59
Bayatı janrının xüsusiyyətlərini
öyrətmək üçün
aşağıdakı tapşırıqlar da xüsusi maraq doğurur.
1. Misraların düzgün ardıcıllığını tap və bayatını
sağdakı boş sətirlərə yaz.
Yaxşı evim olunca
-------------
Mən aşiqəm, şum olsun,
-------------
Bir yaxşı qonşum olsun.
-------------
Şumla yeri, şum olsun.
------------
2. Aşağıdakı bayatını oxu və suallara cavab ver.
Əziziyəm, alçalar
Yaşıl çalar, al çalar.
Dərdlərimi yükləsən,
Uca dağlar alçalar.
2.1. 2-ci misradakı “çalmaq” sözü hansı mənada
işlənib?
a)Musiqi alətində ifa etmək
b)Müəyyən bir rəgdə olmaq
c)Sancmaq, dişləmək
2.2. 4-cü misradakı “alçalar” sözü hansı sözlə əks
mənalıdır?
a)Kiçilər b)boşalar c)ucalar
2. Aşağıdakı bayatıda meyvə ağacları əkilmiş sahə”
mənasında işlənmiş sözün altından xətt çək.
Don tiksən, ağı bizdən,
Belinin bağı bizdən.
Qoymayın yadellini,
Almağa bağı bizdən.
3.Doğru , yoxsa yanlış ?
60
1. Bayatının 3-cü misrası o biri misralarla
qafiyələnmir.
2. Tapmacada müdrik fikir ifadə olunur.
3.Yanıltmacı demək çətindir.
4. Nağıl qəhrəmanları həmişə quş və heyvanlar olur.
5. Sanamanı oyun bitəndə deyirlər.
II sinfin “Azərbaycan dili” dərsliyi oxu dərsliklərinin
müəyyən ənənələrinə sadiq qalsa da onun gətirdiyi yeniliklər
fəal/interaktiv dərsin təşkili üçün diqqəti cəlb edən
məlumatlarla zəngindir. Lakin bu məlumatlar hafizəyə
əsaslanmır, düşüncəyə, şagird intelektinə əsaslanır. “Janr nədir”
bölməsinə nəzər salaq.
Yadda saxla
Hər bir əsər müəyyən xüsusiyyətlərə malik olur.
Məsələn, atalar sözləri müdrik fikir, tapmacalar sual ifadə edir,
bayatılar dörd misradan ibarət olur, yanıltmacı demək çətindir.
Bu cür xüsusiyyətlərə görə əsərlər janrlara ayrılır.
1. Aşağıdakı xüsusiyyətlərin hansı janra aid olduğunu
müəyyən et.
- şeirlə və ya nəsrlə yazıla bilər:
- nağıla bənzəyir:
- baş qəhrəmanları heyvanlar və quşlar olur:
- məzmunu müdrik fikir ifadə edir.
A) atalar sözü
B) təmsil
C) layla
2. Atalar sözünün əsas xüsusiyyəti nədir?
A) Dörd misradan ibarət olur.
B) Uşağı yatızdırmaq üçün söylənilir.
C) Müdrik fikir ifadə edir.
3. Hansı xüsusiyyət tapmaca janrına aid deyil?
A) Sual ifadə edir
B) Yalnız nəsrlə yazılır
61
C)
Həcmcə kiçik olur
4. Şeirin janrını müəyyən et.
Mən aşiqəm gələnə,
Dərdin sənlə bölənə.
Namərdə bel bağlama,
Kölgəndə kölgələnə.
A) bayatı B) tapmaca C) layla
Seçimini izah et.
“Janr nədir” mövzusunun “söz sənətimiz” bölməsinin
sonunda verilməsi də doğrudur. Çünki bu bölmədə bir neçə
janrın xüsusiyyətlərindən bəhs olunur. Bir növ bölməni
yekunlaşdırmaq və şagird düşüncəsini yenidən hərəkətə
gətirmək üçün belə bir bölmənin verilməsi faydalıdır. Bu
dərsdən sonra verilən ümumiləşdirici təkrar dərsin həmin
bəhsinin məntiqi davamı kimidir.
1. Hansı atalar sözündə təvazökarlıq tövsiyə olunur?
A) Yıxılana balta çalmazlar.
B) Zər qədrini zərgər bilər.
C) Ağac bar verəndə başını aşağı dikər.
2. Əyri – düz, dar – geniş, doğru - ...
Nöqtələrin yerinə hansı söz uyğun gəlir?
A) Düzgün
B) Yanlış
C) həqiqi
3. Hansı atalar sözündə əks mənalı sözlərin yeri
dəyişik düşüb?
A) Kiçiyin kiçik yeri var, böyüyün – böyük
B) Hər şeyin təzəsi, dostun köhnəsi
C) Az bilsən də, çox danış
4. Hansı sırada yanıltmac verilib?
A) Kolları gəzər pusa-pusa, qıçları uzun, qolu qısa.
B) Qonşu qonşuya baxar, özünü oda yaxar
62
C) Çəp keçi çəp keçidi çəpəki keçib gedər, çəp keçi
çəp keçidi çəpəki keçib çəpəri keçər
5. Hansı sırada əks mənalı ad bildirən sözlər varilib?
A) daxma-koma
B) sual-cavab
C) aparmaq-gətirmək
6. Yaxın mənalı sözləri tap.
A) bulaq-çeşmə
B) dağ-dərə
C) ayaq-yerimək
7. “Aş” sözünün belə bir mənası yoxdur?
A) maneəni keç
B) ağaca dırmaş
C) plov
Dilin mahiyyətini dərk etmək üçün şagirdin müstəqil
oxusunun əhəmiyyəti böyükdür. Bu gün elmin zirvəsini kəşf
etmiş bir sıra alimlər, söz-sənət adamları da bunu etiraf edirlər.
Filologiya elmləri doktoru, prof. Ə.Tanrıverdiyev “Kitabi-Dədə
Qorqud”un obrazlı dili” adlı monoqrafiyasının ön sözündə
yazır:
“Kitabi-Dədə Qorqud”la ilk tanışlığım 1973-cü ilə
təsadüf edir (həmin vaxt VIII sinifdə oxuyurdum)Ədəbiyyat
müəllimimiz tövsiyə etdi ki, “Salur Qazanın evinin
yağmalandığı boy”u oxuyaq. Mən bir şagird kimi müəllimin
tövsiyəsini yerinə yetirdim. Ulu abidəmizin sirli-sehirli,
möcuzəli dünyasına xüsusən də Dədə Qorqud hikmətinə, Salur
Qazan cəsurluğuna, Burla xatun qeyrətinə, Qaraca Çoban
döyüşkənliyinə vurğunluğum da elə o dövrdən başlandı.” (68,
3)
Bu səmimi sözlər bir daha onu təsdiq edir ki, dil
öyrənməyin ən yaxşı yolu bədii ədəbiyyatın mütaliəsindən
keçir. Orta məktəbdə bədii mətnlə tanışlıq sonralar fundamental