Microsoft Word shaiq 13 oktyabr a doc



Yüklə 5,93 Mb.
Pdf görüntüsü
səhifə20/102
tarix31.10.2018
ölçüsü5,93 Mb.
#76894
1   ...   16   17   18   19   20   21   22   23   ...   102

  Б и б ли о гр а ф и й а
 
79 
Abdulla  Şaiqi bir müəllim və bir tərbiyəçi kimi sevdirən 
səbəblərdən biri də məktəbli gənclərin yaradıcılıq meyllərinə qol-
qanad vermək, onların bədii zövqünü və istedadının inkişafına 
kömək etmək üçün böyük səy göstərməsi idi. Təkcə sinifdə dərs 
və tərbiyə vermək onu qane etmirdi. Zəkalı və istedadlı uşaqları 
bir-bir tapıb, onlara göz olmaq, daim qayğı ilə  əhatə etmək, 
yazıçılıq həvəsində olanlara, səhnə  eşqilə yaşayanlara, musiqiyə 
meyl edənlərə  ağıllı  məsləhətlər vermək müəllim  Şaiq üçün 
dünyada ən xoş məşğələ idi.  
Əziz Mirəhmədov, 
ədəbiyyatşünas, alim 
 
Sadəlik, təvazökarlıq  Şaiqdə daimi nəzərə çarpan səciyyəvi 
xüsusiyyətlərdən biri idi... yüksək sadəlik onun təbiəti kimi görü-
nürdü və ya sadəlik, təvazökarlıq onda ikinci təbiət olmuşdu. Gö-
rüşlərdə “Böyük xalq müəllimi və  şair Abdulla Şaiq” haqqında 
çox tərif eşidəndə özünü yaxşı hiss etmirdi. 
Məmməd Cəfər, 
akademik 
 
Yeni ədəbiyyatın təməl daşını qoyanlardan biri Abdulla Şaiqdir. 
Abdulla Şaiq... daxili bir atəş və ilhamla bütün sinfi ələ alır-
dı. Dərs saatının tez qurtarmağı bizim hamımızda təəssüf hissi 
oyadırdı. O, hər bir mövzudan bəhs edərkən, az qala bizə sinifdə 
olduğunu unutdurur, özünün inam və etiqadını bizə də aşılamağı 
bacarırdı. 
Seyid Hüseyn, 
yazıçı 
 
İyirmi il ərzində yorulmadan müəllimlik vəzifəsini ifa edən 
Abdulla  Şaiq ustadımız Azərbaycan hökumətinə bir cox mədəni 
qüvvələr verməyə müvəffəq olmuşdur. 
Tağı Şahbazi(Simurğ), 
yazıçı 
А б д у л л а   Шаи г
 
 
80
Abdulla Şaiq Azərbaycanda uşaq ədəbiyyatının əsasını qoy-
muşdur. O, uşaq əsərləri ilə yeni nəsillərə dil açmağı, göz açmağı, 
həyatı, insanları tanımağı, sevməyi öyrədirdi...  
Mikayıl Rzaquluzadə, 
nasir-şair 
 
Əziz Abdulla Şaiq, anadan olmanızın 75 illiyi münasibətilə 
Sizi ürəkdən təbrik edir və Azərbaycanın  ən hörmətli qocaman 
yazıçısına möhkəm cansağlığı və yaradıcılıq nailiyyətləri arzulayırıq. 
Surkov, Leonov, Simonov, Smirnov,  
Tixonov, Fadeyev və Fedinin.  
SSRİ Yazıçıları İttifaqı idarə heyəti adından 
 
Abdulla Şaiqdən tək bir yazıçı, pedaqoq, maarif xadimi, yal-
nız tənqidçi,  ədəbiyyatşünas və dilşünas kimi, yaxud dərsliklər 
müəllifi, yüksək  əxlaqi-mənəvi keyfiyyətlərə malik vətəndaş  və 
şəxsiyyət kimi ayrı-ayrılıqda danışmaq onun haqqında tam təsəv-
vür oyada bilməz, buna ancaq ədibin çoxşaxəli fəaliyyətini tam 
halda əhatə etmək və mənalaşdırmaqla nail olmaq olar. 
Kamal Talıbzadə, 
akademik 
 
Şaiqdə nadir bir müəllimlik xüsusiyyəti vardı. O, hər tələbə-
nin qəlbinə nüfuz etməyi bacarırdı. O, öz tələbələrinin hansı ailə-
də nə kimi şəraitdə yaşadıqlarını yaxından öyrənir və hər tələbəyə 
onun xasiyyətinə görə yanaşmağı bacarırdı. O, həm də çox tələb-
kar bir müəllim idi... Demək olar ki, ədəbiyyatı bizə çox sevdi-
rənlərdən, ədəbi zövqümüzü tərbiyə edənlərdən biri sevimli ədibi-
miz Abdulla Şaiq olmuşdu. 
Süleyman Rüstəm, 
Xalq şairi 
 
Abdulla  Şaiq yazıçı, maarif xadimi və insan olaraq bizim 
ədəbiyyat tarixində nadir şəxsiyyətlərdən biridir. Onun adı indi də 


  Б и б ли о гр а ф и й а
 
81 
işıq saçır, indi də böyük hörmətlə yad edilir. Uşaqlarımız onun 
əsərlərini indi də maraqla oxuyub fərəhli xəyallara dalırlar. 
İlyas Əfəndiyev, 
Xalq yazıçısı 
 
Abdulla Şaiqin yaradıcılığı xalqımızın həyatının yarıməsrlik 
bir dövrünün ədəbi salnaməsidir. Abdulla Şaiqin  əsərləri Azər-
baycan klassik ədəbiyyatı və xalq yaradıcılığının ən yaxşı ənənə-
ləri əsasında yaranmışdır. 
Mirzə İbrahimov, 
akademik 
 
XX əsr Azərbaycan mədəniyyəti tarixində görkəmli yer tutan 
Abdulla Şaiq Talıbzadə xalq müəllimi, şair, nasir, dramaturq kimi 
şöhrət qazanmışdır. 
Qara Namazov, 
professor 
 
Abdulla Şaiq inqilabdan əvvəlki uşaq ədəbiyyatının görkəmli 
nümayəndəsi və sovet uşaq ədəbiyyatının əsasını qoyanlardandır. 
 
Zahid Xəlil, 
professor 
 
Abdulla  Şaiq kimi böyük bir simanın teatrımıza gəlməsini 
xüsusi qeyd etməliyik. Bu qocaman yazıçımız və müəllimimizin 
Gənc Tamaşaçılar Teatrına gəlməsi, nəinki teatrın repertuarında 
böyük dönüş yaratdı hətta istedadlı bəstəkar və rəssamların teatrı-
mıza cəlb edilməsi işinə səbəb oldu. 
Kazım Ziya, 
SSR Xalq artisti 
 
Abdulla Şaiq böyük yazıçı olmaqla bərabər, təvazökar, alicə-
nab, səmimi bir insan, qayğıkeş  və  tələbkar bir müəllim idi. O 
adamı hec zaman kollektiv qarşısında utandırmazdı. Əgər kollek-
tivdən və ya tamaşaçılardan bir nəfər pis hərəkət etmiş olsaydı 
А б д у л л а   Шаи г
 
 
82
A.Şaiq dolayı yollarla özünə  məxsus sakit, mülayim bir tərzdə 
onu başa salar və düzgün yol göstərərdi. 
Zəfər Nemətov, 
Əməkdar incəsənət xadimi 
 
Əgər Şaiq olmasaydı, “Milli qiraətimiz” yox idi. “Müntəxa-
bat” nəşr olunmamışdı, “Ədəbiyyat” dərsliyindən məhrum idik. 
Türk çələngini görməmiş, Türk ədəbiyyatını eşitməmişdik. Əgər 
bu kitablar olmasaydı, məktəblərimiz yoxsul, müəllimlərimiz ya-
lavac qalmışdı. Sözün qısası: onun varlığındakı əhəmiyyəti layi-
qilə idrak edə bilmək üçün bircə dəqiqəlik yoxluğunu düşünməli! 
Qafur Əfəndizadə, 
ədəbiyyatşünas, alim 
 
Azərbaycanda olan bu intibah dövrünün ən böyük qəhrəmanı 
sayılan Abdulla Şaiqin namı dünya durduqca tarixi-ədəbiyyatı-
mızda baqi olacaq. 
Şəfiqə Əfəndizadə, 
ədəbiyyatşünas, alim 
 
Şaiq - əvvəla ruhundakı inciklik və heysiyyət etibarı ilə  ən 
yüksək bir insandır.  Şaiq cəmiyyətimizin yetişdirdiyi  əxlaqi 
bəndlər üzərində bir şəhiqədir ki, çıxılması ancaq Şaiq kimi icti-
mai iradə  və  fəaliyyətə malik adamlara mübaliğəyə  gəlməzsə, 
dahilərə məxsusdur. 
Atababa Musaxanlı,  
ədəbiyyatşünas-tənqidçi 
 
Mərhum  Şaiq bizim hamımızı özünün kölgəsində saxlayan 
qocaman bir dağ idi. Mehriban, səmimi və ürəyi məhz yumşaq-
lıqla dolu həqiqi ata və müəllim idi. Əvəzedilməz dost və yoldaş 
ömrünün son dəqiqələrinə qədər xalqına xidmətdən əl götürmədi. 
Unudulmaz bir insan, müəllim və şair Şaiqin heykəli daima gözümüz 
qarşısındadır... Xalqımızın ona olan məhəbbəti böyük rəhmətdir. 
Camo Cəbrayılbəyli,  
ictimai xadim 


Yüklə 5,93 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə