Б и б ли о гр а ф и й а
71
Abdulla Şaiq görkəmli şəxsiyyətlər haqqında
Füzuli şeirlərini düşünərək deyil, hiss edərək yazmışdır.
Onun lisanı, qəlbi bütün bir şeydir.
***
Durğun köklər kimi sakit görünən
qəlbi bəzən coşğun dəniz-
lər kimi çalxalanır, bu gün təqlidə yaramayan bu şair öz zamanına
görə qüvvətli və mətin bir lisan sahibidir. Sənəti hələ yenicə
ədəbi bir lisan şəklinə girmək istəyən Azərbaycan dili təməlləri
üzərində qurmuş və müvəffəq də olmuşdur.... Füzuli, Xətai,
Həbibi və bir çox digər Azərbaycan şairlərində dilcə, sənətcə
Nəsiminin az çox təsiri görünməkdədir.
***
Səhhət olduqca həssas, şən və kövrək qəlbə malik bir şair idi.
Ən kiçik, şən bir hadisə onda böyük bir sevinc doğurduğu kimi,
ən əhəmiyyətsiz, həzin bir lövhə və hadisə də onda acı düşüncə,
kədər və ruh sıxıntısına səbəb olurdu; mühüm bir faciə isə onun
bütün varlığını sarsıda bilirdi.
Səhhət əfəndinin tərcümədə daha artıq məharət və istedadı
olduğu üçün rus ədiblərindən ikinci Jukovski deyə bilərik.
***
Mərhumun fərasət və istedadından əlavə, qüvveyi-şeriyyəsi o
qədər
mətin və kəskin idi ki, hər bir maddeyi-fikri qələmə alırkən
sühülətlə və aydın bir tərzdə nəzmə çəkərdi.
(Seyid Əzim Şirvani
haqqında)
***
Mirzə Fətəli türk (Azərbaycan) tarixi-ədəbiyyatında birinci
realist yazıçıdır ki, əsərlərində həqiqəti, həyatı olduğu kimi
göstərir.
А б д у л л а Шаи г
72
Axundovun ifşa etdiyi adamların bütün düşüncə, duyğu və
ideyaları şairin əxlaqi idealına müxalifdir. Şair öz ideal aləminə
yüksələrək, onlara çox yüksəkdən baxır... Onlar şairin yaratmaq
istədiyi yeni həyata, yeni aləmə düşmən və əngəl olan və
insanlığı zəhərləyən zərərli mikroblardır.
Mirzənin əsərlərində lirik tərzi-ədəbisi yox dərəcəsindədir.
Hüsi və xəyaldan ziyadə onun əsərlərində ağıl hakimdir. Tam
yarım əsr onu təlqin edən mühərrirlərimiz ona yetişmək deyil,
lisan və fikircə ondan çox aşağı qalır. Əsrlərdən
bəri sinif ədəbiy-
yatının çürük və əsassız nəzəriyyələrinin, çeynənmiş mövzuları-
nın təsiri altında bayağı bir rəng almış ədəbiyyatımıza yeni cərə-
yan, yeni ruh, yeni rəng verən Mirzə Fətəlidir. Əski ədəbiyyatın
lisan və üslubunu gözəl bildiyi üçün də o lisanın təsir və nüfuzun-
dan qurtulmayaraq lisanca, mənaca ədəbiyyatımızda yeni, həm də
olduqca parlaq bir ədəbi dövr yaratmış olduğundan, Azərbaycan
tarixi ədəbiyyatında çox böyük mövqe tutur..
Mirzə Fətəli sənətdə Caviddən çox Sabirə bənzəyir. Cavid
hər şeydən ziyadə şairanə tablolardan ilham alır. Həqiqətin şaira-
nə əks sədasıdır. O, həqiqəti istədiyi kimi dəyişir,
zövqünə görə
istədiyi şəklə salır. Sabir isə həqiqəti olduğu kimi təsvim etməyə,
bir iki fırça ilə bir rəsm, bir karikatura yaratmağa çalışır...
***
Vaqif Qafqazda türk şairlərinin ən şöhrətlisi, əsrin gözəl bir
şairidir.
Mənzumələrində xalqın zəngin, anlayışlı dili, ifadəsi hətta
şəkli bir araya toplanaraq canlı və təbii bir damət təşkil etdiyi
halda, bunun yanı başında duran əski tərzdə, əruz vəznilə yazdığı
parçaları, qəzəlləri, müxəmməsləri, (mədhiyyələri) əski
klassik
iraniləşmiş Şərq üslubu və görünüşündən ayrılmadığını isbat edir.
***
Б и б ли о гр а ф и й а
73
Sabir əfəndi millətimizin əhvali-ruhiyyəsinə gözəlcə aşina
olduğu üçün qələmə aldığı maddəni, fikri elə gözəl və dadlı bir
üslubda nəzmə cəkmiş və müxtəlif donlarda, şəkillərdə, əqidələr-
də, məsləklərdə aramızda dolaşan milyonlarca... necə ki, var təbii
və həqiqi olaraq elə gözəl təsvir edir ki, oxuduqca həmin əşxas
hər birisi kəndinə məxsus qiyafəsilə göz önündə birər-birər
ötüşməyə başlar, qare biixtiyar o adamlara həm acır, həm də acı
bir qəhqəhə qoparmaqdan kəndini saxlayamaz.
Molla Nəsrəddin məcmuəsinin açmış olduğu yeni cərəyan
sayəsində ədəbiyyatımız həyat və həqiqətə yaxınlaşaraq həqiqi
cərəyanını buldu. O məcmuənin ruhu, şübhəsiz,
Mirzə Ələkbər
Sabir idi; nasıl ki, Sabirin ruhu məcmuədən ayrıldığı zamandan
gündən-günə sönməyə, ölməyə məhkum oldu...
...Sabir və Səhhəti uşaq ədəbiyyatı ilə də maraqlandıran
Mahmud əmi olmuşdur. Mahmud əmi hər iki şairin uşaqlar üçün
yazdıqları əsərləri və tərcümələrini öz dərsliklərində çap edirdi.
***
Nərman Nərmanovun dili sadə olsa da cümlələrinin qurulu-
şunda Azərbaycan dili üçün təbii olmayan, rus dili qrammatikası-
na məxsus cəhətlər var idi. Sonralar... anladım ki, bu yalnız Nəri-
manova məxsus olmayıb, Azərbaycan mühitində rus məktəbləri-
nin təsiri altında yaranmış müəyyən bir dövrün bədii məhsulunun
dilidir. Rus məktəblərində təhsil almış bu yazıçılar rus ədəbi
dilinə məxsus sadəliyi, bədiiliyi dilimizə gətirməklə yanaşı bəzən
istər-istəməz, onun forma xüsusiyyətlərini də gətirirdilər.
***
Biz
həyatda bəzən dəniz kimi əngin, fəza kimi dərin, möhtə-
şəm bir bina kimi heyrətimizə səbəb olan geniş təbiətli, möhkəm
iradəli, dərin düşüncəli və istedadlı böyük insanlara təsadüf
edirik; bəzən də həşərat kimi həyatda heç bir əhəmiyyəti olmayan
А б д у л л а Шаи г
74
dar fikirli, dar təbiətli insancıqlarla üz-üzə gəlirik. “Molla Nəs-
rəddin” jurnalının redaktoru
Cəlil Məmmədquluzadəni də mən
məhz böyük, qüdrətli bir insan kimi tanımışdım. Odur ki, onun
özünə bəslədiyim hörmət məndə satiraya da dərin rəğbət oyat-
mışdı... Mən də satira sahəsində qələmimi sınamağa başladım.
***
Mən onun (
Süleyman Sani Axundovun) əsərlərini, xüsusən
uşaqlar üçün yazdığı hekayələri oxuyanda bir çox müasirlərindən
fərqləndiyini gördüm. Onun
dilində olduğu kimi, əsərlərinin
məzmununda da humanizm, lirika, müəyyən dərəcədə didaktika
var idi. O, tənqiddən çox nəsihətlə, müsbət həyat hadisələrini
göstərməklə oxucusuna təsir etməyə çalışırdı. Onun əsərlərində
satira yox, lirika hakim idi.
Onun dilində olduğu kimi, əsərlərinin məzmununda da bir
humanizim, lirika, müəyyən dərəcədə didaktika var idi.
***
Mir Mehdi Seyidzadə uşaq ədəbiyyatı və bu sahədəki müvəf-
fəqiyyətilə yavaş-yavaş oxucuların, ictimaiyyətin nəzərini cəlb
etməyə başladı. Çox çəkmədi ki, uşaqlar Mir Mehdi Seyidzadənin
Nərgiz, Ayaz kimi pyeslərinə tamaşa etdilər. Mən Gənc Tamaşa-
çılar Teatrında çalışdığım zaman həmin pyeslərin tamaşaçılar
tərəfindən necə hərarətlə qarşılanmasının alqışlanmasının şahidi
olmuşam. Bu əsərləri cavan şair Gənc Tamaşaçılar Teatrının
repertuarında orjinal əsərlərin olmadığı, yaxud çox az olduğu
dövrdə yazmışdı. Seyidzadə Azərbaycan
Sovet uşaq dramaturgi-
yasının ilk pionerlərindəndir.
***
Cavidin “İblis” nam hailəsi isə tamaşaçılara, oxuyanlara ol-
duqca geniş və yeni bir sahə açır. Cahan müharibəsini tərsim
edən bu əsərində Şərq və Qərb həyatı, onların ictimai ruhu və