79
1. Mətni düzgün ardıcıllıqla yaz.
2. 3-cü cümlədə nöqtələrin yerinə hansı söz uyğun
gəlir:
a)Mələməyə
b)Banlamağa
c)Hürməyə
3. Mətnin məzmununa hansı atalar sözü uyğundur
a)Artıq tamah baş yarar
b)It hürər, karvan keçər
c)It itin ayağını basmaz
4. Hansı sözdə 1-ci hərfi dəyişməklə “övladın övladı”
mənasını verən söz yaratmaq olar?
a)Küçük b)dəvə c)karvan
5. dəvə - karvan
Qoyun – sürü
At - ...
Nöqtələrin yerinə hansı söz uyğun gəlir?
a)dəstə b)naxır c)ilxı
Tapşırığın ikinci bəndi “hürmək” sözünü tapmaq
üçündür. Bu da məntiqi bacarıqdır. It mələyə bilməz. It
banlamaz. O hürər.
Üçüncü bəndində verilən atalar sözləri də mühüm
əhəmiyyət kəsb edir. Həmin atalar sözlərini yada salan uşaq “it
hürər, karvan keçər” nümunələrini ona görə yadında saxlayır ki,
bu hekayə həmin atalar sözünün mahiyyətini öyrətməyə xidmət
edir. Şagird həmin atalar sözünü mətnlə əlaqələndirməklə
dinlədiyini dərk etmək bacarığına nail olur.
Dördüncü bölmədə “dəvə-nəvə” sözləri qarşılaşdırılır.
Müəllim həmin sözün əvvəlinə “dövlətdə dəvə, övladda nəvə”
deyimini də əlavə edə bilər. Mətnlə bağlı verilən tapşırıqlar
sözləri düzgün anlamaq və yerində işlətmək bacarığına
ünvanlanıb. Bu tapşırığı düzgün yerinə yetirən şagird anlayır ki,
80
çoxlu dəvəyə “karvan”, çoxlu qoyuna “sürü”, çoxlu ata “ilxı”
deyirlər.
Ana dili və oxu dərsləri prosesində sual və
tapşırıqların xarakteri haqqında aşağıdakıları bilmək
zəruridir:
*Dərsin mövzusunu müəyyənləşdirmək prosesinə
şagirdləri cəlb etmək çox vacibdir. Qoy motivasiya prosesində
onlar yaxından iştirak etsinlər. Dərsin sonrakı mərhələlərində
bu, şagirdlərin fəallığının təminatçısı olacaq.
*Tapşırıqlar düşünülmüş olmalıdır. Onları şagird
intellektinə ünvanlamaq lazımdır.
* “Siz filan şeyi bilirsinizmi?” “Filan hadisə necə
olur?”, “Orada kim təqsirkar idi” və s kimi uşaq təfəkkürünə
və fantaziyasına qida verməyən suallar mənasızdır. Belə
suallara şagird “hə”, “bəli”, “qətiyyən”, “əlbəttə” kimi
cavablar verəcək. Bu cavablar digər şagirdlərin fikri fəallığını
azaldacaq. Sualların əvvəlində “Sənin fikrincə”, “necə
düşünürsən”, “əgər belə olsaydı”, “sən olsaydın”, “nəyə
görə”, “nə üçün” sözləri ilə başlayan suallar düşündürücüdür,
şagirdi axtarışa cəlb edir.
*Şagirdlərin söylədikləri hər hansı bir fikri anlamağa
çalışmaq, ən bəsit cavabların içindəki qığılcımdan istifadə edib
onu təqdir etmək lazımdır. Belədə şagirddə mükaliməyə girmək
meyli güclənir, özünə inam yaranır.
*Analogiyalardan istifadə etmək əhəmiyyətlidir. Bir
tezisi başqası ilə tutuşdurmaq, müqayisə etmək şagird
intellektinə təsir edir.
*Oxu prosesində əsas ideyanı tapmaq üçün şagirdə
danışmaq, fikrini izah etmək imkanı yaratmaq lazımdır.
Müəllimin müdaxiləsi hər hansı fikri qabaqcadan deməsi sinfi
susduracaq, müzakirə dayanacaq. Buna görə müəllim sona
81
qədər fikrini söyləməməli, axıra yaxın öz düşüncələrini
şagirdlərin fikirləri ilə əlaqələndirməlidir.
*Yadda saxlayaq ki, müəllim şagirdlər üçün yeganə
bilik mənbəyi kimi qala bilməz. Buna görə də şagird oxunan
əsərdəki problemlərlə bağlı başqa mənbələrdən araşdırmalar
aparmağa, məlumat toplamağa cəlb edilməlidir.
82
YENI TIPLI TAPŞIRIQLARIN ƏSAS
MAHIYYƏTI
Müasir təhsilin tələb etdiyi tapşırıqların mahiyyətini
dərk etmək üçün onu ənənəvi tapşırıqlarla müqayisə etmək
lazımdır
ƏNƏNƏVI TAPŞIRIQLAR
Ibtidai təhsil yarandığı gündən tapşırıqlar mövcuddur.
Tapşırıqlar əsasən sinifdə öyrənilən mətnin daha da
möhkəmləndirilməsinə xidmət edir. Yaddaşa əsaslanan ənənəvi
təhsildə tapşırıq əzbərlənməsi və yadda saxlanması vacib olan
qaydaların təkrarlanmasına xidmət göstərir. Bu tapşırıqlar daha
çox öyrətməyə, yaddaşa istiqamətlənir. Məsələn:
1.Oxuyun. Qarşı-qarşıya yazılmış sözlərə sual verin.
Onların arasındakı məna fərqini deyin.
2. Oxuyun. Nöqtələrin əvəzinə “Lənkəran” sözünü
əlavə edib köçürün.
“Lənkəran” sözünün dəyişməsinə fikir verin. Qəbul
etdiyi şəkilçinin altından xətt çəkin. Bu şəkilçilər nə üçün
sözdəyişdirici şəkilçilər adlanır?
3.Köçürün. Kökün altından xətt çəkin.
Belə tapşırıqlar qrammatik qaydaları öyrətməyə
xidmət göstərsə də şagirdi fəallaşdıra bilmir. Bu tipli
tapşırıqlarda 8-10 yaşlı uşağı cəlb edən oyun elementləri, fikri
qabiliyyətlərin inkişafına sitimul verən cəhətlər olmadığı üçün
onları öyrənmək uşağa çətinlik törədir. Tapşırıqları həll edib
qurtaran ən istedadlı uşaq belə ağır bir yükdən xilas olmuş kimi
görünür. Dərslik müəllifləri konkret proqramdan çıxış edərək
həmin yolla getdiklərini başa düşmək çətin deyil. Lakin ibtidai