Microsoft Word shaiq 13 oktyabr a doc



Yüklə 5,93 Mb.
Pdf görüntüsü
səhifə18/102
tarix31.10.2018
ölçüsü5,93 Mb.
#76894
1   ...   14   15   16   17   18   19   20   21   ...   102

  Б и б ли о гр а ф и й а
 
71 
 
 
Abdulla Şaiq görkəmli şəxsiyyətlər haqqında 
 
Füzuli  şeirlərini düşünərək deyil, hiss edərək yazmışdır. 
Onun lisanı, qəlbi bütün bir şeydir. 
 
*** 
Durğun köklər kimi sakit görünən qəlbi bəzən coşğun dəniz-
lər kimi çalxalanır, bu gün təqlidə yaramayan bu şair öz zamanına 
görə qüvvətli və  mətin bir lisan sahibidir. Sənəti hələ yenicə 
ədəbi bir lisan şəklinə girmək istəyən Azərbaycan dili təməlləri 
üzərində qurmuş  və müvəffəq də olmuşdur.... Füzuli, Xətai, 
Həbibi və bir çox digər Azərbaycan  şairlərində dilcə, sənətcə 
Nəsiminin az çox təsiri görünməkdədir. 
 
***  
Səhhət olduqca həssas, şən və kövrək qəlbə malik bir şair idi. 
Ən kiçik, şən bir hadisə onda böyük bir sevinc doğurduğu kimi, 
ən əhəmiyyətsiz, həzin bir lövhə və hadisə də onda acı düşüncə, 
kədər və ruh sıxıntısına səbəb olurdu; mühüm bir faciə isə onun 
bütün varlığını sarsıda bilirdi. 
Səhhət  əfəndinin tərcümədə daha artıq məharət və istedadı 
olduğu üçün rus ədiblərindən ikinci Jukovski deyə bilərik. 
 
*** 
Mərhumun fərasət və istedadından əlavə, qüvveyi-şeriyyəsi o 
qədər mətin və kəskin idi ki, hər bir maddeyi-fikri qələmə alırkən 
sühülətlə və aydın bir tərzdə nəzmə çəkərdi. (Seyid Əzim Şirvani 
haqqında) 
 
*** 
Mirzə  Fətəli türk (Azərbaycan) tarixi-ədəbiyyatında birinci 
realist yazıçıdır ki, əsərlərində  həqiqəti, həyatı olduğu kimi 
göstərir. 
А б д у л л а   Шаи г
 
 
72
Axundovun ifşa etdiyi adamların bütün düşüncə, duyğu və 
ideyaları  şairin  əxlaqi idealına müxalifdir. Şair öz ideal aləminə 
yüksələrək, onlara çox yüksəkdən baxır... Onlar şairin yaratmaq 
istədiyi yeni həyata, yeni aləmə düşmən və  əngəl olan və 
insanlığı zəhərləyən zərərli mikroblardır. 
 
Mirzənin  əsərlərində lirik tərzi-ədəbisi yox dərəcəsindədir. 
Hüsi və  xəyaldan ziyadə onun əsərlərində  ağıl hakimdir. Tam 
yarım  əsr onu təlqin edən mühərrirlərimiz ona yetişmək deyil, 
lisan və fikircə ondan çox aşağı qalır. Əsrlərdən bəri sinif ədəbiy-
yatının çürük və  əsassız nəzəriyyələrinin, çeynənmiş mövzuları-
nın təsiri altında bayağı bir rəng almış ədəbiyyatımıza yeni cərə-
yan, yeni ruh, yeni rəng verən Mirzə Fətəlidir. Əski ədəbiyyatın 
lisan və üslubunu gözəl bildiyi üçün də o lisanın təsir və nüfuzun-
dan qurtulmayaraq lisanca, mənaca ədəbiyyatımızda yeni, həm də 
olduqca parlaq bir ədəbi dövr yaratmış olduğundan, Azərbaycan 
tarixi ədəbiyyatında çox böyük mövqe tutur.. 
 
Mirzə  Fətəli sənətdə Caviddən çox Sabirə  bənzəyir. Cavid 
hər şeydən ziyadə şairanə tablolardan ilham alır. Həqiqətin şaira-
nə  əks sədasıdır. O, həqiqəti istədiyi kimi dəyişir, zövqünə görə 
istədiyi şəklə salır. Sabir isə həqiqəti olduğu kimi təsvim etməyə, 
bir iki fırça ilə bir rəsm, bir karikatura yaratmağa çalışır... 
 
*** 
Vaqif  Qafqazda türk şairlərinin ən şöhrətlisi, əsrin gözəl bir 
şairidir. 
Mənzumələrində xalqın zəngin, anlayışlı dili, ifadəsi hətta 
şəkli bir araya toplanaraq canlı  və  təbii bir damət təşkil etdiyi 
halda, bunun yanı başında duran əski tərzdə, əruz vəznilə yazdığı 
parçaları, qəzəlləri, müxəmməsləri, (mədhiyyələri)  əski klassik 
iraniləşmiş Şərq üslubu və görünüşündən ayrılmadığını isbat edir. 
 
*** 


  Б и б ли о гр а ф и й а
 
73 
Sabir  əfəndi millətimizin  əhvali-ruhiyyəsinə gözəlcə  aşina 
olduğu üçün qələmə aldığı maddəni, fikri elə gözəl və dadlı bir 
üslubda nəzmə cəkmiş və müxtəlif donlarda, şəkillərdə, əqidələr-
də, məsləklərdə aramızda dolaşan milyonlarca... necə ki, var təbii 
və  həqiqi olaraq elə gözəl təsvir edir ki, oxuduqca həmin  əşxas 
hər birisi kəndinə  məxsus qiyafəsilə göz önündə birər-birər  
ötüşməyə başlar, qare biixtiyar o adamlara həm acır, həm də acı 
bir qəhqəhə qoparmaqdan  kəndini  saxlayamaz. 
 
Molla Nəsrəddin məcmuəsinin açmış olduğu yeni cərəyan 
sayəsində  ədəbiyyatımız həyat və  həqiqətə yaxınlaşaraq həqiqi 
cərəyanını buldu. O məcmuənin ruhu, şübhəsiz, Mirzə  Ələkbər 
Sabir idi; nasıl ki, Sabirin ruhu məcmuədən ayrıldığı zamandan 
gündən-günə sönməyə, ölməyə məhkum oldu... 
 
...Sabir və  Səhhəti uşaq  ədəbiyyatı ilə  də maraqlandıran 
Mahmud əmi olmuşdur. Mahmud əmi hər iki şairin uşaqlar üçün 
yazdıqları əsərləri və tərcümələrini öz dərsliklərində çap edirdi. 
 
*** 
Nərman Nərmanovun dili sadə olsa da cümlələrinin qurulu-
şunda Azərbaycan dili üçün təbii olmayan, rus dili qrammatikası-
na məxsus cəhətlər var idi. Sonralar... anladım ki, bu yalnız Nəri-
manova məxsus olmayıb, Azərbaycan mühitində rus məktəbləri-
nin təsiri altında yaranmış müəyyən bir dövrün bədii məhsulunun 
dilidir. Rus məktəblərində  təhsil almış bu yazıçılar rus ədəbi 
dilinə məxsus sadəliyi, bədiiliyi dilimizə gətirməklə yanaşı bəzən 
istər-istəməz, onun forma xüsusiyyətlərini də gətirirdilər. 
 
*** 
Biz həyatda bəzən dəniz kimi əngin, fəza kimi dərin, möhtə-
şəm bir bina kimi heyrətimizə səbəb olan geniş təbiətli, möhkəm 
iradəli, dərin düşüncəli və istedadlı böyük insanlara təsadüf 
edirik; bəzən də həşərat kimi həyatda heç bir əhəmiyyəti olmayan 
А б д у л л а   Шаи г
 
 
74
dar fikirli, dar təbiətli insancıqlarla üz-üzə  gəlirik. “Molla Nəs-
rəddin” jurnalının redaktoru Cəlil Məmmədquluzadəni  də  mən 
məhz böyük, qüdrətli bir insan kimi tanımışdım. Odur ki, onun 
özünə  bəslədiyim hörmət məndə satiraya da dərin rəğbət oyat-
mışdı... Mən də satira sahəsində qələmimi sınamağa başladım. 
 
*** 
Mən onun (Süleyman Sani Axundovun) əsərlərini, xüsusən 
uşaqlar üçün yazdığı hekayələri oxuyanda bir çox müasirlərindən 
fərqləndiyini gördüm. Onun dilində olduğu kimi, əsərlərinin  
məzmununda da humanizm, lirika, müəyyən dərəcədə didaktika 
var idi. O, tənqiddən çox nəsihətlə, müsbət həyat hadisələrini 
göstərməklə oxucusuna təsir etməyə çalışırdı. Onun əsərlərində 
satira yox, lirika hakim idi. 
 
Onun dilində olduğu kimi, əsərlərinin məzmununda da bir 
humanizim, lirika, müəyyən dərəcədə didaktika var idi. 
 
*** 
Mir Mehdi Seyidzadə uşaq ədəbiyyatı və bu sahədəki müvəf-
fəqiyyətilə yavaş-yavaş oxucuların, ictimaiyyətin nəzərini cəlb 
etməyə başladı. Çox çəkmədi ki, uşaqlar Mir Mehdi Seyidzadənin 
Nərgiz, Ayaz kimi pyeslərinə tamaşa etdilər. Mən Gənc Tamaşa-
çılar Teatrında çalışdığım zaman həmin pyeslərin tamaşaçılar 
tərəfindən necə  hərarətlə qarşılanmasının alqışlanmasının  şahidi 
olmuşam. Bu əsərləri cavan şair Gənc Tamaşaçılar Teatrının 
repertuarında orjinal əsərlərin olmadığı, yaxud çox az olduğu 
dövrdə yazmışdı. Seyidzadə Azərbaycan Sovet uşaq dramaturgi-
yasının  ilk  pionerlərindəndir. 
 
*** 
Cavidin “İblis” nam hailəsi isə tamaşaçılara, oxuyanlara ol-
duqca geniş  və yeni bir sahə açır. Cahan müharibəsini tərsim 
edən bu əsərində  Şərq və  Qərb həyatı, onların ictimai ruhu və 


Yüklə 5,93 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə