətbiq  olunmalıdır. 

Muxtar    Respublikanın    dağlıq    zona    torpaqlarının    ekoloji    vəziyyətini  

sabit    saxlamaq    və    yüksək    kənd    təsərrüfatı    məhsuldarlığına    nail    olmağın  

səmərəli    vasitələrindən    biri    də    mövcud    olan    su    mənbələrindən    düzgün  

istifadədir. Yağıntısı  az, quraq, kontinental  ərazi  üçün  bu  çox  aktual  məsələdir. 

Məlum    olduğu   kimi,  Muxtar    Respublikanın   dağlıq    zonasında    yağış   və   qar  

suları    ilə    qidalanan    çoxlu    sayda    yüksək    keyfiyyətə    malik    bulaqlar    var. 

Bundan  əlavə  Batabat, Qanlıgöl  və  Göygöllər  də  bu  ərazidə   yerləşir. Eyni  

zamanda  su  ehtiyatı  məhdud  olan  Qazanyaylaq, Yağlıdərə, Rezinyaylaq  və s.  

ə

razilər    də    az    deyil.  Mövcud    su    mənbələri    əsrlərdən    bəri    başlı-başına  



buraxıldığından    fiziki    aşınma    və    antropogen    amillərin    təsiri    ilə    xüsusilə  

otarma  ilə  əlaqədar  olaraq  töküntü  və  səpinti  materialları  ilə  örtülmüşdür. Bu  

isə    öz    mənfi    təsirini    həm    otlaqlara,  həm    də    ərazidə    su    çatışmazlığı  



76 

 

probleminin    yaranmasına    göstərmişdir.  Dünyanın    bəzi    ölkələrində,  xüsusilə  



Almaniyada    torpaqların    ekoloji    vəziyyətini    yaxşılaşdırmaq    və    yüksək  

məhsuldarlıq    əldə    etmək    üçün    ərazilərdə    meliorativ    tədbirlər    içərisində  

mineral    gübrələrin    tətbiqi    müstəsna    yer    tutur.  Mineral    gübrələr    verməklə  

məhsul  artımı  quraq  illərə  nisbətən  rütubətli  illərdə  daha  çox  olur. Yağıntının  

miqdarından  asılı  olaraq  bəzən  gübrə  verilən  sahəyə  nisbətən  gübrələnməmiş  

sahədə  məhsuldarlıq  daha  aşağı  olur. 

Naxçıvanın  dağlıq  zonası  kimi  mürəkkəb  torpaq  ekoloji  xüsusiyyətlərə  

malik  bir  ərazidə  gübrələrin  tətbiqi  mövcud  elmi  nailiyyətlərə  əsaslanaraq, hər  

bir    torpaq    sahəsinin    aqroiqlim    şəraiti    nəzərə    alınaraq    verilməlidir. 

Ümumiyyətlə,  respublikamızda    bu    istiqamətdə    heç    bir    təcrübənin    olmaması  

müvafiq    çətinliklər    törətsədə,  xarici    ölkələrin    təcrübələrindən    istifadə  

olunmalıdır. Bu  məqsədlə  dünyanın  bəzi  ölkələrində  aparılmış  təcrübələr  və  

alınmış  nəticələri  nəzərdən  keçirərkən  məlum  olur  ki, gübrələnmənin  miqdarı, 

vaxtı  və  yeri  torpağın  gələcək  məhsuldarlığını  müəyyən  edən  əsas  ekoloji  

göstəricilərdir.  Gübrələrin    səmərəliliyi    təkcə    ekoloji    şəraitdən    asılı    olmayıb, 

torpaq  örtüyündən  istifadədən  də  asılıdır. 

Dağlıq    zona    torpaqlarının    məhsuldarlığını    artırmaq    məqsədi    ilə    azot  

gübrələrinin    müxtəlif    formalarından    istifadə    olunması    vacibdir.  Azot  

gübrələrinin    yüksək    dozada    təbii    çəmənliklərə    bir    tərəfli    verilməsi    onun  

botaniki  tərkibinə  mənfi  təsir  edir. Birinci  üç  ildə  çəmən  topalı, çəmən  qırtıcı, 

çəmən  tülküquyruğu  kimi  qiymətli  növlər  üstünlük  təşkil  etdiyi  halda, sonrakı  

illərdə    azot    gübrəsinin    təsiri    nəticəsində    həmin    növlərin   yerini    alaq    otları  

tutur. Çəmən  qırtıcı  quraqlıq  sevdiyindən  Naxçıvan  şəraitində  xüsusi  çəkisinə  

görə  üstünlük  təşkil  edir. 

Müasir    dövrdə    torpaqların    eroziyadan    mühafizəsi    və    bu    prosesin  

qarşısının  alınması  məqsədilə  müxtəlif  vasitə  və  üsulların  təklif  olunmasına  

baxmayaraq    bu    tədbirlərin    bəzilərinin    iqtisadi    səmərəsi    nəzərə    alınmır. 

Torpaqların    mühafizəsində    və    eroziya    prosesinin    qarşısının    alınmasında    ən  

ə

lverişli    vasitələrdən    biri    də    mexaniki    tədbirlərin    aparılmasıdır.  Mexaniki  




77 

 

meliorativ  tədbirlərin  sırasına  torpaqların  daşlardan  təmizlənməsi, yamacların  



terraslaşdırılması,  şumun    yamacın    eninə    aparılması,  eroziyaya    uğramış  

torpaqlarda  meydançaların  və  xəndəklərin  yaradılması  və s. daxildir.  

Dağlıq    zonada    denudasiya    prosesi    ilə    əlaqədar    torpaq    örtüyünün  

üzərində  müxtəlif  ölçülü  daşlar  toplanır. Bu  daşlar  torpaq  üzərində  müəyyən  

sahə    tutmaqla    torpaqda    bitki    örtüyünün    həm    yeraltı,  həm    də    yerüstü  

hissəsinin  inkişafına  mane  olur. Bəzi  hallarda  bu  daşlar  topa  halında  bütöv  

səthi    örtük    təşkil    edir.  Səthi    axınların    yarandığı    zaman    bu    daşlar    yamac  

boyunca    aşağı    sahələrə    doğru    diyirlənərək    torpağın    üzərini    örtür.  Yaşayış  

məntəqələrinə    aid    mədəni    əkinçiliyin    inkişaf    etdiyi    torpaqlarda    ərazinin  

daşlardan  təmizlənməsi  yüksək  məhsuldarlığa  nail  olmağa  imnkan  vermişdir. 

Bu  üsul  iqtisadi  baxımdan  əlverişli  olub, heç  bir  vəsait  tələb  etmir. 

Torpaqların    mənimsənilməsində    və    eroziyanın    qarşısının    alınmasında  

istifadə  olunan  mexaniki  meliorativ  tədbirlərdən  biri  də  tapdalanmış  torpaq  

qatının  vaxtaşırı  yumşaldılmasıdır. Yumşadılmış  yamacda  torpağın  sukeçirmə  

qabiliyyəti  və  məsaməliliyi  artdığına  görə  səthə  düşən  yağıntının  xeyli  hissəsi  

torpağa  hopur. Bu  həm  torpaqda  rütubətin  miqdarını  artırır, həm  də  bitkilərin  

inkişafını  sürətləndirir. Səthə  düşən  yağıntının  böyük  hissəsi  torpağa  hopmaqla  

səthi    axının    yaranması    məhdudlaşır.  Nəticədə    eroziyanın,  xüsusilə    də    təkrar  

eroziyanın  qarşısı  alınır. 

Torpaqların    məhsuldarlığını    artırmaq    üçün    səthi    yaxşılaşdırma    işləri  

aparılmalıdır.  Səthi    yaxşılaşdırma    işləri    sisteminə    daxil    olan    mədəni-texniki  

tədbirləri    həyata    keçirərkən,  ilk    növbədə    örüşlər    kolluqlardan,  daşlardan  

təmizlənməli, kələ-kötür  yerlər  hamarlanmalıdır. Ümumiyyətlə, yaylaqlarda  səthi  

və  dərindən  yaxşılaşdırma  işləri  görərkən  hidrotexniki, fitomeliorativ, mədəni-

texniki, aqrotexniki   tədbirlər  kompleks  şəkildə  həyata  keçirilməlidir. Naxçıvan  

MR-ın    dağlıq    zonasında    müasir    ekoloji    vəziyyəti    yaxşılaşdırmaq    üçün    bu  

tədbirlər  təxirəsalınmazdır. 

 

 




Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə